Dermatoloq Mehdi İSKƏNDƏRLİ
52 subscribers
49 photos
2 videos
3 links
Hər növ dəri, dırnaq, saç və ağız boşluğu xəstəlikləri haqqında maarifləndirici portal 📚📚📚

📞: +994514446644
Download Telegram
– 10 yaşlı məktəbli pasientimiz gözündə qızartı, göz qapaqlarında şişmə və qaşıntı şikayətir ilə müraciət etdi. Diaqnoz isə bit invaziyası 🦂🦂🦂 Kipriklərə qədər bitin yayılması nadir haldır. Kiprik diblərinə tutunmuş bitlər və sirkələrini görə bilərsiniz. Keçmiş olsun ‼️
– KÜRƏKDƏ QAŞINTI 🍀🍁🌿

Kürəyində qaşıntılı qızartıları olan pasientimizin yanaşı gedən şəkər başda olmaqla digər xəsətlikləri də vardır. Müalicənin uzun və çətin olmasına rəğmən pasientimiz şəfasına qovuşdu 🤲 Keçmiş olsun ‼️
Diz arxasına su toplayan yaraları olan pasiyentimiz. Su toplayan yaralara səbəb olan “1001” dəri xəstəliyi vardır 💧💧💧Bəziləri infeksiyoz olur, bəziləri isə non-infeksiyoz. Dəqiqləşdirilmiş diaqnoz şəfanın başlıca şərtidir. Bu xəstəmizin də müalicəsi çətin və uzun oldu amma, əsas odur mümkün oldu 👌👌👌 Keçmiş olsun ona ‼️
Alnında və saç dərisində qaşınıtılı qızartıları olan nənəmizdə dəqiq diaqnoz və müalicələrdən sonra FARK VAR ☺️)) İlk baxışdan bu dəri xəstəliyi sadə görsənir amma, əslində bu pasiyentimiz ən azı bir il nəzarətimizdə olacaq və müvafiq müalicələr qalacaq. Allah hər birimizi müalicəsi uzun sürən xəstəliklərdən qorusun ‼️
Dodaqları, dili və ağız boşluğu tamamiylə yara-bərə ilə sarılmış pasiyentimiz qidalanma problemiylə əlaqədar olaraq ciddi çəki itkisinə də mərzu qalmışdı. Belə xəstələr zamanında müalicə edilməzsə yetərsiz qidalanma səbəbiylə itirilə bilər. Fəqət xəstəmizə vaxtında və düzgün müalicə təyin edildiyi üçün bu cür aqibət yaşanılmadı. Allah şəfasını verdi 🙏 Arzu edək ki, heç kim bu cür ağır xəstəliklərlə sınağa cəkilməsin ‼️
Dırnaq ətrafı bölgədə şişkinlik, su toplama, irinləmə, axıntı, ağrı şikayəti ilə müraciət edən pasiyentimiz dəqiq diaqnoz və müvafiq müalicələrdən sonra problemi tamamiylə aradan qaldırılmışdır 🤓👌 Gəlin keçmiş olsun deyək ‼️ Heç kimin də başına bu cür bəla gəlməsin ‼️
Hər zaman sonrası əvvəlindən xeyirli olan pasiyentlərimizin daha birisi öz şəfasına qovuşdu. Saçlı dərisi ağrılı yara-bərə ilə əhatə olunmuş pasiyentimizin səhhəti uzun sürən müalicədən sonra bərpa olundu 🙂👌Allah şəfa versin 🙏
Gövdəsini yara-bərə əhatə etmiş pasiyentimiz 👌👌 Sağalandan sonra yara və qızartıların yerində bəzi xəstələrdə qəhvəyi, bəzilərində isə ağ ləkələr yaran bilər. Bu cür ləkələr qorxulu deyil və uzun müddət ərzində öz-özünə aradan qalxır 👍👍 Bu pasiyentimizin də sağaldıqdan sonra meydana gələn qəhvəyi ləkələrinin müəyyən müddətdən sonra müalicəsiz, öz-özünə keçəcəyini gözləyirik. Keçmiş olsun ‼️
– QARINDA QAŞINTILI QIZARTILAR 🌿🍂🌺
Çənəsində suluqlu səpgiləri olan pasiyentimiz dəqiləşdirilmiş diaqnoz sonrası aldığı müalicələr hesabına şəfasına qovuşmuşdur 👌 Bizə gələnə qədər xəstəmiz müxtəlif müalicələr almışdır. Amma fayda görməmişdir. Cünki, diaqnozu dəqiq deyildi 😲 Səpgilər adi görsənsə də müalicə altı aydan çox cəkdi 😱 və hal-hazırda da nəzarətimiz altındadır. Keçimiş olsun‼️
Saçlı dərisi ağrılı, irinli yara-bərə ilə əhatə olunmuş növbəti pasiyentimiz. Bu cür problemi tək şampunla və losyonlarla həll etmək mümkün deyildir. Əlavə müayinələr edilməli və daxilə iynə və həblər də qəbul edilməlidir. Bundan başqa profilaktik təbirlər də görülməlidir. Bu nəticəni əldə etmək üçün çox çalışdıq sonda alındı. Keçmiş olsun ‼️
Psoriazdan (pullu dəmrov) əziyyət çəkən yeniyetmə pasinetimizin şikayətləri 4 aydan çoxdur ki, geri qayıtmır, dərisi tər-təmizdir Pasient nəzarətimizdədir, müalicələr davam edir. Pullu dəmrovun müalicəsi vardır, şikayətləri uzun müddətliyinə itirmək mümkündür. Keçmiş olsun ‼️
– ÜZDƏ QƏHVƏYİ LƏKƏLƏR 🍀🍁🌺

Üzündə qəhvəyi ləkəsi olan xanım pasientimizin şikayətləri ilk 10 gün ərzində 90% azalmışdır. Müalicələr davam edir və ləkələrin 100% aradan qalxacağını gözləyirik. Keçmiş olsun‼️
Üzü yara-bərə içərisində olan pasiyentimiz dəqiqləşdirilmiş diaqnoz və müvafiq müalicələrdən sonra şəfasına qovuşdu ✌️ Bu xəstəliyin müalicəsi altı aydan çox cəkdi və pasiyentimiz hal-hazırda müalicə altında nəzarətimizdədir. Dəri daxili orqanların aynasıdır prinsipi ilə hərəkət edərək bu xəstədə mərkəzi sinir sisteminin auto-immun xəstəliyini də aşkarladıq. Həm dəri, həm də beyin xəstəliyinin birgə müalicəsi aparılır. Keçmiş olsun ‼️
Psoriazdan (pullu dəmrov) əziyyət çəkən yeniyetmə pasinetimizin şikayətləri 4 aydan çoxdur ki, geri qayıtmır, dərisi tər-təmizdir Pasient nəzarətimizdədir, müalicələr davam edir. Pullu dəmrovun müalicəsi vardır, şikayətləri uzun müddətliyinə itirmək mümkündür. Keçmiş olsun ‼️
Sızanaqdan əziyyət çəkən pasientimiz uzun müalicələrdən sonra şəfasına qovuşdu. Sızanaqlar yeniyetmə dövründə ikən müalicə edilməsi məsləhət edilir. Əks təqdirdə müalicələrin gecikdirlməsinə bağlı olaraq dəridə dərin çopurlar yarana bilər ki, bu da ayrıca əlavə estetik problemlər yaradır. Sızanaqlar bir dəri xəstəliyidir və onu müalicəsiylə dermatoveneroloqlar məşqul olur. Keçmiş olsun !!!
– BAZAL HÜCEYRƏLİ KARSİNOMA 🍃🌺🍀

Bir il bundan öncə dəri xərçəngi diaqnozu qoyduğumuz xəstəmizi hər hansı bir cərrahi əməliyyat, kimyaterapiya, şüaterapiya etmədən sadəcə kremlər və məlhəmlərlər sağalda bildik 🍃🌺🍀 Artıq bir ildir ki, heç bir şikayəti yoxdur. Keçmiş olsun
– AKNE XƏSTƏLİYİ 🌺🌼🌺

Sızanaq xəstəliyindən əziyyət çəkən pasientimizin şikayətləri 99% azalmışdır 🍃🌺🍂 dərisi daha şumal və təmiz olmuşdur. Çivzələrin verdiyi komplekslərdən qurtulmuşdur. Keçmiş olsun
– BALDIRDA AĞRI 🍀🌻🌺

Baldırda ağrılı qızartıları və şişkinliyi olan pasientimiz düzgün diaqnoz və müalicələrdən sonra şəfasına qovuşmuşdur 🍀🌻🍀Baldırlarda qızarıqlıq və şişkinlik verən dəri xəstəliyi çoxdur. Hamısı da bir birinə çox bənzəyir. Ona görə mənşəyini təyin etmək mütləq dermatoloq müayinəs lazımdır. Keçmiş olsun ‼️
– AŞAĞI ƏTRAFLARDA QAŞINTI 🌼🌺🌼

Aşağı ətraflarında qaşıntılı qızartıları olan pasientimizin şikayətləri on gün ərzində tamamiylə aradan qaldırılmışdır 🍀🌺🍃 Aşağı ətraflarda qaşınıtlı qızartılara səbəb olan xəstəliklər çoxdur. Bunlardan ən sıx görüləni allergik dəri xəstəlikləridir. Pasientimizdə allergik dəri xəstəliyinin səbəbi aşkarlandı və müvafiq müalicələrlə müalicə edildi. Keçmiş olsun