Bakalavrların qeydiyyat müddəti 26 iyul saat 23:59-dək uzadılıb
Məlum olduğu kimi, ali təhsilin magistratura səviyyəsinə qəbul olmuş şəxslərin qeydiyyatı portal.edu.az platformasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən aparılır.
Ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olmuş şəxslər iyulun 13-dən etibarən elektron qaydada qeydiyyatdan keçirlər.
21 iyul səhər saatlarına olan məlumata əsasən 8941 (83%) bakalavr müraciətini sistemə daxil edib. Ali təhsil müəssisələri tərəfindən hələlik 6574 (61%) bakalavrın müraciəti qəbul olunub. Hazırda proses davam edir.
Bakalavrların nəzərinə çatdırırıq ki, qeydiyyat müddəti 26 iyul saat 23:59-dək uzadılıb
Bakalavrlar https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməli, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Şəhid övladları üçün "Zəfər" düşərgəsi
25-31 iyul tarixlərində Vətən müharibəsində şəhid olan övladlarımızın övladları ilə Quba #STEAM mərkəzində “Zəfər” düşərgəsində olacağıq.
Təhsil Nazirliyinin “Zəfər” düşərgəsində qalib gəlməyin dadını çıxardacağıq.

YouTube
Şəhid övladları üçün "Zəfər" düşərgəsi
23 iyul tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin tərəfdaşlığı ilə WorldSkills Azerbaijan platforması tərəfindən ölkəmizi kiber təhlükəsizlik istiqaməti üzrə WorldSkills Asia 2021 bacarıq yarışlarında təmsil edəcək şəxslərin seçim turu keçiriləcək
🔗 Ətraflı: https://bit.ly/3BxuCzI
#PeşəTəhsili #WorldSkillsAzerbaijan #KiberTəhlükəsizlik

932 tələbə köçürülmə üçün müraciət edib
İyulun 12-dən bugünədək transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ümumilikdə 932 müraciət qeydə alınıb.
932 nəfərdən 6-sı magistratura səviyyəsindən, 63-ü xaricdə yerləşən ali təhsil müəssisəsindən, 100-ü orta ixtisas təhsili müəssisəsindən, 763 nəfəri isə ölkə daxilində yerləşən ali təhsil müəssisəsindən köçürülmək və ya ixtisasının dəyişdirilməsini istəyən tələbələrdir.
Qeyd edək ki, tələbələrin ölkə daxilində və ya xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, ixtisasının və ya təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin (təhsil forması üzrə), magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu prosesi iyulun 26-dək davam edəcək.
Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən həyata keçiriləcək "Əlaqə Mərkəzi Təmsilçisi" (Call/Contact Center Agent Training) üzrə təlimə müraciətlər qəbul edilir.
Beynəlxalq Riyaziyyat Olimpiadasından qazanılan uğur
14-24 iyul 2021-ci il tarixlərində Sankt-Peterburqda 62-ci Beynəlxalq Riyaziyyat Olimpiadası (IMO) keçirilib. Olimpiadada 107 ölkədən 619 şagird iştirak edib.
Məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 2 bürünc medal və 3 “Həvəsləndirici mükafat” qazanıblar.
Məktəblilərimizi təbrik edir və daha böyük uğurlar arzulayırıq.

Hörmətli MİQ imtahanının iştirakçıları,
2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu imtahanlarında namizədlərə təqdim olunmuş test tapşırıqları haqqında sosial mediada yayılmış narazılıqlardan məlumatlıyıq. Bunları nəzərə alaraq, ekspert komissiyası tərəfindən test tapşırıqlarının müxtəlif seanslar üzrə müqayisəli elmi-statistik təhlili aparılacaq. Araşdırmaların nəticəsinə əsasən növbəti 3 gün ərzində müvafiq qərarlar qəbul ediləcək və ictimaiyyətə açıqlanacaq.

İyulun 25-də Təhsil Nazirliyi və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı keçirilən "Zəfər" düşərgəsinə start verilib.
Düşərgədə iştirak edən 74 şəhid övladı bu gün Qubaya yola düşüb.
Quba STEAM Mərkəzində baş tutacaq düşərgə iyulun 31-dək davam edəcək. Düşərgə iştirakçıları bu müddət ərzində birgə öyrənib paylaşaraq maraqlı, intellektual və əyləncə dolu zaman keçirəcəklər.
Qeyd edək ki, düşərgənin açılış mərasimi 26 iyul tarixində baş tutacaq.

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulunun müddəti uzadılıb. Sənəd qəbulu 26 iyul saat 15:00-dək davam edəcək.
Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalara mərkəzləşdirilmiş qaydada keçirilmiş qəbul imtahanında boş qalan yerlərə növbəti tur üçün müraciətlər davam edir.
27 iyul saat 16:00-da "Direktorlar klubu" çərçivəsində davam edən "Məsləhətli saat" proqramının növbəti buraxılışı yayımlanacaq.
Budəfəki proqramda “Yerli təhsil şöbəsi:məktəb direktorlarının uğurlu fəaliyyətinin təminatçısı” mövzusunda danışılacaq.
Proqram hər həftənin çərşənbə axşamı "T-Network"-un feysbuk səhifəsi üzərindən yayımlanır.
Qeyd edək ki, "Direktorlar klubu"na üzv olmaq istəyən ümumtəhsil məktəb direktorları müvafiq linkə keçid edə bilərlər:
https://forms.gle/1QVWonEzjMimNRNp9

MİQ imtahanlarında iştirak edən namizədlərin nəzərinə!
- - -
5 iyul tarixindən etibarən baş tutan müəllimlərin işə qəbulu müsabiqəsinin imtahan mərhələsində istifadə edilmiş sualların elmi-statistik təhlili aparılıb. Aparılmış elmi-statistik tədqiqat çərçivəsində müxtəlif fənlər üzrə 5 040 test tapşırığı əhatə olunmaqla sualların məzmun xüsusiyyətləri, çətinlik dərəcəsi, diskriminasiya əmsalı təhlil edilib.
Belə ki, 12 iyul tarixində keçirilmiş ibtidai sinif, 23 və 26 iyul tarixlərində keçirilmiş Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə seanslarda istifadə edilmiş test tapşırıqlarının bu fənlər üzrə digər tarixlərdə keçirilmiş seanslarda istifadə edilmiş test tapşırıqlarından çətinlik dərəcəsinə görə fərqləndiyi müəyyən edilib.
Bu seanslarda texniki xüsusiyyətləri baxımından fərqlənən test tapşırıqlarına görə namizədlərə əlavə ballar veriləcək. Qeyd edilən tarixlərdə imtahanlarda iştirak etmiş namizədlər üçün təkrar imtahan imkanı da yaradılacaq. İmtahanlarda iştirak könüllü xarakter daşıyır. Təkrar olaraq imtahanlarda iştirak edən namizədlərin vakansiya seçimi mərhələsində son imtahan nəticəsi nəzərə alınacaq.
Müəllimlərin işə qəbulu müsabiqəsində ədalətli rəqabət mühitinin qorunub saxlanılması Təhsil Nazirliyinin əsas məqsədidir.
Qeyd edək ki, təkrar imtahan vermək arzusunda olan namizədlər 28 iyul saat 11:00-dan 30 iyul saat 23:59-dək şəxsi səhifəyə daxil olaraq “müraciət et” butonuna klikləməklə qeydiyyatdan keçərək təkrar imtahanda iştirak edə bilər.

Şəhid və qazi ailəsi üzvlərinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə cari ilin 28 yanvar tarixindən etibarən Təhsil Nazirliyinə tabe olan qurumlar, təhsil müəssisələrində 69 vəzifə üzrə vakansiyalara həmin kateqoriyadan olan şəxslərə üstünlük verilməsi üçün tədbirlər həyata keçirilib.
29 iyul saat 11:00-da müəllimlərin işə qəbulu imtahanları ilə bağlı canlı müzakirə olacaq.
Canlı yayımı Təhsil Nazirliyinin rəsmi feysbuk səhifəsi üzərindən izləyə bilərsiniz.

Vətən müharibəsi qəhrəmanı, şəhid Mehrab Niftəliyevin qızı Ləman 'Zəfər' düşərgəsində oynadığı rəqsi atasına həsr etdi.
YouTube
Vətən müharibəsi qəhrəmanı, şəhid Mehrab Niftəliyevin qızı oynadığı rəqsi atasına həsr etdi
Vətən müharibəsi qəhrəmanı, şəhid Mehrab Niftəliyevin qızı Ləman 'Zəfər' düşərgəsində oynadığı rəqsi atasına həsr etdi
Təhsil naziri Emin Əmrullayev 4 avqust saat 16:00-da "Facebook" səhifəsi üzərindən 2021-2022-ci tədris ili üzrə keçirilmiş müəllimlərin işə qəbulu imtahanları ilə bağlı sualları cavablandıracaq.
Study in Azerbaijan: Tələbə Müsahibələri
Xarici tələbələrimizlə video müsahibələri sizə təqdim edirik. Onlar Azərbaycanda yaşadıqları təcrübənin fərqli cəhətlərindən danışırlar.
Bu videoda iştirak edən bütün tələbələrə təşəkkür edirik və ölkəmizə gələcək tələbələri də eyni təcrübəni yaşamağa dəvət edirik!

Study in Azerbaijan: Student Interviews
In this video, international students answer to questions about their experience of studying in Azerbaijan.
For study programs, scholarships, universities, facilities, and many more please visit the website https://studyinazerbaijan.edu.az/.
Facebook:…