İnsan yönümlü şəhərlər ️
2.96K subscribers
1.98K photos
230 videos
604 links
Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm.

Dəstək olmaq: city4people.az/destek
Əlaqə: @City4People_az_Bot
Download Telegram
🆘 Bütün saytlar xəbər dərc edir ki, bəs sürücülər üçün cərimələr qaldırılır! Diqqət...

Birincisi, bu qanun layihəsidir, hələ ki heçnə təsdiq olunmayıb.

İkincisi də, hətta bu qanun layihəsində ciddi bir islahat görmədim. 41-60 km/s sürət aşmasına görə cərimə onsuzda az deyildi (150 AZN idi, təklif olunur 200). Lakin 20 km/s aşmasına görə cərimə elə gülməli 10 manat səviyyəsində qalır.

Yəni siz şəhərdə 80 km/s maşın idarə etsəniz adam öldürə bilərsiniz, amma buna görə sizə cəmi 9 AZN cərimə düşəcək (endirimi nəzərə alaraq).

Amma səkidə maşın saxlamasına görə, piyadaların hərəkətinə maneə törətmısində görə heç bir qanun dəyişikliyi nəyə görə sə heç kimin yadına düşmür.

#cərimələr
⛔️ Yeni cərimələr belə olacaq.

✍️ Bu gün Milli Məclisdə ikinci oxunuşda yeni qanun layihəsi müzakirə olunacaq. Onun təsdiq olunma ehtimalı yüksəkdir. Qanuna "velosiped yolu" və "kiçik elektrik nəqliyyat vasitələri" (elektroskuter) anlayışı daxil olur.

⚠️ Bəzi cərimələr sərtləşdirir. Qanun layihəsi ilə tanış oldum və bəzi yeni cərimələri diqqətinizə çatdırıram.

#cərimələr
İnsan yönümlü şəhərlər ️
⚡️ Yeni cərimələr prezidentin qərarı ilə təsdiq olundu və bugündən qüvvədədir.
🔴 Sürücülərə artıq cərimələr gəlir.

Facebook-da bir sürücü yazır ki, avtobus zolağına daxil olduğu üçün 100 AZN cərimə olunub.

#cərimələr
📄 Son günlər sosial şəbəkələrdə sürücülər qaldırılmış məbləğdə cərimələnməsi haqqında postlar paylaşır.

🔸 Misal üçün şəkildə olan qayda pozuntusuna görə sürücüyə 80 AZN və 2 bal yazılıb (ikinci sırada avtomobili saxladığına görə, əvvəl 20 AZN olub). Bundan əvvəl avtobus zolağına daxil olan sürücü 100 AZN və 2 bal cərimə olunduğu haqqında post paylaşılmışdır.

🔸 Lakin əgər avtobus və velosiped zolağına daxil olan, ikinci sırada dayanan sürücülər 100% qayda pozuntusu olmağını bilirsə, parkinq məsələsində infrastruktur cəhətindən çatışmazlıqlar var. Belə ki, bizdə hələ də yolun qırağında sarı xəttin olması dayanmanı qadağan etmir və əgər küçənin əvvəlində 3.27 nişanının olub-olmamasını bilmirsənsə, cərimə oluna bilərsən. Oxşar vəziyyət ödənişli parklanmaya aiddir. Bizdə parklanma yerlərinin nömrələri yalnız nişanın altındakı əlavə lövhəcikdə qeyd olunub. Misal üçün, Tiflisdə bunun asfaltın üzərində edirlər ki, sürücülər vaxt itirib nişan axtarmasın.

🔸 Ümumi olaraq desək, cərimələrin tətbiqi müntəzəm xarakter daşısa, həmçinin səkilərdə parkinq edilməsinə görə də tədbirlər görülsə, yaxın 1 il ərzində müsbət tendensiyanın şahidi olacağıq.

#cərimələr
Avtobus zolağı olan yerlərdə sərnişini necə düşürdək?

🔸 Cərimələrin məbləği və nəzarət artandan sonra, bu cür suallar və şikayətlərin sayı xeyli artıb.

🔸 Belə baxanda, sual həqiqətən məntiqlidir. Bakıda və ümumiyyətlə ölkədə sərnişin mindirib-düşürtmək heç vaxt problem olmayıb, çünki nə avtobus, nə velozolaq deyilən bir şey yox idi (son illəri çıxsaq).

❗️ Xarici təcrübəyə baxsaq, inkişaf etmiş şəhərlərdə "harada istədim adam mindirdim/düşürtdüm" deyən bir anlayış yoxdur. Bəli, Bakıda taksi duracaqların sayı və sərnişinlərin minməsi və düşməsi üçün ayrılmış yerlərin sayı həqiqətən azdır. Çünki küçənin layihələndirilməsi çox xaotik şəkildə aparılır. Binalar, obyektlər, dayanacaqlar, — bunlar hamısının tikintisi müxtəlif dövrlərdə koordinasiya olmadan aparılıb və bunu tez həll etmək yaxın gələcəkdə mümkün olmayacaq.

🔹 Ona görə, indiki vəziyyətdə sürücülərə yeganə tövsiyəm — təhlükəsizliyi nəzərə alaraq, avtobus zolaqlarına daxil olmadan, ən sağ avtomobil zolağında sərnişinləri düşürdə bilərsiniz. Təbii ki, sərnişinlər də avtomobildən çıxanda öncədən arxaya baxıb avtobusun gəlməməsində əmin olmalıdır.

🚍 Bəzi yerlərdə avtobus zolaqlarında qırıq-qırıq (punktir) xətlər varsa, həmin xətlər olan yerlərdə zolağa daxil olmaq mümkündür. Lakin əksər yeni BUS zolaqlarında belə "ciblər" nəzərdə tutulmayıb. Ona görə yuxarıda qeyd olunan variant hələ ki ən uyğun görünür. Zamanla, insanlar mühitə öyrəşəcək və davranış da dəyişəcək.

#avtobuszolaqları #cərimələr