📢“Çağrı Mərkəzi”nə cari ilin 6 ayı ərzində 3762 zəng daxil olub MƏLUMAT
☎️Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Çağrı Mərkəzi”nə (0125997975) cari ilin 6 ayı ərzində 3762 zəng daxil olub.
✅Zəng edən vətəndaşların 1598 nəfərinin müraciəti yerindəcə, 1407 müraciət isə məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra vətəndaşa geri zəng edilməklə cavablandırılıb, 653 müraciət digər qurumlara yönləndirilib.
☑️Bundan başqa, bölgələrdə leysan xarakterli yağıntılar və güclü külək zamanı yollarda baş vermiş problemlərlə bağlı 104 zəng qəbul olunaraq dərhal agentliyin aidiyyəti rayonlar üzrə tabeli təşkilatlarına bu barədə məlumat verilib və qısa müddət ərzində sözügedən yollarda avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti bərpa olunub.
📌Qeyd edək ki, vətəndaş məmnunluğunun təmin olunması və insanları narahat edən problemlərin qısa müddət ərzində araşdırılaraq cavablandırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”na əsasən Agentlikdə “Çağrı Mərkəzi” (0125997975) yenidən təşkil edilib, iş fəaliyyəti sistemi qurulub və müasir avadanlıqlarla təchiz edilib.
📄“Çağrı Mərkəzi”nin yenidən təşkili aparılan islahatlara və yeni çağırışlara uyğun hazırlanmış konsepsiya əsasında idarəetmənin təkmilləşdirilməsi istiqamətində Agentlikdə görülən işlərin tərkib hissəsidir.
YOLUNUZ AÇIQ OLSUN...
#AAYDA #ÇağrıMərkəzi

📢Lerikdə Hamarmeşə–Bibiyani avtomobil yolu yenidən qurulur
ℹ️Azərbaycan Respublikasının Prezidentinin tapşırığına uyğun olaraq, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Lerik rayonunun Hamarmeşə–Bibiyani avtomobil yolunun yenidən qurulmasına başlanılıb. Layihə mindən artıq sakinin yaşadığı iki yaşayış məntəqəsini əhatə edir.
🛣️Uzunluğu 5,2 kilometr olan və çınqıl örtüyə malik mövcud yol xüsusilə payız-qış mövsümündə nəqliyyat vasitələrinin və piyadaların hərəkətində ciddi çətinliklər yaradırdı. Bu səbəbdən yolun əsaslı şəkildə yenidən qurulması zəruri hesab olunub.
📌Hazırda yol 4-cü və 5-ci texniki dərəcələrə uyğun olaraq təkmilləşdirilir, eni isə 10 metrədək genişləndirilir.
🚜Layihə çərçivəsində torpaq işləri, qazma, əks-dolğu və yol yatağının tikintisi üzrə texnoloji ardıcıllığa əsaslanan işlər davam etdirilir. Eyni zamanda, suların ötürülməsini təmin etmək üçün mövcud dəmir-beton borular bərpa olunur, zəruri ərazilərdə isə müxtəlif diametrli yeni suötürücü borular quraşdırılır.
🌉Bundan əlavə, layihənin birinci kilometrində yeni körpünün və ehtiyac duyulan sahələrdə istinad divarlarının tikintisi də nəzərdə tutulur.
✅Yenidənqurma işlərinin son mərhələsində yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi planlaşdırılır.
Bütün işlər “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun şəkildə, təsdiqlənmiş iş qrafikinə əsasən və yüksək keyfiyyətlə həyata keçirilir.
YOLUNUZ AÇIQ OLSUN...
#AAYDA

👍2
📢Yevlax şəhərində yeraltı piyada keçidinin inşası davam edir
ℹ️Bakı–Ələt–Qazax–Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Yevlax şəhərindən keçən hissəsində yeraltı piyada keçidinin tikintisi davam etdirilir.
🌉Keçidin eni 5 metr, hündürlüyü isə 3,2 metrdir. Ümumi uzunluğu 47 metr olan keçidin 37 metrlik hissəsi qapalı şəkildə layihələndirilib.
📌Sözügedən keçidin inşası, vətəndaşların avtomobil yolunu daha rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək. Tikinti işləri “İnşaat Norma və Qaydaları”na uyğun olaraq, əvvəlcədəntərtib edilmiş iş qrafikinə əsasən həyata keçirilir.
🚜İşlərin vaxtında və keyfiyyətlə tamamlanması məqsədilə əraziyə zəruri sayda texnika və canlı qüvvə cəlb olunub.

👎2👍1
📢Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarının icrası ilə əlaqədar, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Kəlbəcər rayonunda olub.
ℹ️O, ümumi uzunluğu 82 km olan Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun tikintisi və yol üzərində inşa edilən, dünyanın ən uzun avtomobil tunellərindən biri hesab olunan Murovdağ tunelində, həmçinin Kəlbəcər şəhər daxili yollarında aparılan işlərlə tanış olub.
📌İdarə Heyətinin sədri Saleh Məmmədov tikinti işlərinə baxış zamanı layihələrin vaxtında və keyfiyyətlə tamamlanması ilə bağlı tövsiyə və tapşırıqlarını verib.

👍3