PASHA Bank Engineering
1.14K subscribers
33 photos
23 files
164 links
Download Telegram
Hissəli məlumat bazalarında ikinci dərəcəli indeksləmə üçün 2 üsul tətbiq edə bilərik: document və ya term üzərindən.
1-ci üsulda ikinci indeks məlumatı yalnız olduğu hissədəki (partition) məlumatlara istinad (reference) götürür. Bu versiyada eyni indeks məlumatı fərqli məlumat bazalarında təkrarlanacaqdır.
2-ci üsulda isə ikinci dərəcəli indeks məlumatı yalnız 1 məlumat bazarında saxlanılır və digər hissələrdəki məlumatlara istinad nöqtələri saxlayır.

Hər iki üsulun seçimi tətbiq olunma məqsədinə görə dəyişə bilər. 1-ci üsulda yazmaq, 2-ci üsulda isə oxunma əməliyyatları daha sürətli baş verir.

Mənbə: Designing Data-Intensive Applications by Martin Kleppmann
👍3
Proqramlaşdırma sahəsində yeni biliklər qazanmaq, bacarıqlarını artırmaq və peşəkar keyfiyyətlərini nümayiş etdirmək istəyənlər üçün “PASHA Bank Cup IV” 🏆🏆🏆🏆 yarışmasının ikinci mərhələsi 10-13 İyun tarixləri aralığında keçiriləcəkdir. Mövzu: Searching, Sorting - Axtarış və sıralama
- Məktəbli, tələbə və ya peşəkar proqramçılar qoşulub 6 alqoritm sualına 4 saat ərzində baş sındıra bilər
- Birinci mərhələyə qoşulub-qoşulmamasından və ya nəticələrindən asılı olmayaraq hamı ikinci mərhələyə qoşula bilər
- Qoşulma linki yarışmadan bir neçə gün öncə paylaşılacaq
👍23
“PASHA Bank Cup IV” yarışmasının ikinci mərhələsinə sayılı günlər qalıb. “Axtarış və sıralama” mövzusuna həsr olunan bu mərhələ 10-13 iyun tarixlərini əhatə edəcək.
10 iyun tarixindən etibarən linkə (https://hr.gs/pashabank-cup-iv) keçid edərək qələbə uğrunda qızğın mübarizəyə siz də qoşulun.

https://www.instagram.com/p/CeVh2TWDmID/
PASHA Bank Cup - IV - 2 - Leaderboard.pdf
71 KB
PASHA Bank CUP IV yarışmasının ikinci mərhələsi bitmişdir. 🎯 Nəticələri sizinlə paylaşırıq.
Mənbə: Grokking Straming Systems by Josh Fischer & Ning Wang
👍1
Machine learning alqoritmlərində istifadə olunan 4 əsas məsafə alqoritmləri:

* Hamming Distance
* Euclidean Distance
* Manhattan Distance
* Minkowski Distance

https://machinelearningmastery.com/distance-measures-for-machine-learning
👍3
“PASHA Bank Cup IV” yarışmasının üçüncü mərhələsinə sayılı günlər qalıb. “Greedy, Dynamic Programming” mövzusuna həsr olunan bu mərhələ 8-11 iyul tarixlərini əhatə edəcək.
8 iyul tarixindən etibarən linkə (https://hr.gs/pashabank-cup-iv) keçid edərək qələbə uğrunda qızğın mübarizəyə siz də qoşulun.
PASHA Bank Cup - IV - 3 - Leaderboard.pdf
66.8 KB
PASHA Bank CUP IV yarışmasının üçüncü mərhələsi bitmişdir. 🎯 Nəticələri sizinlə paylaşırıq.
Proqramlaşdırma sahəsində yeni biliklər qazanmaq istəyirsiniz? Bu halda “PAŞA Bank” tərəfindən təşkil olunacaq xüsusi təlim sessiyalarına qatılın!

“PAŞA Bank”ın Rəqəmsal mühəndislik şöbəsinin əməkdaşları tərəfindən tədris olunacaq bu praktiki təlimdə "iOS" proqramlaşdırma istiqaməti əhatə ediləcək. Sentyabr ayında baş tutacaq təlim 8 sessiyadan ibarət olmaqla onlayn formatda keçiriləcək.

İlkin proqramlaşdırma bilikləriniz və "MacOS" əməliyyat sistemli kompüteriniz varsa, bu keçid vasitəsilə test tapşırıqlarını həll edin və qüvvənizi sınayın: https://lnkd.in/eGnQiJBJ.

Ətraflı məlumat əldə etmək və suallarınıza cavab tapmaq üçün rəsmi teleqram kanalına keçid edə bilərsiniz: https://lnkd.in/etdg-vSU.

#ios #programming #learning
🔥8👍2
“PASHA Bank Cup IV” yarışmasının dördüncü (sonuncu təsnifat) mərhələsinə sayılı günlər qalıb. “Qraflar” mövzusuna həsr olunan bu mərhələ 12-15 avqust tarixlərini əhatə edəcək.
12 avqust tarixindən etibarən linkə (https://hr.gs/pashabank-cup-iv) keçid edərək qələbə uğrunda qızğın mübarizəyə siz də qoşulun.
Xatırladaq ki, bu mərhələdən sonra bütün mərhələlərin nəticələrinə görə final mərhləsinə qatılmaq şansı əldə edənlər məluma olacaq.
Bundan əvvəlki mərhələlərə qoşulmayanlar belə qoşulub özlərini sınasınlar. Hər kəsə uğurlar. 🏆
🔥8
PASHA Bank Cup - IV - 4 - Leaderboard.pdf
63.2 KB
PASHA Bank CUP IV yarışmasının dördüncü mərhələsi bitmişdir. 🎯 Nəticələri sizinlə paylaşırıq.

Final mərhələsi haqqında ətraflı məlumat bu yaxınlarda paylaşılacaqdır.
👍7
PASHA Bank Cup - IV - Final participants.pdf
64.7 KB
Və, nəhayət ki, PASHA Bank CUP IV-ün FİNAL mərhələsinə vəsiqə qazanan iştirakçıların siyahısı.
🎯🎯🎯
🔥12
Xatırladaq ki, PASHA Bank CUP IV
Sentyabr ayının 25-i saat 9:30-da
📍Bakı Mühəndislik Universitetində keçiriləcək.
📇Yarışmaya gələn zaman şəxsiyyəti təsdiq edən sənəd ilə gəlməyi unutmayın.
👍9😢4
PASHA Bank Engineering
Xatırladaq ki, PASHA Bank CUP IV Sentyabr ayının 25-i saat 9:30-da 📍Bakı Mühəndislik Universitetində keçiriləcək. 📇Yarışmaya gələn zaman şəxsiyyəti təsdiq edən sənəd ilə gəlməyi unutmayın.
Sabah sayca dördüncü PASHA Bank Cup yarışmasının ən həyəcanlı final mərhələsi keçiriləcək. Adları açıqlanan şəxsləri Bakı Mühəndislik Universitetində gözləyəcəyik. 🧠 hər kəsə uğurlar. Əlavə suallarınız olarsa, 050-573-35-38 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Və növbəti PASHA Bank CUP müsabiqəsini müvəffəqiyyətlə bitirmiş olduq. Yarışmada canlı olaraq 35 nəfər iştirak etdi və 4 saat ərzində 6 alqoritm sualı həll etdi.
4 Kateqoriya (Şagirdlər, Tələbələr, Peşəkarlar və PAŞA Banklılar) üzrə ümumi 23 nəfər hədiyyə qazandı.
İlk 3 yerlərə müvafiq olaraq Apple MacBook Air M1 💻, Apple iPad 📱və Amazon kindle 📖 hədiyyə olundu
Növbəti 4 yerə isə (4cü, 5ci, 6cı və 7ci yerlərə) Xiaomi Mi Band 6 hədiyyə olundu.
Əlavə olaraq ən gənc iştirakçımıza da Mi Band 6 hədiyyə etdik.
Sizinlə qalibləri və ümumi nəticələri ayrı-ayri paylaşırıq. Yarışmada qələbə qazanan hər kəsi təbrik edir, iştirak edən hər kəsə növbəti illərdə daha da yaxşı nəticələr gözləyirik.
2
Yarışmadan maraqlı kadrlar
👍4