✍🏻Tipik İqtisadçı-Ekspert📈
42.8K subscribers
6.98K photos
993 videos
3 files
11.2K links
📈 Economics • Capitalism • Finance
🏆 Qazananlar Bizi İzləyir!

📣 Reklam Yerləşdirmək üçün Əlaqə:
👇 Yalnız Facebook'dan Mesaj ilə

Facebook.com/eco.expert

Instagram.com/eco.expert

X.com/eco_expert_

Linkedin.com/in/tipik-iqtisadçı-ekspert
Download Telegram
🇦🇿🦠 #rəsmi: Azərbaycanda Coronavirus'a 43 yeni yoluxma, 6 sağalma; Yoluxan sayı 443, ölü sayı 5, sağalan sayı 32, karantindəki say 4321 oldu
🇷🇺💰🇺🇲 #dünya: Əl əli yuyar, əl də üzü; Rusiya ABŞ-a 60 tonluq tibbi vasitə göndərib, Trump da neft qiymətlərini qaldırmaq üçün Muhammed Salman'la danışıb.
🇦🇿☣️ #rəsmi: Azərbaycanda rayonlara görə yoluxma açıqlandı; Ən çox yoluxma 149 nəfərlər Bakıdadır:

😲Onlardan ən çoxu paytaxtın Yasamal (27), Binəqədi (23), Nəsimi (23), Nərimanov (19) rayonlarına düşür. Abşerondan olan koronavirus xəstələrinin sayı 9, Sumqayıtda isə bu göstərici 6-ya bərabərdir.

🔎Bakının digər rayonları üzrə göstəricilər:

Xətai rayonu - 13, Səbail rayonu- 10, Qaradağ rayonu - 9, Sabunçu rayonu - 7, Suraxanı rayonu - 5, Pirallahı - 2, Xəzər rayonu - 3, Nizami rayonu - 2, Qeyri-müəyyən - 6

Azərbaycanın bölgələrinə gəldikdə isə, bu göstərici ən çox Lənkəranda (18) və Cəlilabaddadır (15). Koronavirusa yoluxanlardan 98 nəfəri isə ölkə xaricindən gələnlərdir.

Digər bölgələr üzrə göstəricilər:

Salyan - 12, Qusar - 9, Tovuz - 5, Neftçala - 4, Astara - 3, Naftalan - 3, Daşkəsən - 3, Füzuli - 3, Xaçmaz - 3, Zaqatala - 3, Ucar - 3, Ağdam - 2, Ağdaş -2, Quba -2, Masallı, Siyəsən, Xızı, Qəbələ, Tərtər, Qax, Qazax, Biləsuvar - 1.
🇺🇲🇨🇳 #qlobal: ABŞ-dan pis, Çindən yaxşı xəbər; ABŞ-da işsizlik 3.5%-dən 4.4%-ə qalxıb. ABŞ tərəfi bildirir ki, əvvəlki iqtisadi vəziyyətə qayıtmaq ən yaxşı halda 2021-in sonuna mümkün olar.
🙂Çin tərəfi pozitivdir; Çin Mərkəzi Bankı isə deyib ki, virusun iqtisadi təsiri keçicidir və bu 2008 böhranından zəifdir.
🚰🆓 #şadxəbər: AzərSu bildirib ki, borca görə heç kimin suyu kəsilməyəcək. Smart-kartlı abonentlər isə 5 kubmetr kredit götürə bilər.
🇦🇿🦠 #sondəqiqə: Azərbaycanda Coronavirus'a 78 yeni yoluxma var; Yoluxan sayı 521, ölü sayı 5, sağalan sayı 32 oldu.
Whatsapp'da yeni səs və mətnlər yayılır. Sizə gündəmə uyğun sual. Kimə daha çox inanırsız?
Anonymous Poll
24%
Niquş, Aynuş, Kəmalə və s. Whatsapp fenomenləri
76%
Rəsmi mənbələr/rəqəmlər
🆓🗑️ #rəsmi: Zibil atmaq üçün SMS-lə icazə almağa ehtiyac olmayacaq; Amma sui-istifadə olunmamalı və şəxs zibili atıb birbaşa evə qayıtmalıdır.
🇦🇿💵 #rəsmi: Baş nazirin təsdiqlədiyi tədbirlər planında yazılıb: 300 min nəfəri əhatə edən işçilər üçün 215 milyon AZN ayrılsın.
🔎215 milyonu 300 minə böləndə bir aylıq ₼716 düşür. 2 aylıq olsa ₼358, 3 aylıq olsa ₼238 edir.
🇦🇿💰 #rəsmi: İşsiz şəxslərə ₼190 birdəfəlik ödəniş ediləcək - Baş nazirin təsdiqlədiyi qərarda deyilir.
🌏💻 #bigpicture: Dünya sürətlə yeni əsrə, yeni çağa keçir; Coronavirus indiyə kimi olan qaydaları ənənəvi/köhnə, indidən sonranı isə yeni/digital etdi.

👁️Yeni qaydalar və vərdişlər üzə çıxır; Pulun və dəyərin anlayışı dəyişir, köhnə qaydalar aktuallığını itirir, dövlətlər cılızlaşır, ofislər, plazalar boşalır, distant işləmək oturuşur, dini rituallar təxirə düşür, din adamları əvvəl toplanmağa çağırırdı indi evdə qalmağa çağırır və s.

☣️Qapalı görünən şeylər də açığa çıxır, aşkarlıq önə plandadır. Digitallaşma sürətlənir, gündəlik qaydalar, vərdişlər aktuallığını itirir. Yeni çağda yəqin ki yeni qaydalar işləyəcək. Online dərslər, kurslar, online xidmətlər, videozənglə keçən iclaslar hətta dövlət toplantıları artıq günümüzün reallığı olur.

🎯 Əlbəttə ki bu yeni çağda öz xidmətlərini yeni qaydalara uyğunlaşdıran və tanıdanlar da onun bəhrəsini görəcək. Çünki bunlar artıq yeni çağın tələbidir, geri qalan uduzacaq. Belə müəssisə və şəxslər məhsul/xidmətinin reklamını fərqli təqdimatda və effektiv şəkildə səhifəmizdə yerləşdirə bilər, əlaqə mesajla 📩 m.me/eco.expert

👥Hər bir insan da bu yeni dövrə hazır olmalıdır və heç bir halda panikaya düşməməlidir. Həyat fəaliyyətinizi davam etdirin və yeniliklərə hazır olun.
🇦🇿✍️ #rəsmi: 5-20 aprel izolyasiya qərarına bəzi düzəlişlər edildi;
Yalnız fərqlənmə nişanı olan taksilər işləyə biləcək
Kənd təsərrüfatı və ona bağlı fəaliyyət ilə məşğul olan şəxslərin hərəkəti sərbəst oldu.
🇦🇿🦠 #sondəqiqə: Azərbaycanda Coronavirus'a 63 yeni yoluxma var; Yoluxan sayı 584, ölü sayı 5, sağalan sayı 32 oldu.
🇦🇿📱 #GüldürənStatistika: Bu gün icazə üçün 8103-ə 456 min SMS göndərilib, bunun 284 mini (62%-i) səhv göndərildiyi üçün təsdiq cavabı almayıb😂
🌍🦠️ #xüsusi: Coronavirus qabaqcadan planlaşdırılıb? Məşhur The Economist jurnalının 2019 Dekabrında 2020 üçün təsvir etdiyi üz qabığı barədə iddialar var.
🚥2020 yazısı 20 yaşıl, 20 qırmızı yazılması ilin ilk yarısının pis, digər yarısının yaxşı keçəcəyinə işarədir.
🇨🇳Sözlər yazılan üz qabığı Trump-la başlayır. İrəlilədikcə Xİ yazısını görürük. Bu Çin prezidenti Xi Jinping-in adıdır.
📉Xi-nin ardınca isə RECESSİON (iqtisadi geriləmə) yazısı gözə çarpır. Yazıları tədqiq edənlər bunu təsadüf adlandırmır və Çindən başlanan virusun resessiyaya səbəb olduğuna işarə olduğunu iddia edir.
⚡️Jurnalda həmçinin Süni İntellekt, Brexit, Müharibə, İqlim, Tokio, Mars, Bionövlülük, Vizyon, Ren (Huawei'in prezidenti) və ən sonda Rusiya sözləri yazılıb.
🇦🇿💀 #rəsmi: Azərbaycanda 2 nəfər Coronavirusdan öldü; Ölü sayı 7 oldu.
🇦🇿💡 #rəsmi: Əhaliyə güzəştli işıq limiti aprel-may üçün 100 kvts. artırıldı
🇹🇷🦠️ #covid19: Türkiyədə təkcə bu gün 3135 yoluxma, 73 ölüm qeydə alındı; Yekunda 27069 yoluxma, 574 ölü.
🇷🇺🦠️Rusiyada təkcə bu gün 658 yoluxma, 2 ölüm qeydə alındı; Yekunda 5389 yoluxma, 45 ölü.
🇺🇸🦠️ABŞ-da təkcə bu gün 16563 yoluxma, 874 ölüm qeydə alındı; Yekunda 327920 yoluxma, 9326 ölü.
🇮🇷🦠️İranda təkcə bu gün 2483 yoluxma, 151 ölüm qeydə alındı; Yekunda 58226 yoluxma, 3603 ölü.
🇨🇳🦠️Çində təkcə bu gün 30 yoluxma, 3 ölüm qeydə alındı; Yekunda 81669 yoluxma, 3329 ölü.
🇬🇪🦠️Gürcüstanda təkcə bu gün 12 yoluxma, 1 ölüm qeydə alındı; Yekunda 174 yoluxma, 2 ölü.
🇦🇲🦠️Ermənistanda təkcə bu gün 52 yoluxma; Yekunda 822 yoluxma, 7 ölü.
🇦🇿🦠️ #statistika: Azərbaycanda Coronavirus yoluxma dinamikası sürətli, amma say dəyişkən şəkildə gedir. İlk gündən bu günə açıqlanan gündəlik artıma baxaq:
* 28 fevral: 1
* 29 fevral: 2
* 05 mart: 3
* 06 mart: 3
* 10 mart: 2
* 12 mart: 4
* 14 mart: 4
* 15 mart: 4
* 16 mart: 2
* 17 mart: 9
* 19 mart: 10
* 21 mart: 9
* 22 mart: 12
* 23 mart: 7
* 24 mart: 15
* 25 mart: 6
* 26 mart: 29
* 27 mart: 43
* 28 mart: 17
* 29 mart: 27
* 30 mart: 64
* 31 mart: 25
* 01 aprel: 61
* 02 aprel: 41
* 03 aprel: 43
* 04 aprel: 78 (REKORD)
* 05 aprel: 63
📈Görüldüyü kimi son 11 gündə dalbadal artımlar 2 rəqəmli saydadır. Bu da daha diqqətli olmağı gərəkdirir.