Azərbaycan24
7.1K subscribers
14.6K photos
928 videos
15.9K links
Media Company
Download Telegram
to view and join the conversation
Türkiyə Qarabağda bu qədər ərazini minalardan təmizləyib - http://www.azerbaycan24.com/turkiye-qarabagda-bu-qeder-erazini-minalardan-temizleyib/
Azərbaycan-Pakistan-Türkiyə formatının gücləndirilməsi müzakirə edildi - http://www.azerbaycan24.com/azerbaycan-pakistan-turkiye-formatinin-guclendirilmesi-muzakire-edildi/
Hulusi Akar Zakir Həsənovla Elçin Quliyevə zəng etdi - http://www.azerbaycan24.com/hulusi-akar-zakir-hesenovla-elcin-quliyeve-zeng-etdi/
14 Azərbaycan hərbçisi şəhid oldu - Adlar - http://www.azerbaycan24.com/14-azerbaycan-herbcisi-sehid-oldu-adlar/
Prezident İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib - http://www.azerbaycan24.com/prezident-ilham-eliyev-helikopter-qezasinda-helak-olanlarin-ailelerine-bassagligi-verib/
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Xaçmaz şəhərində, yanacaqdoldurma məntəqəsinin ərazisində “DAF” markalı qoşqulu yük avtomobilinin yanar hissələri və qismən qoşqusu yanıb. Yanğın zamanı sürücü müxtəlif yanıq xəsarətləri ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım tərəfindən xəstəxanaya aparılıb. Qoşqunun qalan hissəsi və yanacaqdoldurma məntəqəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Qəzaya uğrayan hərbi helikopterin "qara qutu"su tapılıb

Qəzaya uğrayan hərbi helikopterin qara qutusu tapılıb
Dövlət Sərhəd Xidmətinin (DSX) noyabrın 30-da Xızı rayonu ərazisində qəzaya uğrayan hərbi helikopterinin "qara qutu"su tapılıb.

Bu barədə Baş Prokuorluqdan məlumat verilib.

"Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, Müdafiə Nazirliyindən cəlb olunan mütəxəssis tərəfindən "qara qutu"nun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır", - qurumdan bildirilib.

Qeyd edək ki, qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, istintaqı Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.
“Helikopter, demək olar ki, yeni helikopterdir, onun üzərində qısa müddət öncə təmir işləri aparılmışdı”.

Bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev brifinq zamanı deyib.

“Hadisə ilə əlaqədar ilkin müayinə işləri aparılmışdır. “Qara qutu”lar tapılmışdır. Hazırda “qara qutu”nun müvafiq hissələri Baş Prokurorluqdadır.

Yəqin ki, onlar tərəfindən də dərin təhlil işləri aparılacaq və hadisənin baş vermə səbəbi daha da dəqiqləşdiriləcəkdir”, - o qeyd edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb.

Bu barədə məlumatı “Anadolu” agentliyi yayıb.

Türkiyənin dövlət başçısı hərbi helikopterin qəzaya uğraması nəticəsində şəhid olan hərbçilər üçün başsağlığı verib.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanması, 14 nəfərin isə həlak olması faktı ilə bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Həlak olanlara şəhid statusu veriləcəkmi və ölkədə matəm elan olunacaqmı?
Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən, AZAL-ın J2-2251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmağa qərar verib.

Bu barədə AZAL-dan bildirilib.

Təyyarə saat 21:37-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Hava şəraiti yaxşılaşdıqdan sonra sərnişinlər Naxçıvana yola düşəcəklər.

Qeyd edək ki, bu gün Naxçıvanı bürüyən güclü duman AZAL-ın bu istiqamətdə həyata keçirdiyi reyslərinin gecikməsinə səbəb olub.
“Azərbaycanda təlimlər zamanı qəzaya uğrayan helikopterdə həlak olan şəhidlərimizə uca Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm”.

Bunu Türkiyənin İYİ Partiyanın sədri Meral Akşener tviterdə yazıb.

“Şəhidlərimizin ruhu şad, məkanı cənnət olsun. Bütün azərbaycanlı qardaşlarımızın başı sağ olsun...”, - siyasətçi qeyd edib.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanması, 14 nəfərin isə həlak olması faktı ilə bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.
Fransanın Azərbaycandakı səfiri Zakari Qross hərbi helikopter qəzası ilə əlaqədar başsağlığı verib.

Səfir bu barədə "Twitter"də yazıb.

“Xızıda “Qaraheybət” poliqonunda baş vermiş faciəvi helikopter qəzası nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm”, - Zakari Qross bildirib.