8.84K subscribers
1.78K photos
230 videos
2 files
1.45K links
otk.az | Onlayn sınaq imtahanları
Download Telegram
Kimya 11
Fizika 8
* PAYLAŞIN HAMI YARARLANSIN *

ÖDƏNİŞSİZ ONLAYN SINAQ İMTAHANLARI!!!

Şagird və abituriyentlərin nəzərinə!

Dövlət İmtahan Mərkəzi məlum virusla bağlı ölkədə karantin rejimini nəzərə alaraq abituriyent və buraxılış sinif şagirdlərinə dəstək məqsədilə otk.az portalında 9-cu və 11-ci sinif şagirdləri üçün yerləşdirilmiş bütün buraxılış və qəbul imtahanlarını (Azərbaycan və rus bölməsi) 2020-ci il iyul ayınadək ödənişsiz keçirməyə qərar vermişdir.

Ödənişsiz sınaq imtahanlarının siyahısı:
• IX sinif Buraxılış 2020 (I və II mərhələ) (№1)
• IX sinif Buraxılış 2020 (I və II mərhələ) (№2)
• Азербайджанский язык для русского сектора (IX класс Выпускной) 2020 (№1)
• Азербайджанский язык для русского сектора (XI класс Выпускной) 2020 (№1)
• Азербайджанский язык для русского сектора (IX класс Выпускной) 2020 (№2)
• Азербайджанский язык для русского сектора (XI класс Выпускной) 2020 (№2)
• IX sinif Buraxılış 2020 (I və II mərhələ), №2 (Tədrisi ingilis dilində olan məktəblər üçün)
• XI sinif Buraxılış 2020, qəbul imtahanı I mərhələ, №2 (Tədrisi ingilis dilində olan məktəblər üçün)
• XI sinif Buraxılış 2019, qəbul imtahanı I mərhələ, №3
• XI sinif Buraxılış 2019, qəbul imtahanı I mərhələ, №2
• XI sinif Buraxılış 2019, qəbul imtahanı I mərhələ, №2 (Tədrisi ingilis dilində olan məktəblər üçün)
• IX sinif Buraxılış 2019 (I və II mərhələ) (№1)
• Азербайджанский язык для русского сектора (XI класс Выпускной) 2019 (№2)
• 2020-ci il sınaq imtahanı, II mərhələ, №1
• 2019-cu il sınaq imtahanı, II mərhələ, №5
• 2019-cu il sınaq imtahanı, II mərhələ, №4
• 2019-cu il sınaq imtahanı, II mərhələ, №3
• 2019-cu il sınaq imtahanı, II mərhələ, №2
• 2019-cu il sınaq imtahanı, II mərhələ, №1
• 2019-cu il sınaq imtahanı, II mərhələ
• 2018-ci il sınaq imtahanı (№4)
• 2018-ci il sınaq imtahanı (№2)
• 2018-ci il sınaq imtahanı (№1)
• 2018-ci il qəbul imtahanı (May)
• Abituriyent №1 2018 (sınaq imtahanı)
• 2017-ci il qəbul imtahanı (A variantı)
• 2016-cı il qəbul imtahanı (A variantı)
• 2015-ci il qəbul imtahanı (A variantı)

Onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçib və günün istənilən vaxtında biliklərini yoxlaya bilərlər.

Onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə edə, yenidən test tapşırıqlarına baxa, onları təhlil edə, öz cavablarınizla düzgün cavabları müqayisə edə biləcəksiniz.

Portalda qeydiyyatdan keçmək və imtahana yazılmaqla bağlı qaydalarla otk.az portalında “Təlimatlar” bölməsində tanış ola bilərsiniz.

Buraxılış imtahanları
https://otk.az/?menu=courses&id_category=2

Qəbul imtahanının II mərhələsi
https://otk.az/?menu=courses&id_category=1

Video təlimat
https://otk.az/?menu=telimat_video

*Hər bir imtahana 1 dəfə yazılmaq mümkündü, bu imtahanı istifadə etmisizsə yazıla bilməyəcəksiz.

#DİM #otk #onlayn #sınaq #imtahan #fənn #test #təhsil #magistratura #rezidentura #doktorantura #evdəqal
Şagird və abituriyentlərin nəzərinə!

Otk.az portalında məktəb dərsliklərində keçilən mövzuların mənimsənilmə səviyyəsini yoxlamaq üçün fənlər və siniflər üzrə sınaq imtahanları vermək mümkündür.

Onlayn sınaq imtahanı vermək istəyənlər rahat şəkildə imtahana yazıla və onlara uyğun günün istənilən vaxtında biliklərini yoxlaya bilərlər.

Siniflər və fənlər üzrə sınaq imtahanlarına yazılmaqla siz seçdiyiniz sinif və fənnin mündəricatında olan hər bir mövzu üzrə biliklərinizi ayrı-ayrılqda yoxlaya bilərsiniz. Hər mövzu üzrə 10 test tapşırığı təqdim olunur. Bundan əlavə, siz həmin sinif üzrə 5 qiymətləndirmə sınağından da istifadə edə biləcəksiniz. Yazıldığınız imtahan fənni üzrə sınaq testləri kabinetinizin sol küncündə “Yazıldığım xidmətlər” bölməsində 1 il müddətində aktiv olur. Bu vaxt ərzində siz test tapşırıqlarına, öz cavablarınıza və tapşırıqların düzgün cavablarına baxa bilərsiniz.
Vətəndaşların qəbulu müvəqqəti dayandırılsa da, onların müraciətləri 1653 Çağrı Mərkəzi, elektron poçt, sosial şəbəkə hesabları, həmçinin DİM-in regional bölmələri üzrə telefon vasitəsilə cavablandırılır. Vətəndaşlar Mərkəzin info@dim.gov.az elektron poçt ünvanına da yaza, həmçinin məlumat almaq üçün DİM-in saytı (dim.gov.az) və sosial şəbəkələrdəki (“Facebook”, “Instagram”, “Twitter” “Telegram”) hesablarını izləyə bilərlər.

Dövlət İmtahan Mərkəzinin “Youtube” kanalına "vizuallaşdırılmış dərs"lərin yerləşdirilməsi də davam edir. Yeni dərslər hazır olduqca müvafiq bölmələrə əlavə edilir. Son 20 gün ərzində kanala yerləşdirilmiş dərslərə baxış sayı 100 mindən artıq olub.

Otk.az portalı vasitəsilə abituriyentlər ödənişsiz onlayn sınaq imtahanları imkanından istifadə edirlər. Aprelin 29-dan etibarən portalda aktiv edilmiş 40-dan artıq ödənişsiz imtahan növü üzrə 12239 istifadəçi tərəfindən 23820 yazılış qeydə alınıb (bəzi istifadəçilər bir neçə imtahana yazılıb).
Ətraflı: http://dim.gov.az/news/5150/
12239 istifadəçi 23820 ödənişsiz imtahana yazılıb
#otk #evdəqal