Fizuli Hüseynov | Sağlamlıq - Bitkilərlə müalicə
4.72K subscribers
361 photos
112 videos
557 links
Bu kanal Fizuli Hüseynovun rəsmi Telegram kanalıdır.

Veb sayt: https://fizulihuseynov.com

Digər hesablar:

Youtube: https://youtube.com/fizulihuseynov
Facebook: https://facebook.com/drfizulihuseynov
Instagram: https://instagram.com/drfizulihuseynov
Download Telegram
ÖSKÜRƏK VƏ GÖY ÖSKÜRƏK ƏLEYHİNƏ ÇARƏ

Öskürək əleyhinə bir neçə yazılarım olsada bu üsul da həm faydalı, həm də asan başa gələn bir reseptdir. Deməli 6 ədəd əncir bıçaqla balaca-balaca doğranılır (təxminən fındıq boyda) 2 stəkan südün içinə qarışdırılır, vam odda 7-8 dəq qaynadılır, ilıq olana qədər gözlənilir, ilıq olanda 1 stəkan süd götürülür 1 çay qaşığı bal 2-3 çimdik toz zəncəfil əlavə olunur, qarışdırılır yeməkdən 1 saat əvvəl 1 stəkan içilir, əgər bu qarışımı səhər içirsinizsə 2-ci stəkanı günorta içməlisiniz və ya günorta içirsinizsə 2-ci stəkanı axşam yeməkdən əvvəl içməlisiniz, süd içildikdən sonra əncirlər yeyilir.

5-10 yaşlı uşaqlar gündə 1 stəkan 5 yaşdan kiçik uşaqlar isə yarım stəkan içə bilərlər. Xatırladım ki, qarışım öskürək əleyhinə çox təsirli bir vasitədir, qarışım immun sistemin gücləndirilməsi üçündə yaxşı vasitədir.

▫️ Veb sayt - www.fizulihuseynov.com
▫️ Telegram - t.me/fizulihuseynov
▫️ Youtube - youtube.com/fizulihuseynov
▫️ Instagram - instagram.com/fizulihuseynov_

#öskürək
KEYSƏRİYYƏ ƏMƏLİYYATININ FƏSADLARI

Təbii doğuş zamanı bütün analar şəhidin keçirdiyi anları yaşayır, ana övladından ötrü şəhid olmağa hazırlaşır. Doğuş zamanı ana ölərsə ona şəhid dərəcəsi verilir. Şəhidlər ölmür və Allah dərgahında sağdılar. Bəs keysəriyyə ilə baş verən doğuşa bunu aid etmək olarmı? Yox, çünki körpəsi əməliyyat masasında doğulan anada həmin hisslər çox zəif olur.

Təbii doğuş zamanı uşağın uşaqlıq yolunda sıxılması uşağın başındakı artıq mayenin xaric olunması ilə nəticələnir, belə deyək beyin artıq mayelərdən təmizlənilir.

Əziz analar, çalışın doğuş təbii yolla baş versin, hələ dünyaya gəlməmiş körpənizin haqqına girməyin. Keysəriyyə əməliyyatı ilə doğulan uşaqların immuniteti zəif olur, xarici mühit allergenlərinə qarşı həssas olurlar. Təbii doğuşla doğulmuş uşaqların qanında endorfin yəni xoşbəxtlik hormonları keysəriyyə ilə doğulanlardan 4-5 dəfə daha çox olur. Aparılmış tədqiqatlar nəticəsində məlum olmuşdur ki, kesəriyyə əməliyyatı ilə doğulmuş uşaqlar daha əsəbi və hiperaktiv olurlar.

Məncə, sadaladıqlarım uşağı təbii yolla dünyaya gətirməyin nə qədər faydalı olduğunu anlamağa kifayət edir.

▫️ Veb sayt - www.fizulihuseynov.com
▫️ Telegram - t.me/fizulihuseynov
▫️ Youtube - youtube.com/fizulihuseynov
▫️ Instagram - instagram.com/fizulihuseynov_

#keysəriyyə #qeysəriyyə #fizulihuseynov #fizulihüseynov
Salam aleykum. Bu gün bizlər dünyanın ən alçaq və şərəfsiz varlıqları olan ermənilər üzərində qələbəmizi qeyd edirik. Allaha həmd olsun ki, bu qələbəni bizə nəsib etdi. Hamınızı səmimi qəlbdən təbrik edirəm. Zəfər Bayramınız mübarək olsun!

Bu günün bizim üçün əlamətdar olmasının daha bir səbəbi də odur ki, Fitoklub şəbəkəsinin Xırdalan şəhəri mağazasının da açılışını etmiş olduq. Buna görə də Allaha həmd olsun.

Fitoklubumuzda geniş bitki çeşidləri, təbii kosmetik vasitələr, geniş bal çeşidləri, arı məhsulları var.

Həmçinin kişilər və qadınlar üçün hicama və zəli müalicəsi də təşkil olunur.

Ünvan: Xırdalan şəhəri, Abşeron Mədəniyyət Mərkəzi ilə üzbəüz (Baku Electronics-in yanı)

#fitoklub #fitoclub #herbaflora #jessamin #xırdalan #xirdalan #fizulihuseynov
Bu qarışım şəkəri salmaqla yanaşı, şəkərin verdiyi ağırlaşmaları da aradan qaldırır.

Şəkər xəstəliyi haqqında bir çox paylaşımlar etsəm də, yenə də bu reseptin öz yeri var. Çünki bu qarışım şəkərin səbəb olduğu ağırlaşmaları rahatca aradan qaldırır. Məsələn, ağız qurumasını, çox susama hissini aradan götürür, zaman- zaman istifadə olunduqda bir yüngüllük hiss edəcəksiniz və bir müddət sonra qanda şəkərinizin normasına (artıb azalmasına) diqqət edə biləcəksiniz. Və ən əsası xoşagəlim bir dadı vardır və rahat istifadə olunur.

Şəkəri aşağı salan resept:

1 çay qaşığı HİL, 1çay qaşığı QARAZİRƏ, 1 çay qaşığı DARÇIN, yarım stəkan QATIQ. Gündə 3 dəfə hər yeməkdən 1 saat sonra bitkiləri toz formada qatıqla qarışdırıb yeyə bilərsiniz. Xatırladım ki, bitkiləri kofemolkada üyüdüb həmən istifadə edəsiniz biraz əziyyətli olsada belə istifadə etmək olduqca faydalıdır. İstifadə müddəti fasiləsizdir, şəkər xəstələri həmişə istifadə edə bilərlər. Bu qarışım şəkərdən başqa yüksək xolesterini aşağı salır, antioksidantdır (xərçəngin müalicə və profilaktikasında istifadə oluna bilər), qaraciyər piylənməsindən və köpdən əziyyət çəkənlər üçün də faydalıdır. Xatırladım ki, qarışım azca qəbizlik verə bilər, əgər qəbizlik versə yarım çimdik novruz şaxtagülü bitkisinin qurudulmuş və üyüdülmüş köklərindən qarışdıra bilərsiniz.

▫️ Veb sayt - www.fizulihuseynov.com
▫️ Telegram - t.me/fizulihuseynov
▫️ Youtube - youtube.com/fizulihuseynov
▫️ Instagram - instagram.com/fizulihuseynov_

#şəkər #diabet #fizulihuseynov #fizulihüseynov
Salam aleykum.

20 noyabr saat 12:00-da Kitab Ofisait-da oxucu və izləyicilərimlə görüş olacaqdır. Görüşdə kitablarımın təqdimatı da baş tutacaqdır. İştirak etmək istəyənlər buyurub gələ bilərlər.

Ünvan: Nizami ray. Mehdi Abbasov 7.
Əlaqə tel: (070) 441-52-78
Görüş 1 saat çəkəcəkdir.
7 XƏSTƏLİYƏ ÇARƏ OLAN BİTKİ - BAĞAYARPAĞI

1. Gec sağalan yaralarda bağayarpağı
Əgər dərinizdə irinli yaralar, çiban, kor çiban, trofik xoralar və ümumiyyətlə, müalicəyə çətin tabe olan yaralar varsa, belə bir reseptdən istifadə edə bilərsiniz: bağayarpağının təzə yarpaqlarını dərin, yuyun, üstünə inək yağını çörək üzərinə çəkilən yağ kimi çəkin, sonra dürmək kimi bükün, nazik məftillə bağlayın ki, açılmasın, sonra yanmayan folqaya bükün və közün içinə basdırın. (Və ya 50-60 dərəcə sobada 20 dəq. saxlayın.) 20 dəqiqədən sonra yarpaqları folqanın arasından çıxarın, əzib maz formasına salın və gündə 2 dəfə yaraların üstünə çəkin. Xatırladım ki, bu reseptdən çöl şəraitində yaşayan insanlar və əsgərlərimiz istifadə edə bilərlər.

2. Qastritdə və kolitdə bağayarpağı
Qastrit və kolit zamanı təzə bağayarpağı yığılır, yuyulur, stəkana tökülür, üstünə yarım stəkan təmiz su əlavə olunub blenderlə qarışdırılır və yeməkdən yarım saat əvvəl içilir.(və ya təzə bağayarpağı dərilir, yuyulur 2 saat suda saxlanılır, sonra şirəçəkəndən keçirilir, şirəsi çıxarılır, xatırladım ki, bu üsul daha çox faydalıdır) Gündə üç dəfə istifadə edildikdə bağayarpağının tərkibində olan bioloji aktiv maddələr sürətlə yaranın sağalmasına səbəb olur.

3. Zob düyünlərində bağayarpağı
Zob düyünlərini əritmək üçün bağayarpağı yığılır, ətçəkən maşından keçirilir və zobun üstünə qoyulur. Belə sarğını gündə 1 dəfə qoyub 2-4 (dərinin həssaslığından asılı olaraq əgər səpgi verməsə 4 saat saxlaya bilərsiniz) saat müddətində saxladıqda, zob düyünləri əriyir.

4. Babasildə bağayarpağı
0,5 litrlik şüşə qaba bir qat kərə yağı, bir qat blenderdə xırdalanmış təzə bağayarpağı, yenə bir qat yağ və bağayarpağı sıra ilə tökülür, çalışın qatların qalınlığı 1 sm-dən çox olmasın və ən axırıncı sıra yağ olsun. Qışda qızdırıcının üstündə yayda günəş görən pəncərədə 1 həftə saxlayın, sonra qarışdırın, gündə iki dəfə babasilin üstünə çəkin, babasil düyünləri əriyəcəkdir.

5. Daban mahmızında bağayarpağı
Daban mahmızı varsa axşamlar təzə dərilmiş bağayarpağı əzilir və daban altına qoyulur, 3-4 saat (və ya yatanda ayaq altına bağlanılır səhərə qədər) saxlanır. Səhərlər isə axşama qədər 1 ədəd enliyarpaq bağayarpağı daban üzərinə qoyulur, nazik tənziflə bağlanır və corab geyilir. Bunu gündüzlər 3-4 saat saxlamaq faydalıdır.

6. Şəkər xəstəliyində bağayarpağı
Bağayarpağı yığılır, qurudulur, əzilir, toz formasına salınır. Gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı bağayarpağı tozu bir stəkan qatıq və ya kefirə qarışdırılaraq yeyilir. (və ya 1 çay qaşığı ağıza atılır, üstdn 1 stəkan su içilir)

7. Bronxitdə bağayarpağı
Enliyarpaq bağayarpağı yığılır, kölgədə qurudulur. Müxtəlif mənşəli bronxitlərdə 1 çay qaşığı xırdalanmış yarpaqlar 1 stəkan suda və ya süddə dəmlənir, gündə 3 dəfə yeməkdən əvvəl bir stəkan içilir.

▫️ Veb sayt - www.fizulihuseynov.com
▫️ Telegram - t.me/fizulihuseynov
▫️ Youtube - youtube.com/fizulihuseynov
▫️ Instagram - instagram.com/fizulihuseynov_

#bağayarpağı #fizulihuseynov #fizulihüseynov
QARACİYƏRDƏ KALSİNATLAR VƏ MÜALİCƏSİ

Kalsinatlar qaraciyərdə infeksion xəstəliklərə yoluxma , eləcə də orqanizmdə metobolizm proseslərinin pozulması, əsasən də kalsium mübadiləsinin patologiyası zamanı yaranır. Kalsium duzlarından ibarət topalar hepatositləri- qaraciyər hüceyrələrini əvəz edir. Qaraciyərin funksiyası pozulduqda intoksikasiya yaranır, ilk növbədə həzm sisteminin işi pozulur- köp və qəbizlik əmələ gəlir. Azhərəkətli insanlarda da birinci növbədə kalsinatlar yaranır. Buna görə məsləhət görürəm ki, əllər yanda açıq vəziyyətdə olmaqla hər gün ən az 1 saat piyada gəzilsin.

300 qr ud hindi və 300 qr alaqanqal ( üyüdülsün) qarışdırılır və gündə 3 dəfə olmaqla hər yeməkdən əvvəl 1 çay qaş 1 st su ilə içilir. 1 litr suya 3 xr qaş alma sirkəsi və 1 çay qaş soda qarışdırılır və gün ərzində içilir.

▫️ Veb sayt - www.fizulihuseynov.com
▫️ Telegram - t.me/fizulihuseynov
▫️ Youtube - youtube.com/fizulihuseynov
▫️ Instagram - instagram.com/fizulihuseynov_

#kalsinatlar #qaraciyər #fizulihuseynov #fizulihüseynov