AZCLOUD.az
68 subscribers
51 photos
5 videos
1 file
43 links
AZCLOUD is the first cloud services based on TIER III, ISO 22301, ISO 20000 and ISO 27001 certified data center in Azerbaijan.
Download Telegram
"Azcloud"un yerləşdiyi data mərkəzinin aid olduğu "AzInTelecom" Beynəlxalq İnformasiya Təhlükəsizliyi Standartının (ISO 27001-2013) etibarlılıq müddətini uzadıb: https://bit.ly/2ZAfgK4
28 iyul 11:00-da sizi arixvləşdirmənin 5 əsas üstünlüyü ilə tanışlıq vebinarı gözləyir.
Keçidə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz: https://bit.ly/3eVfRup
Sizi 28 iyulda keçirəcəyimiz "Azcloud ilə arxivləşdirmənin 5 əsas üstünlüyü" ödənişsiz vebinarına dəvət edirik! Qoşularaq mütəmadi istifadə etmədiyiniz böyük həcmli məlumatları arxivləşdirmə vasitəsilə saxlamaq barədə ətraflı məlumat ala bilərsiniz.
Qeydiyyat üçün: https://bit.ly/2CzowVV
Vebinara qeydiyyat davam edir! Xatırladaq ki, "AzInTelecom"un məhsul və xidmətlər üzrə aparıcı mütəxəssisi Fərrux Fərəcullevin təqdimatında «Azcloud-dan arxivləşdirmənin 5 əsas üstünlüyü» vebinarında siz mütəmadi istifadə olunmayan böyük həcmli məlumatları saxlamağın rahat və səmərəli yolunu kəşf edəcəksiniz.
Qeydiyyat üçün: https://bit.ly/3eVfRup
Azcloud-un Arxivləşdirmə xidməti (AaaS) sayəsində böyük həcmli məlumatların uzunmüddətli saxlanması, eləcə də istənilən zaman onların tamlığının yoxlanılması və axtarışı mümkündür! Bu və diqər üstünlüklər haqqında daha ətraflı məlumat almaq üçün vebinara qoşulmağa dəvət edirik! Qeydiyyat üçün: https://bit.ly/3eVfRup
«Azcloud ilə arxivləşdirmənin 5 əsas üstünlüyü» vebinarına cəmi 1 saat qaldı! Saat 11:00-da xidmətlər üzrə aparıcı mütəxəssisimiz Fərrux Fərəcullayevin təqdimatında Azcloud ilə arxivləşdirmənin 5 əsas üstünlüyü haqda vebinar başlayacaq. İştirak üçün: http://event.azcloud.az/
Onlayn görüşlərdə yeni mərhələyə addım atın və canlı görüşün bütün üstünlüklərini Azcloud-dan videokonfrans (VCaaS) ilə kəşf edin.
Niyə məhz Azcloud? Çünki bizim bulud xidmətlərindən yararlanmaqla əlavə infrastrukturun və xidmət komandasının yaradılmasına ehtiyac qalmayacaq. Hər hansı sualınız yarandığı halda isə əməkdaşlarımız günün istənilən vaxtı köməyinizə çatacaq.
Məlumat itkisindən heç kim sığortalanmayıb. İnformasiyanı tez bir zamanda bərpa etmək, onu qoruyub saxlamaq üçün Azcloud bulud həlləri Rezervlənmə (BaaS) xidmətini təklif edir.
Azcloud bulud xidmətlərindən istifadə etməklə siz avadanlıq və proqram təminatının alınması üçün böyük xərclər əvəzinə yalnız buluddan faktiki istifadəyə görə mütəmadi və daha az ödənişlər edirsiniz. Beləcə kapital xərcləri əməliyyat xərcləri ilə əvəz olunur.
Araşdırmalar göstərir ki, 90 gün saxlandıqdan sonra böyük həcmli məlumatların 95%-i uzun müddət boyunca istifadəsiz qalır. Amma elə gün gəlir ki, onlar istifadəyə gərəkli olur. Məhz bu hallar üçün Azcloud arxivləşdirmə, yəni AaaS xidmətini təklif edir.
Ofisə daxil olaraq serveri oğurlamaq, ona zərər yetirmək asan olsa da, böyük data-mərkəzlərində bu qeyri-mümkündür. Müasir data-mərkəzi qapalı, məhdud girişli, güclü mühafizəli, video qeydiyyat aparılan məkandır. Azcloud da müştərilərinin məlumatlarını xüsusi mühafizə sistemli, ISO 20000 (İT xidmətlərinin göstərilməsi və idarə edilməsi), ISO 22301 (biznesin davamlılığı) və ISO 27001 (informasiya təhlükəsizliyi) sertifikatlarına malik data-mərkəzlərində saxlayır. Buraya hətta şirkət əməkdaşlarının da daxil olması üçün xüsusi icazə tələb olunur, odur ki, məlumatların oğurlanması isə avadanlıqların nəhəng həcmi və böyük çəkisinə görə mümkünsüzdür.
Avadanlığın işində nasazlıq olduğu halda Azcloud-dan BaaS, yəni rezervlənmə xidməti müştəriyə infrastrukturunun rezerv nüsxələrini yaratmağa imkan verən bulud xidmətini təklif edir. Lokal və hibrid mühitdə "Back up as a Service" istifadə olunur ki, bu da məlumatların davamlı, etibarlı mühafizəsini təmin edir.
Məlumatlarınızı buludda saxlamaqla siz limitsiz imkanlar əldə edirsiniz. Daha yer azlığı və ya mövcud saxlama yerinin genişləndirilməsi haqda düşünməyə ehtiyac qalmır.
Şirkətlər və dövlət müəssisələri üçün məlumat təhlükəsizliyi ən önəmli tələblərdəndir. Azcloud-un təklif etdiyi VCaaS xidməti ilə videokonfranslarınızda:
• Bütün təhlükəsizlik standartları dəstəklənir;
• İştirakçıların daxil olma icazəsi sizin nəzarətinizdədir;
• Xüsusi şifrələmə ilə konfidensiallığı qoruyursunuz.
Harada olduğunuzdan asılı olmayaraq, SIP zəngin nömrəsi də, qiyməti də eyni qalır - yetər ki, internetə qoşulasınız.
Xidmətin əsas üstünlüyü isə rahat uyğunlaşan texnologiyadır. Siz asanlıqla yeni alətlər əlavə edə, SIP telefonu yeni məkana yerləşdirə və internetə qoşaraq istifadə edə bilərsiniz.
Eləcə də, SIP telefoniyadan istifadə kommunikasiya üzrə xərclərinizi 30%-dək endirir. Bu isə mütəmadi olaraq beynəlxalq zənglər edən şirkətlər üçün mühüm üstünülükdür.
Bulud xidmətlərindən istifadəyə başlayan andan etibarən siz İnternetə qoşulma mümkün olan istənilən yerdən məlumatlarınıza giriş imkanı əldə edirsiniz. Bu rahat funksiya sizi hər hansı məkana, saat qurşağına bağlılıqdan azad edir.
“AZCLOUD”un “Rezervlənmə” xidməti haqqında ödənişsiz əsaslarla “Vaxtında rezervlənmə ilə məlumat itkisinin birdəfəlik həlli” vebinarı təşkil edilir. Vebinarda məlumatların düzgün idarə edilməsi və saxlanılması metodları izah olunacaq. "Rezervlənmə" xidməti vasitəsilə məlumatların və bulud infrastrukturunun daimi rezervlənməsi və məlumat itkisi baş verən zaman onun dərhal bərpası texnologiyası ilə daha yaxından tanış olmaq üçün sizi vebinara dəvət edirik.
Vebinarda iştirak etmək üçün aşağıdakı linkdə qeydiyyatdan keçmək lazımdır:
https://forms.gle/zN97sF9w9DswV2PV6
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC AZCLOUD brendi altında “Yerləşdirmə” xidməti çərçivəsində “Əlavə Dəyər Xidmətləri”ni istifadəyə verib.
Daha ətraflı: https://bit.ly/2LMPSMy
Bu gün “AZCLOUD”un “Rezervlənmə” xidməti haqqında “Vaxtında rezervlənmə ilə məlumat itkisinin birdəfəlik həlli” adlı vebinar təşkil edilib. "AzInTelecom" MMC-nin Bulud məhsuları üzrə eksperti Fərrux Fərəcullayev məlumatların qorunmasının vacibliyi, “AZCLOUD”un “Rezervlənmə” xidməti vasitəsilə məlumatların qorunması, rezervlənmə panelinin nümayişi və planlaşdırılan yeniliklər haqqında danışıb. Vebinarda 50 nəfərdən çox dövlət və özəl sektorun nümayəndələri, bulud xidmətləri ilə maraqlanan gənc mütəxəssislər və tələbələr iştirak edib. Sual-cavab sessiyası ilə başa çatan onlayn tədbirin iştirakçılarına sorğu üzrə “AZCLOUD”un “Rezervlənmə” xidməti çərçivəsində 30 günlük ödənişsiz test mühiti hədiyyə olunub.