İnsan yönümlü şəhərlər ️
2.96K subscribers
1.98K photos
230 videos
604 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🆘 Bu vəziyyət uçuruma aparır.

İctimai nəqliyyat nə qədər ki tıxaclarda dayanacaq, nə qədər ki, bu məsələnin həllinə CİDDİ (sözün əsl mənasında) yanaşmayacaqlar insanların arasında bu cür narazılıqlar artacaq.

Minlərlə insan hər gün işə gecikir, lazımsiz sözlər eşidir, stres və əsəb keçirir. Elə bilirsiniz bu elə-belə keçəcək cəmiyyətdə? Təbii ki, xeyr.

Qarabağı aldıq, qalib xalq olduq. İndi bu qalib xalq normal nəqliyyata və şəhər mühitinə layiq deyil?

İndiki vəziyyətdən çıxmaq üçün hansı düşmənə qalib gəlməliyik? Köklü islahatlar olmasa, bir gün bu çox pis fəsadlara gətirib çıxaracaq.

#ictimainəqliyyat
Bakı küçələrinin öz "Black Friday"-i var.

🛑 Mikayıl Üseynov küçəsində yenə avtobuslar dalbadal tıxacda ilişib qalıb.

Minlərlə insan hər gün bu küçədə əziyyət çəkir.

#tıxaclar #ictimainəqliyyat
⚡️ Bakı üçün nadir bir yeniliyi tətbiq etdilər.

Ziya Bünyadov prospektində arakəsməni ləğv edərək avtobusların marşrutlarının hərəkətəni daha səmərəli etmək üçün yeni yolayrıcını təşkil etdilər.

Yaxşı bir məsələ həm də odur ki, burada hərtərəfli piyada keçidləri və təhlükəsizlik adacıqlarını da unutmadılar.

❗️ Şəhərdə ictimai nəqliyyatın hərəkəti prioritet və fasiləsiz olmalıdır.

#ictimainəqliyyat
🇦🇿🚍 Azərbaycanda elektrobuslar yığılacaq və bu çox yaxşı bir xəbərdir.

Deyilənə görə, Sumqayıtda elektrik avtobuslar yığılacaq. Çinin BYD şirkətinin zavodu həqiqətən açılsa və tələbatı ödəsə, bu ictimai nəqliyyatın hazırki "yaralı yerini" - avtobusların çatışmazlığını - aradan qaldıra bilər. Həm Bakıya, həm də regionlara müasir və ekoloji təmiz nəqliyyat versək əla olar.

⚡️ Bu arada, Bakıda artıq bir ədəd BYD elektrobusu var.

🔹 Bəziləri fikirləşə bilər ki, Çin etibarlı bir avtobus buraxmaz, lakin görünür ki, bu cəhəddən Çinlər irəli gedib və bu gün bir sıra inkişaf etmiş ölkələrdə bu istehsalçının elektrobuslara rast gəlmək olar.

#ictimainəqliyyat #elektrobus
❗️ Velosiped yolları öz yerində, amma ictimai nəqliyyatı da unutmayaq.

Misal üçün, bura Rəşid Behbudov küçəsidir, Mərkəzi Bankın düz önündəki avtobus cibi. Vaxtilə burada güya "avtobusların rahatlığı" üçün səkidən kəsib cib yaradıblar, bugünki vəziyyət odur ki, bu cibdə, yolun üzərində birbaşa olaraq sərnişinlər avtobusu gözləyir. Bu haqda danışmışdım.

🔸 Avtobus ciblərinin şəhər daxilində mənasız olması haqqında və onların necə işləməyi haqqında artıq göstəmişdim.

Əgər nəhayət yollarda velosiped zolaqları salan şəhər oluruqsa, bu cür səhvlər də aradan qaldırılmalıdır.

#ictimainəqliyyat
🚍 AYNA Bakıya daha bir elektrik avtobus gətirib.

Bu səfər BYD deyil, Çinin "YUTONG" istehsalıdır və bundan əvvəl Daşkəndə istismar olunub. Məqsəd "necə işləyəcəyini və mövcud şəraitə uyğunluğunu yoxlamaqdır".

🔹 Bundan öncə BYD şirkətinin Azərbaycanda elektrik avtobusların istehsalı haqqında planları açıqlamışdır. Niyə məhz "YUTONG" - soruşmayın, bilmirəm. 🙂

#elektrobus #ictimainəqliyyat
İrəvanda avtobus sürücüləri Bakıdan çox maaş alır. Tiflisi ümumiyyətlə demirəm.

❗️Nəzərə alaq ki, Bakıda əksər gündəlik məhsullar Ermənistan və Gürcüstandan daha bahadır.

#ictimainəqliyyat
🚍 Bakı və Sumqayıt arasında belə avtobuslar hərəkət edəcək.

Ekspres marşrut olacaq, iki şəhərin Avtovağzalını birləşdirəcək. 3 dayanacağı olacaq. İnterval 11 dəqiqə.

Keçən il bu yolda ayrılmış avtobus zolağı salındı, avtobus ilə səyahət müddəti xeyli azaldı.

Düzdür, cəmi 48 sərnişin daşıya bilir, lakin hər kəs əyləşir, ayaq üstə belə şəhərlərarası avtobuslarda getməyə icazə verilmir adətən. Aeroport Ekspres marşrutunda da bu "Neoplan"lar hərəkət edir.

💰 Gediş haqqı 80 qəpik. Manatlıq taksilərin birbaşa rəqibi ola bilər bu marşrut.

#ictimainəqliyyat
🚇 "Xırdalana metro!"

Post-sovet ölkələrində bir "metro cəmiyyəti" var. O, şəhərin statuslu olduğunu göstərir və digər ictimai nəqliyyat vasitələrindən daha operativ və tez işləyir. Buna görə şəhər sakinləri ancaq yerin altında hərəkət edən metro istəyir və bu metronu mümkündürsə öz məhəllələrinə çəkilməyini gözləyirlər. Lakin bu zaman heç kim bura sərf olunan maliyyəni, vaxtı, fizika qanunlarını və s. fikirləşmir.

Dünyada isə vəziyyət tam fərqlidir. Onlar düşünürki metro maşınların rahat hərəkət etməyi üçün yerin altına "basdırılmış" tramvaydır. Həmçinin, yerüstü tramvay daha cəlddir, daha tez və ucuz başa gəlir. Buna görə də, bu "metro cəmiyyəti" Avropada demək olarki yoxdur.

🇨🇭 Məsələn 1973-cü ildə Sürix şəhərində referendum keçirildi - metro xətləri salınsın ya yox. Cavab verənlərin 57%-i "Yox" dedi. Qərara gəldilər ki, mövcüd tramvay və dəmir yolları sakinlərin bütün ehtiyaclarını ödəyir. Metroya xərclənəcək pula isə mövcüd tramvay/dəmir yolları şəbəkəsinin genişləndirilməsi nəzərdə tutuldu.

Hazırda Sürixin ictimai nəqliyyatı dünyanın ən yaxşı və inkişaf etmiş ictimai nəqliyyatlarından biri hesab olunur.

Biz isə əlimizdən gələni edirik ki, bu mövzüda az məlumatlı olan vətəndaşlarımızı daha çox məlumatlandıraq və düzgün nöqtəyə bir yerdə vurmaqla şəhərimizin ictimai nəqliyyatını yüksək səviyyəyə çatdıraq. Məsələn, Xırdalana metro istəməkdənsə mövcüd dəmiryol şəbəkəsinə əlavə qatarların sayını artırmaq və intervalı minimuma endirməklə bu şəbəkədən yerüstü metro kimi istifadəni istəmək lazımdır.

©️ İlkin Babayev.


#ictimainəqliyyat #metro #tramvay
Bakıda avtobus dayanacaqlarında çatışmayan ən vacib şeylərdən biri də marşrut sxemlərinin olmamasıdır.

Telefon üçün BakıKart proqramında bütün marşrutlar qeyd olunsa da, telefonu olmayan və ya proqramdan istifadə edə bilməyən şəxs üçün həmin dayanacaqdan hansı marşrutların keçdiyini və hara getdiklərini öyrənmək çox çətin olur. Düşünürəm ki, bütün dayanacaqlarda ən azı ordan keçən marşrutların sxemi olmalıdır.

Nümunə olaraq Nərimanov metro stansiyası yanındakı (Mado restoranının arxası) dayanacaq üçün belə bir marşrut sxemini hazırladım. Bu qısa zamanda həvəskar olaraq hazırlanmış sxemdir, müsabiqələr keçirməklə professional qrafik dizaynerlərə müraciət edilərsə daha gözəl nəticələr əldə etmək olar.

©️ Azər Axundov.

#ictimainəqliyyat