AR Elm və Təhsil Nazirliyi
19K subscribers
1.26K photos
122 videos
2.54K links
Elm və Təhsil Nazirliyinin rəsmi Telegram kanalı

🔗https://linktr.ee/edugovaz
Download Telegram
Tələbələr üçün elm düşərgəsi

📢 11-14 sentyabr tarixlərində "Zuğulba" tədris-idman bazasında "Bir Könüllü" Tələbə Təşkilatının “Elm və innovasiya” proqramının təşkilatçılığı ilə tələbələr üçün elm düşərgəsi təşkil ediləcək.

❗️Düşərgədə ali təhsil müəssisələrinin biologiya, kimya və fizika ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan II-III kurs tələbələri iştirak edə bilərlər.

🧑‍💻 İştirak etmək istəyənlər 4 sentyabr tarixinədək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:
🔗 https://forms.gle/Uu9LU7RNYzjf7XTG9

☑️ Düşərgə ərzində beynəlxalq, həmçinin yerli elmi-tədqiqat institutlarında çalışan tədqiqatçılar təcrübələrini bölüşəcək, müxtəlif komanda işləri aparacaq və tələbələrlə birlikdə praktik tapşırıqlar həll edəcəklər.

📎Sessiyalar müddətində tələbələrə tədqiqat işinin necə aparılması, elmi məqalələrin yazılmasında diqqət edilməli məqamlar, həmçinin elmin etik qaydaları barədə seminarlar təşkil olunacaq.

📋Layihənin yekununda iştirakçılara sertifikat təqdim ediləcək.
👩🏻‍🏫🧑🏻‍🏫 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya 🗣müsahibələri 4-5 sentyabr tarixlərində onlayn formatda "Microsoft Teams" platforması üzərindən təşkil olunacaq.
📢 1-5 sentyabr tarixlərində peşə təhsil müəssisələrinə tələbə qəbulunun II mərhələsi keçiriləcək.
📢 Sentyabrın 1-dən məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi müvəqqəti olaraq dayandırılır.
📣 Sentyabrın 1-dən mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalarda boş qalan yerlər üçün III seçim mərhələsinə start verilir.
📣 28 avqust – 4 sentyabr tarixlərində Macarıstanın Seged şəhərində keçirilən 35-ci Beynəlxalq İnformatika Olimpiadasında məktəblilərimiz uğurla çıxış ediblər.

Ətraflı: 👉 https://bit.ly/3R1EAUo
Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı brifinq.
Təkrar sertifikatlaşdırmadan keçməyən 743 müəllimin əmək müqaviləsinə xitam verilib.
📢 İş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsində iştirak edən müəllimlərin nəzərinə!

Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsində müraciətini təsdiqləmiş namizədlərin📧 şəxsi səhifələrinə sənədlərin yoxlanılacağı məkan, tarix və saat barədə məlumatlar göndərilib.

📌 Qeyd edək ki, müsabiqə müddətsiz əsaslarla çalışan müəllimlərə elektron sistem üzərindən öz istəyi əsasında iş yerini qarşılıqlı dəyişdirmək imkanı verir.
📞 146 Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti

Elm və Təhsil Nazirliyinin 📞 146 Çağrı Mərkəzi yeni istiqamət üzrə vətəndaşların sorğularını cavablandıracaq. Belə ki, vətəndaşlar Mil – Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər və ümumi təhsil müəssisələrinin fəaliyyətinə dair sorğu və şikayətlərinə 146-0-6 nömrəsi ilə əlaqə yaratmaqla cavab əldə edə bilərlər.
📢 Tələbələrin köçürülməsi üzrə nəticələr açıqlanıb
📢 5 oktyabrda Təhsildə Yeni Çağırışlar IV Beynəlxalq Forumu keçiriləcək.
📢 2023–2024-cü tədris ilində Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin dərnək və qruplarına qeydiyyat prosesi davam edir.
📣 Sentyabrın 8-dən sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə start veriləcək.
📣 8 sentyabr saat 11:00-dan ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək.