AzVak - Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri
50.8K subscribers
865 photos
6 videos
15.2K links
Azərbaycanda vakansiyalar, iş elanları

Ödənişli iş elanı yayımı üçün: @AzVak_elan ya elan@azvak.az

Əlaqə: 051 343 73 07

AzVak kanalı elanların məzmununa, həmçinin işaxtaran və işəgötürən arasında danışıqlara və razılaşmalara görə məsuliyyət daşımır.
Download Telegram
Strateji planlaşdırma şöbəsi, baş məsləhətçisi tələb olunur

İşəgötürən: İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi

Vəzifə öhdəlikləri:
1.sosial-iqtisadi prosesləri təhlil edərək müvafiq proqnozlar hazırlamaq;
2.strateji planlaşdırma işlərini təşkil etmək, o cümlədən, Mərkəzin strukturları ilə əməkdaşlıq əsasında strateji inkişaf planını, fəaliyyət planlarını və tədbirlər planını hazırlamaq;
3.dayanıqlı iqtisadi inkişafın təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə tədqiqatlar aparmaq, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə, orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaq;
4.rəhbərliklə razılaşdırmaqla milli iqtisadiyyatın və onun ayrı-ayrı sahələrinin perspektivləri barədə mətbuatda (televiziya, qəzetlər, saytlar və s.) çıxışlar etmək;
5.mövcud vəziyyət və müvafiq beynəlxalq təcrübə əsasında, ölkənin iqtisadi potensialından səmərəli istifadə, qeyri-neft sektorunun inkişafı, əlverişli investisiya mühitinin yaradılması, yerli və xarici investorların cəlb edilməsi istiqamətində təkliflər hazırlamaq;
6.beynəlxalq reytinq təşkilatları tərəfindən hazırlanan aidiyyəti hesabatları təhlil etmək və rəy bildirmək;
7.qlobal iqtisadi tendensiyaları araşdırmaq, ölkə daxilində və xaricdə maliyyə-iqtisadi münasibətləri təhlil etmək, qonşu dövlətlərlə iqtisadi münasibətlərin inkişafına dair tədqiqatlar aparmaq, bu sahədə mövcud çağırışları qiymətləndirmək və bununla bağlı elmi-analitik və proqnoz xarakterli təkliflər hazırlamaq;
8.aparılan iqtisadi islahatların nəticələrinə, islahatların gedişi prosesində dövlət, özəl sektor və ictimaiyyət arasında qarşılıqlı etimadın strateji inkişaf istiqamətlərinə dair təkliflər vermək;
9.iqtisadiyyatın müxtəlif seqmentlərində müasir hadisə və meyilləri, aparılan yeni elmi tədqiqatların nəticələrini mütəmadi olaraq izləmək, onların əsasında strateji hədəfləri müəyyənləşdirmək;
10.inkişaf və proqnozlaşdırma problemləri üzrə şöbəyə daxil olan informasiya xarakterli müraciətləri cavablandırmaq;
11.Mərkəz rəhbərliyinin və şöbə müdirinin cari tapşırıqlarını icra etmək.

Təhsil və ixtisas tələbləri: iqtisadiyyat və idarəetmə istiqaməti üzrə ali təhsil (elmi dərəcənin olması arzuolunandır).
Staja dair tələb: müvafiq sahədə ən azı 3 il iş təcrübəsi.
Kompüter biliklərinə dair tələblər: MS Office, internet və s. - yüksək səviyyədə, statistik, ekonometrik və ya digər tətbiqi riyazi proqram paketlərində işləmək bacarığının olması (arzuolunandır).
Dil bilikləri: Azərbaycan və ingilis – yüksək səviyyədə, rus və digər xarici dil bilikləri arzuolunandır.
Xüsusi bacarıqlar: yüksək səviyyədə analitik təhlil və düşüncə qabiliyyəti (makroiqtisadiyyat, sənaye, innovativ iqtisadiyyat və s.), dünyagörüşü, təşkilatçılıq səriştəsi, komandada işləmək bacarığı, problemi həll etmək və qərarvermə qabiliyyəti, ünsiyyət qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər CV-ni faylı ad və soyadla adlandırmaqla 2024-cü il 21 aprel tarixinədək
vacancy@ereforms.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
Elektron məktubun mövzu hissəsində müraciətin məqsədinin (vakansiyanın adı) Strateji planlaşdırma şöbəsi, baş məsləhətçisi qeyd edilməsi xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Yükdaşıma və Logistika şirkətinə Tornaçı (Tokar) tələb olunur

İşəgötürən: 166 Yükdaşıma və Logistika şirkəti

Tələblər:
• Sahə üzrə texniki biliklər
* Yaş həddi 25-45
• Müvafiq sahə üzrə ən az 3 illik iş təcrübəsi
* Dəzgahların iş prinsipi və qurulması, torna dəzgahlarının konstruktiv xüsusiyyətləri və torna dəzgahlarının universal mexanizmlərinin dəqiqliklə yoxlanmasını bacarmaq
* Xüsusi torna qurğularının işlətmə qaydaları, kəsmə rejimlərini bilmək

İş haqqında :
- Əmək haqqı: 800-1000 AZN

Əlaqə:  050 261 24 01, 050 261 24 23 Whatsapp nömrəsinə "Tornaçı (Tokar) " yazaraq müraciət edə bilərsiniz.
Tanınmış şirkətə Sürücü ekspeditor tələb olunur

İşəgötürən: Çarcıoğlu

Ünvan: Zabrat-Maştağa;

İş barədə məlumat:

Anbardan təqdim olunan malları ərazilərə vaxtında və təhlükəsiz şəkildə çatdırılması;
 Nəqliyyat vasitəsinin hər zaman səliqəli və saz vəziyyətdə saxlanması;
 Avtomobilin düzgün idarə olunmasını daşınılan malın təhlükəsizliyini maksimum dərəcədə təmin etmək;
 Vəzifəsi üzrə rəhbərliyin verdiyi tapşırıqların dəqiq və vaxtında həyata keçirilməsi;
- İsuzu markalı nəqliyyat vasitəsidir;
- İş saatı: 07:00-17:00 qədər ;
- Əmək haqqı: 650-700 manat
- İş qrafiki: lI- VI gün; bazar və birinci gün istirahət;
- Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə;

Tələblər:
Təhsil : Orta texniki
İş təcrübəsi : 3 ildən 5 ilə qədər

Yaş : 25 - 45 Kişi
 Yalnız BC kateqoriyalı sürücülük vəsiqəsi olan;
 Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
 Stresə davamlılıq, intizamlılıq, məsuliyyətli;

CV-nizi Whatsapp nömrəsinə 0555151503 və ya medine.ismayilova@dinchercarchioglu.az e-mail adresinə "Sürücü ekspeditor" yazaraq müraciət edə bilərsiniz.
Təcili: Satıcı axtarılır (Sumqayıt, 28 May, Qarayev, Inşaatçılar, Neftçilər, Nərimanov, Xırdalan)

İşəgötürən: Ofisait

-Yaş: 18-30;
- -Mağazaya daxil olan müştəriləri gülərüz qarşılamaq;
-Məhsullar barədə müştəriyə dolğun məlumat vermək;
-Müştərilərin tələb və ehtiyaclarını müəyyən etmək;
-Mağazada satış etmək;
-6 günlük iş qrafiki;
-Əmək haqqı: fix + aylıq satışa əsasən bonus sistemi tətbiq edilir;
-Nahar ilə təmin edilmə.

Ətraflı məlumat üçün 077 441 56 22 nömrəsinin whatsapı -na "Satıcı" qeyd edərək müraciət edə bilərsiniz.
Reklam təmsilçisi kişi və qadın tələb olunur (Sumqayıt filialı)

Şirkət: EV Azərbaycan

Əmək haqqı: 500-700 manat
Ünvan: Sumqayıt şəhəri
Şirkətin Sumqayıt filialına reklam təmsilçisi bəy və xanım namizədlər tələb olunur. Vəzifələr:
• xidmətlər haqqında müştəriləri məlumatlandırmaq;
• kompaniyalar haqqında məlumatları vaxtında öyrənmək və tətbiq etmək;
• müştərilərin təlabatını öyrənmək və məhsullar haqqında ətraflı məlumat vermək;
• müştərinin təlabatına uyğun olaraq ona düzgün seçim etməkdə köməklik göstərmək.

Tələblər:
• səlis danışıq, kollektivlə iş
• ünsiyyət bacarığı, işgüzar
• yaş həddi 18-35
Təcrübə tələbi yoxdur, iş öyrədilir. Tələbələr də müraciət edə bilərlər.
İş qrafiki: 8 saat/6 gün
İşə qəbul AR Əmək Məcəlləsinə əsasən aparılır.

Müraciət edən şəxslərdən 0702332050 nömrəsi ilə əlaqə saxlamaları və ya hr@ev-azerbaijan.com e-maili üzərindən “Reklam təmsilçisi” başlığı ilə cv göndərmələri xahiş olunur.
“Baş elektrik” tələb olunur

İş yeri: Daşkəsən rayonu, Dəmir filizi sahəsi

Vəzifə öhdəlikləri:

• Zavodun enerji paylayıcısını və fasiləsiz elektrik enerjisini təmin etmək;
• Enerjiyə qənaət edən təmir işlərinin vaxtında aparılması;
• Yarımstansiyada nasazlıqları aşkar etmək və tez müdaxilə ilə təmir etmək bacarığı;
• Elektrik dövriyyəsinin hesablanması;
• Elektrik-quraşdırma işlərinin tikintisinin “Tikinti Norma və Qaydaları”na uyğun təşkili və
nəzarəti;
• Zavodda olan elektrik avadanlıqlarının texniki təhlükəsizlik qaydalarına uyğun istismarını
təmin etmək.
• Avtomatlaşdırma panellərinin layihələndirilməsi, quraşdırılması və saxlanması bacarığı;
• Yüksək gərginlikli güc transformatorları haqqında nəzəri və praktik biliklərinin olması;
• Paylayıcı qurğuların ayrı-ayrı elementlərinin funksiyaları (açar, ayırıcı, ölçü
transformatorları, rele mühafizə və s.) haqqında ümumi məlumatların olması;
• İdarə yarımstansiyalarında, transformator elektrik yarımstansiyalarında nəzarət-ölçü
cihazları və ölçü transformatorlarının dəyişilməsini təmin etmək;
• Elektrik avadanlıqlarının cari və əsaslı təmir qrafikindəki işlərin nöqsansız yerinə
yetirilməsini təşkil etmək;

Namizədə tələblər:
• Ali təhsil(uyğun ixtisas üzrə ali təhsil);
• Sahə üzrə minimum 5 illik iş təcrübəsi;
• Müvafiq qanunvericilik aktları və normalarını bilməli;
• Əla səviyyədə Azərbaycan dili biliyi;
• Planla və komandada işləmək bacarığı
• AutoCAD proqramı üzrə biliklər;
• MS Office üzrə biliklər;

Digər məlumatlar:

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Baş elektrik” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə cv@ddf.az elekton poçt ünvanına göndərmələri xahiş olunur.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Şirkət haqqında:
“Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti “AzerGold” QSC tərəfindən 14
dekabr 2020-ci il tarixində törəmə hüquqi şəxs qismində təsis edilmişdir. Şirkətin
yaradılmasında məqsəd Səhmdar Cəmiyyətin ən irimiqyaslı layihələrindən biri olan
Daşkəsən” dəmir filizi sahəsinin yenidən istismara verilməsi ilə ölkə iqtisadiyyatı, o cümlədən
regionun inkişafına əlavə sosial-iqtisadi töhfələr verməkdir.
Yük maşını sürücüsü tələb olunur

İşəgötürən: AAC MMC

İş barədə məlumat:

İş yeri: Qaradağ ray, Səngəçal qəs,Salyan şossesi 47-ci km.

Əmək haqqı 800-900 manat (net) olacaqdır.
Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur
İş rejimi - 5 günlük
Şöbənin təqdim etdiyi sifarişlərə əsasən,avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək
Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək; nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək
İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək
İstifadə etdiyi avtonəqliyyat vasitəsinin təmiri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə bilavasitə nəzarət etmək
İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün vaxtında Şirkətin təsdiq etdiyi formada yol vərəqələrini, habelə yanacaq alınması üçün kartları əldə etmək və təhvil vermək
Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək.
Sürücülük vəsiqəsi (B, C kateqoriya)
Orta və ya orta-ixtisas təhsili
3 ildən çox iş təcrübəsi;
Yaş həddi 25– 60 yaş aralığında namizədlərə üstünlük veriləcəkdir;
Cinsi-kişi
Diqqətli və məsuliyyətli,intizamlı olmalı;
İşlə əlaqədar ezamiyyətə getməyə uyğun olmaq

Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində vəzifəninin adını " Sürücü-yük maşını" qeyd edərək hr@aac.az elektron ünvanına göndərməlidirlər.
Tikinti mühəndisi köməkçisi tələb olunur

İşəgötürən: “MAN-G Design and Construction”

İş qrafiki:

Həftəiçi 6 gün, 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00
İstirahət günləri: Bazar günləri

Ünvan: Bakı şəhəri, Babək prospekti 64D.

Vəzifə funksiyaları:

Tikinti layihəsinin, tikinti-quraşdırma işlərini təsdiq edilmiş layihəyə uyğun, layihə sənədlərinə, inşaat normalarına riayət etmək şərti ilə vaxtında və keyfiyyətlə idarə etmək
İnşaat layihəsinin icrası müddətində yaranan problemləri həll etmək, bu barədə şirkətin əlaqədar məsul şəxslərini və rəhbərliyi məlumatlandırmaq
Tikinti və istismar planlarını, tikinti, quraşdırma və təmir planlarını, tikinti materiallarını, məhsul dizaynlarını, təsdiq edilmiş dizayn və sənədləri, iş təsvirləri və spesifikasiyaları standartlara və əməyin mühafizəsi normalarına uyğun həyata keçirmək
Tikinti müddətinin uzadılmasının səbəblərini və tikinti-quraşdırma işlərinin keyfiyyətinin pisləşməsinin səbəblərini tapmaq, onların qarşısını almaq və aradan qaldırmaq üçün tədbirlər görmək.
Təhsil tələbi: “İnşaat Mühəndisliyi” üzrə Ali təhsil

İş təcrübəsi tələbi: Tikinti sahəsində məlumatlı olmalı,

Dil bilikləri: Azərbaycan dili- səlis, İngilis və Rus dilləri arzu olunandır

İT bilikləri: MS Office, MS project, Autocad və digər dizayn proqramlarında işləməyi bacarmaq

Xüsusi sertifikatlar: “Layihələrin idarə edilməsi” və digər bənzər təlimlərdə iştirak etmiş və sertifikat almış namizədlərə üstünlük veriləcək.

Tələb olunan səriştəliklər:

Təhlil etmə və analitik düşünmə.
İdarəetmə, planlaşdırma
Dəqiqlik
Detallara diqqət
Məsuliyyətlilik
Ofis proqramlarında sərbəst işləmək

Əməyin ödənilməsi:
Əmək haqqı: Razılaşma yolu ilə.
Nahar və nəqliyyat məsrəfləri şirkət tərəfindən qarşılanmır..
Müraciət üçün son tarix: 30.04.2024

CV-nizi info@man-g.az e-mail adresinin mövzu hissəsində "Tikinti mühəndisi köməkçisi " yazaraq müraciət edə bilərsiniz.
Elektrik quraşdırıcısı tələb olunur (Gəncə)

İşəgötürən: Electro Industries

Yaş həddi: 25-55 kişi

İş təcrübəsi: Ən az 3 il

İş saati : həftənin 6 günü

Əmək haqqı: 850 manat

Vəzifə öhdəlikləri:

Yüksək( 35-330kV) gərginlikli panellərin montajı və sahədə yığılımı.
Yüksək( 35-330kV) gərginlikli kabellərin çəkilişi və metal tavalar üzrə bərkitməsi.
Yüksək( 35-330kV) gərginlikli kabellərin ucluqlarının vurulması.
Hər növ metal tavaların montajı
Aydınlatma avadanlıqlarının montajı.
Divar tipli açar və elektrik yuvalarının montajı.
Busbar sisteminin və şin ötürücülərin montajı.
Zəyif axın kabellərinin montajı və bağlantısı.
Elektrik və mexaniki avadanlıqların elektrik bağlantıları (Su motorları,HVAC sistemləri və s.)
Kollektivdə işləməyi bacaran ,cəld ,işgüzar və bacarıqlı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini CV@netpro.az elektron ünvanına, mövzu hissəsində vəzifənin adı “Elektrik quraşdırıcısı (Gəncə)” qeyd olunmaqla, göndərə bilərlər.
Direktor Assistenti (Katibə) tələb olunur

İşəgötürən: "ABV" / “Araznet" MMC

Vəzifə öhdəlikləri:

-E-mail və yazışmaların həyata keçirilməsi;

-Gündəlik görüləcək işlərin planlaşdırılması, görüşlərin təşkili, şöbələrə aid verilən tapşırıqların icrasını nəzarətdə saxlamaq və hesabatını aparmaq;

İclaslarda iştirak, qeydlərin aparılması və iclas protokolların tərtib olunması;

-Telefon danışıqlarının aparılması və lazımi şəxslərə yönləndirilməsi;

-Gündəlik sənədləşmə və ofis daxili işlərin yerinə yetirilməsi;

-Qonaqların qarşılanması və yönləndirilməsi

Namizədə tələblər:

-Ali təhsil (riyazi / texniki yönümlü);

-Xanım (22-30 yaş arası);

-Rus dili (sərbəst ünsiyyət);

-MC Word proqramı üzrə sərbəst və cəld işləmək bacarığı;

Məsuliyyətli, nizamlı və dinamik
İnzibati işlər üzrə iş təcrübəsi üstünlükdür.

İş qrafiki: 5 günlük iş qrafiki

Ünvan:Ziya Bünyadov prospekti 43.

Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaqdır.

Maraqlanan namizədlər CV-lərini cv@abv.az elektron ünvanına "Katibə" başlığını qeyd edərək göndərə bilərlər.
FƏHLƏ tələb olunur

İşəgötürən: LG BAKI MMC

- Ünvan: Babək pr . Əlişir Nəvai 17

E-mail
hr@lgbaku.az

İş barədə məlumat
- Malların anbara səliqəli yığılması, anbardan çıxarılmasını, maşınlara yüklənməsi və maşınlardan boşaldılmasını həyata keçirmək
- Müəssisənin ətraf ərazisində təmizlik işləri görmək, ərazinin təmizliyinə riayət etmək, sahənin abadlığını və təmizlənməsini həyata keçirmək

İş şəraiti:
- İş qrafiki: Həftədə 5 iş günü
- İş saatı: 09:00-dan - 18:00-dək
- Əmək haqqı: 550 AZN
- Nahar şirkət tərəfindən təmin olunur


Namizədə tələblər
- Yaş: 20-35
- Bəy namizəd
- Fiziki cəhətdən sağlam olmalı
- Cəld, dəqiq və məsuliyyətli olmalı
- Komandada işləyə bilməli

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Fəhlə” qeyd etməklə hr@lgbaku.az elektron ünvanına göndərmələri xahiş olunur
MEBEL USTASI tələb olunur

İşəgötürən: Aksent Design Group

- Ünvan: Nərimanov rayonu, Arif Heydərov 36A

Yaş həddi: 27-45

E-mail
info@interyerdizayn.az
İş barədə məlumat
- Saat 10:00-dan - 19:00-dək
- 5 iş günü (6 cı gün yarım iş günü)
- Əmək haqqı: 1000 manat

Namizədə tələblər
- Bəy namizəd
- Qeyd olunan sahədə minimum 5 il iş təcrübəsi
- İnteryer Dizaynerlə işləməyi bacarmalı
- İşində dəqiq və məsuliyyətli olmalı

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Mebel ustası” qeyd etməklə info@interyerdizayn.az elektron ünvanına göndərmələri xahiş olunur

Əlavə suallar üçün qeyd olunan (055) 977-00-60 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz
Bakını bəzi ərazilərinə MERÇENDAYZERLƏR TƏLƏB OLUNUR

«Şam-Fi» şirkətinə Müşfüqabad-Sulutəpə, 9-cu mikrorayon, Badamdar-Tarqovu, 28 may, Xətai-Ağ şəhər, İnşaatçılar, Xırdalan, Gənclik-Ayna Sultanova əraziləri üçün Merçandayzer və Promouterlər tələb olunur.

- Əmək haqqı: 620 manat
- Yaş həddi: 18-35
- Namizəd: Qadın
- İş qrafiki: Həftədə 5 gün 09:00 -18:00
- Market sistemində çalışan namizədlərə üstünlük veriləcək
- Yalnız qeyd olunan ərazilər üzrə yaşayanlar əlaqə saxlasın.

İşin təsviri:

Mağazalarda məhsulların rəflərdə yerləşdirilməsi və düzülüşü, vitrinin vaxtında doldurulması,satış məntəqələrinin müəyyən sxemə uyğun ziyarət edilməsi.

Əlaqə nömrəsi: 051 206 60 68 Whatsapp nömrəsinə "Merçendayzer" yazaraq müraciət edə bilərsiniz.
Nəqliyyat şöbəsinin rəisi tələb olunur

İşəgötürən: Premium Mining

Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək

İş yeri: Qaradağ rayonu, Ümid qəsəbəsi

Vəzifə öhdəlikləri:

Ağırtonnajlı yük maşınları və ağır tikinti texnikaları olan avtoparkın idarə olunması
Nəqliyyatla bağlı uçotun aparılmasına və hər ayın sonunda hesabatların verilməsinə nəzarət etmək;
Sürücülərin xüsüsi qrafiklərinin hazırlanmasına nəzarət etmək;
Cəmiyyətin nəqliyyat vasitələrinin inzibati xətalarının yoxlanılması və sürücülərin məlumatlandırılmasına nəzarət etmək;
Nəqliyyat vasitələrin idarəedilməsi üçün etibarnamələrin hazırlanması və uçotunun aparılmasına nəzarət etmək;
Yeni nəqliyyat vasitələrinin Yol Polis İdarəsində qeydiyyata salınması, çıxarılmasına və sürücülərə təhvil verilmə prossesinin təşkil edilməsinə nəzarət etmək;
Yeni nəqliyyat vasitələrinin lazımı sığorta növləri ilə təmin edilməsinə nəzarət etmək;
Cəmiyyətin nəqliyyat vasitələrinin texniki baxışdan kecirilməsi
Cəmiyyətin nəqliyyat vasitələrinin təmirinin təşkil edilməsinə nəzarət etmək;
Nəqliyyat vasitələri ilə bağlı satınalma sifarişlərini hazırlamaq və daxili satınalma qaydalarına əsasən icra olunmasına nəzarət etmək;
Cəmiyyətə məxsus olan köhnələnmiş vasitələrin qiymətləndirilməsi prosesinin həyata keçirilməsi və satış üçün ehtiyac olan tədbirlərin görülməsinə nəzarət etmək;
Nəqliyyat vasitələri parkını yoxlamaq, onların istismara hazırlıq səviyyəsini qiymətləndirmək və hansı xidmət növlərinə ehtiyac duyulduğunu müəyyən etmək;
Nəqliyyat vasitələrinin gün ərzində hərəkətini izləmək və planlaşdıran qrafikə nə dərəcədə riayət olunduğunu qiymətləndirmək
Sürücülərin xəttə çıxmazdan əvvəl etibarnamələri hazırlamaq və həkim nəzarətindən keçməsini təmin etmək;
Nəqliyyat vasitələri parkının və işçi heyətinin gündəlik konkret planlaşdırılmasını və bölgüsünü həyata keçirmək; sürücülərin iş saatlarının qeyd edilməsinə nəzarət etmək;
Yanacaq sərfi haqqında hesabatları hazırlanmasına nəzarət etmək;
Anbardan alınan ehtiyyat hissələrin uçotunun aparılmasına nəzarət etmək;

Namizədə olan tələblər:
Müvafiq sahədə minimal 3 -5 il iş təcrübəsi;
Ali təhsil.
İş şəraiti:
6 günlük iş norması
Nəqliyyat ilə təmin olunma;
Nahar ilə təmin olunma;

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini hr@premiummining.az elektron ünvanına (“Nəqliyyat şöbəsinin rəisi” başlığı ilə) göndərməyini xahiş edirik.
Sayım üzrə mütəxəssis tələb olunur

İşəgötürən: “SuperToys” oyuncaq mağazası

İş barədə məlumat:

- Sayım keçirilmiş mağazalarda anbar tərəfindən göndərilən sənədlərin və mağaza tərəfindən işlənilən sənədlərin qarşılaşdırılmasını icra etmək;
- Aşkar olunmuş kənarlaşmaları depo və mağaza tərəfindən araşdırmaq;
- Mağazalar üzrə mövcud mal və materialların sayımını həyata keçirmək;
- İnventarizasiya zamanı, sayım dövriyyəsinə aid bütün sənədlərin yoxlanılmasını təmin etmək;
- Anbar neqativlərinin araşdırılması, stokda neqativ yaradan sənədin aşkar olunması ve neqativ stokun aradan qaldırılmasını icra etmək;
- Müvafiq hesabatları hazırlayıb rəhbərliyə təqdim etmək;

Namizədə Tələblər :
- Müvafiq sahədə (Pərakəndə satış) azı 2 il iş təcrübəsi;
- Aktiv, məsuliyyətli və diqqətli olmalı;
- Əl terminalları ilə işləmə bacarığı olmalı;
- MS Office proqramlarını yaxşı bilməli (xüsusilə excel)

Şirkət təklif edir:
- İş yeri : Sədərək Ticarət Mərkəzi;
- Əmək haqqı 600-700 manat
- Rəsmi qeydiyyat;

Qeyd: Namizədlərdən mövzu hissəsində “ Sayım mütəxəssisi” vakansiya adını göstərməklə öz cv-lərini
hr@supertoys.az elektron poçt ünvanına göndərmələrini xahiş edirik. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət ediləcəklər.
Mağaza Meneceri tələb olunur - MAAŞ 1500 MANAT CİVARINDA

İşəgötürən: “SuperToys” oyuncaq mağazası

Vəzifə öhdəlikləri:

Mağazalarda çalışan personalı idarə etmək: işçiləri təlimatlandırmaq və yönləndirmək, onları motivasiya etmək, gündəlik iş prosesinə və işçilərin davamiyyətinə nəzarət etmək;
Mağazaya təyin edilən hədəfə çatmaq;
Şirkətə məxsus əmlakın qorunmasını təmin etmək;
Şirkətin xidmət səviyyəsinin və müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbir planı hazırlamaq;
Satış analizlərini aparmaqla kateqoriya şöbəsinə dəstək vermək: satılan və satılmayan məhsulları araşdırmaq, mağaza tələblərini araşdırıb müəyyən etmək, işin təkmilləşməsi istiqamətində təkliflər vermək;
Satışları artırmaq məqsədi ilə Marketinq tərəfindən həyata keçirilən layihələri dəstəkləmək və təkliflər vermək;
Günlük və aylıq hesabatları hazırlayıb gərəkli şöbələrə yönəltmək;

Namizədə Tələblər:

Dil bilikləri: Rus dili-əla;
Kompüter bilikləri: MC Office – sərbəst işləmək;
İdarəetmə qabiliyyəti (Təşkilatçılıq və təşəbbüskarlıq);
Analitik düşüncə qabiliyyəti;
Retail sektorda mağaza meneceri kimi ( idarəetmədə ) minimum 1 il iş təcrübəsi mütləqdir;
Satış texnikası, idarəçilik qabiliyyəti;
25-45 yaş arası xanımlar;

Şirkət təklif edir:
Əmək haqqı : 1200-1500Azn
Rəsmi qeydiyyat

Qeyd: Namizədlərdən mövzu hissəsində “ Mağaza Meneceri Nərimanov” vakansiya adını göstərməklə öz cv-lərini hr@supertoys.az elektron poçt ünvanına göndərmələrini xahiş edirik. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət ediləcəklər.
Supertoys MMC “Kontent Menecer” vakansiyası elan edir!

İşin təsviri:

Məhsulların kataloqunu yaratmaq və saxlamaq;
Veb-saytların admin panel vasitəsi ilə məhsullar və aksiya məlumatları ilə doldurulması;
Baş verən yanlışlıqların report edilməsi və hesabatının hazırlanması
Yeniliklərdən xəbərdar olmaq və auditoriyanı cəlb etmək üçün yeni təkliflər vermək.
Veb trafiki və sosial media platformasını gücləndimək üçün tədbirlər görmək;

Namizəd üçün tələblər

SMM olaraq iş təcrübəsi;
Sosial media ilə tanışlıq (aktiv sosial media istifadəçisi olmaq üstünlükdür);;
MS Office, MS Powerpoint proqramları ilə praktiki təcrübə;
Detallara diqqətli olmaq;
Kreativlik, maraqlı məzmun yaratmaq bacarığı.

Əmək haqqı: 600 manat

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Kontent Menecer” qeyd edərək şəkilli CV- lərinizi hr@supertoys.az elektron ünvanına göndərməyiniz xahiş olunur.
Kateqoriya meneceri tələb olunur

İşəgötürən: “SuperToys” oyuncaq mağazası

Namizədə tələblər

- Kateqoriya meneceri və ya oxşar sahədə minimum 3 il təcrübə
- Kateqoriyaların idarə edilməsi, marketinq və satış prinsipləri haqqında möhkəm biliklər
- Məlumatların təhlili və proqnozlaşdırma üsullarını başa düşmək
- MS Office proqramlarında işləmək bacarığı
- 25-45 yaş arası bəylər
- Əmək haqqı1000-1200 manat

İş barədə məlumat

- Kateqoriyaya uyğun markaları seçmək və onları təqib etmək
- Çeşidləri kateqoriyaya uyğun ayırmaq, satış nöqtələrini təyin etmək
- Məhsul kateqoriyaları üçün uzunmüddətli inkişaf strategiyalarının hazırlanması
- Uğursuz məhsullar üçün çıxış strategiyalarının hazırlanması
- İstehlakçı tələblərinə cavab verən məhsulun mövcudluğunu təmin etmək üçün müvafiq sifarişlərin verilməsi
- Çeşid stoklarına nəzarət etmək, satınalma strukturu ilə birlikdə stokları mütəmadi kontrol etmək
- Görünüşü maksimum dərəcədə artırmaq üçün məhsul kateqoriyasının yerinin müəyyənləşdirilməsi
- Bir məhsul kateqoriyasının rəqabətli qiymətləri və tanıtım fəaliyyətlərini müəyyən etmək üçün marketinq qrupları ilə əlaqə saxlanılması
- Öhdəliyində olan məhsul çeşidi üçün marketinq kompaniyalarının hazırlanması və rəhbərliklə razılaşdırılmış şəkildə məhsulların qiymət və satış şərtlərinin müəyyən edilməsi
- Aylıq və günlük satış planlarını sistematik olaraq izləmək və rəhbərliyə

Komandamızda olmaq istəyən maraqlı olan namizədlərdən “ CV ”-lərini mövzu hissəsində vəzifə adını “ Kateqoriya meneceri “ qeyd etməklə( hr@supertoys.az ) ünvanına göndərə bilər.
Merçendayzer qrup rəhbəri tələb olunur - MAAŞ 1000 MANAT CİVARINDA

Supertoys MMC “Merçendayzer qrup rəhbəri” vakansiyası elan edir!

İşin təsviri:

- Merçendayzerləri təlimləndirmək,işini təşkil etmək, işlərinə nəzarət etmək.
- Nəzərdə tutulmuş ruta əsasən mağazaları ziyarət etmək.
- Aylıq, həftəlik, iş planını tərtib etmək, satış nöqtələrinə vizit plan tərtib etmək
- Merçendayzerlərdən sifarışləri qəbul edir
- Toplantıların keçirilməsi,yaranmış problemlərin həlli
- Satış şöbəsi ilə efektiv əməkdaşlıq edir, rəflərdə bütün çeşid malların mövcudluğunu təmin edir
- Müştəri xidmətinin keyiyyətinə nəzarət edir
- Zərər görmüş malların qəbulunu təmin edir.
- Satış həcminin artırılması istiqamətində təkliflər hazırlayıb təqdim etmək
- Rəhbərlik etdiyi işçi heyətini ruhlandırmaq, məhsuldarlığı artırmaq

Namizəd üçün tələblər

- Müvafiq sahədə 3-5 il təcrübə
- Məqsədyönlü
- Effektiv ünsiyyət qurma bacarıqlı
- Liderlik keyfiyyətlərinə sahib, inandırma, əmin etmə kimi şəxsi keyfiyyətlərə sahib
- Təşəbbüskar
- Kreativ
-25-45 yaş arası xanımlar
Əmək haqqı: 1000 manat

Müraciət etmək istəyən namizədlərdən öz CV-lərini mövzu yerində “Merçendayzer qrup rəhbəri” yazaraq hr@supertoys.az e-mail ünvanına göndərmələri xahiş olunur.
Korporativ satış üzrə mütəxəssis tələb olunur

İşəgötürən: B. İ. PROFİT AZƏRBAYCAN (Şirkət Qaynaq avadanlıqları və aksesuarların satışı ilə məşğuldur.)

İş yeri:Çinar Park biznes mərkəzi

Tələblər:

Iş təcrübəsi – tələb olunmur, iş öyrədiləcək;
Rus və ya ingilis dili bilənlərə üstünlük verilir;
Yaş məhdudiyyəti 20-30;
Namizəd: Qadın və kişi
Xoş görünüş və pozitiv olmalı;
Kollektivdə işləmə bacarığı, yüksək ünsiyyət qurma qabiliyyəti;
Sürücülük vəsiqəsi və hərbi mükəlləfiyyət üstünlükdür.

Vəzifə təlimatı:

Mövcud olan müştəri bazasının yenilənməsi və nəzarəti;
İşgüzar danışıqların təşkili və aparılması, müqavilələrin bağlanması;
Müştəri ziyarətləri və yeni müştərilərin axtarışı və cəlb olunması;
Satdığı məhsulları və ya brendi təmsil edilməsi;
Ortaya çıxan problemləri həll etmə bacarığı;
Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabat təqdim etmək.

İş şəraiti:

İş vaxtı: 09:00 - 18:00 və ya 08:00-17:00 (İstirahət günü -Şənbə və Bazar)
Ə/h: Başlanğıc əmək haqqı 600 manat +Bonus.(Təcrübəyə əsasən dəyişə bilər)
Korporativ nömrə və danışıq balansı.Şirkət avtomobili
İşçilərin AR Əmək Məcəlləsinə əsasən sənədləşməsi aparılır.

ŞƏKİLLİ CV-nizi e.suleymanzade@biprofit.az e-mail adresinə və ya 0508089900 Whatsapp nömrəsinə “Satış üzrə nümayəndə” yazaraq müraciət edə bilərsiniz. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Email: e.suleymanzade@biprofit.az