AR Elm və Təhsil Nazirliyi
18.9K subscribers
1.26K photos
122 videos
2.55K links
Elm və Təhsil Nazirliyinin rəsmi Telegram kanalı

🔗https://linktr.ee/edugovaz
Download Telegram
Ümummilli lider Heydər Əliyev:
"Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq".
I sinfə şagird qəbulu davam edir


2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu davam edir.

Birinci sinfə şagird qəbulu üzrə elektron portal (www.mektebeqebul.edu.az) bu gün saat 09:00-dan etibarən yenidən akivləşdirilib.

Qeyd edək ki, www.mektebeqebul.edu.az elektron portalı bayram günlərində fəaliyyətini müvəqqəti olaraq dayandırmışdı.

Aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib.

Təhsil Nazirliyi tərəfindən birinci sinfə şagird qəbulu ilə bağlı vətəndaşlara dəstək məqsədilə və müraciətlərin operativ cavablandırılması üçün yeni xidmətlər təqdim olunub. Belə ki, nazirliyin rəsmi internet saytının “Sual-cavab” bölməsinə (https://edu.gov.az/az/faq) “Virtual bələdçi” xidməti əlavə edilib və birinci sinfə şagird qəbulu ilə bağlı “Whatsapp https://api.whatsapp.com/send/?phone=994512067848” hesabı ((+994) 51 206 78 48 ) yaradılıb. Həmçinin, Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni 146-0 nömrəsi aktivləşdirilib. Vətəndaşlar qeyd edilən xidmətlər vasitəsilə birinci sinfə şagird qəbulu prosesinin həyata keçirilməsinə dair suallara cavab tapa bilərlər.
​​​​"Dərs vaxtı"nın 17 may cədvəli

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının mayın 17-si üçün nəzərdə tutulan cədvəlini təqdim edirik.
18 may saat 11:00-da Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə tanışlıq məqsədilə virtual "Açıq qapı" tədbiri təşkil ediləcək
​​​​​"Dərs vaxtı"nın 18 may cədvəli

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının mayın 18-i üçün nəzərdə tutulan cədvəlini təqdim edirik.
Tələbələrin və təhsil müəssisələrinin nəzərinə!

Təhsil Nazirliyi https://e-telebe.edu.az elektron portalı vasitəsi ilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulunu 19 may 2021-ci il tarixindən aktivləşdirir.
Yaz imtahan sessiyası distant keçiriləcək

Ali və orta ixtisas təhsili müəssisələrində 2020-2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası distant (məsafədən) formada keçiriləcək.
Ali təhsil müəssisələri üçün anonim sorğu

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ali təhsil müəssisələrinin rəhbərlik və kollektivini anonim sorğuda iştirak etməyə dəvət edir. Sorğunun keçirilməsində məqsəd müvafiq müəssisələrin daxili keyfiyyət təminatı sisteminin mövcud vəziyyətini təhlil etmək, təlim ehtiyac və istəklərini müəyyən etmək, Agentliyin təlim və metodiki dəstək xidmətlərinə dair təklifləri ilə tanış olmaqdan ibarətdir.
İşə qəbul müsabiqəsinin qiymətləndirmə çərçivəsini izah edən videolar


Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzi tərəfindən ümumi təhsil müəssisələrində fəaliyyət göstərən və ya göstərmək istəyən müəllimlər üçün müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsi hazırlanıb. 20 fənn, metodika ve pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzuları əhatə edən məlumat kitabçası daha öncə təqdim olunub. Kitabça ilə müvafiq keçidə daxil olaraq tanış ola bilərsiniz: https://bit.ly/3ooQlnx
Təhsil İnstitutu tərəfindən müvafiq linkə (https://www.arti.edu.az/az/presentation/688-muallimlarin-isa-qabulu-musabiqasinin-qiymatlandirma-carcivasini-izah-edan-videolar) əlavə edilmiş videolarda isə 20 fənn, metodika ve pedaqogika üzrə müəllimlərin işə qəbulu və sertifikasiyası imtahanlarının məzmunu şərh olunur, sual nümunələri təqdim edilir, eyni zamanda həmin suallar vasitəsilə qiymətləndirmə çərçivəsində namizədlərə qoyulan tələblərin necə ölçüləcəyi haqqında məlumat verilir.

Qeyd edək ki, sözügedən videolar müzakirəyə açıqdır. Müəllimlər və müəllimliyə namizədlər tərəfindən veriləcək rəy və tövsiyələr müəllimlərin işə qəbulu müsabiqəsinə hazırlıq prosesi çərçivəsində görülən işlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılmasına dəstək göstərəcək.
"Dərs vaxtı"nın 19 may cədvəli

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının mayın 19-u üçün nəzərdə tutulan cədvəlini təqdim edirik.
20 may saat 16:00-da "Vətəndaş saatı"nın növbəti buraxılışda "e-telebe portalı - təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi" mövzusunda vətəndaşların ən çox ünvanladıqları suallar cavablandırılacaq.
Mövzuya dair suallarınızı bu keçidin https://www.facebook.com/tehsil.gov.az/posts/1829041903924359 rəy bölməsində qeyd edin ki, "Vətəndaş saatı"nda cavablandırılsın.
Tələbələrin və təhsil müəssisələrinin nəzərinə

Mayın 19-dan https://e-telebe.edu.az elektron portalı vasitəsi ilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbuluna start verilib. http://e-telebe.edu.az elektron portalı vasitəsi ilə müraciətlərin qəbulu iyun ayının 7-dək aktiv olacaq.
e-telebe ilə bağlı müraciətlərin cavablandırılması üçün yeni xidmətlər

Mayın 19-dan https://e-telebe.edu.az elektron portalı vasitəsi ilə sosial həssas qrupa aid tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbuluna start verilib.
Təhsil Nazirliyi tərəfindən qeyd edilən məsələ ilə bağlı vətəndaş müraciətlərinin cavablandırılması üçün aşağıdakı xidmətlər təqdim edilir:
- Çağrı Mərkəzinin “146-5” nömrəsi ( həftəiçi 5 gün aktiv fəaliyyət göstərəcək);
- e-telebe.edu.az elektron portalının daxilində yazışma (dəstək) bölməsi;
- "Whatsapp” nömrə: (+994) 51 206 78 48.
21 may saat 11:00-da Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi ilə tanışlıq məqsədilə virtual “Açıq qapı” tədbiri keçiriləcək.

"Açıq qapı" tədbirində müzakirə ediləcək mövzular:
🔹 Mərkəzdə tədris prosesinin təşkili;
🔹 Məzunların işlə təminatı;
🔹 İşəgötürənlər ilə əməkdaşlıq;
🔹 Mərkəzin infrastrukturu ilə tanışlıq.
20 may saat 16:30-da Təhsil Nazirliyinin rəsmi "Instagram" səhifəsi üzərindən "Tələbə doğru" layihəsi çərçivəsində növbəti canlı yayım təşkil ediləcək.

Canlı yayımın mövzusu "Sinif otağından gələcək karyeraya gedən yol"dur.

Canlı yayım zamanı mövzu ilə bağlı suallarınızı da ünvanlaya bilərsiniz.

İzləməyi unutmayın!
​"Dərs vaxtı"nın 20 may cədvəli

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının mayın 20-si üçün nəzərdə tutulan cədvəlini təqdim edirik.
"Qalib müəllim" müsabiqəsinin vaxtı uzadılıb

Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Qalib müəllim” videohekayə müsabiqəsinə müraciətlərin qəbul vaxtı uzadılıb. Müsabiqədə iştirak etmək istəyənlər hazırlanmış video materialları 25 may 2021-ci il tarixinədək press@edu.gov.az elektron ünvanına göndərməlidirlər.
Müsabiqə aşağıdakı başlıqlar üzrə keçirilir:
- “Qalib əsgərin müəllimi” - şagird və tələbələri vətənpərvər ruhda yetişdirən Azərbaycan müəllimi haqqında videooçerk;
- “Ön cəbhədə döyüşən müəllim” - Vətən müharibəsində iştirak etmiş əsgər, qazi və şəhid olan müəllimlərin həyat hekayəsi;
Müsabiqə üzrə tələblər aşağıdakılardır:
- Müsabiqədə ölkəmizdəki media qurumlarının nümayəndələri iştirak edə bilər;
- Müsabiqəyə göndərilən video 2 dəqiqədən artıq olmamalıdır;
- İştirakçı özü haqqında zəruri məlumatları (adı, soyadı, yaşı, yaşadığı şəhərin (rayonun adı), təmsil etdiyi media qurumunun adı və tutduğu vəzifə, əlaqə telefonu) daxil etməklə hazırlanmış videonu 25 may 2021-ci il tarixinədək press@edu.gov.az elektron ünvanına göndərməlidir;
- Hər iştirakçı bir videohekayə göndərə bilər;
- Müsabiqəyə təqdim olunan videohekayələr “Qalib müəllim” ön sözü ilə başlamalıdır.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində iştirak edən, eyni zamanda qalib əsgərin formalaşmasında rolu olan Azərbaycan müəllimlərinin tanıdılmasıdır.
Sonda qaliblər Təhsil Nazirliyinin sertifikatı və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Apellyasiya müsahibələrinin nəticələri


2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsində iştirak edərək uyğun hesab edilməyən şəxslər üçün apellyasiya müsahibələri təşkil olunub. 7-8 may tarixlərində həyata keçirilən müsahibələrin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

188 namizədin iştirak etdiyi müsahibələrdə 103 nəfər uğur qazanaraq ümumi təhsil müəssisəsində daimi əsaslarla çalışmaq imkanı qazanıb.

Qeyd edək ki, müddətsiz əmək müqaviləsinin bağlanması üçün təlimat müvafiq yerli təhsili idarəetmə orqanlarına göndəriləcək.
Milli qiymətləndirmə təşkil olunacaq

Cari ilin 1-11 iyun tarixlərində ümumi təhsil pilləsində fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə növbəti milli qiymətləndirmə təşkil olunacaq.

Milli qiymətləndirmənin Azərbaycan və rus bölmələri üzrə təşkili nəzərdə tutulur. Bu il keçiriləcək milli qiymətləndirmə həm əyani ( seçilmiş siniflər üzrə), həm də onlayn (“Virtual məktəb” platformasında) formatda təşkil olunacaq.

Onlayn qiymətləndirmə prosesində II-VIII və X sinif şagirdləri ayrı-ayrı fənlər üzrə müxtəlif sayda tapşırıqları cavablandıracaq. Qiymətləndirmədə iştirak etmək üçün “Virtual məktəb” platformasında ümumi şagird qruplarında “Testlər” altbölməsinə daxil olmaq və orada yerləşdirilən müvafiq fənlər üzrə test tapşırıqlarına cavab vermək lazımdır.

Əyani qiymətləndirmə prosesində isə IV, VI və IX sinif şagirdlərinə müvafiq olaraq riyaziyyat, tədris dili və xarici dil, eləcə də təbiət fənləri üzrə suallar veriləcək.

İyun ayında keçiriləcək milli qiymətləndirmə tədqiqatında iştirak edəcək şagirdlər arasında sosial-iqtisadi vəziyyətə dair sorğu nəzərdə tutulur.

Qeyd edək ki, sistemli tədqiqat şəklində aparılan milli qiymətləndirmənin keçirilməsində məqsəd etibarlı məlumatların toplanması, təkliflərin verilməsi və problemlərin həll edilməsi üçün konkret istiqamətləri müəyyənləşdirməkdir.