AR Elm və Təhsil Nazirliyi
19K subscribers
1.26K photos
122 videos
2.54K links
Elm və Təhsil Nazirliyinin rəsmi Telegram kanalı

🔗https://linktr.ee/edugovaz
Download Telegram
V Beynəlxalq Meqapolislər Olimpiadasından 7 medal

- - -

16-22 dekabr tarixlərində Moskva şəhərinin təşkilatçılığı ilə virtual formada V Beynəlxalq Meqapolislər Olimpiadası keçirilib.

Dünyanın 31 meqapolisinin iştirak etdiyi və fizika, kimya, riyaziyyat, informatika fənləri üzrə təşkil edilən beynəlxalq olimpiadada məktəblilərimiz uğurla çıxış edərək ümumilikdə 7 medal qazanıb.

Belə ki, riyaziyyat fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin X sinif şagirdləri Amin Cəfərzadə və Toğrul Abbasov gümüş medal əldə edib. Fizika fənni üzrə Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın XI sinif şagirdləri Sirac Yəhyazadə və Murad Bəşirov, kimya fənni üzrə BDU-nun nəzdində "Gənc İstedadlar" liseyinin X sinif şagirdi Nəriman Şirinli və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Xanım Yaqublu, informatika fənni üzrə Bakı şəhəri 269 nömrəli tam orta məktəbin XI sinif şagirdi Amin Cəlilov isə bürünc medala layiq görülüb.

Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq dərsləri "Azercell" Telekom şirkətinin dəstəyi ilə həyata keçirilir.

#TəhsilNazirliyi #EduAz #Olimpiada
2020-2021-ci tədris ili rəqəmlərdə - Məktəblilərin uğuru

2020-2021-ci tədris ilində Azərbaycan məktəbliləri müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə iştirak edərək 3 qızıl, 12 gümüş, 29 bürünc medal və 9 həvəsləndirici mükafat olmaqla ümumilikdə 44 medal əldə ediblər.

#TəhsilNazirliyi #EduAz #Olimpiada
📣20-25 dekabr 2021-ci il tarixlərində riyaziyyat və informatika fənləri üzrə onlayn formatda Lütfi Zadə Beynəlxalq Olimpiada keçirilib.

🥇🥈🥉Olimpiadaya 18 ölkədən 158 məktəbli qatılıb. Olimpiada iştirakçıları informatika fənni üzrə 7 qızıl, 16 gümüş, 23 bürünc, riyaziyyat fənni üzrə isə 5 qızıl, 12 gümüş, 17 bürünc medal qazanıb.

🇦🇿Azərbaycan məktəbliləri bu olimpiadada riyaziyyat fənni üzrə 🥇3 qızıl, 🥈2 gümüş, 🥉1 bürünc, informatika fənni üzrə isə🥉 4 bürünc medal əldə edib.

📊Olimpiadanın nəticələri:
🔗https://bit.ly/33YTW5B

Daha ətraflı məlumat üçün:
🔗https://www.lotfizadeh.org

#TəhsilNazirliyi #EduAz #Olimpiada