Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
193 subscribers
2.95K photos
738 videos
7 files
185 links
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmi Teleqram kanalı
Download Telegram
📣İmişli rayonunda 43.5 km uzunluğa malik yolların yenidən qurulması davam edir.

📌İmişli rayonunda Ağsu-Kürdəmir-Bəhrəmtə avtomobil yolunun 71-ci km-dən ayrılan Məmmədli-Ağamalılar-Əlyetməzli-Allahmədətli-Telişli marşrutu üzrə avtomobil yollarının yenidən qurulması davam edir.

🚜Yenidənqurma işlərinə ilk olaraq layihənin uzunluğu 24 km təşkil edən Ağamalılar hissəsindən başlanılıb. Yolun bu hissəsində:
- torpaq işləri
-yararsız qruntun qazılması
-bitki qatının çıxarılması
-çay daşlarından istifadə edərək yol yatağının layihə səviyyəsinə qaldırılması və genişləndirilməsi işləri aparılıb.

📢Ağamalılar yolu üzrə işlər yekunlaşdıqdan sonra layihənin 5 km-lik Məmmədli hissəsində tikinti işlərinə start veriləcək.

📍Layihə çərçivəsində suların ötürülməsi üçün:
- mövcud suötürücü boruların təmiri
- yeni boruların quraşdırılması
- yolun Ağamalı və Əliyetməzli kəndləri ərazisində mövcud avtomobil körpülərinin təmiri də nəzərdə tutulub.

📌Tikinti layihəsinin sonuncu mərhələsində:
- avtobus dayanacaqlarının
- yol nişanlarının quraşdırılması
-yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılacaq.

YOLUNUZ AÇIQ OLSUN...

#AAYDA #YolTikintisi #Yolİnfrastrukturu #Yol
Media is too big
VIEW IN TELEGRAM
📣 ℹ️"7 kəndin yol problemi həll olunur"

Ətraflı: ➡️ bit.ly/3lfSIfb

🙏 YOLUNUZ AÇIQ OLSUN...

#AAYDA #YolTikintisi #Yolİnfrastrukturu #Yol
📢Agentliyin tabeliyində olan hansı Məhdud Məsuliyyətli Cəmiyyətin işindən razısınız

📝Hər bir izləyicimizi AAYDA-nin "Instagram" və "Facebook" səhifələrində keçirilən sorğuda iştirak etməyə dəvət edirik⤵️

🔊SORĞU LİNKLƏRİ:

Facebook : http://bit.ly/3Fst5Pi

Instagram :http://bit.ly/3yN2lFa


#AAYDA #SosialSorğu
📣 Sürücülərin nəzərinə ! MƏLUMAT

Bakı şəhəri, Nəsimi rayonu Alı Mustafayev küçəsində (3-cü mkrn dairəsi) yerləşən yol ötürücüsündə aparılacaq təmir işləri ilə əlaqədar olaraq Ziya Bünyadov prospektindən 20 Yanvar dairəsi istiqamətində ( yalnız yolötürücüsü üzərində ) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sözügedən yolötürücüsü üzərində hərəkət intensivliyi nəzərə alınaraq məhdudlaşma qeyri iş günlərində, mart ayının 24-ü səhər saat 6:00-dan 25-i gecə saat 24:00-dək tətbiq ediləcək.

Qeyd olunan müddət ərzində sürücülər Ziya Bünyadov prospektindən 20 Yanvar dairəsi istiqamətində yan yoldan istifadə edərək hərəkətlərinə davam edə bilərlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.

#AAYDA #YolTikintisi #Yolİnfrastrukturu #TəhlükəsizHərəkət
Media is too big
VIEW IN TELEGRAM
📣 ℹ️"İki yerüstü piyada keçidi vətəndaşların istifadəsinə verilib"

Ətraflı: ➡️ http://bit.ly/3yIG7UW

🙏 YOLUNUZ AÇIQ OLSUN...

#AAYDA #YolTikintisi #Yolİnfrastrukturu #Yol
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonuna səfər ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonuna səfər ediblər.

Dövlətimizin başçısı Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası yolunun açılışında iştirak edib.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Suqovuşan qəsəbəsində orta məktəb binasında yaradılan şəraitlə tanış olub, yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər.

Dövlətimizin başçısı, birinci xanım və qızları Arzu Əliyeva Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri, su anbarı boyunca yaradılan turizm infrastruktur obyektlərinin tikintisi ilə də tanış olublar.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtər rayonunun Talış kəndinə gəlib, burada kəndin Baş planı ilə tanış olub, inzibati binada, uşaq bağçasında, tam orta məktəbdə yaradılan şəraitə baxıblar.

Sonra dövlətimizin başçısı Talış kəndində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib.

Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Klub icma mərkəzində yaradılan şəraitlə tanış olub, kənd sakinləri ilə görüşüb söhbət ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonuna səfər ediblər.

Dövlətimizin başçısı əvvəlcə Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə məlumat verdi.

Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən 2021-ci il oktyabrın 3-də Tərtər rayonunda təməli qoyulan və 4 yaşayış məntəqəsini birləşdirən yeni avtomobil yolunun uzunluğu 22 kilometrdir. Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası yeni avtomobil yolunun eni 19 kilometrlik hissədə 9 metr, 3 kilometrlik hissədə isə 6 metr təşkil edir.

Bu yolun inşası layihəsi çərçivəsində İncəçay üzərində uzunluğu 84 metr olan avtomobil körpüsü tikilib. Üçaşırımlı körpünün eni 14,5 metrdir. Körpü 9 bal seysmiklik nəzərə alınmaqla inşa edilib.

Yolda aparılan tikinti işləri inşaat norma və qaydalarının tələblərinə uyğun yüksək keyfiyyətlə həyata keçirilib.

Layihə üzrə yolboyu avtobus dayanacaqları inşa edilib, hərəkətin normal təşkili üçün digər zəruri infrastruktur yaradılıb.

Prezident İlham Əliyevə Tərtər rayonunun Talış kəndinin daxili yollarının tikintisi layihəsi barədə də məlumat verildi. Bildirildi ki, kənddaxili yolların ümumi uzunluğu 4,2 kilometrdir.

Qeyd edək ki, Tərtər rayonunun işğaldan azad edilmiş Talış, Goranboy rayonunun Tapqaraqoyunlu və Qaşaltı Qaraqoyunlu kəndlərini keçməklə Naftalan şəhərinə doğru uzanan yeni yolun inşası yolboyu yerləşən yaşayış məntəqələrinin sakinlərinin rahat gediş-gəlişi ilə bərabər, bölgənin sosial-iqtisadi inkişafına töhfə verəcək.

Yeni yol, həmçinin Tərtər şəhəri ilə yanaşı, alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə rahat və təhlükəsiz hərəkəti təmin edəcək.
Sevincli günlərimiz bol, uğura aparan yollarımız çox olsun.

💮 Novruz bayramınız mübarək!

#Azərbaycan #NovruzBayramı #20Mart
Media is too big
VIEW IN TELEGRAM
Yolumuz aydın, ocağımız gur, arzularımız qanadlı, torpağımız bərəkətli olsun!
🏵️Novruz bayramınız mübarək!

#AAYDA #Azərbaycan #NovruzBayramı
Media is too big
VIEW IN TELEGRAM
Ürəklər sevinsin, arzular, istəklər gül açsın!

Həftəniz uğurlu, yolunuz açıq olsun..

🛣️ Qax rayonu , Qaxbaş kəndi

🎼 Şövkət Ələkbərova - "Bahar nəğməsi"


#Azərbaycan
#AAYDA
#Yol
📣 Sürücülərin nəzərinə ! MƏLUMAT

23 mart saat 08:00-dan 24 mart saat 22:00–dək Bakı şəhəri Nizami rayonu, Müzəffər Nərimanov küçəsində (Heydər Əliyev prospektindən Pəhlivan Fərzəliyev küçəsinə qədər olan hissədə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.



#AAYDA #YolTikintisi #Yolİnfrastrukturu #TəhlükəsizHərəkət
📣 Sürücülərin nəzərinə ! MƏLUMAT

Bakı şəhəri, Nəsimi rayonu Alı Mustafayev küçəsində (3-cü mkrn dairəsi) yerləşən yol ötürücüsündə aparılacaq təmir işləri ilə əlaqədar olaraq Ziya Bünyadov prospektindən 20 Yanvar dairəsi istiqamətində ( yalnız yolötürücüsü üzərində ) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sözügedən yolötürücüsü üzərində hərəkət intensivliyi nəzərə alınaraq məhdudlaşma qeyri iş günlərində, mart ayının 24-ü səhər saat 6:00-dan 25-i gecə saat 24:00-dək tətbiq ediləcək.

Qeyd olunan müddət ərzində sürücülər Ziya Bünyadov prospektindən 20 Yanvar dairəsi istiqamətində yan yoldan istifadə edərək hərəkətlərinə davam edə bilərlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.

#AAYDA #YolTikintisi #Yolİnfrastrukturu #TəhlükəsizHərəkət
🕌Mübarək Ramazan ayının gəlişi münasibətilə bütün Azərbaycan xalqını təbrik edir, tutulan orucların, edilən duaların qəbul olmasını diləyirik.
🌙Ramazan ayınız mübarək!

#AAYDA #Ramazan_Bayramı