AR Elm və Təhsil Nazirliyi
18.9K subscribers
1.26K photos
122 videos
2.54K links
Elm və Təhsil Nazirliyinin rəsmi Telegram kanalı

🔗https://linktr.ee/edugovaz
Download Telegram
🤼‍♂️“Təhsil” Respublika İdman Mərkəzinin sərbəst güləş üzrə Respublika birinciliyi keçirilib.

🔰2007-2009-cu il təvəllüdlü oğlanlar arasında təşkil olunan yarışa uşaq-gənclər idman-şahmat məktəblərindən 24 komanda olmaqla, 259 nəfər idmançı qatılıb.

🏆Ümumi hesabda Gəncə şəhər 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbi I yeri, 1 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi II yeri, Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbi III yeri tutub.

🥇📜Qalib idmançılar “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən diplom və medalla təltif olunub.
🔊 Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi peşə seçimində dəstək olmaq və mərkəzlə tanışlıq məqsədilə "Açıq Qapı" günü elan edir❗️
ℹ️ Peşə təhsilinə marağı olan hər kəs dəvətlidir.
⬇️ Tədbirdə iştirak etmək üçün aşağıdakı qeydiyyat formunu doldurmağınız xahiş olunur:
🔗 https://bit.ly/3DZ0SNS
​​​​​​​​📒"Dərs vaxtı" proqramının 13 aprel üçün nəzərdə tutulan cədvəlini təqdim edirik.

📌Dərslər həftənin 5 günü saat 10:00-dan 18:00-dək “Dərs vaxtı”nın rəsmi feysbuk səhifəsi üzərindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eləcə də Təhsil Nazirliyinin rəsmi yutub kanalı vasitəsilə (https://www.youtube.com/user/tehsilgovaz) yayımlanacaq.

Teledərslər məktəbdə öyrəndiklərinizin daha yaxşı mənimsənilməsi üçündür!
📢29 aprel – 3 may tarixlərində Təhsil İnstitutu və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qubada tələbələrin yaz düşərgəsi təşkil ediləcək.

Ətraflı: ➡️ https://bit.ly/3M0NITv
📣Vətəndaşların xaricdə aldıqları təhsili təsdiq edən diplom haqqında məlumatlar “myGov” 📧şəxsi kabinet əsaslı elektron hökumət portalına inteqrasiya olunub.

Ətraflı: https://bit.ly/38RDCWV
📢14 aprel saat 11:00-da "Təhsil masası"nın növbəti buraxılışı yayımlanacaq.
🏫Budəfəki mövzu “Ümumi və məktəbəqədər təhsil"lə bağlıdır.
📲"Təhsil masası"nı nazirliyin rəsmi "Facebook" səhifəsi üzərindən canlı izləmək mümkündür.
📢Təhsil İnstitutu və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qubada keçiriləcək tələbələrin hakatonunda iştirak üçün 📝qeydiyyat davam edir.

Ətraflı: 👉 https://bit.ly/3JCgb0j
📢 24 aprel 2022-ci il tarixində Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi (KBRM) keçiriləcək.
Qeydiyyat müddətinin bitməsinə son 5 gün qalıb❗️❗️❗️
Şagirdlər🔗 https://ttm.edu.az/az/exam-list.php saytında qeydiyyatdan keçərək buraxılış vərəqəsini əldə edə bilərlər.
AR Elm və Təhsil Nazirliyi pinned «📢 24 aprel 2022-ci il tarixində Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi (KBRM) keçiriləcək. …»
​​​​​​​​​📒"Dərs vaxtı" proqramının 15 aprel üçün nəzərdə tutulan cədvəlini təqdim edirik.

📌Dərslər həftənin 5 günü saat 10:00-dan 18:00-dək “Dərs vaxtı”nın rəsmi feysbuk səhifəsi üzərindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eləcə də Təhsil Nazirliyinin rəsmi yutub kanalı vasitəsilə (https://www.youtube.com/user/tehsilgovaz) yayımlanacaq.

Teledərslər məktəbdə öyrəndiklərinizin daha yaxşı mənimsənilməsi üçündür!
🇦🇿🇹🇷Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəvəti ilə ölkəmizdə səfərdə olan Türkiyənin Kastamonu vilayətinin Kuzeykent ibtidai məktəbinin 4-A sinfinin şagirdləri və müəllim heyəti Şuşaya gedib.
📢Mayın 15-də fənn müsabiqələrinin final mərhələsi təşkil ediləcək.

Ətraflı: https://bit.ly/3uI1YKR
📝Müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşdirilməsi müsabiqəsinin müsahibə mərhələsində uğur qazanmayan namizədlərin apellyasiya müraciətlərinin qəbulu həyata keçiriləcək.

Ətraflı: https://bit.ly/3vnlaN5
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsinə start verilir

Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsi həyata keçiriləcək. ➡️Müsabiqəyə növbəti həftə ərzində start verilməsi planlaşdırılır.
ℹ️Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsində dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında müəllim olaraq çalışan və əsas iş yeri üzrə minimum 5 saat dərs yükünə sahib olan şəxslər iştirak edə bilərlər.
📌Qeyd edək ki, hazırlanmış proqram təminatı vasitəsi ilə qarşılıqlı yerdəyişmə etmək istəyən şəxslərə tamamilə elektron şəkildə müraciət və yerdəyişmə etmək imkanı yaradılmışdır.
👏Qarşılıqlı yerdəyişmə etmək arzusunda olan bütün müəllimlərə uğurlar arzulayırıq!
🗓Aprelin 16-da Təhsil Nazirliyi SABAH qruplarının bakalavriat səviyyəsinə 2022-2023-cü tədris ili üçün tələbə qəbulu başa çatacaq.

Ətraflı: 👉 https://bit.ly/3jIeWSM
💻2022-2023-cü tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində yeni informatika təmayüllü 10-cu siniflərin açılması nəzərdə tutulur.

Ətraflı: 👉https://bit.ly/3MbwfHX
📣 Lənkəran Peşə Liseyi tərəfindən “Sosial Media Marketinqi” üzrə qısamüddətli təlimə müraciətlər qəbul edilir.

Aşağıdakı elektron ərizə forması üzərindən 24 aprel tarixinədək müraciət edə bilərsiniz:

🔗 https://bit.ly/3EcDnku

⬆️Təlim barədə ətraflı məlumat müraciət formasında yer almaqdadır.