PASHA Bank Engineering
1.14K subscribers
33 photos
23 files
164 links
Download Telegram
Hər vaxtınız xeyir, PASHA Cup VI iştirakçıları!

Final mərhələsinə vəsiqə qazanmış namizədlərin siyahısı ilə veb saytımızda tanış ola bilərsiniz.

Finalçılara uğurlar arzu edirik!

Https://cup.pashabank.digital
🔥11👍1
Axşamınız xeyir, dəyərli izləyicilər!

PASHA Cup VI finalçılar siyahısında məktəblilər arasında seçimdə texniki xəta səbəbindən əlavə edilməmiş 4 nəfəri də daxil etdik və saytda siyahı ilə tanış ola bilərsiniz.

29 sentyabrda finalçılara uğurlar!

Https://cup.pashabank.digital
PASHA Bank Engineering pinned «Hər vaxtınız xeyir, PASHA Cup VI iştirakçıları! Final mərhələsinə vəsiqə qazanmış namizədlərin siyahısı ilə veb saytımızda tanış ola bilərsiniz. Finalçılara uğurlar arzu edirik! Https://cup.pashabank.digital»
Axşamınız xeyir, dəyərli izləyicilər!

PASHA Bank Cup VI finalçıların sabah 09:00-da Bakı Mühəndislik Universitetində final yarışı baş tutacaqdır.

Hər kəsə uğurlar!
👏101👍1
Sabahınız xeyir!

PAŞA Bank Cup VI final mərhələnin nəticələrini sizinlə bölüşürük.

Qaliblərimizi bir daha təbrik edirik! 🏆
🔥7
"PAŞA Bank" texnologiya və bankçılıq həlləri sahələrində yenilikləri təşviq etmək məqsədi ilə hakaton elan edir.

Bu müsabiqə, bank sektorundakı mövcud çağırışları təhlil edərək, tətbiq oluna bilən ideyaları aşkar etdirməkdir. İştirakçılar, “PAŞA Bank”ın strateji məqsədlərinə uyğun həllər təklif edərək, bankçılıq sahəsindəki çağırışlara cavab verən innovativ məhsullar yaratmaq fürsəti əldə edəcəklər. “PASHA Bank Hackathon” istedadların cəlbini, biznesdə yeni yanaşmaların tətbiqini, eləcə də müştəri ehtiyaclarına uyğun məhsulların, o cümlədən Əlavə Dəyər Xidmətlərinin yaradılmasını hədəfləyir.

Müsabiqəyə yerli bazarda fəaliyyət göstərən peşəkarlar dəvət olunur. “PASHA Bank Hackathon”un qaliblərinə ümumilikdə 16,000 AZN dəyərində mükafat təqdim ediləcək:

1-ci yer: 8,000 AZN
2-ci yer: 5,000 AZN
3-cü yer: 3,000 AZN

İştirak etmək istəyənlər linkə daxil olub qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat üçün son tarix 15 dekabr 2024-cü ildir.
🔥7👍4
OpenAI növbəti 12 günün hər birində yeni funksionallıqlar elan (demo) edəcək.
Bugünkü elanlar içində ChatGPT Pro abunəliyi var - daha keyfiyyətli model istifadə etmək üçün aylıq 200$ ödəmək tələb olunacaq.

Ətraflı: https://openai.com/12-days/
🔥4
“PASHA Bank Hackathon”un finalçıları açıqlandı!

Beləliklə, "Codage", "Crable", "Nankatsu", "AlfinX", "Era-8", "Mustafa", "HexaGenesis", "Spark", "404" və "222Team" komandaları 23 dekabr tarixindən başlayaraq 48 saat davam edəcək yarışda mübarizə aparacaqlar.

Xatırladaq ki, “PASHA Bank Hackathon”un qaliblərinə ümumilikdə 16,000 AZN dəyərində mükafat təqdim ediləcək:

1-ci yer: 8,000 AZN
2-ci yer: 5,000 AZN
3-cü yer: 3,000 AZN

Finalda görüşənədək!
🔥7👍1
“PASHA Bank Cup VII” yarışması başlayır!
 
İT sahəsində təhsil alan və çalışan bacarıqlı kadrları üzə çıxarmaq, eləcə də sözügedən sahənin inkişafına töhfə vermək məqsədilə sayca yeddinci olan “PASHA Bank Cup” yarışına start verilir.
 
Texnologiya və maliyyə sahəsində yeniliklərə imza atmaq və əməkdaşlıqları gücləndirmək üçün təşkil olunan bu ənənəvi müsabiqədə iştirakçılar biliklərini sınayacaq, yeni fundamental biliklər qazanacaq və bacarıqlarını inkişaf etdirmək imkanı əldə edəcəklər.
“Data strukturları və alqoritmləri” mövzusunu əhatə edən “PASHA Bank Cup VII” yarışması 2 təsnifat və 1 final mərhələsindən ibarət olacaq.Hər yaş kateqoriyasında ilk üç yerin qalibləri “PAŞA Bank” tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılacaq. Ən əsası isə yarış zamanı yüksək nəticələr göstərən iştirakçılar bankda işləmək imkanı qazanacaqlar.
 
"PASHA Bank Cup VII" yarışının ilk təsnifat mərhələsi 19-21 aprel tarixlərində onlayn keçiriləcək.
Ətraflı məlumat üçün keçid edin: https://cup.pashabank.az
👍61
Hər vaxtınız xeyir, dəyərli izləyicilər!
PASHA Cup VII ilk təsnifat mərhələsi 19 Aprel 10:00-da aktiv ediləcək, 21 Aprel gün sonuna kimi iştirak edə bilərsiniz. Yarışa qatılmaq üçün linkə daxil olmağınız lazımdır.
Hər kəsə uğurlar!

Https://cup.pashabank.az

Yarışa keçid linki: https://hr.gs/pbc7a

Password: 123 qeyd edin, zəhmət olmasa.
👍52
Hər vaxtınız xeyir!
PASHA Cup VII birinci təsnifat turunun nəticələrini rəsmi saytdan əldə edə bilərsiniz!

Https://cup.pashabank.az
👍2👎2
PASHA Cup VII birinci təsnifat turunun nəticələri ilə bağlı əlavə məlumat:

Təəssüf ki, təqdim olunan nəticələr arasında AI alətlərinin istifadəsi və iştirakçılar arasında kodun paylaşılması ilə bağlı açıq şübhələr mövcuddur. Buna baxmayaraq, heç kimi yarışmanın nəticələrindən kənarlaşdırmaq qərarına gəlməmişik. Lakin bir daha vurğulamaq istəyirik ki, bu yarışmanın əsas məqsədi alqoritmlərin öyrənilməsi və tətbiqi bacarıqlarının yoxlanılmasıdır.

Xatırladırıq ki, finalda şəxsi cihazlardan və internet resurslarından istifadə etmək mümkün olmayacaq. Bütün tapşırıqları yalnız özünüz həll etməlisiniz.
👍116👎6🤯1😢1
Hər vaxtınız xeyir, dəyərli izləyicilər!
PASHA Cup VII ikinci təsnifat mərhələsi 03 May 00:00-da aktiv ediləcək, 05 May gün sonuna kimi iştirak edə bilərsiniz. Yarışa qatılmaq üçün linkə daxil olmağınız lazımdır.
Hər kəsə uğurlar!

Https://cup.pashabank.az

Yarışa keçid linki: https://hr.gs/pbc7a

Password: 123 qeyd edin, zəhmət olmasa.
👍7👏1
Hər vaxtınız xeyir!
PASHA Cup VII ikinci təsnifat turunun nəticələrini rəsmi saytdan əldə edə bilərsiniz!

Https://cup.pashabank.az
Hər vaxtınız xeyir, PASHA Cup VII iştirakçıları!

Sizinlə Final mərhələsinə vəsiqə qazanmış namizədlərin siyahısını paylaşırıq. Siyahıda özünü tapan və yarışda iştirak edə biləcək hər kəsdən xahiş edirik ki, 15.05.2025 tarixinə qədər bu anketi tam doldursun.
https://www.surveymonkey.com/r/CWR82J5

Final AzTU universitetində keçiriləcək və giriş icazəsinin təmin edilməsi üçün iştirakçının tam adı və FİN kodu tələb olunur.

Təşəkkür edirik.
Finalçılara uğurlar arzu edirik!
Hər vaxtınız xeyir, PASHA Cup VII iştirakçıları!

Çoxsaylı müraciətləri nəzərə alaraq, ilkin mərhələlərin hər hansı birində 80 və daha çox bal toplayan bütün iştirakçıları finala vəsiqə qazanmağa qərar verdik. Siyahıda özünü tapan və yarışda iştirak edə biləcək hər kəsdən xahiş edirik ki, 15.05.2025 tarixinə qədər bu anketi tam doldursun.
https://www.surveymonkey.com/r/CWR82J5

Final AzTU universitetində keçiriləcək və giriş icazəsinin təmin edilməsi üçün iştirakçının tam adı və FİN kodu tələb olunur.

Təşəkkür edirik.
Finalçılara uğurlar arzu edirik!
Hər vaxtınız xeyir!

PAŞA Bank Cup VII final mərhələnin nəticələrini sizinlə bölüşürük.

Qaliblərimizi bir daha təbrik edirik! 🏆
7