Hər gün ərəbcə
301 subscribers
3 files
36 links
Ərəb dili öyrənək!

Kanalımızda hər gün yeni ərəb sözləri, mənaları və kiçik testlər paylaşılır.
Sadə, maraqlı və yadda qalan şəkildə ərəb dili öyrən!


✉️ Digər kanal; @qurani_kerimm
✉️ Digər kanal; @sehabelerinheyati
✉️ Digər kanal; @quranqiraeti
Download Telegram
Dərs 8✍️

Feilin şəxslərə görə dəyişməsi (تَصْرِيفُ الفِعْلِ)
(Feilin təsrifi)


Təsrif nədir?

“Təsrif” (تَصْرِيف) — feilin şəxsə, ədəddə və cinsə görə dəyişdirilməsinə deyilir.
Yəni feil kim tərəfindən və neçə nəfər tərəfindən edildiyini göstərmək üçün dəyişir.

Ərəb dilində feil üç şəxsə (1-ci, 2-ci, 3-cü şəxsə),
iki cinsə (kişi və qadın),
və üç ədədə (tək, ikilik, cəm) görə dəyişir.



🇸🇦 Keçmiş feil (الفعل الماضي) – “كَتَبَ” (yazdı) feili üzərində⬇️

3-cü şəxs tək:
كَتَبَ - o yazdı
كَتَبَتْ - o (qadın) yazdı
3-cü şəxs ikilik:
كَتَبَا o ikisi yazdı
كَتَبَتَا o ikisi (qadın) yazdı
3-cü şəxs cəm:
كَتَبُوا - onlar yazdılar
كَتَبْنَ - onlar (q.c) yazdılar

2-ci şəxs tək:
كَتَبْتَ - sən yazdın
كَتَبْتِ sən (q.c) yazdın
2-ci şəxs ikilik:
كَتَبْتُمَا - siz ikiniz (hər iki cins üçün) yazdınız
2-ci şəxs cəm:
كَتَبْتُمْ - siz yazdınız
كَتَبْتُنَّ - siz (q.c) yazdınız

1-ci şəxs tək-cəm:
كَتَبْتُ - mən yazdım
كَتَبْنَا - biz yazdıq

🇸🇦 İndiki və gələcək feil (الفعل المضارع) – “يَكْتُبُ” (yazır)⬇️

3-cü şəxs tək:
يَكْتُبُ - o yazır
تَكْتُبُ - o (q.c) yazır
3-cü şəxs ikilik:
يَكْتُبَانِ - o ikisi yazır
تَكْتُبَانِ - o ikisi (q.c) yazır
3-cü şəxs cəm:
يَكْتُبُونَ - onlar yazırlar
يَكْتُبْنَ - onlar (q.c) yazırlar
2-ci şəxs tək:
تَكْتُبُ - sən yazırsan
تَكْتُبِينَ - sən (q.c) yazırsan
2-ci şəxs ikilik:
تَكْتُبَانِ - siz yazırsınız
2-ci şəxs cəm:
تَكْتُبُونَ - siz yazırsınız
تَكْتُبْنَ - siz (q.c) yazırsınız
1-ci şəxs tək-cəm:
أَكْتُبُ mən yazıram
نَكْتُبُ biz yazırıq

🇸🇦Əmr feili (فِعْلُ الأَمْرِ) – “اُكْتُبْ” (yaz!)⬇️

2-ci şəxs tək:
اُكْتُبْ - !yaz
اُكْتُبِي - yaz! (q.c)
2-ci şəxs ikilik:
اُكْتُبَا - !ikiniz yazın
2-ci şəxs cəm:
اُكْتُبُوا - !yazın
اُكْتُبْنَ - !(yazın (q.c



📝 Qeyd:

📎Əmr feilində yalnız 2-ci şəxs olur (yəni kiməsə əmr verilir).

📎Keçmiş və mudari feilində isə 1-ci, 2-ci, 3-cü şəxs olur.

📎Mudari feil başında gələn hərf şəxsə işarə edir:
يـ → o (3-cü şəxs kişi),
تـ → sən və ya o (qadın),
أَـ → mən,
نـ → biz.

✏️ Nümunələr:

🟢 كَتَبَ الطَّالِبُ الدَّرْسَ - Tələbə dərsi yazdı
🟢 يَكْتُبُ الطَّالِبُ الدَّرْسَ — Tələbə dərsi yazır
🟢 اُكْتُبِ الدَّرْسَ — Dərsi yaz!

🌐 t.me/arabcasoz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍944
▫️Fellər (madi-mudari-əmr)

▫️Gəl اِيتِ – Gəlir يَأْتِي – Gəldi أَتَى
▫️Get اِذْهَبْ – Gedir يَذْهَبُ – Getdi ذَهَبَ
▫️ Ye كُلْ – Yeyir يَأْكُلُ – Yedi أَكَلَ
▫️ İç اِشْرَبْ – İçir يَشْرَبُ – İçdi شَرِبَ
▫️ Gör رَ – Görür يَرَى – Gördü رَأَى
▫️ Oxu اِقْرَأْ – Oxuyur يَقْرَأُ – Oxudu قَرَأَ
▫️ Yaz اُكْتُبْ – Yazır يَكْتُبُ – Yazdı كَتَبَ
▫️ De قُلْ – Deyir يَقُولُ – Dedi قَالَ
▫️ Otur اِجْلِسْ – Oturur يَجْلِسُ – Oturdu جَلَسَ
▫️ Dur قُمْ – Durur يَقُومُ – Durdu قَامَ

▫️ t.me/arabcasoz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
195👍4
Dərs 9⬇️

Feil cümləsi (اَلْجُمْلَةُ الْفِعْلِيَّةُ)
(Feil cümləsinin quruluşu və hissələri)


Feil cümləsi nədir?

Feil cümləsi (الجملة الفعلية) — feil ilə başlayan cümlədir.
Yəni cümlə bir hərəkətin və ya işin baş verdiyini bildirir.

🪶 Quruluşu adətən belə olur:
➡️ Feil + Fail + Məf’ul bih
(Feil + fel icraçısı + təsir obyekti)

〰️〰️〰️〰️〰️〰️

📖 Feil cümləsinin əsas hissələri:

🌸Feil (الفعل) — işi bildirən söz (yəni hərəkətin özü)
🌸Fail (الفاعل) — işi yerinə yetirən şəxs və ya varlıq
🌸Məf’ul bih (المفعول به) — işdən təsirlənən şəxs və ya varlıq

📎Quruluş qaydası:

🪁فِعْلٌ Feil Hərəkət bildirən söz (yazdı, oxudu, getdi və s.)
🪁فَاعِلٌ Fail Hərəkəti edən şəxs (kim?)
🪁مَفْعُولٌ بِهِ Məf’ul bih Hərəkətdən təsirlənən (nəyi? kimi?)

〰️〰️〰️〰️〰️〰️

💡Nümunələr:

➡️ Sadə feil cümləsi (Feil + Fail)
🪁كَتَبَ الطَّالِبُ
Tələbə yazdı.

كَتَبَ → yazdı (feil)
الطَّالِبُ → tələbə (fail)


➡️ Feil + Fail + Məf’ul bih

🪁كَتَبَ الطَّالِبُ الدَّرْسَ
Tələbə dərsi yazdı.

كَتَبَ → yazdı (feil)
الطَّالِبُ → tələbə (fail)
الدَّرْسَ → dərs (məf’ul bih)

➡️ Feil + Fail (qadın cinsində)

🪁جَلَسَتْ البِنْتُ
Qız oturdu.

جَلَسَتْ → oturdu (qadın üçün feil)
البِنْتُ → qız (fail)

➡️Feil + Fail + Məf’ul bih (cəm)
🪁نَصَرَ المُؤْمِنُونَ الضُّعَفَاءَ
Möminlər zəiflərə kömək etdilər.

نَصَرَ → kömək etdi (feil)
المُؤْمِنُونَ → möminlər (fail)
الضُّعَفَاءَ → zəiflər (məf’ul bih)

〰️〰️〰️〰️〰️〰️

📒Qrammatik qaydalar:

1. Feil adətən cümlənin əvvəlində gəlir.
2. Fail həmişə mərfu olur (yəni sondakı hərəkəsi “ـُ” dammadır).
3. Məf’ul bih həmişə mənsub olur (yəni sondakı hərəkəsi “ـَ” fəthədir).
4. Feil failin cinsinə və ədədlərinə uyğun olur (kişi/qadın, tək/çox).

💡Misallar:

ذَهَبَ الوَلَدُ - oğlan getdi
أَكَلَتِ البِنْتُ التُّفَّاحَةَ - qız alma yedi
جَلَسَ الطُّلَّابُ فِي الفَصْلِ - tələbələr sinifdə oturdu
قَرَأَ المُدَرِّسُ الكِتَابَ - müəllim kitabı oxudu

📎 t.me/arabcasoz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
10👍64
الحِوارُ_بَيْنَ_أَحْمَدَ_وَخَالِد_20251128_180802_٠٠٠٠.pdf
1.5 MB
Kanalda paylaşılan Pdf-də dialoqlar və tapşırıqlar var. Tapşırıqlar mövzuların daha yaxşı mənimsənilməsi üçün nəzərdə tutulub. Tapşırıqları işləyəndən sonra aşağıdakı hesablara təhvil verə bilərsiniz.🔽

➡️Kişilər: @erebdiliadmin
➡️Qadınlar: @erebdiliadminka
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
9👍54
🌟Fellər (madi-mudari-əmr)

🌟 Aç اِفْتَحْ – Açır يَفْتَحُ – Açdı فَتَحَ
🌟 Bağla أَغْلِقْ – Bağlayır يُغْلِقُ – Bağladı أَغْلَقَ
🌟​ Al خُذْ – Alır يَأْخُذُ – Aldı أَخَذَ
🌟 Ver أَعْطِ – Verir يُعْطِي – Verdi أَعْطَى
🌟 Gül اِضْحَكْ – Gülür يَضْحَكُ – Güldü ضَحِكَ
🌟 Ağla اِبْكِ – Ağlayır يَبْكِي – Ağladı بَكَى
🌟 Bişir اِطْبَخْ – Bişirir يَطْبَخُ – Bişirdi طَبَخَ
🌟 İşlə اِعْمَلْ – İşləyir يَعْمَلُ – İşlədi عَمِلَ
🌟 Öyrən تَعَلَّمْ – Öyrənir يَتَعَلَّمُ – Öyrəndi تَعَلَّمَ
🌟 Danış تَكَلَّمْ – Danışır يَتَكَلَّمُ – Danışdı تَكَلَّمَ

🌟 t.me/arabcasoz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍753
❤️Fellər (madi-mudari-əmr)

❤️ Qalx اِنْهَضْ – Qalxır يَنْهَضُ – Qalxdı نَهَضَ
❤️ Yat نَمْ – Yatır يَنَامُ – Yatdı نَامَ
❤️ Unut اِنْسَ – Unudur يَنْسَى – Unutdu نَسِيَ
❤️ Xatırla تَذَكَّرْ – Xatırlayır يَتَذَكَّرُ – Xatırladı تَذَكَّرَ
❤️ Dayan قِفْ – Dayanır يَقِفُ – Dayandı وَقَفَ
❤️ Uç طِرْ – Uçur يَطِيرُ – Uçdu طَارَ
❤️ Gətir أَحْضِرْ – Gətirir يُحْضِرُ – Gətirdi أَحْضَرَ
❤️ Düş اُسْقُطْ – Düşür يَسْقُطُ – Düşdü سَقَطَ
❤️ İnan صَدِّقْ – İnanır يُصَدِّقُ – İnandı صَدَّقَ
❤️ Bilmirəm لَا تَعْلَمْ – Bilmir لَا يَعْلَمُ – Bilmədi لَمْ يَعْلَمْ

❤️ t.me/arabcasoz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
6👍43
Tapşırıqlar_20251130_074837_٠٠٠٠.pdf
1.5 MB
▶️Paylaşılan Pdf-də 1-9 dərslərin tapşırıqları var. Tapşırıqlar mövzuların daha yaxşı mənimsənilməsi üçün nəzərdə tutulub. Tapşırıqları işləyəndən sonra aşağıdakı hesablara təhvil verə bilərsiniz.🔽

▶️Kişilər: @erebdiliadmin
▶️Qadınlar: @erebdiliadminka
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
74👍3
🍃 Fellər (madi-mudari-əmr)

➡️Seç اِخْتَرْ – Seçir يَخْتَارُ – Seçdi اِخْتَارَ
➡️İstə اُطْلُبْ – İstəyir يَطْلُبُ – İstədi طَلَبَ
➡️Əlaqə qur! اِتَّصِلْ – əlaqə qurur يَتَّصِلُ – əlaqə qurdu اِتَّصَلَ
➡️​Bəyən أَحْبِبْ – Bəyənir يُحِبُّ – Bəyəndi أَحَبَّ
➡️Qazan اِرْبَحْ – Qazanır يَرْبَحُ – Qazandı رَبِحَ
➡️İtir! اِخْسَرْ – İtirir يَخْسَرُ – İtirdi خَسِرَ
➡️Bitir أَنْهِ – Bitirir يُنْهِي – Bitirdi أَنْهَى
➡️Başla اِبْدَأْ – Başlayır يَبْدَأُ – Başladı بَدَأَ
➡️Ödə اِدْفَعْ – Ödəyir يَدْفَعُ – Ödədi دَفَعَ
➡️Sus اُسْكُتْ – Susur يَسْكُتُ – Susdu سَكَتَ

💕 t.me/arabcasoz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
74👍3
👍744
Dərs 6️⃣

Aşağıdakı sözlərdən hansı kişi cinsindədir
Anonymous Quiz
49%
⏺️قَمَرٌ
40%
⏺️نَارٌ
10%
⏺️مَدْرَسَةٌ
👍844
💛Fellər (madi-mudari-əmr)

Geyin! اِلْبَسْ – Geyinir يَلْبَسُ – Geyindi لَبِسَ
Çıxart! اِخْلَعْ – Çıxardır يَخْلَعُ – Çıxartdı خَلَعَ
Dəyiş! غَيِّرْ – Dəyişir يُغَيِّرُ – Dəyişdi غَيَّرَ
Yaşa! عِشْ – Yaşayır يَعِيشُ – Yaşadı عَاشَ
Öl! مُتْ – Ölür يَمُوتُ – Öldü مَاتَ
Uğur qazan! اِنْجَحْ – Uğur qazanır يَنْجَحُ – Uğur qazandı نَجَحَ
Uduz! اِخْفَقْ – Uduzur يُخْفِقُ – Uduzdu أَخْفَقَ
Göstər! أَرِ – Göstərir يُرِي – Göstərdi أَرَى
Yarat! اِخْلُقْ – Yaradır يَخْلُقُ – Yaratdı خَلَقَ
Daşı! اِحْمِلْ – Daşıyır يَحْمِلُ – Daşıdı حَمَلَ

💚 t.me/arabcasoz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
83👍3
☺️ Fellər (madi-mudari-əmr)

😰​Qarşıla! قَابِلْ – Qarşılayır يُقَابِلُ – Qarşıladı قَابَلَ
😘Sür! قُدْ – Sürür يَقُودُ – Sürdü قَادَ
😰Təmizlə! نَظِّفْ – Təmizləyir يُنَظِّفُ – Təmizlədi نَظَّفَ
😘 Böl! اِقْسِمْ – Bölür يَقْسِمُ – Böldü قَسَمَ
😰 Qoru! اِحْمِ – Qoruyur يَحْمِي – Qorudu حَمَى
😘 Təklif et! اِعْرِضْ – Təklif edir يَعْرِضُ – Təklif etdi عَرَضَ
😰 Gözlə! اِنْتَظِرْ – Gözləyir يَنْتَظِرُ – Gözlədi اِنْتَظَرَ
😘 Düşün! فَكِّرْ – Düşünür يُفَكِّرُ – Düşündü فَكَّرَ
😰 Tanış ol! تَعَرَّفْ – Tanış olur يَتَعَرَّفُ – Tanış oldu تَعَرَّفَ
😘 Axtar! اِبْحَثْ – Axtarır يَبْحَثُ – Axtardı بَحَثَ

🫣 t.me/arabcasoz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
54👍3
Yaz!
🖇اُكْتُبِ الدَّرْسَ –
Dərsi yaz!
🖇يَكْتُبُ الدَّرْسَ –
O, dərsi yazır.
🖇كَتَبَ الدَّرْسَ –
O, dərsi yazdı.

Oxu!
🖇اِقْرَأِ الْكِتَابَ –
Kitabı oxu!
🖇يَقْرَأُ الْكِتَابَ –
O, kitabı oxuyur.
🖇قَرَأَ الْكِتَابَ –
O, kitabı oxudu.

Get!
🖇اِذْهَبْ إِلَى الْبَيْتِ –
Evə get!
🖇يَذْهَبُ إِلَى الْبَيْتِ –
O, evə gedir.
🖇ذَهَبَ إِلَى الْبَيْتِ –
O, evə getdi.

Otur!
🖇اِجْلِسْ هُنَا –
Burada otur!
🖇يَجْلِسُ هُنَا –
O, burada oturur.
🖇جَلَسَ هُنَا –
O, burada oturdu.

Dur!
🖇قُمْ الآنَ –
İndi dur!
🖇يَقُومُ الآنَ –
O, indi durur.
🖇قَامَ الآنَ –
O, indi durdu.

Ye!
🖇كُلِ الطَّعَامَ –
Yeməyi ye!
🖇يَأْكُلُ الطَّعَامَ –
O, yeməyi yeyir.
🖇أَكَلَ الطَّعَامَ –
O, yeməyi yedi.

İç!
🖇اِشْرَبِ الْمَاءَ –
Suyu iç!
🖇يَشْرَبُ الْمَاءَ –
O, suyu içir.
🖇شَرِبَ الْمَاءَ –
O, suyu içdi.

Aç!
🖇اِفْتَحِ الْبَابُ –
Qapını aç!
🖇يَفْتَحُ الْبَابَ –
O, qapını açır.
🖇فَتَحَ الْبَابُ –
O, qapını açdı.

Kömək et!
🖇اُنْصُرْ صَدِيقَكَ
– Dostuna kömək et!
🖇يَنْصُرُ صَدِيقَهُ
– O, dostuna kömək edir.
🖇نَصَرَ صَدِيقَهُ –
O, dostuna kömək etdi.

Eşit!
🖇اِسْمَعِ الصَّوْتَ –
Səsi eşit!
🖇يَسْمَعُ الصَّوْتَ –
O, səsi eşidir.
🖇سَمِعَ الصَّوْتَ –
O, səsi eşitdi.

💌 t.me/arabcasoz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
8👍53
⭐️Fellər (madi-mudari-əmr)

⭐️ Kömək et! سَاعِدْ – Kömək edir يُسَاعِدُ – Kömək etdi سَاعَدَ
⭐️ Qışqır! اُصْرُخْ – Qışqırır يَصْرُخُ – Qışqırdı صَرَخَ
⭐️ Gül! اِبْتَسِمْ – Gülür يَبْتَسِمُ – Güldü اِبْتَسَمَ
⭐️ Oyan! اِسْتَيْقِظْ – Oyanır يَسْتَيْقِظُ – Oyandı اِسْتَيْقَظَ
⭐️ Məşq et! تَدَرَّبْ – Məşq edir يَتَدَرَّبُ – Məşq etdi تَدَرَّبَ
⭐️ Əylən! اِسْتَمْتِعْ – Əylənir يَسْتَمْتِعُ – Əyləndi اِسْتَمْتَعَ
⭐️ Cəhd et! حَاوِلْ – Cəhd edir يُحَاوِلُ – Cəhd etdi حَاوَلَ
⭐️ Ölç! قِسْ – Ölçür يَقِيسُ – Ölçdü قَاسَ
⭐️ Qarışdır! اِخْلِطْ – Qarışdırır يَخْلِطُ – Qarışdırdı خَلَطَ
⭐️ Doldur! اِمْلَأْ – Doldurur يَمْلَأُ – Doldurdu مَلَأَ

⭐️ t.me/arabcasoz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍653
📎Fellər (madi-mudari-əmr)

🤎İdarə et! أَدِرْ – İdarə edir يُدِيرُ – İdarə etdi أَدَارَ
🤎 Sına! جَرِّبْ – Sınayır يُجَرِّبُ – Sınadı جَرَّبَ
🤎 Tərk et! اُتْرُكْ – Tərk edir يَتْرُكُ – Tərk etdi تَرَكَ
🤎 Bax! اِهْتَمَّ – Baxır يَهْتَمُّ – Baxdı اِهْتَمَّ
🤎 Müqayisə et! قَارِنْ – Müqayisə edir يُقَارِنُ – Müqayisə etdi قَارَنَ
🤎 Rədd et! اِرْفُضْ – Rədd edir يَرْفُضُ – Rədd etdi رَفَضَ
🤎 Qəbul et! اِقْبَلْ – Qəbul edir يَقْبَلُ – Qəbul etdi قَبِلَ
🤎 Özünü təqdim et! قَدِّمْ – Özünü təqdim edir يُقَدِّمُ – Özünü təqdim etdi قَدَّمَ
🤎Təşəkkür et! اُشْكُرْ – Təşəkkür edir يَشْكُرُ – Təşəkkür etdi شَكَرَ
🤎 Qazan! اِحْصُلْ – Qazanır يَحْصُلُ – Qazandı حَصَلَ

📎 t.me/arabcasoz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
66👍3
▪️Dərs 10

Mudari feilin əlamətləri və quruluşu
(علامات الفعل المضارع وبناؤه)

İndiki-gələcək zaman feili olan felul-mudari (الفعل المضارع) ərəbcədə xüsusi qaydalarla tanınır və qurulur. Bu dərsdə mudarinin tanınma əlamətlərini və quruluşunu öyrənəcəyik.


➡️ Mudari feilin nə olduğunu xatırlayaq:

الفعل المضارع — hal-hazırda və ya gələcəkdə baş verən işi bildirir.

Məsələn:
يَكْتُبُ — yazır
يَجْلِسُ — oturur
يَذْهَبُ — gedir

➡️ Mudari feilin əsas əlamətləri:
(علامات المضارع)

Mudari feil dörd hərfdən biri ilə başlayır:

❤️يَـ – o kişi edir
يَذْهَبُ - o (kişi) gedir

❤️تَـ – sən / o qadın edir
تَجْلِسُ - sən oturursan / o (qadın) oturur.

❤️أَ – mən edirəm
أَكْتُبُ - mən yazıram.

❤️نَـ – biz edirik
نَخْرُجُ - biz çıxırıq.

➡️ Mudari felin quruluşu (binası)

Mudari fel kökdən (məsdərdən) götürülür və əvvəlinə yuxarıdakı hərflərdən biri artırılır.

Misal: كَتَبَ (yazdı)

💚 كَتَبَ — keçmiş
💚 يَكْتُبُ — indiki

Misal: جَلَسَ (oturdu)

💚 جَلَسَ
💚 يَجْلِسُ

Mudari felin sonunda çox vaxt (ـُ) və ya kəsrə (ـِ) olur — bu, feilin növünə görə dəyişir.

➡️ Mudari felin mənaları

Mudari fel həm indiki zaman, həm də gələcək zaman bildirə bilər.

İndiki:⬇️

يَقْرَأُ الدَّرْسَ
O dərsi oxuyur.

Gələcək:⬇️

سَيَقْرَأُ الدَّرْسَ
O dərsi oxuyacaq.

“سَـ”, “سَوْفَ” gələcək zamanı bildirən əlamətlərdir.

➡️ Əlavə əlamət: نون təşdid və cəzm

Bəzi hallarda mudari feildə:

💗Cəzm (sukun) alır:
لَمْ يَذْهَبْ — getmədi.

💚Nunun sabit qalması (نون التوكيد):
لَيَكْتُبَنَّ — əlbəttə yazacaq.

Bu mövzular gələcək dərslərdə izah ediləcək.


Tapşırıq

Aşağıdakı feillərdən hansının mudari olduğunu müəyyən et və onların mənasını yaz:

1. يَكْتُبُ
2. دَخَلَ
3. نَجْلِسُ
4. تَخْرُجُ
5. جَلَسَ
6. أَذْهَبُ
7. يَنْصُرُ

👍 t.me/arabcasoz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
73👍3