Fizuli Hüseynov | Sağlamlıq - Bitkilərlə müalicə
4.7K subscribers
363 photos
112 videos
557 links
Bu kanal Fizuli Hüseynovun rəsmi Telegram kanalıdır.

Veb sayt: https://fizulihuseynov.com

Digər hesablar:

Youtube: https://youtube.com/fizulihuseynov
Facebook: https://facebook.com/drfizulihuseynov
Instagram: https://instagram.com/drfizulihuseynov
Download Telegram
ƏMƏKÖMƏCİNİN (BALBA) FAYDALARI

Əməköməcinin (digər adı Balba) çox zəngin tərkibi vardır. Tərkibində çox miqdarda selik olduğundan ağciyər xəstəliklərində bəlğəmgətirici kimi istifadə oluna bilər. Eyni zamanda həmin selikli maddələr qastrit, mədə-bağırsaq yaraları zamanı yaranın üzərini bürüyür və sağalmasını sürətləndirir. Bu məqsədlə əməköməcinin dəmləməsi içilir. Əməköməci bitkisinin tərkibində olan malvin adlı maddə çox güclü mikrob və bakteriya öldürücü xüsusiyyətə malikdir. Məsələn, ağızda əmələ gələn yaralar gec sağalırsa, tez-tez angina baş verirsə, bir dəstə əməköməcini çeynəyib suyunu udmaq, oduncağını isə ağızdan çıxarmaq yaxşı təsir edir.

Əməköməcinin otunda olan bioloji aktiv maddələr dəriyə müsbət təsir edir, sağalmayan yaralarda, çibanlarda bitki əzilir, yaranın üzərinə təpitmə kimi qoyulur, az bir vaxtda yaranı sağaldır. Həmçinin üz dərisində olan civzə və ləkələri aparmaq üçün stəkanın yarısına qədər təzə əməköməci doldurulur, üzərinə su tökülür, blenderlə qarışdırılır, üz gündə 2 dəfə bu qarışımla silinir.

Təzə əməköməci yığılır, əzilir və ya ətçəkən maşından keçirilir, keçəllik və saçtökülmə zamanı saça çəkilir, tərkibi seliklə zəngin olduğundan yapışqan kimi saça yapışır. Yaxşı olar ki, prosedur gündə 1 dəfə edilsin və 4-6 saat saçda saxlanılsın.

Bu bitkinin çox gözəl dovğası və qutabı da olur.

▫️ Veb sayt - www.fizulihuseynov.com
▫️ Telegram - t.me/fizulihuseynov
▫️ Youtube - youtube.com/fizulihuseynov
▫️ Instagram - instagram.com/fizulihuseynov_
Əziz dostlar, Allahın bağışlamaq üçün fürsət axdardığı gözəl günlərdəyik. Əvvəlcə ərəfə günü dalınca Qurban bayramı kimi əzəmətli günləri dəyərləndirən hər bir müsəlmanı Allah mükafasız qoymaz inşAllah. Etdiyiniz duaları və kəsdiyiniz qurbanları Allah qəbul etsin. Amin!. Bayramınız mübarək.
Ud hindi yağının Türkiyədə satışı qadağan edildi. Türkiyədə inkişaf etmiş kimyəvi dərman zavodları əvvəlcə uzun illər həcəmət edənləri həbs etdirdi. İndi həcəmətin qarşısını ala bilmədikləri üçün Peyğəmbərimizin (sallalahu əleyhi və səlləm) ən çox örnək göstərdiyi iki bitkidən biri olan ud hindinin yağını qadağan etdilər. (digər bitki isə qarazirədir).

Qrip, haymorit, frontit, oynaq ağrıları, onirğada osteoxondroz, boğazda iltihablanma və artıq ət, hətta hipofiz vəzinin törəməsinə belə fayfalı olan ud hindi yağının, guya ki, bir qrup insanların şikayəti ilə istehsalına qadağa qoyulub. Nəyə görə o bir qrup insan illərdir insanları zəhərləyən hormonal dərmanlar, anabolik dərmanlar, hamiləlik qarşısını alan dərmanlar, hansı ki istifadə edən qadınlarda xərçəng riskini çoxaldır, ağır metal duzları, aspartam, tutanium dioksid və sairə kimi insanların sağlamlığı ilə oynayan dərmanları şikayət etmirlər.

Məni təəccübləndirən isə odur ki, belə bir qanun müsəlman ölkəsində həyata keçirilir.

Haqq nazilər amma üzülməz!

| Fizuli Hüseynov

▫️ Veb sayt - www.fizulihuseynov.com
▫️ Telegram - t.me/fizulihuseynov
▫️ Youtube - youtube.com/fizulihuseynov
▫️ Instagram - instagram.com/fizulihuseynov_
QARACİYƏRDƏ KALSİNATLAR VƏ MÜALİCƏSİ

Kalsinatlar qaraciyərdə infeksion xəstəliklərə yoluxma , eləcə də orqanizmdə metobolizm proseslərinin pozulması, əsasən də kalsium mübadiləsinin patologiyası zamanı yaranır. Kalsium duzlarından ibarət topalar hepatositləri- qaraciyər hüceyrələrini əvəz edir. Qaraciyərin funksiyası pozulduqda intoksikasiya yaranır, ilk növbədə həzm sisteminin işi pozulur- köp və qəbizlik əmələ gəlir. Azhərəkətli insanlarda da birinci növbədə kalsinatlar yaranır. Buna görə məsləhət görürəm ki, əllər yanda açıq vəziyyətdə olmaqla hər gün ən az 1 saat piyada gəzilsin.

300 qr ud hindi və 300 qr alaqanqal (üyüdülsün) qarışdırılır və gündə 3 dəfə olmaqla hər yeməkdən əvvəl 1 çay qaş 1 st su ilə içilir. 1 litr suya 3 xr qaş alma sirkəsi və 1 çay qaş soda qarışdırılır və gün ərzində içilir.

▫️ Veb sayt - www.fizulihuseynov.com
▫️ Telegram - t.me/fizulihuseynov
▫️ Youtube - youtube.com/fizulihuseynov
▫️ Instagram - instagram.com/fizulihuseynov_
QULAQ TUTULMASI VƏ TƏBİİ ÇARƏLƏR

Qulaq tıxanıqlığı və tutulmaları bir çox insanın üzləşdiyi problemdir. Yüksəkliyə qalxdıqda, təzyiq yüksəldikcə, duş zamanı qulağa su qaçdıqda, qulaq kirinin içəriyə doğru tıxanması nədəniylə qulaq tutulması baş verir. Eləcə də soyuqdəymə və qripdən sonra, frontit və haymorit, orta qulaq iltihabı zamanı da bu hal yaşanır. Əgər sizdə sonuncu ilə bağlı qulaq tutulması olubsa ud hindinin evkalipt ilə olan yağından istifadə edin. Evkalipt çox gözəl antiseptik və antibakterial təsir edir. Biz bura həm də iltihabəleyhinə propolis də əlavə etmişik. Demək olar ki, 90 % xəstələrimdə bu yağı tətbiq etməklə yaxşı nəticə əldə etmişəm.Deməli, uzanıqlı vəziyyətdə həm qulağa, həm də buruna səhər – axşam olmaqla bir neçə damcı bu yağdan tökürsünüz. “Bəs niyə buruna da?” – soruşa bilərsiniz. Qulaqda yevstax borusu var , bu boru orta qulaqla burun- udlağı əlaqələndirir.Yevstax borusunun ən əsas funksiyaları orta qulaq təzyiqini xarici mühit təzyiqi ilə eyniləşdirmək, orta qulaqda yığılan mayelərin boşaldılmasını təmin etmək və orta qulağı burun nahiyəsindən gələn infeksiya və mayelərdən qorumaqdır.Yevstax borusu infeksiya və ya allergiyalar səbəbilə zəifləyə bilir. Məhz buruna da bu yağdan tökdükdə həmin hissəyə nüfuz edir.

Əgər qulaq tutulması keçməzsə sizə belə bir məsləhətim də var: deməli, 1 stəkan qaynamaqda olan suya 1 çay qaşığı qarazirə yağı, 1 çay qaşığı udi hindi tozu, 1 çay qaşığı evkalipt yağı tökürsünüz. Sonra vam odda saxlaylrsınız ki, bucarlanma asta – asta olsun, həm də üzünüzü yandırmasın. Başınıza dəsmal ataraq bu suyun buxarları ilə 10 – 15 dəq tənəffüs edirsiniz. Bunu 20 gün nə hər axşam davam etdirin. Qeyd edim ki, sizdə təzyiq fərqi nəticəsində qulaq tutulması baş veribsə saqqız çeynəməklə bunu aradan qaldıra bilərsiniz.

Əgər tutulma ilə yanaşı 5- 7 günü aşan davamlı qulaq ağrısı, qulaq axıntısı, baş dönməsi, qusma və burun qan sızması kimi müşayiət olunan bir əlamət varsa səbəb (qulaq pərdədinin yırtılması, şiş və s) başqa ola bilər, o zaman mütləq müayinə olunun.

▫️ Veb sayt - www.fizulihuseynov.com
▫️ Telegram - t.me/fizulihuseynov
▫️ Youtube - youtube.com/fizulihuseynov
▫️ Instagram - instagram.com/fizulihuseynov_
KORONAVİRUSUN ARXASINDAKI DAHA BİR MƏQSƏD

Salam aleykum dostlar.

Təxminən 7-8 il öncə Afrika dövlətlərinə səfər etdim. Səfərim Mozambik, Nigeriya, CAR kimi ölkələrə oldu. Onu da deyim ki, səfər həm də işimlə bağlı idi, o zonaların bitki örtüyünü öyrənirdik.

Orada maraqlı bir hadisə gördüm. Gördüm ki, torpaqların hardasa 20 faizi əkilir qalan hissələr isə əkilmir. Səbəbini soruşduqda dedilər ki, əkməyə ehtiyac yoxdur, çünki ora nə əkiriksə götürə biləcəyimiz məhsul qədər Avropa dövlətləri bizə məhsul verir. Ona görə də əkmirik. Dedim bəs sizlər toxum əkəndə o məhsulu verirlərmi? Dedilər ki, xeyr vermirlər.

Deməli Avropa istəyir ki, Afrika bunlardan daima asılı yaşasın. İstəyəndə dinlərini təbliğ edirlər, istəyəndə sərvətlərini talayırlar, istəyəndə insanları ucuz işçi kimi işlədirlər.

Gördünüzmü oxşarlığı? Koronada da bizləri evdə oturtdular, iş yerlərini bağladılar. Nəticədə insanlar daha da səfilləşdilər. Deməli məqsəd insanların aclığından istifadə edərək idarə etməkdir. Daha sonra nə oldu? Deməli bizlər daha çox inkişaf etmiş dövlətlərin məhsullarını almağa başladıq, çünki bizdə istehsal dayanmışdı. Onların dövlət büdcələri həmin müəssisələrdən gələn gəlir hesabına şişdi, bizlərinki azaldı. Sonda məqsəd bizləri daha sözəbaxan olmağa məcbur etməkdir. Məncə bu kimi çirkin məqsədi artıq dövlətimiz anlamamış deyil, son qərarlarda istehsal müəssisələrinin bağlanmasını görmədik.

Deməli məhdudiyyətlər bizim yaşamağımız üçün deyil sürünməyimiz üçünmüş. Əks təqdirdə Belarusiya çoxdan məhv olmuşdu çünki məhdudiyyətləri tətbiq etmədi.

Fizuli Hüseynov

▫️ Veb sayt - www.fizulihuseynov.com
▫️ Telegram - t.me/fizulihuseynov
▫️ Youtube - youtube.com/fizulihuseynov
▫️ Instagram - instagram.com/fizulihuseynov_
YADDAŞI GÜCLƏNDİRMƏK ÜÇÜN 7 MƏSLƏHƏT

Yaddaşı gücləndirmək üçün nə etməliyik və niyə bizim hafizəmiz zəifləyir, diqqətimiz azalır. Bütün bu halların qarşısını almaq üçün bir neçə məsləhətə əməl etmək lazımdır:

Öncə qanda hemoqlobin səviyyəsini yoxlatmaq yaxşı olar, çünki qanazlığında belə hallar ola bilər. Əgər anemiya varsa, 10 ədəd limonun şirəsini, 1 kiloqram çuğunduru 1 kiloqram balın içinə kağız kimi nazik doğrayıb qarışdırın. 1 həftəsoyuducuda gözləyin, gündə 1 dəfə qarışdırın, sonra süzün, gündə 3 dəfə yeməkdən əvvəl 2 xörək qaşığı için.

Həddən artıq yemək beyinə axan qanın azalmasına səbəb olur, buna görə acmamış yeməyin, doymamış süfrədən durun. Həftədə 2 dəfə oruc tutulması beynin qidalanmasını yaxşılaşdırır.

Gündə 2 stəkan kök şirəsi yaddaşı inanılmaz dərəcədə gücləndirir.

Başdan hicama yaddaşsızlıq və diqqət zəifliyi üçün möhtəşəm bir vasitədir, eyni zamanda baş ağrılarını götürür, görməni yaxşılaşdırır, əzbərləmə qabiliyyətini gücləndirir.

Gündə 2 dəfə 1 xörək qaşığı balı 1 stəkan çiy suya qarışdırıb şərbət halında içə bilərsiniz.

Həzrəti Əlidən möhtəşəm bir resept: 1 qram zəfəran 4 yerə bölünür, bölünmüş hissədən bir hissə götürüb yarım stəkan isti suya qarışdırılıb 12 saat gözlənilir, sonra stəkan tam dolana qədər süd əlavə edilir, səhər yuxudan duran kimi məhlul içilir və zəfəranlar yeyilir. İçəndən ən azı yarım saat sonra yemək yeyilməlidir.

Yaddaş məcunu:
Zəncəfil tozu – 40 qram
Qinko Biloba yarpağı tozu – 40 qram
Çiçək tozu – 40 qram
Yapon saforası çiçəyi tozu – 40 qram
Jenşen kökü tozu – 40 qram
Bal – 1 kq

Bitkilər qurudulmuş olmalı, toz formasına salınmalı və bal ilə yaxşı-yaxşı qarışdırılmalıdır. Böyüklər gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı, uşaqlar yarım çay qaşığı qəbul etməlidir. Xatırladım ki, imtahana hazırlaşan yeniyetmələr üçün çox faydalıdır.

▫️ Veb sayt - www.fizulihuseynov.com
▫️ Telegram - t.me/fizulihuseynov
▫️ Youtube - youtube.com/fizulihuseynov
▫️ Instagram - instagram.com/fizulihuseynov_
BU QİDALAR BİZİ BAĞIRSAQ XƏRÇƏNGİNDƏN QORUYUR

Gündəlik qidalarımızda aşağıda adları çəkilən qidalara diqqət etsək bağırsaq xərçəngi kimi ağır xəstəliyə tutulma risqini xeyli azaltmış olarıq.

1. Kefir. Gündə 1-2 stəkan kefir içməyə vərdiş edin. Kefiri özünüz evdə təbii inək südündən hazırlayıb içə bilərsiniz. (Mağaza südü olmaz)

2. Təbii evdə hazırlanmış qatıq gün ərzində 1-2 stəkan içə bilərsiniz

3. Zəyərək toxumları.
Gün ərzində 1 xörək qaşığı zəyərək toxumunu yeməklərinizə vəya salatlarınza səpib yeyə bilərsiniz

4. Sarıkök. Çalışın yeməklərimizə sarıkök qarışdırıb yeyəsiniz. Bunum üçün ən yaxşısı yemək bişənə yaxın sarıkök tozunu səpib 3-4 dəq bişirməyə davam edib oddan götürün

5. Limon şirəsi + zeytun yağı
Hər gün yeməkdən əvvəl kələm kök çuğundur qarışımlı salat yeyin salata limon şirəsi və rafinə olunmamış zeytun yağı qarışdırın yeyin

6. 1 həftəyə başa gələn kələm tutması yeyin tutmanı təbii alma sirkəsi ilə hazırlayın

7. Bol bol meyvə tərəvəz göyərtilər yeməyə vərdiş edin. Bunların tərkibində sellülozalar bağırsaqları işlədir və bağırsaq üçün lazım olan inulin mınbəyidirlər

Fizuli Hüseynov

▫️ Veb sayt - www.fizulihuseynov.com
▫️ Telegram - t.me/fizulihuseynov
▫️ Youtube - youtube.com/fizulihuseynov
▫️ Instagram - instagram.com/fizulihuseynov_