AR Elm və Təhsil Nazirliyi
19K subscribers
1.03K photos
120 videos
2.39K links
Elm və Təhsil Nazirliyinin rəsmi Telegram kanalı

🔗https://linktr.ee/edugovaz
Download Telegram
Elektron arayışlar xidməti istifadəyə verilib

İyulun 7-də https://portal.edu.az/ platformasında elektron arayışlar xidməti istifadəyə verilib. Bu xidmət vasitəsi ilə arayışları almaq artıq daha sürətli və rahat olacaq. İstifadəçilər aşağıdakı arayış növlərini elektron formada əldə edə biləcəklər:
• Ali təhsil pilləsində təhsil almaq barədə arayış;
• Orta ixtisas təhsili pilləsində təhsil almaq barədə arayış;
• Peşə təhsili pilləsində təhsil almaq barədə arayış;
• Dövlət proqramı əsasında xaricdə təhsil almaq barədə arayış;
• Dövlət proqramı əsasında xaricdə təhsil müəssisəsindən məzun olmaq barədə arayış;
• Müəllimlərin işə qəbulu və diaqnostik qiymətləndirilməsi üzrə imtahan nəticələrinə dair arayış.
Sözügedən elektron arayışların alınması proseduru çox sadədir. İlk növbədə https://portal.edu.az/ platformasına daxil olub qeydiyyatdan keçmək lazımdır. Daha sonra “Şəxsi kabinet”də elektron xidmətlər pəncərəsindən “Arayış əldə etmək üçün müraciət” bölməsi seçilir və müvafiq arayış növü üzrə müraciət göndərilir. Elektron arayışlar portalda avtomatik formalaşdırılır. Vətəndaşlar əldə edilən arayışı elektron formada və ya çap edərək aidiyyəti qurumlara təqdim edə bilirlər.
Qeyd edək ki, elektron arayışların həqiqiliyi QR-kod ilə təsdiq edilir, eyni zamanda, Təhsil Nazirliyinin saytında (https://edu.gov.az/az/yoxla) İD nömrə və müraciətçinin doğum tarixini daxil etməklə sənədin həqiqiliyini yoxlamaq, yükləmək və çap etmək mümkündür.
Elektron jurnal və gündəlikdən istifadə üzrə təlimlər həyata keçirilir

Ümumi təhsil müəssisələrinin pedaqoji və inzibati-idarəetmə heyəti üçün elektron jurnal və gündəlik platformasından istifadə üzrə onlayn təlimlər keçirilir.

İyunun 21-dən başlayan təlimlərə hazırda 114 nəfər peşəkar təlimçinin iştirakı ilə 13 777 nəfər müəllim və 450 nəfər inzibati-idarəetmə heyətinin əməkdaşları cəlb olunub.

Yeni istifadəyə verilmiş platformanın səmərəli istifadəsinin təşkili məqsədilə keçirilən təlimlərdə müəllimlər elektron jurnal və gündəlik sistemi platformasının əsas bölmələrinin işlənməsi, dərs cədvəlinin tərtib edilməsi, elektron profilin tənzimlənməsi, şagird bölməsi ilə iş mövzularını öyrənirlər. İnzibati-idarəetmə heyəti üçün isə təlimlərdə tədris planına baxış, müvafiq uyğunlaşdırmaların aparılması, fənlər bölməsində aidiyyəti dəyişiklik və əlavələrin edilməsi, platformanın əsas bölmələri ilə iş, şagirdlər səhifəsinin idarə olunması kimi mövzular əhatə olunur.

Təlim proqramını uğurla bitirən iştirakçılara yekunda elektron sertifikatların təqdim edilməsi nəzərdə tutulur.
Təhsil Nazirliyi tərəfindən ilk dəfə olaraq 2020-2021-ci tədris ilində ödənişsiz və könüllü əsaslarla təşkil edilmiş "Yay məktəbi" layihəsi artıq yekunlaşıb.
Lisey və gimnaziyalara seçim nəticələri müəyyənləşib

Lisey və gimnaziyalara mərkəzləşdirilmiş şəkildə keçirilmiş qəbul imtahanlarının seçim nəticələri müəyyən olunub.

Valideynlər sy.edu.az portalı vasitəsilə “Şəxsi kabinet”ə daxil olaraq övladlarının seçim nəticələri ilə tanış ola bilərlər.

Övladları uğur qazanmış valideynlər 15 iyul saat 17:00-dək qəbul olduqları lisey və ya gimnaziyanı sistemdə təsdiqləməlidirlər. Əks halda, həmin şagirdlərin nəticələri ləğv ediləcək.

Qeyd edək ki, şagirdlər imtahan balı və qeyd etdikləri ardıcıllıq əsasında mərkəzi sistem tərəfindən müvafiq lisey və ya gimnaziyaya yerləşdirilib.
📢 13 iyul saat 11:00-da WorldSkills Azerbaijan platforması tərəfindən təşkil edilən Veb proqramlaşdırma üzrə yarışının Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində baş tutacaq bağlanış mərasimi çərçivəsində “Təhsilin rəqəmsallaşması: perspektivdə nə var?” mövzusunda panel müzakirə keçiriləcək. 📌📌 Müzakirəni canlı olaraq Facebook sosial şəbəkəsi üzərindən izləyə bilərsiniz.
🔽🔽🔽
İştirakçılar:
Pərviz Yusifov – Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru;
Fariz İsmayılzadə – Ada Universitetinin icraçı prorektoru;
Vüsal Xanlarov – Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi;
Emin Axundov – Microsoft Azerbaijan şirkətinin təhsil proqramları üzrə meneceri.
Müəllimlərin əməkhaqqının hesablanması üçün onlayn kalkulyator xidməti yenilənib


Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqqının hesablanması üçün onlayn kalkulyator xidməti yenilənərək vətəndaşların istifadəsinə verilib.

Bunun üçün Təhsil Nazirliyinin rəsmi internet səhifəsinin “Onlayn kalkulyator” ( https://edu.gov.az/calculator ) keçidinə daxil olmaq lazımdır. Onlayn kalkulyator xidməti vasitəsilə ümumi təhsil müəssisələrində çalışan bütün müəllimlər əməkhaqqını hesablama imkanı əldə edəcəklər.

Müəllimlər “Onlayn kalkulyator” (https://edu.gov.az/calculator) keçidinə daxil olmaqla müvafiq məlumatları qeyd etməli və “Hesabla” düyməsini seçməlidir. Bu zaman hesablanmış əməkhaqqı ekranda əks olunacaq. Müəllimlər ödənilən əlavələr, əməkhaqqından tutulmalar barədə məlumatları sağ tərəfdə açılan cədvəl vasitəsilə əldə edə biləcəklər.

Qeyd edək ki, yeni xidmətin yaradılmasında əsas məqsəd şəffaflığın və əlçatanlığın artırılmasıdır.
Təhsilalanların köçürülməsi prosesi başlanılır

12 iyul tarixindən tələbələrin ölkə daxilində və ya xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, ixtisasının və (və ya) təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin (təhsil forması üzrə), magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılır.
Yerli ali təhsil müəssisələrinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu üçün son müraciət tarixləri
Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə dair həftəlik icmal
Təhsil nazirinin növbəti videoqəbulu keçiriləcək

Təhsil naziri Emin Əmrullayev 23 iyul 2021-ci il saat 16:00-da Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonların sakinlərini videobağlantı vasitəsilə qəbul edəcək. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Ali təhsilin magistratura səviyyəsinə qəbul imtahanında uğur qazanmış şəxslərin 13 iyul saat 12:00-dan etibarən təhsil müəssisələrinə elektron qaydada qeydiyyatına start verilir.
Valideynlərin nəzərinə!


I siniflə bağlı apellyasiya müraciətlərinin qəbulu davam edir. Belə ki, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbulla bağlı övladının müsabiqə nəticəsindən narazı olan valideynlər iyulun 16-dək apellyasiya müraciəti edə bilərlər.

Müraciətləri Təhsil Nazirliyi tərəfindən yaradılmış mqtn-apellyasiya@edu.gov.az elektron poçt ünvanına göndərmək lazımdır.
Koreya təhsil təcrübəsi Virtual Məktəbdə

Təhsil Nazirliyi və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında əməkdaşlıq çərçivəsində Koreya təcrübəsi əsasında milli elektron məzmunlar yaradılıb və istifadə üçün Virtual Məktəbdə regional müəllim qruplarında yerləşdirilib. Məzmunları yükləyə və ya onlayn izləyə bilərsiniz.
📣 WorldSkills Azerbaijan platforması ölkəmizi kiber təhlükəsizlik istiqaməti üzrə WorldSkills Asia 2021 bacarıq yarışlarında təmsil edəcək şəxslərin seçim mərhələsinə start verir.
______________
💻 Seçim turunda 25 yaşa qədər olan gənclərin iştirakı nəzərdə tutulur. İştirakçılar qeydiyyatdan keçmək və seçim mərhələsinin tapşırıq layihəsi ilə tanış olmaq üçün aşağıdakı keçiddən istifadə edə bilərlər.
🔽🔽🔽
🔗 Qeydiyyat linki: https://cutt.ly/tmDmhis
📍 Son qeydiyyat tarixi: 21 İyul
🔗Ətraflı: https://bit.ly/36xcgkp
Ali təhsilin magistratura səviyyəsi üzrə təhsil müəssisələrinə elektron qeydiyyat davam edir

Qeydiyyat prosesi ilə bağlı suallar yaranarsa, Təhsil Nazirliyinin saytında "Virtual Bələdçi" xidmətindən faydalanmaq mümkündür.
📢 Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “SQL Proqramçı” üzrə təlimə müraciətlər qəbul olunur.

ℹ️ Təlim iştirakçıları SQL dilində proqramlaşdırma, data bazanın düzgün strukturlaşdırılması, sorğuların və funksiyaların tətbiqini, mürəkkəb data modellərinin və hesabatların qurulmasını öyrənəcək, layihələrlə işləyərək müxtəlif bizneslər üçün databaza həlləri tapacaq və onları tətbiq edəcəklər.

🔍Təlim üçün əsas meyarlar:
🔹 Orta ixtisas və ya ali təhsil;
🔹 İngilis və ya rus dilini ən azı texniki tapşırıqları həll edə biləcək səviyyədə bilmək;
🔹 Kompüterdə işləmək təcrübəsi və proqramlaşdırmaya dair baza biliklərin olması.

📅 Təlim müddəti: 2 ay yarım

📌Təlim Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək.

İlkin mərhələdə seçilmiş namizədlər növbəti seçim mərhələsinə keçid üçün dəvət alacaqlar.
Son olaraq seçilmiş namizədlər təlim haqqından azad ediləcəklər.

📜 Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcək.

Müraciətləri 01 avqust, 2021-ci il tarixinədək aşağıdakı linkə keçid edərək göndərə bilərsiniz:
🔗 https://forms.office.com/r/R5uHFGay0q
Ətraflı: https://bit.ly/2U4J1CX
Ali təhsilin magistratura səviyyəsi üzrə təhsil müəssisələrinə elektron qeydiyyat ilə bağlı vətəndaş müraciətlərinin cavablandırılması üçün xidmətlər
Ali təhsilin magistratura səviyyəsi üzrə təhsil müəssisələrinə elektron qeydiyyat üçün https://portal.edu.az/ portalına daxil olub, təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

#TəhsilNazirliyi #EduAz #AliTəhsil
16 iyuldan magistratura səviyyəsi üzrə təhsil müəssisələrinə elektron qeydiyyat prosesinə dəstək olmaq üçün alternativ qeydiyyat mərkəzləri yaradılıb