Cebhe.info
442 subscribers
1.19K photos
533 videos
10 files
3.71K links
Xəbər Portalı
Download Telegram
Ermənistan bölmələri Zəngilanda DSX-nın mövqelərini atəşə tutub, bir hərbçi yaralanıb.

DSX: Mart ayının 20-də saat 02:50-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin bölmələri, Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Ağbaşyurd yüksəkliyində yerləşən mövqelərini atəşə tutmuşdur.

Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu kiçik çavuş Manafov Ramin Sübhi oğlu qarşı tərəfdən açılmış atəş nəticəsində yaralanmışdır.
Türkiyənin Ədalət və İnkişaf Partiyasına (AKP) adı Rəcəb Tayyib, soyadı Ərdoğan olan yeni bir şəxs qatılıb.

Cebhe.info xəbər verir ki, 24 yaşlı bu gənc deputat olmaq üçün müraciət edib.

Nevşəhərli Rəcəb Tayyib Ərdoğan uzun illərdir siyasətə qatılmaq xəyalını gerçəkləşdirmək istədiyini deyib. O, illərdir ki, AKP tərafdarı olduğunu da söyləyib:

"İllərdir AKP-yə xidmət edən bir ailənin üzvüyəm. Mən də AKP-nin aktiv bir üzvü olmaq üçün həyacanla və sevinclə müraciət etdim".

Gənc Rəcəb Tayyib Ərdoğan adının necə qoyulması barədə də danışıb:

"1999-cu ildə Rəcəb Tayyib Ərdoğanın oxuduğu şeirə görə həbs olunması atama çox təsir edib. O da buna görə mənə Rəcəb Tayyib adını verib. Beləliklə, adım Rəcəb Tayyib Ərdoğan olub. Adımdan çox razıyam. Getdiyim yerlərdə adıma inanmayan olur, hətta şəxsiyyət vəsiqəmə belə baxırlar".
Talış kəndində 30 il sonra Novruz bayramı qeyd olunur.
Rusiya Prezidenti Vladimir Putin haqqındakı həbs qərarına veto qoyuldu.

Ətraflı Cebhe.info-da!
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 50 mini ötüb, 107 204 nəfər yaralı var.
Bayden: "Novruz bayramını qeyd edən hər kəsi təbrik edirəm".
Azərbaycana yaz fəsli daxil olub.
ABŞ dövlət katibinin beynəlxalq təşkilatlarla iş üzrə köməkçisi martın 29-da Azərbaycana səfər edəcək.
İran xarici işlər nazirinin müavini Əli Bağeri Kəni Ermənistana iki günlük səfərə gedir.
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva verib:

"Bismillahir-rəhmanir-rəhim!
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası mübarək Ramazan - orucluq ayının başlanması münasibəti ilə dünya və ölkə müsəlmanlarına təbriklərini ünvanlayır, bu müqəddəs ayda vacib ibadətlərimizin Allah dərgahında qəbula yetməsi üçün dualar edir".
ABŞ İrana PUA istehsalında kömək edən şirkətlərə sanksiyalar tətbiq edib

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Federal Təhqiqatlar Bürosu ilə koordinasiyalı olaraq, İran və Türkiyədə dörd şirkət və üç fiziki şəxsə İranın pilotsuz uçan aparatların və silahların istehsalı proqramlarına dəstək verdiyi üçün məhdudiyyət tətbiq edib.
Yaponiyanın baş naziri Ukraynaya travmatik silahlar üçün 30 milyon dollar ayrılmasını təsdiqləyib.
Martın 24-ü axşam saatlarında Ordumuzun Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağ iqtisadi rayonunda yerləşən mövqeləri bir neçə dəfə atəşə tutulub.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə Azərbaycan-Ermənistan şərti sərhədinin müxtəlif istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atəşə tutub.

Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri də atəşə məruz qalıb.


Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Bakıda keçirilən “Çoxmillətli Sülhü Dəstək Əməliyyatları kursu” başa çatıb.
Bayden: ABŞ İranla münaqişəyə can atmır və bunu istəmir. Amma biz xalqımızı qorumaq üçün qətiyyətli zərbə endirəcəyik.
Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polisi İdarəsinin rəisi Ayaz Quliyev işdən azad edilib.
Prezident İlham Əliyev Yunanıstan Prezidentini təbrik edib.
Avropa Şurası Fransa polisinin etirazçılara qarşı həddindən artıq güc tətbiq etməsini qınayıb.
Azərbaycan sərhədini pozan 5 pakistanlı saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.