AzNews_Tv
59.5K subscribers
144 photos
91 videos
12 links
Bizdən xəbər al!
Reklam və əməkdaşlıq
@bookmaker_betss1
Download Telegram
Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb

Hadisə Nəriman Nərimanov küçəsində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Aydan Cabir qızı Əbilovanı “Chevrolet Cruse” marakalı avtomobil vurub.

Sürücü yaralını xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
❗️BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib:

“Həftənin şənbə və bazar günləri, xüsusilə respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, sürücülərdən əlverişsiz havada daha diqqətli olmağı, sürət həddini nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi məsləhət görürük”.
Media is too big
VIEW IN TELEGRAM
Xəbər verdiyimiz kimi, bu gün Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı keçirilir.

Festivalda çıxış edənlər arasında Xalq artisti Zeynəb Xanlarova da olub.

Sənətkar uzun illər sonra azad Şuşada tamaşaçıları öz ifası ilə salamlayıb.
SON DƏQİQƏ❗️Cənub bölgəsində zəlzələ olduğu bildirilir.
İlkin məlumata görə, zəlzələ 5,2 bal gücündə olub.
Zəlzələni hiss etdinizmi?
Anonymous Poll
22%
Bəli
78%
Xeyir
❗️Zəlzələ daha çox Lənkəran, Astara, Cəlilabad, Biləsuvar, Neftçala, Salyan, Sabirabad, Saatlı və Şirvanda hiss olunub.
Qurban Yetirmişli: "Güclü təkan artıq geridə qalıb, əhali təşvişə düşməsin".
This media is not supported in your browser
VIEW IN TELEGRAM
DİN: Cərimələrin endirimli ödənişini təklif edən saytlara inanmayın.
Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇬🇪 Tbilisidəki "Avropa" meydanı hazırda belədir.

Gürcülər Rusiyayönümlü qanuna etiraz edir.
✍️DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək

Mayın 12-də Dövlət İmtahan Mərkəzi tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirir. Bu gün, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirilir.

İmtahanda ümumilikdə 24987 şagird (abituriyent) iştirak edəcək.
🇺🇦 Ukrayna ordusu Xarkovun şimalında bəzi mövqeləri tərk etməyə məcbur qalıb, bir neçə yaşayış məntəqəsi isə Rusiyanın nəzarətinə keçib.

🇷🇺 Rusiyanın Volqoqrad şəhərindəki neft emalı müəssisəsi dron hücumuna məruz qalıb.
Rusiyada bina uçdu❗️

🇺🇦Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb.
Rusiyada ardıcıl ikinci gecə güclü maqnit qasırğasının səbəb olduğu şimal işıqlarını görmək mümkün olub.
Qurban Yetirmişli: "Lənkərandakı zəlzələ evlərdə müəyyən çatlar yaradıb"

Onun sözlərinə görə, təkanların dərinliyi 20 km olduğundan böyük ərazilərdə, eləcə də Qarabağda 3 bala qədər hiss olunub: "Əhaliyə təşvişə düşməmələri üçün müraciət etmişdik. Alt qatda qalan enerji asta-asta boşalmağa doğru getdi və hazırda həmin ərazidə sakitlikdir. Hazırda dağıdıcı zəlzələ ehtimalı yoxdur".
❗️5 ailə üzvünün qətlinə görə saxlanılan Əhməd Əhmədov barəsində təyin olunan təkrar ekspertizanın rəyi məlum olub.
- əlavə komissyon psixiatriya ekspertizasının rəyinə görə Əhməd Əhmədovun hadisəsi anlaqsız törədib.