dost.inkluziv
423 subscribers
10.1K photos
718 videos
1.48K links
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
Download Telegram
"Qarabağ" Futbol Klubu ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi birgə təşəbbüs reallaşdırıb. 🤝

“Meydanda mübarizə, həyatda bərabərlik” devizi ilə keçirilən bu sosial aksiya futbolun sadəcə bir oyun deyil, eyni zamanda sosial məsuliyyət platforması olduğunu nümayiş etdirib. 💪⚖️ Təşəbbüs idmanın birləşdirici gücündən istifadə edərək, cəmiyyətdə bərabərliyi, inklüzivliyi, futbolun hər kəs üçün olduğunu ön plana çıxarıb. 🌍🤗

#ƏƏSMN #DİİYM #QarabağFK #SabahFK
👍1
🏢 DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı DOST Evi filialında İsmayıllı və Şamaxı rayonlarında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) rəhbər və nümayəndələri üçün infotur təşkil edilib. 🤝

Tədbir çərçivəsində qonaqlara filialın fəaliyyət istiqamətləri, inklüziv cəmiyyətin qurulmasına töhfə verən sosial təşəbbüslər və göstərilən xidmətlər barədə ətraflı məlumat verilib. ℹ️

İnfoturda iştirak edən şəhid ailələrinin üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər müəssisənin gündəlik iş prosesi və yaradıcılıq mühiti ilə yaxından tanış olublar. 👥🎨

Qonaqlar yaradıcılıq emalatxanalarında hazırlanan əl işlərinə baxıblar. 🖼️ Sonda iştirakçılar üçün maarifləndirici təqdimat keçirilib və onları maraqlandıran suallar cavablandırılıb. 💡💬 #ƏƏSMN #DİİYM #dostinklüziv #İsmayıllıDOSTEvi #QHT #infotur
1👍1
Media is too big
VIEW IN TELEGRAM
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ARB 24 televiziyasına və APA-ya müsahibə verib.

Nazir sosial islahatların nəticələri, məşğulluq proqramları, ünvanlı sosial yardım və əlillik təyinatı, həssas qruplara dəstək tədbirləri və s. ilə bağlı sualları cavablandırıb.

Müsahibəni bu gün saat 20:45-də ARB 24 TV-də izləyə bilərsiniz.