𝐀𝐙𝐏𝐔𝐋𝐒𝐄
6.72K subscribers
18.6K photos
16K videos
33 files
18.4K links
Gördüyünüz və paylaşılmasını istədiyiniz xəbərləri, videoları və məlumatları bizə göndərin.

Əlaqə: @Azpulse_contact
Download Telegram
🇷🇺Axios:

Rusiya danışıqlarının nümayəndələri bildiriblər ki, Putin 2021-ci ildə Rusiyanın təhlükəsizliklə bağlı narahatlıqlarını əks etdirən məktubuna Baydenin cavab verməməsi səbəbindən Ukraynaya müdaxilə qərarı verib.

Cared Kuşner və Stiv Uitkoff Moskvaya bildiriblər ki, “2021-ci ildən bəri dünya xeyli dəyişib” və Rusiyanı Avropa ilə gərginliyi azaltmaq üçün tələblərini və qarşılıqlı addımları əks etdirən yeni təhlükəsizlik təklifi təqdim etməyə çağırıblar.


✅İzlə:Azpulse
😐1
❗ The Wall Street Journal:

Qara dəniz 2026-cı ildə Hörmüz boğazını geridə qoyaraq dünyanın ən təhlükəli gəmiçilik marşrutuna çevrilib.

300-dən çox hücum nəticəsində 30-dan artıq dənizçi həlak olub, 20 nəfər isə itkin düşüb. Müqayisə üçün, fevral ayından bəri Qərbi Asiyada təxminən 130 hücum qeydə alınıb və 25 nəfər həyatını itirib.

Oktyabr ayında Bosfor boğazından keçən gəmilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 41% azalıb. Bu, Avropa İttifaqını Qara dənizdə dəniz təhlükəsizliyi mərkəzinin yaradılması planlarını sürətləndirməyə vadar edib.


✅İzlə:Azpulse
❤5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇦 Ukrayna Prezidenti Volodimir Zelenski:

“Avropanın iştirakı olmadan bu müharibəyə son qoymaq ədalətli olmaz və açığını desəm, bu, heç mümkün də deyil”.


✅İzlə:Azpulse
🤡5🔥3
🇺🇦 Zelenski bildirib ki, SpaceX-in hərbi peyk xidməti olan Starshield yenidən sistematik olaraq 161 km/saat sürət məhdudiyyətinə məruz qalır. Bu isə Rusiyanın reaktiv mühərrikli dronlarının ələ keçirilməsini çətinləşdirir.

✅İzlə:Azpulse
🇺🇸 ABŞ İsrailə qarşı sanksiyalara görə Böyük Britaniya və Niderlandı sanksiyalarla hədələyib.

🔹ABŞ-ın 13 ştatının baş prokuroru Britaniyanın ABŞ-dakı səfiri Kristian Törnerə göndərdikləri məktubda baş nazir Endi Börnham hökumətindən İordan çayının qərb sahilində İsrail köçkünlərinin fəaliyyətinə qarşı tətbiq edilən sanksiyaları ləğv etməyi tələb ediblər.

🔹Məktubda İsrail yaşayış məntəqələrinə qarşı Britaniyaya bənzər tədbirlər görən Niderland da sanksiyalarla hədələnib.


✅İzlə:Azpulse
👎3
🇮🇷 İranın hücumlarının İsrailə vurduğu zərər: Təzminat fondu iflas təhlükəsi ilə üz-üzədir

🔹Qəzza müharibəsinin ilk günlərindən İsrailin görünməmiş maliyyə və iqtisadi böhranla üzləşəcəyi barədə xəbərdarlıqlar səsləndirilirdi. İvritdilli KİV-lərin məlumatına görə, İsrail 7 oktyabr 2023-cü ildən bəri müharibələr nəticəsində dəymiş zərərlərə görə təxminən 38,6 milyard şekel təzminat ödəyib.

🔹Eyni zamanda, müharibə təzminatları fondunun ehtiyatları kritik səviyyəyədək azalıb. On minlərlə təzminat müraciətinin hələ də cavablandırılmadığı bir vaxtda bu vəziyyət fondun yeni müharibənin xərclərini qarşılamaq imkanları ilə bağlı narahatlıq yaradıb.


✅İzlə:Azpulse
👍4
🇺🇸 ABŞ hərbi gəmisinin dənizçilərinin ailələri İranla müharibə missiyasına etiraz edir.

🔹MS NOW xəbər şəbəkəsi ABŞ Hərbi Dəniz Qüvvələrinin USS George H. W. Bush aviadaşıyıcı zərbə qrupunun hərbçilərinin ailələri ilə keçirdiyi görüşün eksklüziv audioyazısını əldə edib. Görüşdə ailələrə bildirilib ki, gəmi Milad və Yeni il bayramlarından əvvəl evə qayıtmayacaq.

🔹Hərbçilərin ailə üzvləri görüş zamanı texniki avadanlıqlardakı nasazlıqlardan, təzə ərzaq ehtiyatlarının azalmasından və ekipaj üçün psixoloji sağlamlıq xidmətlərinin çatışmazlığından narazılıqlarını bildiriblər.


✅İzlə:Azpulse
👍6
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇸🇾 Suriyanın Rəqqa şəhərində etirazçılar Dəməşqə və Türkiyəyə neft daşıyan tankerlərin hərəkətinə mane olmaq üçün yolları bağlayıb və şinlər yandırıblar.

✅İzlə:Azpulse
🔥4👏3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇵🇰🇮🇷 Pakistanın Baş naziri Şahbaz Şərif və İran Prezidenti Məsud Pezeşkian Antalyada görüşüblər.

✅İzlə:Azpulse
🔥2🤡2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇵🇸 İsrailli məskunlaşanlar İordan çayının qərb sahilində, Ramallahın şimal-şərqində yerləşən Əl-Muğəyyir düzündə zeytun yığan fələstinlilərə hücum ediblər.

🔹İsrailli məskunlaşanlar fələstinli fermerlərin avadanlıqlarını da ələ keçiriblər.


✅İzlə:Azpulse
🤬12
🇹🇷🇨🇳 Türkiyə ilə Çin arasında Antalyada keçirilən COP31 çərçivəsində təxminən 15 milyard dollarlıq bərpaolunan enerji investisiyasını nəzərdə tutan anlaşma imzalanıb.

🔹Anlaşmaya əsasən, Türkiyədə ümumi gücü 7 000 MVt olan günəş və külək elektrik stansiyalarının, enerji saxlama sistemlərinin və 4 000 MVt gücündə elektrik ötürücü infrastrukturun qurulması hədəflənir.

🔹Əməkdaşlıq texnologiya transferini və külək turbinləri üçün avadanlıqların Türkiyədə istehsalını da əhatə edir.


✅İzlə:Azpulse
❤4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇷🇺🚨 Rusiya ordusu saatlardır Ukraynanın paytaxtı Kiyevi atəşə tutur.
👍6
🇺🇸🇮🇱 İsrail mediasının məlumatına görə, İran məsələsinə görə Tramp və Netanyahu arasında kəskin mübahisə yaşanıb.

🔹Netanyahu dəfələrlə Trampı İranla müharibəni yenidən başlatmağa çağırıb, Tramp isə diplomatik danışıqların davam etdirilməsində israr edib.

🔹Netanyahunun ofisi isə bu xəbərləri «saxta məlumat» adlandıraraq tərəflər arasında hər hansı qarşıdurmanın baş verdiyini təkzib edib.


✅İzlə:Azpulse
🤡2
ABŞ-ın ilk müsəlman senatoru Əbdül Əl-Seyid:

«İrana qarşı müharibənin heç bir məntiqi yoxdur.

Məncə, Amerika xalqı benzin və ərzaq qiymətlərini artıran, iştirak etməməli olduğumuz bu mənasız müharibədən bezdiyi üçün bizi seçib».
👍7💯3👎1
Maldiv hökuməti israillilərin ölkəyə girişini daimi olaraq qadağan edən qanun layihəsini parlamentə təqdim edib.
❤19👍5
Qəzzada çadırlarda yaşayan 9 aylıq körpə kəskin soyuğa tab gətirə bilməyərək həyatını itirib.
😢25🤬5💔1
Çin Xalq Respublikasının Sədri Si Cinpin Tayvanın Çinlə birləşməsi barədə:

«Tarixin axarını dayandırmaq mümkün deyil. Vətənin tam birləşməsi mütləq həyata keçirilməli və mütləq həyata keçiriləcək».
❤13
Əbdül Əl-Seyid and içərkən Qurandan istifadə edəcəyini təsdiqləyib.

Bu baş verərsə, o, ABŞ tarixində senator vəzifəsinə Qurana and içərək başlayan ilk şəxs olacaq.
😐8👍1👎1