AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri
50.7K subscribers
864 photos
6 videos
15.2K links
Azərbaycanda vakansiyalar, iş elanları

Ödənişli iş elanı yayımı üçün: @AzVak_elan ya elan@azvak.az

Əlaqə: 051 343 73 07

AzVak kanalı elanların məzmununa, həmçinin işaxtaran və işəgötürən arasında danışıqlara və razılaşmalara görə məsuliyyət daşımır.
Download Telegram
Elektrik tələb olunur

İşəgötürən: Baku Electronics
Əmək haqqı: 600-700 manat
İş yeri: Mərkəzi Anbar (Xırdalan ş., Abşeron rayonu, Hökməli dairəsi, Şamaxı şossesi 16)

Xüsusi tələblər:
• Elektrik sahəsində texniki təhsil;
• Sahə üzrə minimum 2 il iş təcrübəsi;
• Yüksək məsuliyyət, təşəbbüskarlıq və operativlik;
• İşinə məsuliyyətli, intizamlı olmaq;
• Komanda ilə işləmə bacarığı;

Vəzifə təlimatı:
• Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mövcud forma və qaydalara uyğun olaraq yerinə yetirilməsi;
• Ümumi elektrik təmirinin həyata keçirilməsi;
• Elektrik sistemdə olan nasazlıqların və uyğunsuzluqların aradan qaldırılması;
• Müəssisənin elektrik təchizatı sistemlərinin və onların qəzasız istismarının təşkil edilməsi;
• Müvafiq sınaq cihazlarından istifadə edərək elektrik problemlərinin aradan qaldırılması;
• Elektrik avadanlıqlarının quraşdırılması;

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Elektrik” qeyd etməklə hr@bakuelectronics.az elektron ünvanına göndərə bilərlər. Yaxud 0 55 505 92 92 əlaqə nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Sinteks Şirkətlər Qrupuna hal hazırda Xadimə tələb olunur (Part time)

İşəgötürən: Sinteks Şirkətlər Qrupu

İş yerinin ünvanı: Bakı

Vakansiyanın adı: Xadimə (Part time)

Təhsil
- Xüsusi təhsil və ya ixtisas tələb olunmur
- Xüsusi professional biliklər tələb olunmur
İş Təcrübəsi
- Xüsusi iş təcrübəsi tələb olunmur

Vəzifələri:
- Mağazada sanitariya-gigiyena normalarına uyğun təmizlik işlərini aparmaq

Öhdəlikləri:

- Ticarət obyektlərini gündəlik və aylıq təmizləyir
- Təmizləyici vasitələrin ehtiyyatına nəzarət edir

Professional Bacarıq və Kompetensiyalar
- Nizam - İntizam
- Təmizlik
- Yaş: 25 - 50 yaş
- Əməkhaqqı: maximum 300 manat

- Müraciət qaydası: recruitment.sales@sinteks.com e-mail adresinə və ya 051 229 06 77 / 051 229 42 26 nömrəyə "Xadimə" yazaraq müraciət edə bilərsiniz.
AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri pinned «Sinteks Şirkətlər Qrupuna hal hazırda Xadimə tələb olunur (Part time) İşəgötürən: Sinteks Şirkətlər Qrupu İş yerinin ünvanı: Bakı Vakansiyanın adı: Xadimə (Part time) Təhsil - Xüsusi təhsil və ya ixtisas tələb olunmur - Xüsusi professional biliklər tələb…»
Bağ evinə bağban tələb olunur

İşəgötürən: AzProduct

Ərazi – Nardaran Ləhiş bağları

Zəruri tələblər:
Cinsi - kişi
Yaş həddi – 35-60 yaş
Kiçik təmir və santexnika işlərindən anlayışı olmalıdır
Ağaclara qulluq etməyi bilməlidir
Etibarlı və məsuliyyətli insan olmalıdır
Bağ evinin təmizlik və təhlükəsizliyini təmin etməlidir,

İş haqqında məlumat:
Bağban işləyəcəyi bağ evində yaşaya bilər.(uşaqsız)
Əmək haqqı – razılaşma yolu ilə

Qeyd:Bu şəxslər qohum və ya bir-biriləri ilə evli ola bilərlər.

CV-nizi hr@azproduct.az e-mail adresinə "Bağban" yazaraq müraciət edə bilərsiniz.
Bələdçi tələb olunur

İşəgötürən: Azerbaijan Travel International

Əmək haqqı + faiz

Həftədə 5 günlük iş qrafiki

İş təcrübəsi tələb olunmur, əməkdaşlarla treninqlər keçirilir

İşin təsviri:

Turistlərə təşkilati xidmət göstərrmək;
Müəyyən edilmiş yerdə turistləri qarşılamaq və onlara ekskursiyalar keçirmək;
Turistləri regionun mədəniyyəti, tarixi və adət-ənənələri, həmçinin görməli yerləri ilə tanış etmək;
Turistlərlə söhbət etmək, ekskursiyanın mövzusu ilə bağlı sualları cavablandırmaq

Tələblər:
Ali təhsil;
22-40 yaş arasında bəylər və ya xanımlar;
İngilis dilində və yaxud rus dilində səlis danışmaq;
Zehinli və diqqətcil olmaq;
Kollektivdə işləmək bacarığı, məsuliyyət və operativlik;
İki dildə (rus və ingilis) sərbəst danışan namizədlərin digər posiziyalara işə qəbuluna baxılacaq

CV-nizi hr@ati.az e-mail adresinin mövzu hissəsində "Bələdçi" yazaraq müraciət edə bilərsiniz.

E-mail ünvanına CV (şəkil mütləqdir) göndərin.
Katibə-Kargüzar tələb olunur

İşəgötürən: Kartaş LTD (Mr.Fix)

İş yeri: Binəqədi-Xırdalan şossesi 7 (yaxın yaşayan namizədlərə üstünlük veriləcək)

Vəzifə öhdəlikləri:
Məzuniyyət ərizələrinin yazılması
Saatlıq icazə formalarının yazılması
Gələn zəngələrə cavab vermək və əlaqədar şöbələrə yönləndirmək;
Lazımı sənədlərin qeydiyyatını aparmaq;
Sənədləri aidiyyəti şöbələrə təhvil vermək;
Şirkətin daxili nizam intizam qaydalarına ciddi riayət etmək;
Verilən digər tapşırıqları vaxtında yerinə yetirmək
Tələblər:
Ali təhsil;
Sahə üzrə 1 il iş təcrübəsi;
MS office proqramlarından istifadə bacarığı;
İş şəraiti:
6 günlük iş qrafiki;
Nahar şirkət tərəfindən təmin olunur;

İş saatları: 08:30-17:30
Əmək haqqı: 550 manat
Xanım namizəd axtarırıq

CV-nizi hr@mrfix.az e-mail adresinin mövzu hissəsində "Katibə-Kargüzar" yazaraq müraciət edə bilərsiniz.
Memar (İşçi layihə) tələb olunur

İşəgötürən: Qala Group

Qala Group şirkətinə daimi yeni layihələrlə bağlı müraciət oldunduğu üçün təcrübəli işçi heyətinə, xüsusilə memarlara tələb hər zaman var. Bu səbəb ilə Layihələndirmə və memarlıq departamentinin İşçi layihə bölməsi üçün peşəkar Memar vakansıyası elan edir.

Vəzifə öhdəlikləri:

Eskiz və işçi layihələrinin hazırlanması;
Baş planların hazırlanması;
Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi;
Yaşayış binalarının eskiz və işçi layihələrinin hazırlanması;
İlkin eskizin/cizginin hazırlanması;
Layihənin baş memar və ya aidiyyəti şəxslərlə müzakirə olunması və razılaşdırılması;
Memarlıq və mühəndis cizgilərdən ibarət olan layihə paketinin tərtib olunmasında və hazırlanmasında bilavasitə iştirak olunması;
Layihələrin müvafiq dövlət orqanlarından müdafiə olunması;
Layihələndirilən obyektlərin tikintisinə müəllif nəzarətinin təmin edilməsi.
QEYD: ArchiCad BİM sistemində işçi layihələrin hazırlamaq bacarığı olana üstünlük veriləcək.

Digər məlumat:
Beş günlük iş qrafiki . Azərbaycan Respublikasının əmək məcəlləsinə uyğun qeydiyyat.
Əmək haqqı işçinin bilik səviyyəsinə uyğun bir müsahibə əsasında müəyyən ediləcək.
İş qrafiki: 09:00 – 18:00
İş yeri: Bakı şəhəri

Vəzifəyə dair tələblər:
Müvafiq sahədə ali təhsil;
Müvafiq sahədə 3 ildən çox iş
ArchiCAD-əla, AutoCAD
Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi;
Tikintinin layihələndirilməsində mühəndis və digər aidiyyəti şəxslərlə birgə işləmək bacarığı;
Müstəqil və ya komanda daxilində işləmək bacarığı;

Xahiş olunur şəkilli CV-ləri və PORTFOLIO hr@qalagroup.az e-mail ünvanına göndərin və mövzuda vakansiyanın adını “Memar” qeyd edin.
Xadimə tələb olunur

İşəgötürən: AzProduct

Vəzifə öhdəlikləri:

Daxili Əmək İntizam qaydalarına riayət etməli;
Müəssisənin ərazisi daxilində yerləşən otaqların, dəhlizlərin, pilləkənlərin, qovşaqların, sanitar qovşaqlarda və s. yığışdırılmasını təmin etmək;
Otaqların tozunu almaq, əllə və ya maşın və mexanizmlərin köməyi ilə divarların, döşəmənin süpürülüb, pəncərə çərçivələrinin və şüşələrin, mebellərin silinməsi və yuyulmasını təmin etmək;
Müvafiq avadanlıqlardan, kimyəvi məhsullardan və təmizləmə texnikasından istifadə etməklə üst səthi təmizləmək;
Sanitar qovşaqlarda mövcud olan avadanlığın təmizləmək və dezinfeksiya etmək;
Sanitar qovşaqlarını gigiyenik təmizlik ləvazimatları ilə təmin etmək;
Yığışdırılan yerlərdə sanitar və gigiyena qaydasına riayət etmək;
Tullantıların idarə olunması prosedurunun tələbləri əsasında tullantıların ayrılması qaydalarına riayət etmək;
İş prosesi zamanı təhlükəsizlik qaydalarına əməl etmək;

İş vaxtının norması:
6 günlük iş rejimi;
İstirahət günü: Bazar günü
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
AR Əmək Məcəlləsi əsasında sənədləşmə;
Əmək haqqı 400-450 manat

Namizəddə tələblər:
Səliqəli, Diqqətli; İşində çevik;

CV-nizi hr@azproduct.az e-mail adresinin mövzu hissəsində" Xadimə" yazaraq müraciət edə bilərsiniz.
Baş anbardar tələb olunur

İşəgötürən: UNICO” tikinti şirkəti

Vəzifə öhdəlikləri:

Məsuliyyətində olan bütün anbarların təmiz, səliqli və nizamlı qaydada saxlanılmasına nəzarət etmək;
Anbardar muxtəlif material qiymətlilərinin – yanacaq, xammal, tikinti materialları, yarımfabrikatlar, hazır məhsul, detallar, alətlər, əşyalar və s. anbara qəbulu, saxlanılması və anbardan verilməsini həyata kecirir;
Qəbul edilən qiymətlilərin onlara qoşma sənədlərə uyğunluğunu yoxlayır;
Material qiymətlilərinin novləri, keyfiyyəti, təyinatı və digər əlamətləri uzrə boluşdurulməklə, əl və ya alətlər, xususi mexanizmlər vasitəsi ilə anbarda saxlanılma yerlərində yerləşdirilməsini təmin edir;
Korlanmasının və itkisinin qarşısının alınması məqsədi ilə material və məhsulların saxlanılmasını təşkil edir;
Material qiymətlilərinin qorunmasını təmin edir;
Anbar daxilində yuklərin yuklənməsi və boşaldılması uzrə işlərə rəhbərlik edir;
Material qiymətlilərini sifarişlər uzrə komplektləşdirir;
Anbarda saxlanılan material qiymətlilərinin ucotunu və onların hərəkəti uzrə hesabat sənədləşdirməsini aparır;
Nasaz alətlər, cihazlar və s. ucun qusur cədvəllərini, onların təmiri, silinməsi, eləcə də materialların catışmazlığı və korlanması barədə aktları tərtib edir.

Tələblər:
Ali təhsili (iqtisadiyyat üzrə);
Azərbaycan rus və ingilis dillərini bilməli;
Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
MS Office (Word, Excell, Power Point) proqramlarında işləməyi bilməli;
Məsuliyyətli dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı;
Problemləri həll etmə bacarığı;
Təhlil etmə bacarığı;
Hesabat hazırlama bacarığı.

BİRBAŞA MÜRACİƏT
Xadimə tələb olunur

İşəgötürən: Holiday in Azerbaijan

İş yeri: Bakı şəh., Neftçilər prospekti 145. (Port Baku Mall ilə üzbəüz)

İş barədə məlumat:

Ofisdə təmizlik işlərinin icra olunması, döşəmənin silib-süpürülməsi, şüşə və güzgülərin təmizlənməsi, stol və avadanlıqların tozunun alınması
Dolablarda səliqəni təmin etmək
Şirkətin rəhbərliyi tərəfindən tapşırılan təmizlik işi ilə əlaqədar digər işləri yerinə yetirmək
Əməkdaşlar üçün nahar yeməyinin hazırlanması
Qabların təmiz yuyulması
Tullantıların verilmiş təlimata əsasən tullanma məntəqəsinə aparılması
Namizədə tələblər:
Müvafiq sahədə 1-3 il iş təcrübəsi
Səliqəli, təmizkar, gülərüz
Operativ və məsuliyyətli
İş vaxtı təmiz və nizamlı görünmək,
Komandada işləmək bacarığı

İş şəraiti:
Ofisin ərazisi - 130 m2 təşkil edir
İş günü həftədə - 5 gün
İş saatları – 09:00-18:00
1 saatlıq nahar fasiləsi
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Əmək haqqı: 400 manat

Maraqlanan və uyğun namizədlər CV-ləri mövzu hissəsinə “Xadimə” qeyd etməklə info@holidayazerbaijan.de e-mail ünvanına göndərməkləri xahiş olunur.
Forwarded from Mühasib vakansiyaları
Mühasib tələb olunur (Qusar)

İşəgötürən: İsmixanlı MMC

İş yeri: Qusar rayonu.

İş barədə məlumat:

Satışlar, göstərilən xidmətlər və satınalmalar üzrə əməliyyatların 1C-ə daxil edilməsi
Alıcılarla və malsatanlarla qarşılıqlı üzləşmə aktlarının hazırlanması
Kassa əməliyyatlarının icra edilməsi
İdxal-ixrac üzrə əməliyyatların 1C sistemində düzgün əks olunmasına nəzarət
Ticarət, istehsal, mal-material alışı və satışı sahələrində uçotun aparılması, anbar uçotunun və sənədləşməsinin aparılmasına ciddi nəzarət etmək
Şirkət daxili muhasibat sənədləşməsinin, arxivləşmənin düzgün aparılmasına, alt sənədlərin hesabatlara düzgün işlənməsinə və yerli yerində qruplaşmasına nəzarət etmək
Silinmə aktlarının tərtib edilməsi və müvafiq şöbələrə imzalanmasının təmin edilməsi.
Ə.V-nin uçota alınması, silinməsi, yerdəyişmə
Dəqiq və məsuliyyətli çalışma bacarığı
İş qrafiki ; 09:00-18:00,
Əmək haqqı – 1000 manat

Namizədə tələblər:

Təhsil : Ali
İş təcrübəsi : 1 ildən 3 ilə qədər
Yaş : - 20-40
MS Office(MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst - istifadə qabiliyyəti
Vergi Qanunvericiliyi üzrə biliklər və Elektron Hökumət portalından, e-taxes sistemindən sərbəst istifadə qabiliyyəti;

CV-nizi xayala.aliyeva@ismikhanli.az e-mail adresinin mövzu hissəsində "Mühasib-Qusar" yazaraq müraciət edə bilərsiniz.
ÇATDIRILMA ÜZRƏ SÜRÜCÜ tələb olunur

İşəgötürən: Milla Dairy MMC

- İş yeri: Milla süd zavodu (Hökməli qəs.)

CV-nizi career@milla.az e-mail adresinin mövzu hissəsində "SÜRÜCÜ (ÇATDIRILMA)" yazaraq müraciət edə bilərsiniz.

İş barədə məlumat
- İş süd və süd məhsullarının marketlərə paylanılmasından ibarətdir
- İş qrafiki: həftəlik 40 saat, 6 iş günü olmaqla

Namizədə tələblər
- Çatdırılmada, market sistemlərii ilə iş təcrübəsi (mütləqdir)
- BC kateqoriyalı sürücülük vəsiqəsinin olması
- Qaimə - fakturalarla işləmək bacarığının olması
- Fiziki olaraq sağlam olması

Nahar ödənişi və tibbi sığorta şirkət tərəfindən qarşılanır
Qəza komissarı tələb olunur (Bərdə)

İşəgötürən: PASHA Insurance / Paşa sığorta

Vəzifə öhdəlikləri:

Müvafiq sığorta növləri üzrə sığorta hadisəsinin qeydiyyata alınması, ilkin sənədlərin hazırlanması və ümumi işin təkmilləşdirilməsi;
Sığorta hadisələri üzrə iddiaların tam və düzgün tənzimlənməsi prosesinin təmin edilməsi;
Region üzrə qəza komissarı qeydiyyata aldığı hadisəni 2 iş günü ərizndə digər şöbəyə yönləndirir;
Müştərinin müraciəti əsasında elektron bazada hadisə üzrə məlumatın daxil edilməsi;
Səlahiyyətli dövlət orqanlarına və digər qurumlara baş vermiş hadisə üzrə sənədlərin toplanılması üçün sorğu yollamaq;
Dələduzluqların araşdırılması zamanı - tərəflərin yazılı və ya video görüntülü izahatlarının alınması, bu barədə məlumatı ən qısa zamanda Dələduzluqların aşkarlanması şöbəsinə yönləndirmək;
Baş vermiş hadisə yerinə çıxışın həyata keçirilməsi, müvafiq aktların tərtib edilməsi, hadisə yerinin, iştirakçıların sənədlərinin, sığorta predmetinin və hadisə yerinin foto və ya video çəkilişlərinin aparılması;
Lazım gəldikdə hadisə yerindən avtonəqliyyat vasitələrinin evakuasiyasının təmin edilməsi;
Hadisə yerində sığorta dələduzluğu faktı və ya kənar izlərin aşkarlaması halında ilkin aktda müvafiq qeydlərin aparılması;
Hadisə yerinə səlahiyyətli dövlət orqanlarının və digər qurumların əməkdaşlarının gəlməsinin təşkil edilməsi;
Nəqliyyat vasitələrinin sığorta hadisələrində sürücünün alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması şübhəsi olduğu təqdirdə hadisə iştirakçılarını səlahiyyətli orqanının nümayəndələri ilə birlikdə tibb məntəqəsinə qədər müşayiət edilməsi;
Öhdəliklərinin icrası zamanı aşkarlanmış lazımı məlumatların, hadisəyə dair əldə olunmuş foto və video çəkilişlərin, sənədlərin elektron bazasında və ya server-də yerləşdirmək;
Region üzrə qəza komissarı zərərə məruz qalmış əmlakın qiymətləndirilməsinə dəstək göstərmək;
Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.

Namizədə tələblər:
Ali təhsil: İqtisadiyyat və sığorta sahəsində təhsilə üstünlük verilir;
Müvafiq vəzifədə 1 il təcrübə: (sığorta sahəsində iş təcrübəsinə üstünlük verilir);
Azərbaycan dilini sərbəst bilmək (Rus və İngilis dili biliyi üstünlükdür);
Microsoft Office bilikləri.

Biliklər:
Yol Hərəkəti Qaydaları;
Avtomobil mexanizmi haqqında texniki bilik;
Müştərilərlə iş üsulları.

Bacarıqlar:
Ünsiyyətçilik;
Problemlərin həlli;
Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı;
Komanda ilə işləmək bacarığı;
Məsuliyyətlilik;
Stressə davamlılıq.
İş yeri: Bərdə şəhəri

Son müraciət tarixi: 07.02.2024

CV-nizi recruitment@pasha-insurance.az e-mail adresinin mövzu hissəsində " Qəza komissarı (Bərdə)" yazaraq müraciət edə bilərsiniz.
RAZVAL-BALANS USTASI tələb olunur

İşəgötürən: Azərmaş MMC


İş barədə məlumat
- Həftədə 6 iş günü, 1 gün istirahət günü
- İş saatları: (I-V günlər) 09:00-dan - 17:00-dək
- İş saatları: (VI gün) 09:00-dan - 15:00-dək
- Təmir avadanlıqları və usta geyimi müəssisə tərəfindən təmin edilir
- Əmək haqqı+ bonus
- İş yeri Binəqədi

Namizədə tələblər
- Təkərlərin razval-balans işləri, montajı üzrə təcrübə
- Komandada işləmə bacarığı
- İş qrafikinə ciddi əməl etmək

Vəzifələri:
- Avtomobil təkərlərinin hiza uyğunsuzluğunun (razval) aşkarlanması və dəqiqliklə tənzimlənməsi
- Montaj-balans işlərinin görülməsi
- Servis məsləhətçisi ilə sıx koordinasiyada işləmək və iş gedişatı barədə məlumat vermək

CV-nizi hr@azermash.com.az e-mail adresinin mövzu hissəsində "RAZVAL-BALANS USTASI " yazaraq müraciət edə bilərsiniz.

İş barədə saat 10:00-dan 17::00-dək (055) 444-73-03 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur
Əməliyyatlar üzrə mütəxəssis tələb olunur

İşəgötürən: Umico (Competo MMC)

İş yeri : Baku White City

Vəzifə öhdəlikləri:

Sənədlərin düzəliş edilməsi, yaradılması, imza eçün tərəfdaşlara göndərilməsi. İmzalanmış sənədlərin qəbulu və qeydiyyatı.
Şöbənin tələb etdiyi kimi məlumat və sənədlərin düzgün izlənilməsini təmin etmək üçün elektron faylların, kagız nüsxələrin, maliyyə sənədlərinin və digər nəzarət edilən sənədlərin təqdim edilməsini, təsnifləşdirilməsini, skan edilməsini, arxivləşdirilməsini və ötürülməsini həyata keçirmək.
Sorğu əsasında yeni faylların açılması, o cümlədən faylları açmaq üçün sorğu qəbul edib və fayl siyahılarını yeniləmək üçün müvafiq istinad nömrələrini təqdim etmək və arayış üçün müvafiq şöbələrə yeni siyahıları mütəmadi göndərmək.
Şirkətin əməliyyat fəaliyyəti ilə bağlı digər məsələlər üzrə tərəfdaşlarla qarşılıqlı əlaqənin təşkili.
Şöbə müdiri tərəfindən şirkətin əməliyyat fəaliyyəti ilə bağlı digər tapşırıqlarının yerinə yetirilməsi.
Namizədə tələblər:
Sənədlərlə ən azı 1 il iş təcrübəsi
Ali təhsil
Azərbaycan, Rus-dili biliyi. İngilis dili arzuolunandır.
Microsoft Word, Microsoft Excel, 1C proqram biliyi
Punktual, məsuliyyətli, işində dəqiq və diqqətçil

Şərtlər:
İş rejimi: 5/2
Əmək haqqı: müsahibə zamanı namizədin biliyinə və təcrübəsinə əsasən müəyyən olunacaq

Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki, CV-ni "Əməliyyatlar departamentinin mütəxəssisi" mövzu hissəsində qeyd etməklə abaghirov@competo.io elektron poçtuna göndərsinlər.
İstehsalat üzrə mütəxəssis tələb olunur

İşəgötürən: Azerbaijan Fish Farm

Namizədə Tələblər:

Ali təhsil;
Minimum 1 il iş təcrübəsi (İstehsalat yönümlü şirkətdə iş təcrübəsi arzuolunandır);
Riyazi, analitik biliklərinin olması, mətn, cədvəl və təqdimat hazırlanmasında dərin bacarıqlar ;
Yüksək səviyyədə problem həll etmə və analiz bacarıqları;
MS Office proqramlarında yaxşı şəkildə işləmək bacarığı;
Azərbaycan dili (əla), ingilis dili (arzuolunandır), rus dili (yaxşı);
Yaxşı şifahi və yazılı ünsiyyət bacarıqları, detallara diqqətli olmaq və təşkilatçılıq qabiliyyəti,
İş prioritetlərini düzgün təyin edə bilmək və eyni zamanda bir neçə işi görə bilmək;
Komandada işləmək bacarığı.

Vəzifə üzrə öhdəliklər:
Müxtəlif balıq məhsullarına tələbi proqnozlaşdırmaq üçün satış məlumatlarını təhlil edir;
Tələb proqnozlarına, mövcud resurslara və istehsal gücünə əsaslanaraq istehsal qrafiklərini yaradır;
Həm xammalın (balıq), həm də hazır məhsulların inventar səviyyələrinin monitorinqi və idarə edilməsini həyata keçirir;
Məhsuldarlıq, keyfiyyət və emal müddətləri kimi balıq istehsalı ilə bağlı məlumatların toplanması, təşkili və təhlili;
Hesabatların yaradılması və məlumatlara əsaslanan fikirlərin rəhbərliyə və digər müvafiq maraqlı tərəflərə təqdim edir;
İstehsalın səmərəliliyini və məhsul keyfiyyətini artırmaq üçün davamlı təkmilləşdirmə təşəbbüsləri üzərində işləyir;
İstehsal planlarını ümumi biznes strategiyasına uyğunlaşdırmaq üçün satış, marketinq kimi digər şöbələrlə əməkdaşlıq edir;
Təsərrüfatların fəaliyyətini təmin edən bioloji əsaslandırmaların hazırlanmasında və həyata keçirilməsində, həmçinin digər prosedur sənədlərinin hazırlanmasında köməklik edir;
Rəhbər tərəfindən tapşırılan digər işləri yerinə yetirir.

İş şəraiti:
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
İş yeri: Bakı şəhəri
Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır
Əlavə: Mobil telefon və korporativ nömrə

Vakansiyaya müraciət üçün CV-ləri “İstehsalat üzrə mütəxəssis” mövzusu ilə hr@azfish.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Operator tələb olunur

İşəgötürən: Elektra AZ

Yer: Bakı, Azərbaycan. Zərgərpalan 50

İş növü: Tam iş günü

Call center- da operator kimi təcrübəsi vacibdir.

Məsuliyyətlər:

Ofisə gələn zəngləri peşəkarcasına cavablandırmaq.
Sürətli işləmək bacarığı.
Stressə davamlı.

İxtisaslar:
Azərbaycan, rus və ingilis dili (arzu olunandır)
Kompyuter prorqam bilikləri mütləqdir.
Güclü ünsiyyət və şəxsiyyətlərarası bacarıqlar.
Komandada yaxşı işləmək və müsbət iş mühitinə töhfə vermək bacarığı.

CV-nizi info@e-lektra.az e-mail adresinin mövzu hissəsində "Operator" yazaraq müraciət edə bilərsiniz.


Şirkət haqqında
Şirkətimiz şarj stansiyalarının satışı, quraşdırılması və servisi ilə əlaqədar olan tam həcmli xidmətlər spektrini təklif edir. Biz Siemens, ABB, Touch, Mida, Tonhe və s. şirkətlərlə əməkdaşlıq edirik və siyahı durmadan artmaqdadır, komandamız xarici təcrübədən faydalanır və yerli ixtiralardan istifadə edir. Tesla, Volkswagen, Mercedes, Audi, Togg markalı avtomobilləri təklif etməklə avtomobillərin satışı sahəsində yerli dillerlərlə əməkdaşlıq edirik.
Sağlam Ailə Tibb Mərkəzi "İR əməliyyatları şöbəsinin rəhbəri" vakansiyası elan edir.

Vəzifəyə olan tələblər:

Müvafiq sahə üzrə bakalavr və ya magistr təhsili (Sosial elmlər və psixologiya, İnsan resurslarının idarə edilməsi, biznesin idarə olunması, sosiologiya və s.);
İnsan resursları sahəsində 4-5 il iş təcrübəsi;
AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini yaxşı səviyyədə bilmək;
İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olmaq;
MS Office proqramlarını yaxşı səviyyədə bilmək;
Analitik düşünmə qabiliyyəti və idarəetmə bacarıqlarına malik olmaq;
Azərbaycan dili əla, rus və ingilis dilləri bilikləri arzuolunandır;
Mükəmməl analitik, şəxsiyyətlərarası bacarıqlar, danışıqlar aparmaq və mübahisələrin həlli üzrə bacarıqlar;
İşləri vaxtında çatdırmaq bacarığı və iş vaxtını idarə etmək qabiliyyəti.

Biz sizə nə təklif edirik:

İş qrafiki: həftənin 5 günü (həftəlik 40 saat);
Rəqabətli əmək haqqı;
Mehriban kollektiv;
Klinikada olan xidmətlərə özü və ailə üzvlərinə endirimlər.

Vəzifə öhdəlikləri:

Kadr təminatının proqnozlaşdırılmasını, işçilərin şəxsi işlərinin aparılmasını, insan resurslarının kadr kargüzarlığı və iş vaxtının uçotunun aparılmasının təşkilini və həyata keçirilməsini təmin etmək
Əməkdaşların işə qəbulu, işdən azad edilməsi və bir işdən başqa işə keçirilməsi, iş vaxtının uçotunun aparılması ilə bağlı əməliyyatların yerinə yetirilməsini təşkil etmək
Qanunvericiliyə uyğun olaraq məzuniyyət cədvəllərinin tərtib olunması, əməkdaşlara məzuniyyət verilməsi habelə onların ezamiyyətə göndərilməsi ilə bağlı rəsmiləşdirilməni və qeydiyyatının aparılmasını təşkil etmək ;
Müəyyən olunmuş dövrlər üzrə insan resurslarının inkişafı və idarə edilməsinə dair strategiyalar, proqramlar, təşkilati-sərəncam və digər sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək və təsdiq edildikdən sonra onların həyata keçirilməsini təmin etmək;
Təşkilati struktur bölmələrinin struktur və ştat cədvəlləri üzrə təkliflər vermək, onların layihələrini hazırlamaq ;
Əməkdaşların əmək müqavilələrini, onlara əlavə və dəyişiklikləri, işçilərin motivasiyası və intizam tənbehlərinə dair tədbirlərin tətbiqi üzrə təkliflər hazırlayır, habelə sənədləşmə işlərini təşkil edir, eləcə də əmək müqaviləsi bildirişlərini Elektron Hökumət Portalında qeydiyyatdan keçirilməsinə nəzarət edir;
İnsan resurslarının idarə edilməsi üzrə sənədləşmə və kadr uçot işlərini təmin edir, informasiya bazasını formalaşdırır və onun avtomatlaşdırmasına dair təkliflər hazırlayır;
İnsan resursları fəaliyyəti ilə bağlı statistik hesabatları tərtib edir və aidiyyəti üzrə təqdim etmək;
Kargüzarlıq, sənəd, eləcə də elektron sənəd dövriyyəsi, arxiv işi və əməkdaşların qəbulu, onların müraciətlərinə baxılması işlərinin qanunvericiliyin tələblərinə uyğun olaraq təşkilini və həyata keçirilməsini təmin etmək;
Sənəd qovluqlarının, şəxsi işlərin düzgün formalaşdırılması, işlərin sistemləşdirilməsi, uçotu, onların saxlanma müddətlərini müəyyən etmək;
Əməkdaşlar tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
Qanunvericilik aktlarında və təşkilati-sərəncam sənədlərdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək;

Müraciət etmək üçün mövzu hissəsində “İR əməliyyatları şöbəsinin rəhbəri” qeyd etməklə hr@saglamaile.az elektron ünvanına CV göndərə bilərsiz.
Sağlam Ailə Tibb Mərkəzi "Anbardar köməkçisi" vakansiyası elan edir.

Biz sizə nə təklif edirik:

İş qrafiki: həftənin 6 günü (həftəlik 40 saat);
Əmək haqqı 500 azn (net);
Mehriban kollektiv;
Klinikada olan xidmətlərə özü və ailə üzvlərinə endirimlər.
Siz nə edəcəksiniz:

Şirkətdən gələn mal və avadanlığın qəbulu və anbarda rəflərə yığılması;
Şöbələrdən istək edilmiş malların məsul şəxslərə təhvil verilməsi;
Anbar stok sayımlarında iştirak etməsi;
Anbarda olan soyuducuların sazlığına və temperaturlarının düzgünlüyünə nəzarət edilməsi;
Anbar ərazisinin və otaqlardakı rəflərin səliqəsinə nəzarət etmək;
Anbar bölmə rəhbərinin göstəriş və təlimatlarını yerinə yetirmək.
Sizdən gözləntilərimiz:

Orta texniki təhsil;
Punktual, aktiv, çevik, diqqətli, stresə davamlı və məsuliyyətli olmalı.

Müraciət etmək üçün mövzu hissəsində “Anbardar köməkçisi” qeyd etməklə hr@saglamaile.az elektron ünvanına CV göndərə bilərsiniz.