Dövlət Əmək Müfəttişliyi Xidməti
1.1K subscribers
4.55K photos
476 videos
1 file
2.65K links
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən icra hakimiyyəti orqanıdır.
Download Telegram
🇦🇿 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Vətən müharibəsinin VI ildönümü ilə əlaqədar Bakı şəhəri 18 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri ilə görüş keçirib.

Görüşdə 🎖️Vətən müharibəsi iştirakçıları olan Xidmət əməkdaşları şagirdlərlə keçdikləri döyüş yolu və müharibə ilə bağlı xatirələrini bölüşüblər.

🔗 Ətraflı:
https://demx.gov.az/az/media/press-reliz/xidmet-emekdaslarinin-veten-muharibesinin-altinci-ildonumu-erefesinde-mekteblilerle-novbeti-gorusu

#ƏƏSMN #DƏMX #VətənMüharibəsi #TarixiZəfər #Vətənpərvərlik
👍2
🏢 Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-sentyabr ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 548443 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

🔸 Görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitlərin 90 faizi əməkhaqqı, 10 faizi isə zərərə görə ödənc, müavinət və kompensasiyalardan ibarət olub.

➡️ https://demx.gov.az/az/media/press-reliz/yanvar-sentyabr-aylari-erzinde-gecikdirilmis-5484-min-manat-vesaitin-iscilere-odenilmesi-temin-olunub

#ƏƏSMN #DƏMX #SosialGöstəricilər
👍2
📍 Dövlət Əmək Müfəttişliyi Xidməti Bərdə şəhərində maarifləndirmə tədbiri təşkil edib.

👥 “Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) imkanları və yenilikləri” 💻 və “İş yerlərində əməyin mühafizəsi” 🦺 mövzularına həsr olunmuş tədbirdə Qarabağ regionunda fəaliyyət göstərən dövlət və özəl sektoru təmsil edən 35 işəgötürənin 60-a yaxın nümayəndəsi iştirak edib.

🔗 Ətraflı: https://demx.gov.az/az/media/press-reliz/berdede-emas-in-imkanlari-ve-emeyin-muhafizesi-movzusunda-maariflendirme-tedbiri-kecirilib

#DƏMX #ƏMAS #ƏməyinMühafizəsi
👍1
🏫 Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzi tərəfindən Naxçıvan şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasında maarifləndirmə təlimi keçirilib.

🦺 Təlim azyaşlılar üçün əməyin mühafizəsi və təhlükəsiz davranış qaydalarına həsr olunub. 👧👦 Təlimin məqsədi uşaqlarda əməyin mühafizəsi barədə ilkin təsəvvürlərin formalaşdırılması, gündəlik həyatda və bağça mühitində təhlükəsiz davranış vərdişlərinin aşılanması, eləcə də ⚠️ təhlükəli vəziyyətləri tanımaq və belə hallarda düzgün davranmaq bacarıqlarının inkişaf etdirilməsi olub.

🔗 Ətraflı: https://demx.gov.az/az/media/press-reliz/naxcivanda-azyaslilar-ucun-tehlukesiz-davranis-qaydalarina-dair-maariflendirme-telimi-kecirilib

#DƏMX #ƏməyinMühafizəsi #BoyamaJurnalı
👍1
🏢 Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzi Bakı Baş Səhiyyə Mərkəzinin tərkibinə daxil olan müəssisələrin SƏTƏM (sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi) mütəxəssisləri üçün təlim təşkil edib.

🦺 “Əməyin mühafizəsi və texniki təhlükəsizlik” mövzusunda keçirilən təlimdə 👥 35 SƏTƏM mütəxəssisi iştirak edib.

🔗 Ətraflı: https://demx.gov.az/az/media/press-reliz/baki-bas-sehiyye-merkezinin-terkibine-daxil-olan-muessiselerin-mutexessisleri-emeyin-muhafizesine-dair-melumatlandirilib

#DƏMX #ƏməyinMühafizəsi
👍1
10 Oktyabr – yanğınsöndürənlərin peşə bayramı günüdür. 🚒

Ümummilli liderimiz Heydər Əliyevin 2002-ci ildə imzaladığı Sərəncamla hər il 🗓️ оktyabr ayının 10-u Azərbaycan yanğınsöndürənlərinin peşə bayramı günü kimi qeyd olunur.

#DƏMX #10oktyabr #YanğınSöndürənlərinPeşəBayramıGünü
👍1
11 Oktyabr – Beynəlxalq Qız Uşaqları Günüdür. 💐

#DƏMX #BeynəlxalqQızUşaqlarıGünü
👍3
📊 Qiymətləndirmə xidmətinin göstərilməsi: “İşdə və təşkilati şəraitdə insanları qiymətləndirmək üçün prosedurlar və üsullar”

📌 AZS ISO 10667-1:2025 – “Hissə 1: Sifarişçiyə aid tələblər”

💼 Standart fərdin, qrupun və ya təşkilatın işlə bağlı məqsədlərlə qiymətləndirilməsi zamanı etibarlı nəticələrə əsaslanan qərarların qəbul edilməsinə imkan verir.

✅ Sənəd sifarişçilər üçün aşağıdakı tələbləri müəyyən edir:

🔹 qiymətləndirmənin zəruriliyi və əsaslandırılması

🔹 tətbiq şəraitinin müəyyən edilməsi

🔹 yanaşma, prosedur və üsulların seçilməsi, tətbiqi və qiymətləndirilməsi

🔹 iştirakçıların səriştəsi və peşəkarlığı

🔹 nəticələrə çıxış, onlardan istifadə və saxlanılması

🔹 xidmətlərin göstərilməsinə dair təşkilati qərarlar

🔍 Tətbiq sahələri: Standart işə qəbul, kadr seçimi, peşəkar inkişaf, karyera məsləhətçiliyi, kouçinq, komanda quruculuğu, eləcə də təşkilati yenidənqurma və birləşmələr zamanı qiymətləndirmə proseslərini əhatə edir.

#ƏƏSMN #DƏMX #AZSTAND #MilliStandartlar #ƏməyinMühafizəsi
👍1
🇦🇿 Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin əməkdaşları Vətən müharibəsi şəhidi Rabil Elburus oğlu İsmayılovun ailəsini ziyarət ediblər. 🕊️

🎖️ Gəncə şəhərində anadan olan Rabil İsmayılov Vətən müharibəsi zamanı 🇦🇿 Cəbrayıl, Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

🔗 Ətraflı: https://demx.gov.az/az/media/press-reliz/xidmet-emekdaslari-gencede-sehid-rabil-ismayilovun-ailesini-ziyaret-edib

#DƏMX #ŞəhidAiləsiZiyarəti
👍1
Media is too big
VIEW IN TELEGRAM
İstehsalatda bədbəxt hadisə baş verdikdə işəgötürən ilk olaraq hansı addımları atmalıdır❓

#ƏƏSMN #DƏMX #DOSTTV #Sualcavab
👍1
Media is too big
VIEW IN TELEGRAM
📄 Əmək müqaviləsi olmadan işləmək ilk baxışda problem yaratmasa da, gələcəkdə ciddi itkilərə səbəb ola bilər.

Əmək münasibətləri rəsmiləşdirilmədikdə:
🔸 bədbəxt hadisə və ya peşə xəstəliyi zamanı sığorta ödənişi və müavinətlərdən yararlanmaq çətinləşir;
🔸 əlavə əməkhaqqı və məzuniyyət hüquqları risk altında qalır;
🔸 pensiya, işsizlikdən sığorta və icbari tibbi sığorta hüquqları məhdudlaşa bilər.

Əmək müqaviləsi yalnız işəgötürənin öhdəliyi deyil, ilk növbədə işçinin hüquqlarını və sosial təminatını qoruyan mühüm sənəddir. 🤝

📺 Daha ətraflı məlumat AZTV-nin hazırladığı süjetdə verilib.
#ƏƏSMN #DƏMX #ƏməkMüqaviləsi #ƏməkHüquqları #QeyriFormalMəşğulluq #HüquqlarınTəminatı #RəsmiƏməkMüqaviləsi #SosialTəminatınƏsası