Azərbaycan Dəmir Yolları
7.56K subscribers
1.7K photos
280 videos
412 links
Rəsmi Telegram kanalı. Ən son məlumatlardan xəbərdar olmaq üçün bizi izləyin.

📲Bütün əməliyyatları bir toxunuşla etmək üçün "ADY Mobile" tətbiqini yükləyin: bit.ly/3Fn5RcO
Download Telegram
📢Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 10-11 iyun tarixlərinə əlavə qatar reysləri təyin edilib. 🚉

🗓10 iyun tarixində

🕣saat 08:25-də Bakı Dəmiryol Vağzalından yola düşən qatar
🕜saat 13:20-də Ağstafa Dəmiryol Vağzalına çatacaq.

🗓11 iyun tarixində

🕟saat 16:00-da Ağstafa Dəmiryol Vağzalından yola düşən qatar
🕦saat 20:55-də Bakı Dəmiryol Vağzalına çatacaq.

Daha ətraflı: 👉🔗https://t.ly/BRbv #ady #demiryollari
📢 Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 10-11 iyun tarixlərinə 2 əlavə qatar reysi təyin edilib. 🚉

🗓10 iyun tarixində

🕣 saat 16:00-da Ağstafa-Bakı istiqaməti üzrə yola düşən qatar Bakı Dəmiryol Vağzalına saat 20:55-də,

🗓11 iyun tarixində

🕟 saat 08:25-də Bakı Dəmiryol Vağzalından yola düşən qatar Ağstafa stansiyasına saat 13:20-də çatacaq.

Daha ətraflı: 👉🔗 https://shorturl.at/ackFU #ady #demiryollari #bakiagstafaqatari
📢❗️ADY nağdsız ödənişlərin genişləndirilməsi və kağızdan istifadəni minimuma endirməklə ətraf mühitə töhfə vermək, eləcə də sərnişin sıxlığının tənzimlənməsi məqsədilə 1 iyuldan etibarən Abşeron dairəvi dəmir yolu üzrə


🎫kağız biletlərin satışını dayandırır,
🚈biznes vaqondan ekonom vaqon kimi istifadəni təmin edir.


☝️Sərnişinlərimiz NFC-ni dəstəkləyən bank və ya ADY kartları ilə təmassız gedişi həyata keçirə bilərlər.


Daha ətraflı: 👉🔗https://rb.gy/e5d1c #ady #demiryollari
📢Diqqət❗️

🗓️3 iyul tarixindən etibarən Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarı yeni qrafiklə hərəkət edəcək.


Hər gün
🕢saat 08:45-də Bakı Dəmiryol Vağzalından yola düşən qatar
🕜saat 13:42-də Ağstafa Dəmiryol Vağzalına,


🕢saat 18:15-də Ağstafa Dəmiryol Vağzalından yola düşən qatar
🕚saat 23:15-də Bakı Dəmiryol Vağzalına çatacaq.


Biletləri kassalardan və ya www.ady.az saytından onlayn əldə etmək mümkündür.
📢❗️Həftəsonu Qəbələyə səfər edənlərin nəzərinə!

🚌Qəbələ Dəmiryol Vağzalından Qəbələ şəhər mərkəzinə daha rahat getməyiniz üçün ödənişsiz avtobuslar fəaliyyət göstərir. Bu avtobuslar cəmi 30 dəqiqə ərzində sizi təyinat nöqtəsinə çatdırır.

🚌Həmçinin Qəbələdən geri qayıdanlar da eyni qaydada bu xidmətdən yararlana bilərlər(şəhər mərkəzindən Qəbələ Dəmiryol Vağzalına).

Sərnişinlərimizin səyahətində komfortu təmin etməkdən məmnunluq duyuruq! ✌🏻#ady #demiryollari #bakiqebeleqatari
📢Diqqət❗️
🗓 24-25 iyun tarixlərində Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlar iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.🚉 
Qatarların hərəkət cədvəli ilə tanış olmaq üçün 👉🔗 https://ticket.ady.az/
🚊Azərbaycan Dəmir Yollarının birinci sinif ilə səyahət edən sərnişinlər Bakı, Gəncə və Qəbələ Dəmiryol Vağzallarında VİP zallarından istifadə edəcəklər.

VİP zalda birinci sinif sərnişinlərinə aşağıdakı ödənişsiz xidmətlər göstərilir:

☕️Limitsiz su, çay, kofe;
📞Şəhərdaxili telefon və internetə çıxış (vay-faydan istifadə);
🛋️ Rahat və yumşaq mebel dəsti ilə təchiz olunmuş dincəlmə zonası;
📒Gəzməli yerlərlə bağlı informativ çap vəsaitləri (buklet, kitabça)

Ətraflı məlumat üçün: 👉🏻🔗 https://ticket.ady.az/elave-xidmetler/birinci-sinif-rahatligi-ile-seyahet

Sərnişinlərə xoş səyahət arzu edirik! #ady #demiryollari
📢Sərnişin qatarlarımız Qovlar stansiyasında da dayanacaq❗️

🗓İyulun 3-dən Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarına Tovuz rayonunun Qovlar stansiyasında dayanacaq verilməsi təmin olunacaq.

💸Bakıdan Qovlar stansiyasınadək bir istiqamətə gediş haqqı standart yerlərdə 16 AZN-dir.

Media üçün: 👉🔗https://rb.gy/fzw07 #ady #demiryollari
📢ADY bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək❗️

26 iyun-2 iyul tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə hər gün

🕤Bakı-Ağstafa saat 08:25 və 08-45 reysləri
🕤Ağstafa-Bakı saat 16:00 və 17:10 reysləri

Bakı-Qəbələ-Bakı marşrutu üzrə hər gün

🕣Bakı-Qəbələ 07:30
🕤Qəbələ-Bakı 19:30

🚉Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlar isə qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.

Cədvəllə tanış olmaq üçün www.ady.az saytına daxil ola bilərsiniz.
Media is too big
VIEW IN TELEGRAM
📢Əziz sərnişinlər,

💳Abşeron dairəvi dəmir yolu xətti üzrə səfər edərkən gediş haqqını ADY kartı ilə də ödəyə bilərsiniz.

💵Kartın balansını artırmaq üçün stansiyalarımızda fəaliyyət göstərən elektron köşklər və ya bilet kassalarına yaxınlaşmalısınız.

🚊Xatırladaq ki, 1 iyul tarixindən etibarən bu marşrut üzrə hərəkət edən qatarlara kağız biletinin satışı dayandırılır. #ady #demiryollari
📢3 iyul tarixindən Bakı-Sabunçu-Bakı marşrutu üzrə əlavə qatar reysi təyin edilir🚊

🕤saat 08:25-də Bakı Dəmiryol Vağzalından yola düşən qatar
🕣saat 08:42-də Sabunçu stansiyasına çatacaq.

🕣saat 08:52-də Sabunçu stansiyasından yola düşən qatar
🕘saat 09:07-də Bakı Dəmiryol Vağzalına çatacaq.

Eyni zamanda Bakı-Pirşağı-Sumqayıt istiqamətində sonuncu sərnişin qatarının hərəkət qrafikində dəyişiklik edilib.

Daha ətraflı: 👉🏻🔗 bit.ly/44rRvTa #ady #demiryollari

Müvafiq cədvəlləri təqdim edirik:
📢 Əziz sərnişinlər, sabahdan etibarən Bakı-Ağstafa-Bakı istiqamətində hərəkət edən sürətli sərnişin qatarımız Tovuz rayonunun Qovlar stansiyasında da dayanacaq.

💸 Nəzərinizə çatdıraq ki, Bakıdan #Qovlar stansiyasınadək bir istiqamətə gediş haqqı standart yer üçün 16 AZN-dir. #ady #demiryollari
📢İlk dəfə olaraq bu gün sürətli sərnişin qatarımız Qovlar stansiyasında dayandı. Səfər edən onlarla sərnişin mənzil başına rahat, vaxtında və təhlükəsiz çatdırıldı.

🚊Qovlar sakinləri bu gündən etibarən gündəlik qrafiklə Bakı-Ağstafa-Bakı marşrutu üzrə ADY-nin sərnişindaşıma xidmətindən rahat istifadə edə biləcəklər. #ady #demiryollari #Qovlar
🗓8-9 iyul tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib


🕣saat 08:25-də Bakı Dəmiryol Vağzalından yola düşən qatar
🕜saat 13:22-də Ağstafa Dəmiryol Vağzalına çatacaq.
🕠saat 17:10-da Ağstafa Dəmiryol Vağzalından yola düşən qatar
🕙saat 22:10-da Bakı Dəmiryol Vağzalına çatacaq.


Biletləri ady.az saytından onlayn əldə edə bilərsiniz.


Media üçün ətraflı: 👉🔗bit.ly/3O04y8W #ady #demiryollari
🗓15-16 iyul tarixlərinə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib.


🕣saat 08:25-də Bakı Dəmiryol Vağzalından yola düşən qatar
🕜saat 13:22-də Ağstafa Dəmiryol Vağzalına çatacaq.
🕠saat 17:10-da Ağstafa Dəmiryol Vağzalından yola düşən qatar
🕙saat 22:10-da Bakı Dəmiryol Vağzalına çatacaq.


Biletləri vağzalların kassalarından və www.ady.az saytından onlayn əldə etmək mümkündür.