Fizuli Hüseynov | Sağlamlıq - Bitkilərlə müalicə
4.73K subscribers
359 photos
112 videos
557 links
Bu kanal Fizuli Hüseynovun rəsmi Telegram kanalıdır.

Veb sayt: https://fizulihuseynov.com

Digər hesablar:

Youtube: https://youtube.com/fizulihuseynov
Facebook: https://facebook.com/drfizulihuseynov
Instagram: https://instagram.com/drfizulihuseynov
Download Telegram
QULUNC OLMA VƏ QULUNCUN ÇARƏSİ

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) demişdir:

“Quluncdan qorunmaq üçün noxud yeyin, soyuq olmayan bal şərbəti için və kürəkdən həcəmət etdirin”.

El arasında qulunc adı ilə tanınan, əslində isə onurğanı düzləndirən əzələnin iltihabı olan miozit daha çox oturaq həyat keçirənlərdə, xüsusən də sürücülərdə, kompüter qarşısında çox oturanlarda, öd kisəsində daş olanlarda, döş fəqərələrində yırtıq, sürüşmə və ya osteoxondrozdan əziyyət çəkənlərdə, həmçinin daimi küləkli yerdə işləyənlərdə rast gəlinir. Əzələlərin iltihabı və sərtləşməsi güclü ağrı, kürəkarası sahədə şişkinliklə müşayiət olunur ki, ağrılı nahiyəni kobud şəkildə əzmək və birdən-birə kobud masaj etmək olmaz.

Bəs nə etməli? Məşhur islam həkimləri Əl-Razi və İbn Sina belə bir resept söyləmişlər: “Qulunc olan zaman zeytun yağına batırılmış bezin içinə isti duz doldurun və quluncun üstünə qoyun”. Həqiqətən mükəmməl reseptdir.

Qulunc üçün xalq təbabəti üsulları:

1 stəkan zeytun yağının içinə 1 xörək qaşığı udi hindi tozu qarışdırılır və kürək nahiyəsi yavaş-yavaş ovxalanır.

1 ədəd portağal və ya 2 ədəd limonun qabıqları qurudulur, toz halına salınır, qara zirə yağı ilə qarışdırılır, isidildikdən sonra bez parçası bu yağda isladılır və qulunc nahiyəsinə təpitmə qoyulur.

Qoz böyüklükdə acırğa (qıtıqotu, rusca хрен) kökünü, bir ədəd orta ölçülü kartofu və kartof böyüklükdə qoyun quyruğunu ətçəkən maşından keçirin, qarışdırıb yarım saat quluncun üstündə saxlayın. Bacardığınız qədər çox saxlaya bilsəniz daha faydalıdır.

Böyük bir kələm yarpağı qaynayan suyun içində 2 dəqiqə qaynadılır və isti vəziyyətdə quluncun üstünə təpitmə qoyulur, üzəri yun parça ilə örtülür.

Bəzən miozit soyuqdəymə nəticəsində baş verir. Bu zaman 4-5 stəkan su tutan çaynikdə 1 çay qaşığı kəklikotu, 1 çay qaşığı qara çay, 1 çay qaşığı məkkəgülü və 1 xörək qaşığı cökə çiçəyi qarışdırılaraq dəmlənir, zoğal mürəbbəsi ilə bir-iki dəfəyə yavaş-yavaş içilir. Güclü tərlədici təsir edir və qulunc nahiyəsində əzələ yumşalır. Bütün bunlar müvəqqəti təsir göstərir. Ən faydalı üsul kürəkdən 6 yerdən, beldən 4 yerdən hicama (həcəmət) etdirməkdir. 2 aydan sonra yenə həcəməti təkrar edə bilərsiniz.

▫️ Veb sayt - www.fizulihuseynov.com
▫️ Telegram - t.me/fizulihuseynov
▫️ Youtube - youtube.com/fizulihuseynov
▫️ Instagram - instagram.com/fizulihuseynov_

#qulunc #quluncolma #fizulihüseynov #fizulihuseynov
NARIN FAYDALARI

Nar haqqında Qurani Kərimdə 3 ayədə yazılır (Ənam 99, Ənam 141, Rəhman 68).

Müqəddəs kitabımızda narın həm dünyamızın, həm də cənnətin ən gözəl meyvələrindən olduğu haqqında məlumatlar verilir. Nar Quranda ən çox adı çəkilən meyvələrin içində xurma, zeytun və üzümdən sonra dördüncüdür.

Narın tərkibi kalium, fosfor, kalsium, natrium, dəmir kimi minerallarla, həmçinin A, B1, B2, B3, C vitaminləri ilə zəngindir. Tərkibindəki kalium və natrium bədənimizin su balansını qoruyur, kalium həm də yığılmış artıq mayeni və ödemləri xaric edir, ürək, qan-damar sistemini qüvvətləndirir, əzələ və sümüklərə mineralların rahat daxil olmasına şərait yaradır.

Nar yeyən insanların sinir sistemi və sümüklərində mineral çatışmazlığı ilə bağlı problem olmur. İbn Sina demişdir: “Əgər böyrəklərinizdə iltihab və yaralar (pielonefrit, nefrit) varsa, şirin nardan bol-bol yeyin, göz qaşınması zamanı isə narşərabı sürmə kimi gözə çəkin. Diş əti qanamalarında, ağız yaralarında, anginalarda, ağızdan iy gəlməsində nar qabığını və ya nar çiçəyini 5 dəqiqə suda qaynadıb qarqara edin”.

Əgər babasil düyünləri ağrı verirsə və tez-tez qanayırsa, nar şirəsini qaynadaraq yarısını buxarlandırın, yarısı qalanda bir o qədər alma sirkəsi əlavə edib daha 5 dəqiqə qaynadın və bu məhlulla babasil üzərinə islatma edin, tez bir zamanda düyünlər kiçiləcək.

Keçəlliyin müalicəsində zeytun yağının içinə nar dənələri töküb qaynadın, süzün, gündə 3 dəfə keçəl nahiyələrə sürtün. Həzrəti Əli (Allah ondan razı olsun) buyurmuşdur: “Narı içindəki pərdəsi ilə birlikdə yeyin, çünki o mədəni təmizləyir”.

Həqiqətən nar mədənin divarlarını içdən təmizləyir və əzələsini möhkəmləndirir. Nar ürək əzələsinin vurma gücünü artırır, ishalın qarşısını alır, qabığı qurdqovucu təsir göstərir. Nar şirəsini buruna tökən zaman burundakı poliplər kiçilməyə başlayır.

Öskürək zamanı şirin nar yeyilməsi öskürəyi kəsir, ağciyərləri təmizləyir. Turş nar isə ürəkbulanmanı azaldır, sidikqovucu təsir edir, mədə və qida borusundan qaynaqlanan ağız qoxusunun qarşısını alır. Öd durğunluğu zamanı turş nar yemək faydalıdır. 1 ədəd orta ölçülü narın şirəsini çəkin, bir o qədər bal ilə qarışdırıb 5 dəqiqə qaynadın, alınan qarışımı göz xəstəlikləri zamanı sürmə kimi gözünüzə çəkin, sağalmaz ağız və damaq yaralarının üstünə çəkin. Bu qarışımı dırnaq dibinin iltihabı zamanı şişmiş nahiyənin üzərinə qoyanda iltihab sorulur.

Nar qanda yüksəlmiş xolesterini aşağı salır, damarların mənfəzini təmizləyir, beyin qan dövranını yaxşılaşdırır, yaddaşı və zehni qabiliyyəti gücləndirir, qanı durulaşdırır, artmış ürək döyüntülərini normallaşdırır. Nar qabığını suda 5 dəqiqə qaynadıb, bir az bal əlavə edib koliti və bağırsaqdakı yaraları müalicə etmək olar, bu qarışım çox güclü ishalkəsicidir. Şirin nar qabığını qurudub, qəhvəüyüdəndə üyüdərək toz halına salıb, sulu yaraların üzərinə tökən zaman yaralar həm sulanmır, həm də tez sağalır. Bu tozu zeytun yağı ilə qarışdırıb yaraların üzərinə məlhəm kimi çəkmək olar.

Saç-saqqal ağarmasının qarşısını almaq üçün 1 xörək qaşığı turş nar qabığının tozu və 1 çay qaşığı mixək tozunu 100 qram rafinə olunmamış zeytun yağına qarışdırıb gündə 1 dəfə saça və saqqala çəkmək, 3 saatdan sonra yumaq lazımdır. Nar suyu ilə sirkə qarışdırılıb qaynadılır, bununla sızanaqlar müalicə olunur. 200 qram arpanın üzərinə 100 qram su, 200 qram nar şirəsi tökülür, vam odun üzərində 10 dəqiqə qaynadılır, süzülür, mədə yaraları zamanı yeməkdən əvvəl 2 xörək qaşığı içilir. Qarışığı soyuducuda 3 gün saxlamaq olar.

Narın şirəsini içməkdənsə, özünü yemək daha faydalıdır, çünki nar şirəsi çox büzücü xassəyə malik olduğundan qəbizlik törədə bilər, özünü yeyən zaman isə tumları qəbizliyin qarşısını alır. Turş nar şəkər xəstələrinin istifadə edə biləcəyi ən faydalı meyvədir.

▫️ Veb sayt - www.fizulihuseynov.com
▫️ Telegram - t.me/fizulihuseynov
▫️ Youtube - youtube.com/fizulihuseynov
▫️ Instagram - instagram.com/fizulihuseynov_

#nar #narınfaydaları #fizulihüseynov #fizulihuseynov
DARININ FAYDALARI

Bu gün darı haqqında məlumat vermək istərdim. Mən çox təəssüf edirəm ki, Azərbaycan mətbəxində darıdan demək olar ki, heç istifadə olunmur. Darını ” quş yemi” kimi tanıyırlar. Ancaq darı dünya xalqları tərəfinfən buğda və düyüdən sonra istifadə olunan 3- cü bitki sayılır. Əvvəllər onu ” qızıl dən” adlandırırdılar. Darı şərqi slavyan ölkələrinin milli yeməyi hesab olunur. O, buğda ilə müqayisədə eneri dəyərinə görə aşağı, lakin mineral və vitamin baxımından dəyəri yüksək olan taxıl bitkisidir. Onun tərkibi əvəzolunmaz amin turşularla, mikro və makro elementlərlə, fol turşusu ilə zəngindir. Darının tərkibi zülallar, yağlar, liflər, B qrupu və PP vitaminləri , kalium, kalsium, ftor və maqneziumdan ibarətdir. Tibbdə darı gücü artırmaq, möhkəmləndirici məqsədlə qəbul edilir. Darı əzələ sisteminin möhkəmlənməsinə səbəb olur. Bu səbəbdən əməliyyat keçirmiş və ya uzun müddət xəstə olan, eləcə də sağlam arıqlamaq istəyənlərə darıdan istigadə etməyi tövsiyyə edərdim. Darı yeməkləri ilə qidalanmaq orqanizmdən antibiotik artıqlarının və toksinlərin xaric olunmasını sürətləndirir. Zəngin tərkibinə görə beyin inkişafı, saç tökülməsi və dəri üçün də olduqca faydalıdır. Darı qastritdə, kolitdə, böyrək kistaları və müxtəlif mənşəli böyrək daşları və öd daşı xəstəliklərində, həmçinin şiş və şəkər xəstəliklərində istifadəsi faydalı olan dənli bitkidir. Qeyd etdiyim kimi, darı qidalı liflərlə zəngindir. Bu liflər həzm olunmur. Bağırsaqlara düşdükdə liflər şişir və burada yığılan ziyanlı maddələri (toksinlər, şlaklar, ağır metalların duzları və s.) özünə hopduraraq çölə çıxardır. Bu isə orqanizmin təmizlənməsinə, immun sisteminin möhkəmlənməsinə, dərinin, saçların vəziyyətinin yaxşılaşmasına kömək edir. Deməli, onun müxtəlif hazırlanma üsulları vardır.

Siz bunlardan birini istifadə edə bilərsiniz:

a) 3 stəkan suda 1 stəkan darı tökülür. 24 saat saxlanılır və sonra blenderdən keçilərək qəbul olunur.
b) 1 litr suya 1 stəkan darı əlavə olunub, 15 – 20 dəqiqə qaynanılır. Həmin dəmləmə gündə 3 dəfə ½ stəkan olmaqla qəbul edilir.
c) Darı yarmasından dadlı və faydalı sıyıq hazırlamaq üçün 1 stəkan darı yarması üçün 2 stəkan su və 2 stəkan süd götürülür. Əvvəl yarma yaxşı yuyulur və suda su azalana qədər bişirilir. Daha sonra süd əlavə olunur və hazır olanana qədər bişirilir.

Sonda duz, şəkər tozu, yağ əlavə olur. Darı sıyığı qaraciyər üçün də çox faydalı qidadır. Ancaq pəhriz saxlayanlar yarmanı hazırlayarkən yağ əlavə etməsinlər. Sıyığa yağsız kəsmik və ya kişmiş də əlavə etmək olar.

▫️ Veb sayt - www.fizulihuseynov.com
▫️ Telegram - t.me/fizulihuseynov
▫️ Youtube - youtube.com/fizulihuseynov
▫️ Instagram - instagram.com/fizulihuseynov_

#darı #darınınfaydaları #fizulihüseynov #fizulihuseynov
BU MƏCUN BÜTÜN NÖV QƏBİZLİYƏ ÇARƏDİR

Qəbizlik az hərəkət edənlərdə, az su içənlərdə, bağırsaq uzanmalarında, daima quru yeməklərlə qidalananlarda daha çox olur. Zaman-zaman qəbizlik haqqında məsləhətlərimiz olub, aşağıda yazdığım rasept demək olar bütün qəbizliklərdə faydalıdır, bu reseptlə bərabər gündə ən azı 1 litr çiy su içilməli və gündə 1 saat piyada yeyin-yeyin gəzmək həm bu müalicənin effektini artırar, həm də bunlar nəinki qəbizlikdən əziyyət çəkənlərə ümumiyyətlə bütün insanlar üçün faydalıdırlar.

Bizə lazım olanlar:

Əncir qurusu – 500 qram
Gavalı qurusu – 500 qram
Qoz ləpəsi – 300 qram
Bal – 1 stəkan
Rafinə olunmamış zeytun yağı – yarım stəkan

Deməli əvvəlcə əncir, gavalı və qoz quruları ət maşınından keçirilir, sonra bal və zeytun yağı əlavə olunub yaxşı-yaxşı qarışdırılır vəssalam. Məcunumuz hazırdır. Məcundan istifadə etmək üçün elə bir dəqiq qayda yoxdur. Məcundan gündə 3 xörək qaşığından 1 xörək qaşığına qədər istifadə edə bilərsiniz. Beləki, əgər uzun müddət qəbizlikdən əziyyət çəkirsinizsə gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 xörək qaşığı, əgər arada qəbizlikdən əziyyət çəkirsinizsə gündə 1-2 xörək qaşığı yeməkdən 1 saat əvvəl yeyə bilərsiniz. Xatırladım ki, məcun həm də faydalı qida olmaqla bərabər nəinki qəbizlikdə, həm də arıqlamaq istəyənlər üçün faydalı bir qidadır. Məcunu yeməkdən əvvəl yediyiniz zaman iştah hissi azalır, bağırsaqların şlaklardan azad olması isə piylərin daha sürətlə əriməsinə səbəb olur. Məcunun tərkibində zəngin kalium olduğundan ürək zəifliyində və bağırsaqların tənbəliyiyndə də yeyilməsi faydalıdır. Məcun astma bronxit xəstələri üçündə faydalı bir qidadır. Astma bronxit xəstələri bu məcunu hazırlamaq istəyirlərsə məcunun tərkibindən qozu çıxarmalı, rafinə olunmamış zeytun yağını isə 1 stəkan həddinə qədər qaldırmalıdırlar.

▫️ Veb sayt - www.fizulihuseynov.com
▫️ Telegram - t.me/fizulihuseynov
▫️ Youtube - youtube.com/fizulihuseynov
▫️ Instagram - instagram.com/fizulihuseynov_

#məcun #qəbizlik #fizulihüseynov #fizulihuseynov
BABASİL ŞİŞLƏRİNİN ZƏLİ İLƏ MÜALİCƏSİ

Bəzən sıradan görünən problemlər insanların həyat keyfiyyətini çox aşağı salır, məsələn, babasil xəstəliyinin ağırlaşması kimi. Babasil zamanı anal dəliyin ətrafında venoz düyünlər şişir və düzgün müalicə almadıqda proses 10 illərlə davam edə bilir. Hər gün xəstəni incidir, nəinki öz-özünə keçib getmir, əksinə ildən-ilə ağırlaşır.

Bu zaman nə etməli?

Şişmiş babasil düyünlərinin müalicəsi üçün zəlidən istifadə olunur, əvvəlcə xəstə yaxşı-yaxşı yuyunur və şişmiş babasilin üstünə 3 və ya 4 ədəd zəli qoyulur və hər 3-4 gündən bir prosedur təkrar edilir, beləcə hər bir xəstəyə 9-12 ədəd zəli qoyulur. Birinci prosedurdan sonra ağrılar azalır, sonda isə ağrı tamamilə keçir.

Əlavə olaraq babasil zamanı qəbizlikdən qorunmaq lazımdır, bunun üçün 200 qram təbii kənd südündən hazırlanılmış kefirin içinə 2 çay qaşığı zəyərək tozu qarışdırıb, gündə 2 dəfə yeyə bilərsiniz. Başqa bir vasitə kimi 1 ədəd badımcanın yaşıl hissəsini 1 stəkan suda 15 dəqiqə dəmləyib yeməkdən əvvəl 1 stəkan içmək lazımdır, bunu gündə 2 dəfə səhər və axşam edə bilərsiniz, müalicə müddəti 2 həftədir.

▫️ Veb sayt - www.fizulihuseynov.com
▫️ Telegram - t.me/fizulihuseynov
▫️ Youtube - youtube.com/fizulihuseynov
▫️ Instagram - instagram.com/fizulihuseynov_

#babasil #zəli #fizulihüseynov #fizulihuseynov
MÜALİCƏVİ MASAJ VƏ FAYDALARI

Bir neçə dəfə masajın faydaları haqqında yazmaq istəsəmdə yazmamışam, çünki masaj deyən kimi sanki adam nədənsə utanır, çəkinir və bu təəsüflər ki, belədir.

Nəzərinizə çatdırım ki, dünyada edilən masajların 90 %-i tibbi masajdır və Avropada həkimlər masajı resept olaraq yazırlar. Masaj bir müalicə formasıdır və necə gəldi, kortəbii edilmiş masaj xeyrindən çox zərər verə bilər.

☑️ Masaj olunan sahələrdə qan dövranı sürətlənir, qan dövranına mane olan hissəciklərin geriyə sorulması baş verir və bununla da ürəyimizin işini həddindən artıq rahatlandırır.
☑️ Masaj zamanı bədəndə xoşbəxtlik hormonları çoxalır, ağrılar azalır və ən əsası insan stressdən uzaqlaşır, yuxusu dərinləşir.
☑️ Masaj əzələlərin qanla təchizatını yaxşılaşdırır, bununla da əzələ qıcolmalarını aradan götürür.
☑️ Sinir inervasiyasının pozulması nəticəsində ayaqlarda, qollarda nazikləşmələr baş verir, bu zaman masaj ən səmərəli müalicə vasitəsidir.
☑️ Masaj piylərin əridilməsinə səbəb olur, məsələn qarının, kürək altı piylərin və s. həddindən çox önə çıxması zamanı masaj faydalıdır.
☑️ Sellülitlərin yox edilməsi üçün də masaj faydalıdır.
☑️ Bütün bədənin başdan başa ən azı saat yarım masaj edilməsi insanın immunitetini artırır, ürək qan damar sisteminin işini rahatlaşdırır, qaraciyərin filtr funksiyasını yaxşılaşdırır. Dərinin təravətli olmasına səbəb olur.

Masaj həm quru, həm də müxtəlif yağlarla ola bilər. Əgər masaj zamanı dəri sorulmasının artmasını nəzərə alsaq, onda tam təbii yağlarla masaj daha səmərəli olar, məsələn sızma zeytun yağı ilə tərkibində neft mənşəli yağlarla duru parafinlə masajı mən məsləhət görmürəm, çünki belə yağlar dərimizdən daxilə sorulur və damar tıxanmalarına səbəb olurlar. Peyğəmbərimiz (Səlləlləhu Aleyhi Vəsəlləm) həmişə zeytun yağı ilə özünü masaj etmiş və ümmətinə də tövsiyyə etmişdir. Masaj əvvəlcə sığallama, sonra çimdikləmə, sonra səthi olaraq təzyiq, sonra burma, sonra vurma və yavaş-yavaş döycələməni artırma, sonra əlin içi ilə şillələmə, sonra növbəli barmaqlarla döyəcləmə və geriyə həyata keçirilir. Masaj birdən birə-dərindən edilməməlidir, əvvəlcə səthi, sonra yavaş-yavaş dərinləşməli və sonda yenə səthiləşməlidir. Masajın sonunda dəri qızarmalıdır.

▫️ Veb sayt - www.fizulihuseynov.com
▫️ Telegram - t.me/fizulihuseynov
▫️ Youtube - youtube.com/fizulihuseynov
▫️ Instagram - instagram.com/fizulihuseynov_

#masaj #fizulihüseynov #fizulihuseynov
SAĞLAMLIQ ÜÇÜN ÇAYLAR - 55 RESEPT

Salam aleykum əziz dostlar.

Aşağıda 55 xəstəlik əleyhinə dərman bitkilərindən ibarət reseptlər yazmışam. Bəzilərinin hazırlanması qaydasını da lazım olan bitkilərin adlarından sonra yazmışam.

Yazmadıqlarımı isə belə hazırlayarsınız İnşAllah: Reseptdə 4 adda bitki yazılıb, bitkilərin hərəsindən bir desert qaşığı (xörək qaşığından biraz kiçik) götürüb 3 stəkan suda 15 dəq. dəmləyib, süzüb, gündə 3 dəfə, yeməkdən 30 dəqiqə əvvəl 1 stəkan içməli.

1. Əsəb sakitləşdirici çay
Cökə çiçəyi
Nanə
Əməkömənci
Dazıotu

2. Həzmə kömək etmək üçün. Köp əleyhinə çay.
Çobanyastığı
Qaraqınıq
Razyana
Giləmərzə

3. Yuxusuzluq əleyhinə çay
Pişikotu
Nanə
Yarpız
Melissa

Qeyd: Çayı yatmazdan 1 saat əvvəl içmək lazımdır.

4. Qastrit (mədə qıcqırması)
Razyana
Nanə
Biyan kökü
Çobanyastığı

5. Hormonal pozğunluq əleyhinə çay (zob, aybaşı pozğuluğu)
Ud hindi tozu
Ərküdə
Dazıotu
Damotu

6. Prostatit əleyhinə çay
Fındıq yarpağı
Yakıotu
Radiola
Qatırquyruğu

7. Əhval ruhiyyəni yüksəltmək üçün çay
Cökə çiçəyi
Əməkömənci
Məkkəgülü
Yaşıl çay

8. Soyuqdəymə əleyhinə çay
Zəncəfil kökü
Cökə çiçəyi
Nanə
Kəklikotu

9. Cinsi gücü artırmaq üçün çay
Jenşen kökü
Biyan kökü
Bibəriyyə
Radiola

10. Qəbizlik əleyhinə çay
Zəyərək toxumu
Çia toxumu
Teff toxumu
Bağayarpağı toxumu

11. İshal (qarıngetmə) əleyhinə çay
Boymadərən
Dazıotu
Çobanyastığı
Palıd qabığı

12. Baş ağrıları əleyhinə çay
Bibəriyyə
Lavanda
Melissa
Yarpız

13. Böyrək daşları əleyhinə çay
Qatırquyruğu
Quş qırxbuğum otu
Qarğıdalı saçağı
Boyaqotu kökü

14. Revmatizma əleyhinə çay
Söyüd qabığı
Gicitkən
Gilas saplağı
Zəncəfil

15. Allergiya əleyhinə çay
Gicitkən yarpağı
Şahtərə
Ud hindi kökü
Əməkömənci yarpağı

16. Arıqlamaq üçün çay
Zəyərək toxumu
Ardıc meyvəsi
Zəncəfil
Səna

17. Qaraciyər piylınməsi əleyhinə çay
Alaqanqal toxumu
Şahtərə
Solmaz çiçəyi
Yatıqqanqal otu

18. Öd durğunluğu əleyhinə çay
Solmaz çiçəyi
Keşniş toxumu
Gəcəvər kökü
Cökə çiçəyi

19. İştah artırıcı çay
Yovşan otu
Biyan kökü
İtburnu meyvəsi
Qodji berri meyvəsi

20. Qurd əleyhinə çay
Dağ tərxunu
Yovşan
Balqabaq toxumu
Səna

21. Bədən soyuqluğu (daimi üşümə halı) əleyhinə çay
Zəncəfil
Eleutrokokk
Hil toxumu
Biyan kökü

22. İmmunitet artırmaq üçün çay
Exinasiya
Eleutrokok
Biyan kökü
Radiola

23. Böyrək soyuqlaması əleyhinə çay
Ayıqulağı
Boymadərən
Mərcangilə yarpağı
Gülümbahar çiçəyi

24. Sistit (tez-tez sidiyə getmə) əleyhinə çay
Yunan lavandası
Melissa
Ud hindi kökü
Çobanyastığı

25. Duzlaşma əleyhinə çay
Çinar yarpağı
Ardıc meyvəsi
Tozağacı yarpağı
Qarğıdalı saçağı

26. Padaqra (oynaq və böyrəklərə urat duzlarının yığılması) əleyhinə çay
Qatırquyruğu otu
Ayıqulağı yarpağı
Qaragilə yarpağı
Qsrğıdalı saçağı

27. Yüksək təzyiq əleyhinə çay
Ağ öksəotu
Yemişan çiçəyi
Yemişan meyvəsi
Melissa

28. Qan azlığı əleyhinə çay
Biyan kökü
Exinaseya
Jenşen kökü
Gicitkən yarpağı

29. Kalsum azlığı üçün çay
Qara küncüt toxumu tozu
Qarazirə toxumu tozu
Balqabaq toxumu tozu
Güldəfnə toxumu tozu

Bitkilər toz formasına salıb bir birinə qarışdırın, gündə üç dəfə - yeməkdən əvvəl bir çay qaşığı götürüb 1 çay qaşığı bal ilə qarışdırın və yeyin.
30. Əhvalı ruhiyyə üçün Naxçıvan nanəsi qarışımlı çay
Naxçıvan nanəsi
Naxçıcan kəklkotu
Giləmərzə
Cökə çiçəyi

31. Öskürək əleyhinə çay (bəlğəmgətirici)
Dəvədabanı yarpağı
Andız kökü
Biyan kökü
Bağayarpağı

32. Şəkər əleyhinə çay
Qaragilə yarpağı
Zeytun yarpağı
Tut yarpağı
Əncir yarpağı

33. Yüksək xolesterin əleyhinə çay
Alaqanqal
Sarıkök
Ud hindi
Zəncirotu kökü

34. Ürək damarlarını açmaq üçün çay
Yemişan meyvəsi 2 hissə
Yemişan çiçəyi
Melissa

35. Təmbəllik əleyhinə çay
Zəncəfil 1 hissə
Mixək 0.5 hiissə
Hil 1 hissə
Çobanyastığı 1.5 hissə

36. Daxili göbələklər
Gülümbahar
Boymadərən
Dazıotu 1.5 hissə
Nar qabığı 0.5 hissə

37. Xərçəngdən qorunmaq üçün çay
Dəmrovotu
Qarazirə toxumu
Ud hindi
Sarıkök

38. Qan durulducu çay
Xəşəmbül
Gicitkən
Nanə
Yemişan çiçəyi

39. Qanı qatılaşdırmaq üçün bitki çayı
Boymadərən
Quş qırxbuğum otu
Quşəppəyi
İtburnu meyvəsi

40. Mastopatiya (süd vəzisində kistalar)
Ərküdə meyvəsi
Aslan pəncəsi otu
Ud hindi kökü
Boymadərən otu
41. Kişi sonsuzluğu
Keçibuynuzu meyvəsi 4 ədəd
Jenşen kökü 1 çay qaşığı
Bitkiləri 3 stəkan suya qarışdırıb 5 dəq qaynadın ilıq olanda süzüb hər stəkana 1 çay qaşığı bal 1 çay qaşığı xurma tozu (poleni) qarışdırıb için.

42. Qadın sonsuzluğu
Biryanlı ortileya
Ərküdə
Aslan pəncəsi
Adaçayı

43. Mədəaltı vəz iltihabı (pankreatit)
At pıtrağı kökü
Zəncirotu kökü
Gəcəvər kökü
Razyana toxumu

44. Babasil əleyhinə çay
Zəyərək toxumu
Quşəppəyi otu
Bağayarpağı
Əməkömənci yarpağı

45. Yaddaşı gücləndirmək üçün çay
Bibəriyyə
Qinko biloba
Eleutrokok
Safora meyvəsi

46. Uşaqlarda yaddaşı güclındirmək üçün
İtburnu meyvəsi
Quş armudu mevəsi
Qaragilə meyvəsi
Qodji berri meyvəsi

47. Zob xəstəliyi üçün çay (TSH yüksələndə)
Ud hindi kökü
Damotu
Bibəriyyə
Lavanda

48. Qulaqlarda küy
Öksəotu
Qinko biloba yarpağı
Yapon saforası meyvəsi
Bibəriyyə

49. Göz zəifliyi əleyhinə çay
Gülümbahar çiçəyi
Qaragilə meyvəsi
Qaragilə yarpağı
Dəmrovotu yarpağı

50. Neyrodermit (səbəbsiz qaşınmalar)
Şahtərə otu
Gicitkən yarpağı
Melissa otu
Damotu

51. Saç tökülməsi əleyhinə bitkilər
Qarazirə toxumu
Mixək

2 stəkan suya hərəsindən 1 xörək qaşığı qarışdırıb 12 saat gözləyin sonra dəq zəif odda qaynadıb süzüb gündə 5-6 dəfə saç diblərinə vurmalı.

52. Çox tərləmə əleyhinə çay
Adaçayı
Dəvətikanı
Boymadərən
Zəyərək toxumu

53. Klimaks zamanı rahatlaşdırıcı çay
Adaçayı
Damotu
Aslan pəncəsi
Bibəriyyə

54. 1 yaşına qədər uşqqlarda səpmələr (diatez)
Yatıqqanqal otu
At pıtrağı kökü
Çobanyastığı çiçəyi

2 stəkan suya hərəsindən 1 dolu xörək qaşığı qarışdırıb 5 dəq qaynadın süzün pambıqla səpgilər üzərinə gündə 5-6 dəfə vurun.

55. Revmatoidli poliartrit əleyhinə çay
Gicitkən yarpağı
Gilas saplağı
Zəncəfil kökü
Sarıkök

Fitoterapevt Dr. Fizuli Huseynov

Yazıya keçid: https://fizulihuseynov.com/saglamliq-ucun-caylar-55-resept/

▫️ Veb sayt - www.fizulihuseynov.com
▫️ Telegram - t.me/fizulihuseynov
▫️ Youtube - youtube.com/fizulihuseynov
▫️ Instagram - instagram.com/fizulihuseynov_

#çaylar #reseptlər #çay #fizulihüseynov #fizulihuseynov