PASHA Bank Engineering
1.14K subscribers
33 photos
23 files
164 links
Download Telegram
Bank ödənişləri zamanı 1 məzənnədə (AZN) köçürmə edirsiniz, lakin qarşı tərəf başqa məzənnədə qəbul edir (USD). Bu proses necə baş verir?

Ətraflı:

https://www.linkedin.com/posts/alex-xu-a8131b11_systemdesign-coding-interviewtips-activity-6899762382114029568-k2Yx
👍6
“Meetups by PASHA Bank” layihəsi çərçivəsində keçirilən növbəti tədbirə qatılmaqla, bankın Rəqəmsal Mühəndislik komandası ilə görüşmək və məlumat mübadiləsində iştirak etmək fürsəti qazanacaqsınız.

Görüş fevral ayının 24-ü saat 17:00-da Lütfi Zadə Texnologiya Mərkəzində baş tutacaq.

Həmkarlarımız “Clean” arxitekturanın praktiki tətbiqi və bir tətbiq üzərində müxtəlif komandaların işinin qurulması mövzusunda maraqlı məqamlara toxunacaq, iştirakçıların və izləyicilərin suallarını cavablayacaqlar.

Yerlər məhdud olduğundan qeydiyyatdan keçməyə və bu fürsəti dəyərləndirməyə tələsin!

Görüşü canlı yayım vasitəsilə də izləmək mümkün olacaq.

Qeydiyyat üçün keçid: https://pshb.az/35affSo
👍6
PAŞA Bank tərəfindən təqdim olunan ilk açıq qaynaqlı (open-source) layihələrlə yeni GitHub səhifəmizdən tanış ola bilərsiniz. Layihələrlə bağlı daha ətraflı bugünkü meetup tədbirində danışılacaq:

https://www.facebook.com/events/449117023659877
🔥13👍6🤔1
Meetup_Presentation_24Feb_2022.pdf
16.1 MB
Bugünkü meetup təqdimatı ilə tanış ola bilərsiniz
👍3🔥2
Redis nə üçün sürətlidir?

RAM-da saxlanılan məlumatı əldə etmək, digər hard-drive yaddaş qurğularından (HDD və ya SSD) çox sürətli baş verir.

Ətraflı:
https://www.linkedin.com/posts/alex-xu-a8131b11_systemdesign-coding-interviewtips-activity-6904466435716763648-FnF0
Müxtəlif thread-lərdən bir əməliyyatı - rəqəmin sayını artırmaq istəyirsiniz. Fərqli thread-lar eyni anda həmin dəyəri fərqli hallarını görə bilər (biri digərindən daha əvvəl dəyəri dəyişə bilər) və bu paralel hesablama zamanı xətaya gətirə bilər. Sinxronlaşma problemini həll etmək yollarından biri Java dilində olan AtomicInteger klasının istifadəsidir.

Ətraflı:
https://howtodoinjava.com/java/multi-threading/atomicinteger-example/
👍5
Kod yazıb, test edib və son istifadəçilərə məhsulu çatdırmaq modern İT mühitlərdə sadə prosesdən çıxıb, daha çox diqqət tələb edir. İdeal DevOPS axını yaratmaq üçün izahlı nümunə ilə aşağıdakı videodan tanış ola bilərsiniz.

https://www.youtube.com/watch?v=OPwU3UWCxhw
👍7
İnternet üzərindən məlumatları təhlükəsiz və gizli formada göndərmək üçün bir çox kriptoqrafik əməliyyatlar baş verir. Baza biliyi olaraq mühəndislərin bilməli olduğu 7 konsetpi aşağıdakı videodan öyrənə bilərsiniz.

https://www.youtube.com/watch?v=NuyzuNBFWxQ
👍2
Kod strukturunu səviyyələrə görə ayırsaq, yuxarıda biznes tələblərinə yaxın, aşağıda isə standart kitabxana funksionallığına yaxın olan funksiyaları nəzərə ala bilərik. Hər bir səviyyə sonradan dəyişiklik edilmə, test olunma və təkrar istifadə olunmasına görə fərqlənirlər.

Mənbə: Grooking Simplicity by Eric Normand
👍5
Funksional proqramlaşdırmada istifadə olunan map, filterreduce funksiyalarının rolları və daxili işləmə mexanizi kod nümunəsi ilə.

Mənbə: Grooking Simplicity by Eric Normand
👍4
Məlumat toplusunda axtarışı sürətləndirmək üçün ilk öncə toplunu sıralamaq lazım olur. Əksər sıralama alqoritmlərin zaman mürəkkəbliyi (time complexity) xətti (linear O(n)) asılılıqdan gec olur (O(n log n)). Bəs hansı üsullarla xətti mürəkkəbliyə çata bilərik?

Ətraflı:
https://www.youtube.com/watch?v=yndgIDO0zQQ
👍3
İnformasiya təhlükəsizliyi proqram səviyyəsində qorunması nə qədər mükəmməl olsa da, məlumat ən aşağı təbəqədə - mikroçiplərdə emal olunur. Onların təhlükəsizliyini qorumaq isə olduqca diqqət tələb edən, çətin prosesdir. Mikroçipin dizayn olunmasından istehsalına kimi olan proseslərdə bu təhlükəsizlik necə qorunur, videodan tanış ola bilərik:

https://www.youtube.com/watch?v=8G39EK4qyrk
Proqramlaşdırmada nəticəni əldə etməklə yanaşı, kodun səliqəli və effektli yazıbmasında bir çox dizayn üsullarını (design patterns) tətbiq etmək mümkündür. Bunlara yaradıcı (creational), struktur (structure) və davranış (behavioral) üsulları daxildir.
Dizayn üsullarının vizual izahları ilə refactoring.guru saytından tanış olar bilərik.
Bunlardan 10 üsulun izahı ilə aşağıdakı videodan tanış ola bilərik:

https://www.youtube.com/watch?v=tv-_1er1mWI
🔥6👍4
🥳🥳🧠🧠💻💻
Proqramlaşdırma sahəsində yeni biliklər qazanmaq, bacarıqlarını artırmaq və peşəkar keyfiyyətlərini nümayiş etdirmək istəyənlər üçün “PASHA Bank Cup IV” yarışmasına start veririk.

Məktəbli, tələbə və peşəkar proqramçıların yarışacağı bu müsabiqə 4 təsnifat və 1 final mərhələsindən ibarət olacaq. 1-4 may tarixlərini əhatə edəcək ilkin mərhələdə siz də iştirak edərək qızğın mübarizədə öz qüvvənizi sınayın.

https://www.linkedin.com/posts/pasha-bank_pasha-bank-cup-iv-activity-6921733617555496960-SPFz?utm_source=linkedin_share&utm_medium=member_desktop_web
2🔥2👍1
PASHA Bank Engineering pinned «🥳🥳🧠🧠💻💻 Proqramlaşdırma sahəsində yeni biliklər qazanmaq, bacarıqlarını artırmaq və peşəkar keyfiyyətlərini nümayiş etdirmək istəyənlər üçün “PASHA Bank Cup IV” yarışmasına start veririk. Məktəbli, tələbə və peşəkar proqramçıların yarışacağı bu müsabiqə 4…»