Birlik Team - Xəbərlər
14K subscribers
693 photos
43 videos
24 files
437 links
👨🏻‍🎓Abituriyent və Tələbə portalı
🔹Təhsildə olan ən son yenilikləri bizdən öyrənin✔️
🔹Tələbə və Abituriyentlər üçün vəsaitlər burada

📌Birlik Team - @BirlikTeam1

Admin - @BirlikTeamAdmin
Download Telegram
Forwarded from Birlik Team
Dostlar bir tələbə dostumuz şəkildə gördüyünüz bütün kitablarını ödənişsiz abituriyentlərə vermək istəyir. Kimə hansı kitab lazımdırsa ŞƏNBƏ günü SAAT 12:00 da 28 MAY metrosunun birinci çıxışında götürə bilər.
Forwarded from Birlik Team
📢Respublika Fənn Olimpiadalarının final mərhələsinin keçirilmə tarixləri müəyyən olundu!

🔗Ətraflı: https://rb.gy/wju4hn
Bakı Fransız liseyi fəaliyyətini dayandırır.

Bununla bağlı liseydə təhsil alan uşaqların valideynlərinə məktub göndərilib.

Təhsil müəssisəsinin rəhbərliyi adından göndərilən məktubda orada təhsilin tədris müddəti bitənə qədər davam edəcəyi qeyd olunub.

Yeni tədris ilindən lisey fəaliyyət göstərməyəcək.
Forwarded from Birlik Team
17 mart tarixində 9 illik bazadan buraxılış imtahan vermiş namizədlər imtahan nəticələri elan olundu: https://eservices.dim.gov.az/2024/netorta/?frm=egov
İmtahan iştirakçıları arasında 6 nəfər (siyahı) maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Forwarded from Birlik Team
Magistr imtahanı buraxılış vərəqəsini çap edə bilərsiniz

⤵️Buraxılış vərəqinizə bu link vasitəsilə baxa və çap edə bilərsiniz:
https://eservices.dim.gov.az/BRXV/login/login?usdcnt=1&usd=byS%2FSttzEd4%3D
Forwarded from Birlik Team
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (II cəhd) keçiriləcək.

İmtahanda 19716 nəfərin iştirakı gözlənilir. Onlardan 18420 nəfəri Azərbaycan bölməsi, 1296 nəfəri rus bölməsi üzrə imtahan verəcək
Forwarded from Birlik Team
İmtahan iştirakçılarının nəzərinə çatdırmaq istəyirik ki, Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 5-də və daha sonrakı tarixlərdə (dövlət qulluğu ilə bağlı 12 mayda olan imtahanlar istisna olmaqla), eləcə də iyun, iyul və avqust aylarında keçiriləcək imtahanlar bu dövr üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq.

İştirakçılar nəzərə almalıdırlar ki, imtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələnlər imtahan binasına buraxılmırlar.

Bundan əlavə, kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilir və buraxılış vərəqəsində həmin vaxt göstərilir. Ona görə də, imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Hər hansı bir imtahan üçün buraxılış vərəqələri imtahandan 5-7 gün öncə DİM-in saytına yerləşdirilir.
Forwarded from Birlik Team
Nəticələr saytımıza yerləşdirilib. Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni (8 rəqəmli şagird kodunu) 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Nəticələr saytımıza yerləşdirilib. Bakalavrlar imtahan nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanı verəcək abituriyentlər 6 may saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in internet səhifəsinə daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.
Forwarded from Birlik Team
Rəsmi nəzərdə tutulan vaxtın başa çatmasına 1 saata yaxın vaxt qaldı.

Ali təhsil müəssisələrinə qəbul üçün elektron ərizə qəbulu davam edir. Prosesin başa çatmasına 1 saata yaxın vaxt qalır. Hazırda statistika belədir.

Bu mərhələdə qeydiyyatdan keçməyənlər blok imtahanına buraxılmayacaqlar!

Ərizə qəbulu üçün rəsmi nəzərdə tutulan vaxt 7 may saat 00:00-dək davam edəcək.
Forwarded from Birlik Team
2023-cü il 2024-cü il
I qrup-28864 I qrup-30131
II qrup-23171 II qrup-23939
III qrup-22149 III qrup-25132
IV qrup-5574 IV qrup-5923

Ötən illə müqayisədə artım:
I ixtisas qrupu üzrə: 1267 nəfər;
II ixtisas qrupu üzrə: 768 nəfər;
III ixtisas qrupu üzrə: 2983 nəfər;
IV ixtisas qrupu üzrə: 349 nəfər.

Səhər-səhər dedim paylaşım🥲