Broken Brain Neurons Kanalı
126 subscribers
13 photos
44 videos
1 link
🍂Psixoloji mövzuda paylaşım və müzakirə
🍂Tənqidə açıq olan şəxslərin məkanı
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📌Birdən alınmasa????

Pulsuzluq problemini həll etsən,bu dəfə də pulunu itirməkdən qorxacaqsan.Bu həll olandan sonra işini,sevdiklərini,olduğun məqamı itirməkdən sonra ölümdən qorxacaqsan.Gördüyün kimi qorxu şəkil və ad dəyişdirərək davam edəcək.
Beyin enerji ilə fəaliyyət göstərir.Beyin yetərli enerjini itirsə özünü zəif və güvənsiz hiss edər.Yetərli enerjinin olmaması qorxunu yaradır.Qorxu psixoloji problem yaradır.Sənin enerjin azalsa qorxu səni əsir alacaq.

💫Bu labirintdə yox olmamaq üçün nə etmək lazımdır?

1.🍃Qorxunun səbəbini tapmaq
2.🍃Qorxunu normallaşdırmağı bacarmaq
3.🍃Qorxuların ilə üzləşdiyini xəyal etmək.Çıxış yolunu real həyatda yaşasam necə aradan qaldırdım təsəvvür edib beyini sakitləşdirmək.
4.🍃İndi yaşadığın andan ən pis halı düşünüb beyini rahatlatmaq.

💫Qorxularla niyə üzləşmək lazımdır?

1.🍃Qorxu ilə üzləşmək səni ruhən azad edər
2.🍃Qorxu ilə üzləşmək səni özgüvənli edər
3.🍃Qorxu ilə üzləşmək yeni qapıları açar

(Sinan Ergin-Live Alive)

📌Sizin qorxularınız nələrdir?(Utanmayın deyin)
🔥4👍2❤1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📌Təbiətin qanunu.

🍃Kişi öz cinsi tələbatını ödədikdən sonra onun sevgisi gözə çarpacaq dərəcədə zəifləyir, başqa bir qadın onun üçün artıq yiyələndiyi qadından daha cazibəli olur və o dəyişiklik yanğısı ilə alışıb yanır.

🍃Qadının sevgisi isə, əksinə, bu andan başlayaraq artmağa başlayır. Bu təbiətin özü üçün qarşıya qoyduğu məqsədin nəticəsidir.Təbiət istənilən canlı növünün qorunub saxlanılmasında və daha çox artıb törəməsində maraqlıdır.

🍃Əgər bir kişi yüz qadınla olsa bu dünyaya 100 uşaq gətirə bilər amma qadın isə cəmi 1 dənə.Təbiət qadını övladını müdafiəsini və qidalanmasına sövq edir.

🍃Bu səbəbdən də evlilikdə

✔️Kişinin qadına sadiqliyi süni,
✔️Qadının kişiyə sadiqliyi isə təbii xarakter daşıyır və beləliklə də, qadının törətdiyi zina kişilərin törətdiyi zina ilə müqayisədə özünün qeyri-təbiiliyinə görə daha bağışlanmazdır.

🌱Xəyanət etməyən kişi isə yoxdur.İradəsini möhkəmləndirən kişi vardır.

(Artur Şopenhhauer-Cinsi sevginin metafizikası)

📌Razısınız?
❤3👍2🤔2🔥1👏1😱1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Onu daşlayanı, sevir oxşayır.
Onu sevənləri daşlayır adam.
Sevdiyi insana təpik atmağı,
Ananın bətnində başlayır adam.

📌Şəkili bir cümlə ilə ifadə etsəniz bu cümlə hansı olardı.
❤4🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📌Sən, ey uşaqlıq...

Təsəvvür et ki, bir uşağa hədiyyə almalısan. O uşaq – sənin uşaqlığındır.

Özünə nə alarsan?
❤5👏1
Media is too big
VIEW IN TELEGRAM
📌Qürurla çarəsizliyin mübarizəsi

🌱Qaçmaq istəyirəm amma qalmaq məcburiyyətindəyəm

🌱Ağlamaq istəyirəm amma göz yaşı zəiflikdir

🌱Köməyə ehtiyacım var amma özüm öhdəsindən gələcəm

🌱Yorulmuşam amma güclü görünməyə məcburam

🌱Danışmaq istəyirəm amma zəif tərəfim üzə çıxmasın deyə susuram


Ardını tamamla......


Qeyd:Bu dövrdə qürurla çarəsizlik arasında gedən mübarizə, əslində insanın “özünü qoruma instinkti” ilə “köməyə ehtiyacı olan iç səsi”nin toqquşmasıdır.
👍4🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📌 Düşünmə !!!

10 saniyəlik test!

Bu maskalardan hansını seçərdin? (1-6)
İlk baxışda səni çəkən maskanı seç və yaz👇
👍4🔥1
📌Cavablar:

🌿 Maskaların arxasında gizlənən "mən"

🌱1. Mənəviyyata bağlı ruh🌱

Sən köklərə, dəyərlərə bağlı birisən. Həyat sənin üçün səthi axın deyil — hər şeyin dərinində bir mənanı axtarırsan. Duyğularını içinə saxlayırsan, çünki başa düşülməməkdən qorxursan.
Amma sevdiklərinə qarşı sədaqətin möhkəmdir – dəyişməz, sabit və qoruyucu.

🌱2. Dürüst və şəffaf, amma tez incinən🥹

Sən maskasız yaşayırsan. İçində nə varsa, onu da göstərirsən. Bu səmimiyyət insanlara güvən verir, amma səni incinməyə də açıq qoyur. Yenə də dəyişmirsən — çünki sənin üçün səmimiyyət, maskadan qat-qat qiymətlidir. Sənin həssaslığın zəiflik deyil — gücün mənbəyidir.

🌱3. Gülüşünün altında gizlənən ağrı
😏

Sən insanları güldürməyi sevirsən — çünki bu, sənin öz acılarını unutmaq üsulundur. Gülüşlərin bir qalxandır, amma o qalxanın arxasında səssiz bir savaş var.
Bu savaşın qəhrəmanı da sənsən – çünki başqalarının daşıya bilmədiyi acıların içindən gülümsəyirsən.

🌱4. Qorxuducu yox, sərhəd çəkən👍

Özünü güclü göstərmək sənin müdafiə üsulundur. Sən qaranlıq tərəflərini inkar etməmisən – onları tanıyıb, qucaqlamısan. İnsanlar səni soyuq zənn edə bilər, amma sən sadəcə sərhədlərini qoruyursan. Tanıdıqca isinən, güvəndikcə yumşalan bir ürəyin var.☺️

🌱5. Səhnədə parlayan, içində susan🤫

Sən diqqət çəkməyi sevirsən, səhnənin ortasında olmaq sənə enerji verir. Amma parıltının altında bir kövrəklik gizlənir.
Güclü görünmək istəyi, əslində içindəki ehtiyacların səssiz çağırışıdır. Həqiqi güc – həm parıldamaq, həm də həssaslığını qucaqlaya bilməkdir.

🌱6. Sadə görünüb, dərin danışan💫

Sən az danışsan da, sükutun danışır. Səni anlamaq zaman alır, çünki səthi deyilsən. Amma səni tanıyanlar, sənin sadəliyinin arxasındakı dərinliyi görürlər. Sən – sakit okean kimisən: sükutlu, amma sonsuz.

✨ Hər maskanın altında bir həqiqət yatır...
👍7❤2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📌"Ruhum hep çocuk kaldı" deyənlərə gəlsinnnn bu post

🌱Həyatın ağırlığı altında belə içindəki uşağı qorumağı bacaranlar...

🌱Çılğınca güldüyü günləri unutmayanlar...

🌱İçindəki uşağı susdurmayanlar...

Bayramınız mübarək😁

🌱"Həyat sərtləşsə də, ruhunun uşaq kimi qalmasına icazə verənlər burdadırmı?"

Yazın, görək, neçə nəfərik
👍3❤1🔥1👏1🎉1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📌Çox işləmək bəzən qaçış ola bilər...

Psixologiyaya görə, bəzi insanlar daim işləməyə, məşğul olmağa meyillidirlər.
Bu hal zahirdə çalışqanlıq kimi görünsə də, bəzən insanın öz daxili dünyasından qaçmaq ehtiyacı ilə əlaqəlidir.


🍃 Erich Fromm bu haqda nə deyir

O, bu tip insanları “var olmaq " əvəzinə " edən” adlandırır.Yəni ki,

🌿Var olmaq:

Mən kiməm?
Mənim duyğularım nədir?
Mən bu anda nə hiss edirəm?
Mənim dəyərlərim nələrdir?

🌿Etmək:

Mən nə iş görürəm?
Gün ərzində nə qədər şey çatdırdım?
Nə qədər qazandım?
Kimə nə sübut etdim?

Fromm-un fikrincə, modern insan dəyərini bu “etdikləri” üzərindən ölçməyə başlayıb.


📌Uzun müddətdə isə bu hal:

😞 Tükənmişliyə
💭 Emosional yorğunluğa
❓ Kimlik qarışıqlığına səbəb ola bilər.



SUAL:
Daim məşğul olmaq, yoxsa özünlə qalmaq – hansından daha çox qaçırsan❓❓❓❓
❤1👍1🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📌 Təhlükəli sevgiyə öyrəşmək!!!

(Dr. Bessel Van Derr Kolk -tanınmış psixiatr travma mütəxəssisi)

🍃"Uşaqlıqda sevgi əgər zərər verən münasibətlə qarışarsa, beyin bu qarışıq siqnalları normallaşdırır.

📍Böyüyəndə insan

🌱Toxunulmazlıq göstərən,
🌱Tənqid edən,
🌱Hətta zorakılıq edən insanlara qarşı cazibə hiss edə bilər."


📍 Uşağın duyğularının yox sayılması,beyində “təhlükəyə uyğunlaşma rejimi” yaradır.

Bu da aşağıdakı nəticələrə gətirib çıxarır:

🌱Özünü xroniki dəyərsiz görmək
🌱 İnsanlara xoş gəlmək üçün özünü sıxmaq
🌱Toxunanlara səbir etmək

📍Amigdala – qorxu və təhlükəni idarə edən beyin hissəsidir.
Uşaq danlandıqda bu hissə çox aktivləşir!!!

Əgər sonra heç bir şəfqət və emosional açıqlama verilmirsə,uşaq “donur” və bu vəziyyəti normal saymağa başlayır.

🌱Bu, uşaqlıq travmasının bizdə necə dərin izlər buraxdığını izah edən real elmi baxışdır.
👍5😢3🔥1🤔1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📌Kişidə heç uşağını öpərrrr?

Feodal Ata Modeli:

🌱Ata uşaqları ilə duyğusal bağ qurmaz, sərt və məsafəli davranardı.

🌱Övladın fikir və istəkləri yox, atasının arzuları əsas sayılırdı.

🌱“Səni döyürəmsə, sevirəm” düşüncəsi geniş yayılmışdı.

🌱Sevgi göstərmək zəiflik sayılır, səssiz itaət tələb olunurdu.

🧬 Feodal tərbiyəsi ilə böyüyən uşaqlar aşağıdakı çətinliklərlə üzləşə bilər:

✔️Öz fikrini ifadə etməkdə çətinlik çəkər.

✔️Duyğusal yaxınlıq qurmaqda çətinlik yaşayar.

✔️Avtoritar fiqurlara qarşı ya həddindən artıq boyun əyər, ya da gizli nifrət formalaşdırar.

✔️Öz dəyərini valideynin təsdiqi ilə ölçər, daxili azadlıq zəifləyər.

📌Psixoloji Yanaşma

Müasir psixologiya göstərir ki, ata sevgisinin çatışmazlığı öyrənilmiş davranışdır. İnsan gördüyünü təkrarlayır.

🌱Albert Bandura deyir : İnsan özü özü sevgi görməyibsə, göstərməyi də bacarmır.

🌱Erich Fromm deyir: "Ata sevgisi şərtlidir – uşaq yalnız ata istədiyi kimi davrandıqda sevilir."
❤9😐1
https://vt.tiktok.com/ZSPJMhVgo/


📌Bu gün Canlı yayımda olacam.Maraqlı mövzu müzakirəsi olacaq.Fikir bildirmək istəyənləri misafirə qoşacam.

Mövzu:
🌼Ana-atanın yükünü daşıyan övlad gələcəkdə hansı problemlərdən əziyyət çəkir.
❤1