Azərbaycan dili - Validə Vəliyeva
12.1K subscribers
785 photos
63 videos
102 files
667 links
"Mənim dilim - mənim varlığım"

Müəllim: Validə Vəliyeva | 050-666-81-80

Abituriyent | Olimpiada | MİQ | Sertifikasiya

İş birliyi/əməkdaşlıq - 0506668180

Qarşılıqlı reklam edilmir.

Ədəbiyyat kanalı: @edebiyyat_valide_muellim

© Kanal qorunur.
Download Telegram
#omonimlər✅️

✅️Maddə [maddə] isim
1. Təbiətdəki fiziki cisimlərin əsasını təşkil edən şey; cisim, şey. □ Qida maddələri. Zəhərləyici maddələr. Üzvi maddələr.
2. Bədənin bir yerində gizli illət, açılmamış yara; irinlik.
3. Məcazi mənada: keyfiyyət; zirəklik, bacarıq, çoxbilmişlik. □ Bala, bu maddə ki səndə var, inşallah, gələcəkdə böyük sövdəgər olarsan. (Ə.Haqverdiyev).
4. Bu cür keyfiyyətlərə malik olan adam haqqında. □ Zirək maddədir. O elə bir maddədir ki...

✅️Maddə [maddə] isim
1. Rəsmi bir sənəddə, siyahıda, lüğətdə və s.-də müstəqil bölgü; bənd, paraqraf. □ Cinayət kodeksinin beşinci maddəsi.
2. Maliyyə. Büdcədə və s.-də gəlirin mənbəyini və ya məxaricin yerini göstərən hissə. □ Gəlir maddəsi.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
DİQQƏT!!! Bloka dəstək məqsədli marafonumuz başlayır. Tamamilə ödənişsizdir. Müzakirədə iştirak etmək üçün Yutubdan bizi izləyin. (Validə Vəliyeva) https://www.youtube.com/@valida.valiyeva

✅️Mövzular: Azərbaycan dilindən əsas nitq hissələri, ədəbiyyatdan isə şifahi xalq ədəbiyyatı, qədim, orta dövrlər və yeni dövrün ilk mərhələsi
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
✅️#omonimlər

✅️Sürmək [sürməx'] feil
1. Qabağına qatıb irəli hərəkət etdirmək, aparmaq, istiqamətləndirmək. □ Qoyunları sürmək. Naxırı çölə sürmək.
2. Arabaya və s.-yə qoşulmuş heyvanı yeriməyə təhrik etmək, məcbur etmək, haylamaq. □ Əsəd “he-he” deyə-deyə öküzləri sürməkdə idi. (C.Məmmədquluzadə).
3. Hərəkət edən şeyi (avtomaşını, təyyarəni, gəmini və s.-ni) idarə etmək. □ Kombayn sürmək. Velosiped sürmək. Tramvay sürmək.
4. Qovmaq, sürgün etmək, cəza olaraq uzaqlara göndərmək. □ ...A kişi, indi danışanda bizi sürməyəcəklər ki, sözdür. (Y.V.Çəmənzəminli).

✅️Sürmək [sürməx'] feil
1. Davam etmək, çəkmək. □ Külək üç gün sürdü. İclas iki saat sürdü. Xəstəliyi uzun sürdü.
2. Vaxt keçmək, zaman keçmək. □ Heç bir saat sürmədi ki, özü gəldi.

✅️ Validə Vəliyeva
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Dünən canlıda müzakirə etdiyimiz sözdür. Sürü ismi sürmək feilindən yaranıb.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
➡️Aradan çıxmaq
qaçmaq, qaçıb gizlənmək, əkilmək; təhlükədən qurtulmaq, xilas olmaq; ~ gözdən oğurlanmaq, canını qurtarmaq. #frazem

✅️Validə Vəliyeva
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
✔️Monumental [manumental] sifət

1. Əzəmətli, möhtəşəm. □ Monumental bina.
2. Məcazi mənada: məzmunca dərin, əsaslı, sanballı. □ Monumental opera. #doğrusunədir

✅️ Validə Vəliyeva
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
✔️Didaktik [didak'tik'] sifət
Təlimverici, öyüdverici, nəsihətverici, tərbiyə məqsədi daşıyan. □ Didaktik roman. Didaktik hekayə. #doğrusunədir
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
✔️İxlaskarlıq [ixlaskarrıx] isim
Sədaqət, səmimiyyət, səmimi məhəbbət. #doğrusunədir
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
✔️Postament [pastament] isim
Abidə, heykəl və s.-nin özülü, altlığı. □ Heykəlin postamenti. #doğrusunədir
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
✔️İndividual [individual] sifət
Fərdi, fərqli, özəl. #doğrusunədir
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
#omonimlər✅️

✅️Tər [tər] isim
1. Xüsusi dərialtı vəzilərin ifraz etdiyi şəffaf maye. □ İgid ya tər altda, ya yer altda. (Atalar sözü).
2. Daha yüksək temperaturu olan hava mühiti ilə təmas etdikdə əşyaların üzərində əmələ gələn yaşlıq.

✅️Tər [tər] sifət
Hələ solmamış, təzə, təravətli (gül, göyərti və s. haqqında). □ Bu meşə gül meşəli; Altı tər bənövşəli; Bir kişinin min oğlu; Hamısı bir peşəli. "Bal arısı" (Tapmaca).
2. Zərf kimi: hələ solmamış, təzə, təravətli (gül, göyərti və s. haqqında).
3. Məcazi mənada: cavan, təravətli. □ Əziziyəm, tər sinə; Tər əndamdı, tər sinə; Namərd bələdçi olsa; Yol göstərər tərsinə. (Bayatı).
4. Zərf kimi məcazi mənada: cavan, təravətli.

HƏMÇİNİN BAX:
frazeologizm alın təri ilə
frazeologizm tər basmaq
frazeologizm tər tökmək
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
#omonimlər✅️

✅️Batareya [batareya] isim
1. Hərb. Bir neçə top və minaatandan ibarət taktik vahid. □ Tapdıq söhbətə .. minasaçan batareyasını susdurmağa necə getdiyindən başladı. (Ə.Əbülhəsən).
2. Hərb. Bir neçə top və minaatandan ibarət taktik vahidin yerləşdiyi istehkam. □ Dəmir-beton özül üstündə qurulmuş batareya.

✅️Batareya [batareya] isim
1. Fizika. Bir-birinə bənd edilmiş bir neçə akkumulyator, yaxud qalvanik element. □ Elektrik batareyası. Akkumulyator batareyası.
2. Buxar ilə qızdırılan binaların içində qoyulan və içərisində isti su olan bir-birinə yapışıq borular sistemi.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM