Azərbaycan Tarixi
4.53K subscribers
949 photos
218 videos
65 files
1.21K links
Saxta tarixə yox deyək!
Download Telegram
Azərbaycan Tarixi
Photo
Şah Səfi tarixin ən qəddar şahlarından biri olsa da tarix onun haqqında bunları da yazıb;

Şah Səfi bir müddət Kərbəla və Nəcəfdə qaldı və orada "müqəddəs ziyarətgahlarda süpürgəçilik və xidmətlə məşğul oldu".

Azərbaycan Tarixi
Osmanlı sədrəzəmi tərəfindən Novruz bayramı münasibətilə birinci sultan İbrahimə yazılan təbrik namənin surəti

Azərbaycan Tarixi
📍“Naxçıvanqala” Naxçıvan şəhərinin cənub-şərqində yerləşən arxeoloji abidədir. Elmi ədəbiyyatda “Yəzdəgird qalası”, xalq arasında “Köhnəqala”, “Torpaqqala” adları ilə tanınır. Qalanın tikilmə tarixi dəqiq məlum deyil. 1957-59-cu illərdə qalanın ərazisində aparılan tədqiqatlar zamanı zəngin arxeoloji materiallar, xüsusilə, saxsı qab fraqmentləri, daş gürzlər aşkar olunub.

🔺Arxeoloji tədqiqatlardan belə daş gürzülərin Tunc dövründə (e.ə. 3-2-ci minilliklər) duz mədənlərində istifadə olunduğu məlumdur. Qalanın III Sasani hökmdarı Yəzdəgird (632-51/52) tərəfindən inşa olunduğu ehtimal olunur.

📸 PhotoStock.az-ın sözügedən kompleksdən hazırladığı fotoreportaj

Azərbaycan Tarixi
Tarixçi Əli Novruzovun cavabı;

Xiyabani Osmanlıya və Britaniyaya qarşı vuruşan insanlardan biri idi. 1918-ci ildə onun həbs edilməsinin əsas səbəbi də Osmanlının İrana (daha dəqiq desək Azərbaycan vilayətinə) həyata keçirdiyi eksponsionist yürüşü və Osmanlı qoşunlarının Cənubi Azərbaycanda həyata keçirdiyi qırğınlara qarşı çıxması ilə bağlı idi.

Xiyabani hətta Osmanlı və Britaniyanın protektoratı olan Azərbaycan Cümhuriyyətini tanımaq istəmirdi. 1919-cu ilin noyabrında Azərbaycan Cümhuriyyətinin Britaniyanın protektoratı kimi İrana birləşdirilməsi planı gündəliyə çıxarılanda İranda bu plana qarşı çıxanlardan biri də Xiyabani olmuşdu. Çünki Xiyabani İranın Britaniya dəstəkli şah hökumətinə qarşı mübarizə aparırdı, Azərbaycan Cümhuriyyətini idarə edən Müsavat iqtidarını da Britaniya ilə müttəfiq olduqlarına görə düşmən kimi görürdü və Britaniyaya qarşı düşmən mövqedə olan Azərbaycan SSR və Sovet Rusiyası ilə müttəfiqliyə üstünlük verirdi.

Azərbaycan Tarixi

Qeyd; Xiyabani İmam Xameneinin bibisinin əridir...
Yəhudi Uşaq Bağçası-Bakı, 1913

Azərbaycan Tarixi
İlk dəfə Azərbaycan mediasında yayımlanır

Maraqlıdır, niyə tariximizin bir parçası olan bu səmimi fotoları hətta Avropa Şurasının ümumi kütlə üçün nəzərdə tutulan media arxivindən də pul ilə sildiriblər?!

Əsarət kitabından

Kitab tezliklə PDF Kitabxana kanalında sizlərə təqdim olunacaq...

https://t.me/pdf_dini_kitablar
Qobustanda məscid açılışı üçün yazılan dəvətnamə

1991

Azərbaycan Tarixi
Təbrik deyin dostlar, kitabımız nəhayət ki, ərsəyə gəldi
Forwarded from PDF Kitabxana
Bakımız.pdf
7.3 MB
Azərbaycan Araşdırma Mərkəzi yeni elmi əsərini sizlərə təqdim edir

BAKIMIZ - SƏXAVƏTLİ KİŞİLƏRİN ŞƏHƏRİ

Bu kitabda Abşeron yarımadasındakı kəndlərin tarixi və toponimlərin mənası izah olunub.

Kitabın ərsəyə gətirilməsində məqsədimiz müsəlman milli kimliyimizə qayıdış və təhrif olunmuş tariximizə düzəlişdir.

Bakımız üçün "səxavətli kişilərin şəhəri" devizini seçməyimiz isə təsadüfi deyil. Bakı neftinin, Bakı şəhərinin sakinləri və sahibləri tərəfindən peyğəmbər nəslinə vəqf olunması, Nəcəf üləmasının Bakı kişilərini əliaçıqlıqda mədh etməsi faktları əsər üçün bu adı seçməyimizə səbəb olmuşdur.

Təqdim edəcəyimiz yeni kitabları mütaliə etmək üçün PDF Kitabxana kanalımızı izləmədə qalın.

Xoş mütaliələr...
Samux Rayonunun tarixi və Samux toponiminin izahı

Azərbaycan Tarixi