Azərbaycan dili - Validə Vəliyeva
12.1K subscribers
785 photos
63 videos
102 files
667 links
"Mənim dilim - mənim varlığım"

Müəllim: Validə Vəliyeva | 050-666-81-80

Abituriyent | Olimpiada | MİQ | Sertifikasiya

İş birliyi/əməkdaşlıq - 0506668180

Qarşılıqlı reklam edilmir.

Ədəbiyyat kanalı: @edebiyyat_valide_muellim

© Kanal qorunur.
Download Telegram
Yubiley [yubiley] isim
Bir hadisənin, yaxud bir şəxsin fəaliyyətinin və s.-nin təntənəli surətdə qeyd edilən ildönümü. □ Artistin yubileyini keçirdilər.

İyul-avqust aylarında kanalımızın 3 illik yubileyi oldu. 🥳 Daim sizlər üçün paylaşımlar etməyə və faydalı olmağa çalışacağıq.

🟢Azərbaycan dilindən ödənişsiz vatsap kanalımız
https://whatsapp.com/channel/0029Va7cGI472WTp10Xh8U00
Dəyərli izləyicilər. Yaxın günlərdə ümumi dərs qrupuna qoşulmaq istəyənlər üçün ÖDƏNİŞSİZ SINAQ DƏRSİ təşkil edəcəyəm. Dərsləri necə izah etdiyimi daha yaxından görün, faydalı olarsa, bizimlə davam edə bilərsiniz. Könlünüz necə istəyir.

Dərs google meets proqramı ilə keçiriləcək. Birdən çox mövzu üzrə izahlar verəcəyəm. Fərqli və maraqlı olacaq. ❤️

Yaxın günlərdə tarix və saat paylaşacağam.
Validə Vəliyevanın dərsləri ilə maraqlananlar üçün ÖDƏNİŞSİZ SINAQ DƏRSİ ❗️

Dərslərimizi necə keçdiyimizi, izahların nə cür verildiyini bilmək istəyənlər üçün bu dərs təşkil olunur. 25 avqustdan açılacaq ödənişli dərs qruplarına qoşulmazdan əvvəl şagirdlər sınaq dərsində müəllimin izahı ilə tanış olurlar. İzah kimlərə faydalıdırsa, dərslərə qeydiyyatdan keçib daimi qoşula bilirlər.

☑️Tarix və saat: 17 avqust (şənbə), 21:00

İştirak hər kəs üçün sərbəstdir.
Link Azərbaycan dilindən vatsap kanalımızda paylaşılacaq.⤵️

https://whatsapp.com/channel/0029Va7cGI472WTp10Xh8U00
#omonimlər

ÇƏLİK [çəlix'] isim
1. Əl ağacı, əsa. □ Çəliyini yerə o döyə-döyə; Asta addımlarla qalxır kürsüyə. (B.Vahabzadə).
2. Əkilmək üçün qısa kəsilmiş budaq; qələm.

ÇƏLİK [çəlix'] isim
1. Möhkəm dəmir, polad. □ Çünki sənin heykəlin nə tuncdan, nə çəlikdən; Ölməz o abidənin özün oldun memarı. (R.Rza).
2. Məcazi mənada: polad kimi, dəmir. □ Bir çəlik yaysan, əyilməzsən sən; Qalalar çöksə, sökülməzsən sən. (M.Müşfiq).

🟢Azərbaycan dilindən ödənişsiz vatsap kanalımız
https://whatsapp.com/channel/0029Va7cGI472WTp10Xh8U00
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Maraqlı #frazem

Təşrif buyurmaq
gəlmək.

Bəzən kinayə ilə deyilir. 😄
Bir yerə gecikən insan haqqında:
"Bəyimiz/xanımımız təşrif buyurdu!"

🟢Azərbaycan dilindən ödənişsiz vatsap kanalımız
https://whatsapp.com/channel/0029Va7cGI472WTp10Xh8U00
Zərxara [zərxara] isim
Zərli ipəkdən toxunmuş parlaq və şax ipək parça. □ Zərxaradan libası; Gey, sallan, olma ası; Məni yandırdı, yaxdı; Gözlərinin qarası. (Bayatı). #doğrusunədir

🟢Azərbaycan dilindən ödənişsiz vatsap kanalımız
https://whatsapp.com/channel/0029Va7cGI472WTp10Xh8U00
#omonimlər

HAVA [hava] isim ərəb
1. Coğrafiya. Yer atmosferini əmələ gətirən qazların, başlıca olaraq azotla oksigenin qarışığı. □ Şara hava doldurmaq.
2. Coğrafiya. Hər hansı bir yerdə müəyyən vaxtda atmosferin vəziyyəti (buludluluq, rütubət, yağıntı, hərarət və s.). □ Yağmurlu hava. Havanın dəyişməsi. Payız havası.
3. Yeri əhatə edən boşluq, ənginlik; fəza. □ Quşlar havada uçur. Təyyarə havaya qalxdı.
4. Bir yerin sağlamlıq baxımından vəziyyəti, keyfiyyəti. □ Dağ havası. Sağlam hava.

HAVA [hava] isim
Musiqi. Səslərin müəyyən musiqi vəhdəti əmələ gətirən ardıcıllığı; musiqi ahəngi, melodiya. □ Oyun havası. El havaları.

🟢Azərbaycan dilindən ödənişsiz vatsap kanalımız
https://whatsapp.com/channel/0029Va7cGI472WTp10Xh8U00
#frazem

DİM vəsaitindən seçmədir.
#omonimlər

🔹Qara [qara] sifət
1. Bütün rənglərin ən tündü, ən tutqunu; his, kömür rəngi; bu rəngdə olan. □ Qara at. Qara kostyum.

🔹Qara [qara] isim
Yer kürəsinin torpaqla örtülü hissəsi; torpaq. □ Qarada və suda. Qara qüvvələri.

🔹Qara [qara] isim
1. Plov üzərinə yanına qoyulan xuruş. □ Aşın qarası azdır.
2. Qara... - bəzi mürəkkəb sözlərin birinci tərkib hissəsi. □ Qarasaç, qaragöz, qaragün.

🟢Azərbaycan dilindən ödənişsiz vatsap kanalımız
https://whatsapp.com/channel/0029Va7cGI472WTp10Xh8U00
Ötkəm [ötgəm] sifət
1. Dilli-dilavər, lovğa, dikbaş, təkəbbürlü. □ Ötkəm adam.
2. Zərf kimi: dilli-dilavər, lovğa, dikbaş, təkəbbürlü. □ Ötkəm cavab vermək. #doğrusunədir

🟢Azərbaycan dilindən ödənişsiz vatsap kanalımız
https://whatsapp.com/channel/0029Va7cGI472WTp10Xh8U00
#frazem

DİM vəsaitindən seçmədir.
▶️DİM TEST TOPLU I HİSSƏ MƏTNLƏRİNİN YUTUBDA İZAHI VERİLMİŞDİR.

ℹ️Siyahıya daxil olaraq izləyə bilərsiniz.

▶️https://youtube.com/playlist?list=PL0-cnY0xbBUs8_cs17r1E3CbUNi0D4Mpv&si=JMQcAYk2WU9HYOYR

ℹ️Siyahı daim yenilənir.
Subordinasiya [subardinasiya] isim

Müəssisə-təşkilat strukturunda, eləcə də sosial münasibətlərdə aşağıdan-yuxarıya tabelilik; kiçiyin böyüyə tabe olması. □ Xidməti subordinasiya. #doğrusunədir

🟢Azərbaycan dilindən ödənişsiz vatsap kanalımız
https://whatsapp.com/channel/0029Va7cGI472WTp10Xh8U00
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Çiçəyi çırtlamaq #frazem

sevinmək, üzünə xoş təbəssüm qonmaq, gülmək.

🟢Azərbaycan dilindən ödənişsiz vatsap kanalımız
https://whatsapp.com/channel/0029Va7cGI472WTp10Xh8U00
Bu qeydlər birbaşa DİM vəsaitlərindən seçilir. Mütləq bilməlisiniz.👍

https://www.instagram.com/reel/C-udx3itxD6/?igsh=MTd0NnFiaGtoaDMwMg==
Diqqət

Bu gün 21.00-da ödənişsiz sınaq dərsi keçiriləcək. Dərslərimlə tanış olmaq və fərqli, maraqlı məlumatlar əldə etmək üçün qoşula bilərsiniz.
Link Azərbaycan dilindən vatsap kanalımızda paylaşılacaq. Google meets yükləyin.

Ətraflı - https://whatsapp.com/channel/0029Va7cGI472WTp10Xh8U00/953
Dərsimiz çox maraqlı keçdi❤️ 70-ə yaxın adam qoşuldu, hətta daha çox ola bilər. İzah verdiyim üçün diqqət edə bilmədim.

Dərslər haqqında məlumat üçün elanlara nəzər yetirin və ya mənə yazın .

0506668180

Elan: https://whatsapp.com/channel/0029Va7cGI472WTp10Xh8U00/966
DİM-dən seçmə sinonimlər 👇🏻
https://www.instagram.com/reel/C-0dyNht0Qp/?igsh=eWxuZzl4OGgwOTAw

Bir neçəsi sizi təəccübləndirəcək.