8.85K subscribers
1.78K photos
230 videos
2 files
1.44K links
otk.az | Onlayn sınaq imtahanları
Download Telegram
Dövlət İmtahan Mərkəzi otk.az portalına şagird və abituriyentlər üçün yeni sınaq imtahanları yerləşdirmişdir

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarına hazırlaşan abituriyentlərə və buraxılış sinif şagirdlərinə dəstək məqsədilə mütəmadi olaraq https://otk.az/ portalı vasitəsilə buraxılış və qəbul imtahanlarına uyğun onlayn sınaq imtahanları keçirir.
Bu gündən etibarən portala Azərbaycan və rus bölmələri üzrə 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanının və ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının ikinci mərhələsinin modelinə uyğun yeni sınaq imtahanları əlavə olunmuşdur. Şagird və abituriyentlər bu imtahanlardan istifadə etməklə özlərinin imtahana hazırlıq səviyyələrini yoxlaya bilərlər.
9-cu sinif üzrə sınaq imtahanı buraxılış imtahanının yeni modeli əsasında, 11-ci sinif üzrə sınaq imtahanı 2020-ci ildə keçirilmiş buraxılış imtahanı modeli əsasında hazırlanmışdır.
9-cu sinif sınaq imtahanı məktəb proqramının 5-9-cu sinif 1-ci yarımil, 11-ci sinif buraxılış sınaq imtahanı 5-11-ci sinif 1-ci yarımil mövzularını əhatə edir.

Onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçərək günün istənilən vaxtında biliklərini yoxlamaq imkanına malikdirlər.

Onlayn imtahan başa çatan kimi iştirakçılar imtahan nəticələrini əldə edə, yenidən test tapşırıqlarına baxa, onları təhlil edə və öz cavabları ilə düzgün cavabları müqayisə edə bilərlər.

Portalda qeydiyyatdan keçmək və imtahanlara yazılmaq qaydaları ilə “otk.az”da “Təlimatlar” bölməsində tanış ola bilərsiniz.
Buraxılış və qəbul imtahanlarına hazırlaşanlar portalda olan 9 və 11-ci siniflər üçün mövzular üzrə test tapşırıqları vasitəsilə biliklərini yoxlaya bilərlər
Hər bir mövzu üzrə biliyinizi yoxlayın
Hər bir mövzu üzrə biliyinizi yoxlayın
Hər bir mövzu üzrə biliyinizi yoxlayın
Hər bir mövzu üzrə biliyinizi yoxlayın
ONLAYN TEST BANKI

Abituriyentlər (şagirdlər) 5-11-ci sinif dərsliklərinin hər bir mövzusuna dair portala yerləşdirilmiş qiymətləndirmə tapşırıqlarından istifadə etməklə, hazırlıq səviyyələrini yoxlaya bilərlər. Sınaq imtahanına yazılmaqla iştirakçılar məktəb dərsliyinin mündəricatında olan hər bir mövzu üzrə 10 test tapşırığına cavab verirlər. Bundan əlavə, həmin sinif (fənn) üzrə 5 qiymətləndirmə sınağından da istifadə etmək mümkündür.

Qeyd edək ki, hazırda kampaniya həyata keçirilir və hər sinif (fənn) üzrə sınaq imtahanının qiyməti 1 manatdır. İmtahana yazıldığınız fənnin materialları 1 il aktiv olur. Bu müddət ərzində siz tapşırıqlara, öz cavablarınıza və tapşırıqların düzgün cavablarına baxa bilərsiniz.
https://otk.az/?menu=courses&id_category=5
Biologiya 11-ci sinif, 44 mövzu üzrə sınaq + 5 qiymətləndirmə sınaq imtahanı, ümumi 540 test tapşırığı, 1 il müddət, Cəmi 1 azn
Azərbaycan tarixi 9-cu sinif, 54 mövzu üzrə sınaq + 5 qiymətləndirmə sınaq imtahanı, ümumi 640 test tapşırığı, 1 il müddət, Cəmi 1 azn
Azərbaycan dili 5-ci sinif, 27 mövzu üzrə sınaq + 5 qiymətləndirmə sınaq imtahanı, ümumi 345 test tapşırığı, 1 il müddət, Cəmi 1 azn