PASHA Bank Engineering
1.14K subscribers
33 photos
23 files
164 links
Download Telegram
Kod strukturunu səviyyələrə görə ayırsaq, yuxarıda biznes tələblərinə yaxın, aşağıda isə standart kitabxana funksionallığına yaxın olan funksiyaları nəzərə ala bilərik. Hər bir səviyyə sonradan dəyişiklik edilmə, test olunma və təkrar istifadə olunmasına görə fərqlənirlər.

Mənbə: Grooking Simplicity by Eric Normand
👍5
Funksional proqramlaşdırmada istifadə olunan map, filterreduce funksiyalarının rolları və daxili işləmə mexanizi kod nümunəsi ilə.

Mənbə: Grooking Simplicity by Eric Normand
👍4
Məlumat toplusunda axtarışı sürətləndirmək üçün ilk öncə toplunu sıralamaq lazım olur. Əksər sıralama alqoritmlərin zaman mürəkkəbliyi (time complexity) xətti (linear O(n)) asılılıqdan gec olur (O(n log n)). Bəs hansı üsullarla xətti mürəkkəbliyə çata bilərik?

Ətraflı:
https://www.youtube.com/watch?v=yndgIDO0zQQ
👍3
İnformasiya təhlükəsizliyi proqram səviyyəsində qorunması nə qədər mükəmməl olsa da, məlumat ən aşağı təbəqədə - mikroçiplərdə emal olunur. Onların təhlükəsizliyini qorumaq isə olduqca diqqət tələb edən, çətin prosesdir. Mikroçipin dizayn olunmasından istehsalına kimi olan proseslərdə bu təhlükəsizlik necə qorunur, videodan tanış ola bilərik:

https://www.youtube.com/watch?v=8G39EK4qyrk
Proqramlaşdırmada nəticəni əldə etməklə yanaşı, kodun səliqəli və effektli yazıbmasında bir çox dizayn üsullarını (design patterns) tətbiq etmək mümkündür. Bunlara yaradıcı (creational), struktur (structure) və davranış (behavioral) üsulları daxildir.
Dizayn üsullarının vizual izahları ilə refactoring.guru saytından tanış olar bilərik.
Bunlardan 10 üsulun izahı ilə aşağıdakı videodan tanış ola bilərik:

https://www.youtube.com/watch?v=tv-_1er1mWI
🔥6👍4
🥳🥳🧠🧠💻💻
Proqramlaşdırma sahəsində yeni biliklər qazanmaq, bacarıqlarını artırmaq və peşəkar keyfiyyətlərini nümayiş etdirmək istəyənlər üçün “PASHA Bank Cup IV” yarışmasına start veririk.

Məktəbli, tələbə və peşəkar proqramçıların yarışacağı bu müsabiqə 4 təsnifat və 1 final mərhələsindən ibarət olacaq. 1-4 may tarixlərini əhatə edəcək ilkin mərhələdə siz də iştirak edərək qızğın mübarizədə öz qüvvənizi sınayın.

https://www.linkedin.com/posts/pasha-bank_pasha-bank-cup-iv-activity-6921733617555496960-SPFz?utm_source=linkedin_share&utm_medium=member_desktop_web
2🔥2👍1
PASHA Bank Engineering pinned «🥳🥳🧠🧠💻💻 Proqramlaşdırma sahəsində yeni biliklər qazanmaq, bacarıqlarını artırmaq və peşəkar keyfiyyətlərini nümayiş etdirmək istəyənlər üçün “PASHA Bank Cup IV” yarışmasına start veririk. Məktəbli, tələbə və peşəkar proqramçıların yarışacağı bu müsabiqə 4…»
Paylanılmış məlumat bazalarında (distributed data systems) çox sayda sistemin (node) olması məlumatın hamısında sinxron yazılmasını çətinləşdirir:
1. istifadəçi cavab almaq üçün çox vaxt gözləməli olur
2. hər bir sistemin işlək olması qarantiyalı deyil.

Sürətli məlumat yazmaq və məlumatın düzgün formasını istifadəçiyə qayarmaq üçün bəzi mexanizmlər var, bunlardan biri də Strict Quorum-dur. Bu mexanizmdə sistem məlumat yazılmasını o zaman uğurlu hesab edir ki, yazılan (w) və oxunan (r) sistemlərin sayının cəmi ümumi sistemlərin sayından daha çox olsun (w + r > n). Bu halda biz əmin ola bilərik ki, istifadəçinin məlumat oxuması zaman oxunan sistemlərin ən azından birində yekun və doğru məlumat saxlanılacaq.

Ətraflı: https://www.youtube.com/watch?v=uNxl3BFcKSA
Fiqurun mənbəsi: Designing Data-Intensive Applications by Martin Kleppmann
👍9
Sayca dördüncü PASHA Bank Cup yarışmasının ilk mərhələsinə qoşulmaq istəyənlər May ayının 1i və 4ü aralıqlarında bu linkə daxil ola bilərlər: https://hr.gs/pashabank-cup-iv
Ətraflı məlumat üçün : https://www.linkedin.com/posts/pasha-bank_pasha-bank-cup-iv-yar%C4%B1%C5%9Fmas%C4%B1n%C4%B1n-ba%C5%9Flamas%C4%B1na-activity-6925403594095534081-r4jm?utm_source=linkedin_share&utm_medium=ios_app
👍1
PASHA Bank Cup - IV - 1 - Leaderboard.pdf
83.7 KB
PASHA Bank CUP IV yarışmasının ilk mərhələsi bitmişdir. 🎯 Nəticələri sizinlə paylaşırıq.
Hissəli məlumat bazalarında ikinci dərəcəli indeksləmə üçün 2 üsul tətbiq edə bilərik: document və ya term üzərindən.
1-ci üsulda ikinci indeks məlumatı yalnız olduğu hissədəki (partition) məlumatlara istinad (reference) götürür. Bu versiyada eyni indeks məlumatı fərqli məlumat bazalarında təkrarlanacaqdır.
2-ci üsulda isə ikinci dərəcəli indeks məlumatı yalnız 1 məlumat bazarında saxlanılır və digər hissələrdəki məlumatlara istinad nöqtələri saxlayır.

Hər iki üsulun seçimi tətbiq olunma məqsədinə görə dəyişə bilər. 1-ci üsulda yazmaq, 2-ci üsulda isə oxunma əməliyyatları daha sürətli baş verir.

Mənbə: Designing Data-Intensive Applications by Martin Kleppmann
👍3
Proqramlaşdırma sahəsində yeni biliklər qazanmaq, bacarıqlarını artırmaq və peşəkar keyfiyyətlərini nümayiş etdirmək istəyənlər üçün “PASHA Bank Cup IV” 🏆🏆🏆🏆 yarışmasının ikinci mərhələsi 10-13 İyun tarixləri aralığında keçiriləcəkdir. Mövzu: Searching, Sorting - Axtarış və sıralama
- Məktəbli, tələbə və ya peşəkar proqramçılar qoşulub 6 alqoritm sualına 4 saat ərzində baş sındıra bilər
- Birinci mərhələyə qoşulub-qoşulmamasından və ya nəticələrindən asılı olmayaraq hamı ikinci mərhələyə qoşula bilər
- Qoşulma linki yarışmadan bir neçə gün öncə paylaşılacaq
👍23
“PASHA Bank Cup IV” yarışmasının ikinci mərhələsinə sayılı günlər qalıb. “Axtarış və sıralama” mövzusuna həsr olunan bu mərhələ 10-13 iyun tarixlərini əhatə edəcək.
10 iyun tarixindən etibarən linkə (https://hr.gs/pashabank-cup-iv) keçid edərək qələbə uğrunda qızğın mübarizəyə siz də qoşulun.

https://www.instagram.com/p/CeVh2TWDmID/
PASHA Bank Cup - IV - 2 - Leaderboard.pdf
71 KB
PASHA Bank CUP IV yarışmasının ikinci mərhələsi bitmişdir. 🎯 Nəticələri sizinlə paylaşırıq.
Mənbə: Grokking Straming Systems by Josh Fischer & Ning Wang
👍1
Machine learning alqoritmlərində istifadə olunan 4 əsas məsafə alqoritmləri:

* Hamming Distance
* Euclidean Distance
* Manhattan Distance
* Minkowski Distance

https://machinelearningmastery.com/distance-measures-for-machine-learning
👍3