ABF • Azərbaycan Basketbol Federasiyası
321 subscribers
2.83K photos
249 videos
603 links
Azərbaycan Basketbol Federasiyasının rəsmi Telegram kanalı
Download Telegram
🏀 Gəncədə növbəti avrokubok həyəcanı!

Təmsilçimiz Gəncə FIBA Avropa Kubokunun qrup mərhələsində Türkiyənin Esenler Erokspor komandası ilə qarşılaşacaq. Doğma meydanda keçiriləcək oyuna biletlər artıq satışdadır!

🏀 Gəncə 🆚 Esenler Erokspor
📅 12 noyabr • 19:00
📍 Gəncə İdman Sarayı

Gəncəyə doğma meydanda dəstək olmaq üçün səni də tribunaya dəvət edirik! 🙌

🎟️ Biletləri azebasketball.com saytından və ya oyun günü arenanın kassasından əldə edə bilərsiniz.
ℹ️ 14 yaşadək uşaqlar üçün bilet tələb olunmur.

#AzeBasketball #BasketballAzerbaijan #Gəncə #FIBAEuropeCup
👍1
🇦🇿 Üçrəngli bayrağımız Azərbaycanın müstəqilliyinin, suverenliyinin və milli birliyinin rəmzidir.

1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edilən üçrəngli bayrağımız bu gün də xalqımızın qürur mənbəyidir.

Dövlət Bayrağı Günümüz mübarək! 🇦🇿

#Azərbaycan #9Noyabr #AzərbaycanBayrağı #Azerbaijan #AzeBasketball #BasketballAzerbaijan
🕊1
🇦🇿 Azərbaycanlı qadın basketbolçu ilk dəfə Basketball Without Borders (BWB) proqramında iştirak edəcək!

Milli komandamızın üzvü Polina Şukina NBA, WNBA və FIBA-nın birgə təşkil etdiyi "Basketball Without Borders" (BWB) proqramının qadınlar üçün nəzərdə tutulan BWB Next Up düşərgəsinə seçilib. Bununla da Azərbaycan ilk dəfə bu proqramda təmsil olunacaq.

🏀 18–21 noyabr tarixlərində Sinqapurda keçiriləcək düşərgədə dünyanın müxtəlif ölkələrindən 80 perspektivli gənc basketbolçu iştirak edəcək.

⭐ Polina 2025-ci ildə U16 Avropa Çempionatının B divizionunda ən çox xal toplayan üç basketbolçudan biri olub. 2026-cı ildə keçirilən U18 Avropa Çempionatının B divizionunda isə ribaund və effektivlik göstəricilərinə görə turnirin lideri olub.
👍1
Düşərgə müddətində iştirakçılar tanınmış basketbolçular və məşqçilərin rəhbərliyi altında məşqlərdə və oyunlarda iştirak edərək bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaqlar. Ən yaxşı iştirakçılar BWB All-Star düşərgəsinə seçilmək şansı əldə edəcəklər.

📍 Sinqapur
📅 18–21 noyabr

Polinaya uğurlar arzulayırıq! Ölkəmizi layiqincə təmsil edəcəyinə inanırıq! 🇦🇿🏀

#AzeBasketball #BasketballAzerbaijan #MilliKomanda #BWBNextUp
👍1
🏀 ABL-də ilk dövrənin son turu!

14–16 noyabr tarixlərində VII turun oyunları keçiriləcək. Komandalar bu dəfə Bakı və Sumqayıtda üz-üzə gələcəklər.

📍 Milli Gimnastika Arenası
📍 Bakı İdman Sarayı
📍 Sumqayıt OİK

🎟️ Biletləri azebasketball.com saytından və ya oyun günü arenanın kassasından əldə edə bilərsiniz.
ℹ️ 14 yaşadək uşaqlar üçün bilet tələb olunmur.

#AzeBasketball #BasketballAzerbaijan #ABL
👍1
🇦🇿 Sabah bu gün Basketbol Çempionlar Liqasında növbəti oyununa çıxacaq! 🏀

Təmsilçimiz qrup mərhələsində Türkiyənin Trabzonspor komandasını qəbul edəcək.

🏀 Sabah 🆚 Trabzonspor
📅 10 noyabr • 20:00
📍 Milli Gimnastika Arenası
📺 Canlı yayım: CBC Sport

Gəlin, tribunadan Sabaha birlikdə dəstək olaq! Komandamıza uğurlar arzulayırıq! 🇦🇿

#AzeBasketball #BasketballAzerbaijan #Sabah #BasketballCL
👍1
Media is too big
VIEW IN TELEGRAM
🇦🇿 Yeni mərhələ, yeni hədəflər! 🔥

Qadınlardan ibarət millimiz sabah Avropa Çempionatının ilkin təsnifat mərhələsində ilk oyununa çıxır!

🏀 Azərbaycan 🆚 İsveçrə
📅 11 noyabr | 15:00
📍 Milli Gimnastika Arenası
📺 İdman TV

🎟️ Biletləri azebasketball.com saytından və ya oyun günü arenanın kassasından əldə edə bilərsiniz.
ℹ️ 14 yaşadək uşaqlar üçün bilet tələb olunmur.

Tribunalarda görüşək! Millimizə birlikdə dəstək olaq! 🇦🇿🙌

#AzeBasketball #BasketballAzerbaijan #MilliKomanda #EuroBasketWomen
👍1
🇦🇿 «Sabah»dan Basketbol Çempionlar Liqasının qrup mərhələsində ardıcıl ikinci qələbə! 🦉🔥

Təmsilçimiz Türkiyənin «Trabzonspor» komandasını doğma meydanda 91:72 hesabı ilə məğlub edib.

Bununla da «Sabah» Basketbol Çempionlar Liqasının qrup mərhələsində ardıcıl ikinci qələbəsini qazanaraq klub tarixində ilk dəfə belə nəticəyə imza atıb. Komandamız hər iki qələbəni Bakıda əldə edib.

🏀 «Sabah» 91:72 «Trabzonspor»

🗓️ Növbəti avrokubok oyunu:
🏀 «Nanterre 92» 🆚 «Sabah»
📅 9 dekabr
📍 Nanter, Fransa

Komandamızı qələbə münasibətilə təbrik edir, qarşıdakı oyunda uğurlar arzulayırıq! 🇦🇿

#AzeBasketball #BasketballAzerbaijan #Sabah #BasketballCL
❤2👏1
🇦🇿 Oyun günüdür! 🏀

Qadınlardan ibarət milli komandamız FIBA EuroBasket 2029-un ilkin təsnifat mərhələsində ilk oyununa çıxır!

Millimizə uğurlar arzulayırıq! 💪🇦🇿

🏆 FIBA Women’s EuroBasket 2029 | İlkin təsnifat mərhələsi
🆚 İsveçrə 🇨🇭
📅 11 noyabr | 15:00
📍 Milli Gimnastika Arenası
📺 İdman TV

🎟️ Biletlər: azebasketball.com və arenanın kassası
ℹ️ 14 yaşadək uşaqlar üçün bilet tələb olunmur.

Tribunalarda görüşək! Millimizə birlikdə dəstək olaq! 🙌

#AzeBasketball #BasketballAzerbaijan #MilliKomanda #EuroBasketWomen
👍1
🇦🇿 «Neftçi» bu gün FIBA Avropa Kubokunda növbəti oyununa çıxacaq! 🏀

Təmsilçimiz qrup mərhələsində Yunanıstanın «Mykonos Betsson BC» komandasını doğma meydanda qəbul edəcək.

🏀 «Neftçi» 🆚 «Mykonos Betsson BC»
📅 11 noyabr • 20:00
📍 Milli Gimnastika Arenası
📺 Canlı yayım: İdman TV

Doğma meydanda «Neftçi»yə birlikdə dəstək olaq! 🇦🇿

🎟️ Biletləri azebasketball.com saytından və ya oyun günü arenanın kassasından əldə edə bilərsiniz.
ℹ️ 14 yaşadək uşaqlar üçün bilet tələb olunmur.

#AzeBasketball #BasketballAzerbaijan #Neftçi #FIBAEuropeCup
👍1
🏀 Bu axşam avrokubok həyəcanı İsveçrədə davam edəcək! 🇦🇿

«Landau Lions» FIBA Avropa Kubokunun qrup mərhələsində səfərdə «Lions de Genève» komandası ilə qarşılaşacaq.

🏀 «Lions de Genève» 🆚 «Landau Lions»
📅 11 noyabr • 23:30
📍 Centre Sportif de la Queue-d’Arve, Cenevrə, İsveçrə
📺 Canlı yayım: İdman TV

Təmsilçimizə İsveçrədəki oyunda uğurlar arzulayırıq! 🇦🇿

#AzeBasketball #BasketballAzerbaijan #LandauLions #FIBAEuropeCup
👍1
🏀 İsveçrəyə qarşı start beşliyimiz bəllidir! 🇦🇿

#AzeBasketball #BasketballAzerbaijan #MilliKomanda #EuroBasketWomen
👍1
🇦🇿 Oyun başa çatdı.

Millimiz FIBA Women’s EuroBasket 2029-un ilkin təsnifat mərhələsində ilk oyununu İsveçrəyə qarşı keçirdi.

🏀 Növbəti oyunumuz:
🇦🇿 Azərbaycan 🆚 İrlandiya 🇮🇪
📅 14 noyabr | 14:00
📍 Milli Gimnastika Arenası

#AzeBasketball #BasketballAzerbaijan #MilliKomanda #EuroBasketWomen
👍1🕊1👀1
🇦🇿 «Neftçi»dən FIBA Avropa Kubokunda mövsümün ilk qələbəsi! 🏀🖤🤍

Təmsilçimiz qrup mərhələsində Yunanıstanın «Mykonos Betsson BC» komandasını doğma meydanda məğlub edərək cari mövsümdə ilk qələbəsini qazanıb.

İlk perioddan sonra hesabda geri olan «Neftçi» ikinci periodda üstünlüyü ələ keçirib, üçüncü periodda isə fərqi artırıb.

🏀 «Neftçi» 84:80 «Mykonos Betsson BC»

🗓️ Növbəti avrokubok oyunu:
🏀 «VEF Riga» 🆚 «Neftçi»
📅 18 noyabr
📍 Riqa, Latviya

Komandamızı qələbə münasibətilə təbrik edir, qarşıdakı oyunda uğurlar arzulayırıq! 🇦🇿

#AzeBasketball #BasketballAzerbaijan #Neftçi #FIBAEuropeCup
❤1
🇦🇿 «Landau Lions» FIBA Avropa Kubokunda növbəti oyununu keçirib. 🏀

Təmsilçimiz qrup mərhələsində səfərdə İsveçrənin «Lions de Genève» komandasına məğlub olub.

🏀 «Lions de Genève» 85-77 «Landau Lions»

🗓️ Növbəti avrokubok oyunu:
🏀 «Landau Lions» 🆚 «BC Prievidza»
📅 18 noyabr
📍 Bakı İdman Sarayı

«Landau Lions»a növbəti oyunda uğurlar diləyirik! 🇦🇿

#AzeBasketball #BasketballAzerbaijan #LandauLions #FIBAEuropeCup
🇦🇿 Bu gün Gəncədə FIBA Avropa Kubokunun növbəti oyunu keçiriləcək! 🏀

Təmsilçimiz «Gəncə» qrup mərhələsində Türkiyənin «Esenler Erokspor» komandasını doğma meydanda qəbul edəcək.

🏀 «Gəncə» 🆚 «Esenler Erokspor»
📅 12 noyabr • 19:00
📍 Gəncə İdman Sarayı
📺 Canlı yayım: İdman TV

Gəlin, bu axşam «Gəncə»yə doğma meydanda birlikdə dəstək olaq! 🇦🇿

🎟️ Biletləri azebasketball.com saytından və ya arenanın kassasından əldə edə bilərsiniz.
ℹ️ 14 yaşadək uşaqlar üçün bilet tələb olunmur.

#AzeBasketball #BasketballAzerbaijan #Gəncə #FIBAEuropeCup
Oyunu tribunadan izlə! 🏀

“Sabah” 🆚 “Neftçi”
📅 14 noyabr • 19:00
📍 Milli Gimnastika Arenası
🚪 Giriş: P qapısı

🎟️ Biletləri azebasketball.com saytından və ya arenanın kassasından əldə edə bilərsiniz.
ℹ️ 14 yaşadək uşaqlar üçün bilet tələb olunmur.

#AzeBasketball #BasketballAzerbaijan #ABL #SABvsNEF
🇦🇿 «Gəncə» FIBA Avropa Kubokunda növbəti oyununu keçirib. 🏀

Təmsilçimiz qrup mərhələsində doğma meydanda Türkiyənin «Esenler Erokspor» komandasına məğlub olub.

🏀 «Gəncə» 66:97 «Esenler Erokspor»

🗓️ Növbəti avrokubok oyunu:
🏀 «Kolossos H Hotels» 🆚 «Gəncə»
📅 18 noyabr
📍 Faliraki, Yunanıstan

Komandamıza qarşıdakı oyunda uğurlar arzulayırıq! 🇦🇿

#AzeBasketball #BasketballAzerbaijan #Gəncə #FIBAEuropeCup