Hər gün ərəbcə
301 subscribers
3 files
36 links
Ərəb dili öyrənək!

Kanalımızda hər gün yeni ərəb sözləri, mənaları və kiçik testlər paylaşılır.
Sadə, maraqlı və yadda qalan şəkildə ərəb dili öyrən!


✉️ Digər kanal; @qurani_kerimm
✉️ Digər kanal; @sehabelerinheyati
✉️ Digər kanal; @quranqiraeti
Download Telegram
Dərs 7🤩

Feillər (الأفعال)
Madi – Mudari – Əmr
(الفعل الماضي – الفعل المضارع – فعل الأمر)


🤩Feil nədir?

Feil (الفعل) — müəyyən bir zamanı bildirən və hərəkət mənası daşıyan sözdür.
Yəni feil bir işin, hərəkətin və ya halın keçmişdə, indi və ya gələcəkdə baş verdiyini bildirir.

🤩 Ərəb dilində feil üç əsas növdür:

🔢Keçmiş feil (الفعل الماضي)
🔢 İndiki və gələcək feil (الفعل المضارع)
🔠 Əmr feili (فعل الأمر)


🔢 Keçmiş feil – (الفعل الماضي)

🔵Mənası: keçmişdə baş vermiş işi bildirir.
🔵 Əlaməti: adətən “ـَ” (fəthə) ilə bitir.

↖️ Məsələn:

كَتَبَ yazdı
دَخَلَ daxil oldu
جَلَسَ oturdu
خَرَجَ çıxdı
نَصَرَ kömək etdi

🔢 İndiki və gələcək feil – (الفعل المضارع)

🔵 Mənası: hal-hazırda və ya gələcəkdə olan işi bildirir.
🔵Əlaməti: adətən “يَـ / تَـ / أَـ / نَـ” hərflərindən biri ilə başlayır.

↖️Məsələn:

يَكْتُبُ yazır
يَدْخُلُ daxil olur
يَجْلِسُ oturur
يَخْرُجُ çıxır
يَنْصُرُ kömək edir

🔠Əmr feili – (فعل الأمر)

🔵Mənası: bir işi əmr, istək və ya tələb şəklində bildirir.
🔵Əlaməti: cümlədə “hal və ya gələcəkdə” bir işin edilməsini tələb edir.

↖️Məsələn:

اُكْتُبْ yaz!
اُدْخُلْ daxil ol!
اِجْلِسْ otur!
اُخْرُجْ çıx!
اُنْصُرْ kömək et!

Ümumi misal: ⤵️

Keçmiş كَتَبَ yazdı
İndiki يَكْتُبُ yazır
Əmr اُكْتُبْ yaz!


📌Nümunələr:

🔵 يَكْتُبُ الطَّالِبُ الدَّرْسَ -
Tələbə dərsi yazır.
🔵 كَتَبَ الطَّالِبُ الدَّرْسَ -
Tələbə dərsi yazdı.
🔵 اُكْتُبِ الدَّرْسَ -
Dərsi yaz!

🤩 t.me/arabcasoz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
85👍3
1️⃣Yaz اُكْتُبْ – Yazır يَكْتُبُ – Yazdı كَتَبَ

2️⃣ Oxu اِقْرَأْ – Oxuyur يَقْرَأُ – Oxudu قَرَأَ

3️⃣ Get اِذْهَبْ – Gedir يَذْهَبُ – Getdi ذَهَبَ

4️⃣Otur اِجْلِسْ – Oturur يَجْلِسُ – Oturdu جَلَسَ

5️⃣Dur قُمْ – Durur يَقُومُ – Durdu قَامَ

6️⃣ Ye كُلْ – Yeyir يَأْكُلُ – Yedi أَكَلَ

7️⃣ İç اِشْرَبْ – İçir يَشْرَبُ – İçdi شَرِبَ

8️⃣ Aç اِفْتَحْ – Açar يَفْتَحُ – Açdı فَتَحَ

9️⃣ Kömək et اُنْصُرْ – Kömək edir يَنْصُرُ – Kömək etdi نَصَرَ

1️⃣0️⃣ Eşit اِسْمَعْ – Eşidir يَسْمَعُ – Eşitdi سَمِعَ

☁️ t.me/arabcasoz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
95👍3
Dərs 4️⃣

Aşağıdakı cümlələrdən hansı doğrudur
Anonymous Quiz
12%
▫️هَذَا بِنْتٌ
83%
▫️هَذِهِ بِنْتٌ
4%
▫️هَؤُلاءِ بِنْتٌ
7👍74
Dərs 4️⃣

Hansı cümlədə qadın cinsində olan işarə əvəzliyi işlənib
Anonymous Quiz
2%
▫️ذَلِكَ بَابٌ
2%
▫️هَذَا كَلْبٌ
96%
▫️تِلْكَ مَدْرَسَةٌ
75👍5
6👍54
1️⃣1️⃣ Gir اُدْخُلْ – Girir يَدْخُلُ – Girdi دَخَلَ

1️⃣2️⃣ Çıx اُخْرُجْ – Çıxır يَخْرُجُ – Çıxdı خَرَجَ

1️⃣3️⃣ Yu اِغْسِلْ – Yuyur يَغْسِلُ – Yudu غَسَلَ

1️⃣4️⃣ Bax اُنْظُرْ – Baxır يَنْظُرُ – Baxdı نَظَرَ

1️⃣5️⃣ Vur اِضْرِبْ – Vurur يَضْرِبُ – Vurdu ضَرَبَ

1️⃣1️⃣ Min اِرْكَبْ – Minir يَرْكَبُ – Mindi رَكِبَ

1️⃣7️⃣ Oyna اِلْعَبْ – Oynayır يَلْعَبُ – Oynadı لَعِبَ

1️⃣8️⃣ Soruş اِسْأَلْ – Soruşur يَسْأَلُ – Soruşdu سَأَلَ

1️⃣9️⃣ Bil اِعْلَمْ – Bilir يَعْلَمُ – Bildi عَلِمَ

2️⃣0️⃣​ Qayıt اِرْجِعْ – Qayıdır يَرْجِعُ – Qayıtdı رَجَعَ

✉️ t.me/arabcasoz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
85👍3
Dərs 8✍️

Feilin şəxslərə görə dəyişməsi (تَصْرِيفُ الفِعْلِ)
(Feilin təsrifi)


Təsrif nədir?

“Təsrif” (تَصْرِيف) — feilin şəxsə, ədəddə və cinsə görə dəyişdirilməsinə deyilir.
Yəni feil kim tərəfindən və neçə nəfər tərəfindən edildiyini göstərmək üçün dəyişir.

Ərəb dilində feil üç şəxsə (1-ci, 2-ci, 3-cü şəxsə),
iki cinsə (kişi və qadın),
və üç ədədə (tək, ikilik, cəm) görə dəyişir.



🇸🇦 Keçmiş feil (الفعل الماضي) – “كَتَبَ” (yazdı) feili üzərində⬇️

3-cü şəxs tək:
كَتَبَ - o yazdı
كَتَبَتْ - o (qadın) yazdı
3-cü şəxs ikilik:
كَتَبَا o ikisi yazdı
كَتَبَتَا o ikisi (qadın) yazdı
3-cü şəxs cəm:
كَتَبُوا - onlar yazdılar
كَتَبْنَ - onlar (q.c) yazdılar

2-ci şəxs tək:
كَتَبْتَ - sən yazdın
كَتَبْتِ sən (q.c) yazdın
2-ci şəxs ikilik:
كَتَبْتُمَا - siz ikiniz (hər iki cins üçün) yazdınız
2-ci şəxs cəm:
كَتَبْتُمْ - siz yazdınız
كَتَبْتُنَّ - siz (q.c) yazdınız

1-ci şəxs tək-cəm:
كَتَبْتُ - mən yazdım
كَتَبْنَا - biz yazdıq

🇸🇦 İndiki və gələcək feil (الفعل المضارع) – “يَكْتُبُ” (yazır)⬇️

3-cü şəxs tək:
يَكْتُبُ - o yazır
تَكْتُبُ - o (q.c) yazır
3-cü şəxs ikilik:
يَكْتُبَانِ - o ikisi yazır
تَكْتُبَانِ - o ikisi (q.c) yazır
3-cü şəxs cəm:
يَكْتُبُونَ - onlar yazırlar
يَكْتُبْنَ - onlar (q.c) yazırlar
2-ci şəxs tək:
تَكْتُبُ - sən yazırsan
تَكْتُبِينَ - sən (q.c) yazırsan
2-ci şəxs ikilik:
تَكْتُبَانِ - siz yazırsınız
2-ci şəxs cəm:
تَكْتُبُونَ - siz yazırsınız
تَكْتُبْنَ - siz (q.c) yazırsınız
1-ci şəxs tək-cəm:
أَكْتُبُ mən yazıram
نَكْتُبُ biz yazırıq

🇸🇦Əmr feili (فِعْلُ الأَمْرِ) – “اُكْتُبْ” (yaz!)⬇️

2-ci şəxs tək:
اُكْتُبْ - !yaz
اُكْتُبِي - yaz! (q.c)
2-ci şəxs ikilik:
اُكْتُبَا - !ikiniz yazın
2-ci şəxs cəm:
اُكْتُبُوا - !yazın
اُكْتُبْنَ - !(yazın (q.c



📝 Qeyd:

📎Əmr feilində yalnız 2-ci şəxs olur (yəni kiməsə əmr verilir).

📎Keçmiş və mudari feilində isə 1-ci, 2-ci, 3-cü şəxs olur.

📎Mudari feil başında gələn hərf şəxsə işarə edir:
يـ → o (3-cü şəxs kişi),
تـ → sən və ya o (qadın),
أَـ → mən,
نـ → biz.

✏️ Nümunələr:

🟢 كَتَبَ الطَّالِبُ الدَّرْسَ - Tələbə dərsi yazdı
🟢 يَكْتُبُ الطَّالِبُ الدَّرْسَ — Tələbə dərsi yazır
🟢 اُكْتُبِ الدَّرْسَ — Dərsi yaz!

🌐 t.me/arabcasoz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍944
▫️Fellər (madi-mudari-əmr)

▫️Gəl اِيتِ – Gəlir يَأْتِي – Gəldi أَتَى
▫️Get اِذْهَبْ – Gedir يَذْهَبُ – Getdi ذَهَبَ
▫️ Ye كُلْ – Yeyir يَأْكُلُ – Yedi أَكَلَ
▫️ İç اِشْرَبْ – İçir يَشْرَبُ – İçdi شَرِبَ
▫️ Gör رَ – Görür يَرَى – Gördü رَأَى
▫️ Oxu اِقْرَأْ – Oxuyur يَقْرَأُ – Oxudu قَرَأَ
▫️ Yaz اُكْتُبْ – Yazır يَكْتُبُ – Yazdı كَتَبَ
▫️ De قُلْ – Deyir يَقُولُ – Dedi قَالَ
▫️ Otur اِجْلِسْ – Oturur يَجْلِسُ – Oturdu جَلَسَ
▫️ Dur قُمْ – Durur يَقُومُ – Durdu قَامَ

▫️ t.me/arabcasoz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
195👍4
Dərs 9⬇️

Feil cümləsi (اَلْجُمْلَةُ الْفِعْلِيَّةُ)
(Feil cümləsinin quruluşu və hissələri)


Feil cümləsi nədir?

Feil cümləsi (الجملة الفعلية) — feil ilə başlayan cümlədir.
Yəni cümlə bir hərəkətin və ya işin baş verdiyini bildirir.

🪶 Quruluşu adətən belə olur:
➡️ Feil + Fail + Məf’ul bih
(Feil + fel icraçısı + təsir obyekti)

〰️〰️〰️〰️〰️〰️

📖 Feil cümləsinin əsas hissələri:

🌸Feil (الفعل) — işi bildirən söz (yəni hərəkətin özü)
🌸Fail (الفاعل) — işi yerinə yetirən şəxs və ya varlıq
🌸Məf’ul bih (المفعول به) — işdən təsirlənən şəxs və ya varlıq

📎Quruluş qaydası:

🪁فِعْلٌ Feil Hərəkət bildirən söz (yazdı, oxudu, getdi və s.)
🪁فَاعِلٌ Fail Hərəkəti edən şəxs (kim?)
🪁مَفْعُولٌ بِهِ Məf’ul bih Hərəkətdən təsirlənən (nəyi? kimi?)

〰️〰️〰️〰️〰️〰️

💡Nümunələr:

➡️ Sadə feil cümləsi (Feil + Fail)
🪁كَتَبَ الطَّالِبُ
Tələbə yazdı.

كَتَبَ → yazdı (feil)
الطَّالِبُ → tələbə (fail)


➡️ Feil + Fail + Məf’ul bih

🪁كَتَبَ الطَّالِبُ الدَّرْسَ
Tələbə dərsi yazdı.

كَتَبَ → yazdı (feil)
الطَّالِبُ → tələbə (fail)
الدَّرْسَ → dərs (məf’ul bih)

➡️ Feil + Fail (qadın cinsində)

🪁جَلَسَتْ البِنْتُ
Qız oturdu.

جَلَسَتْ → oturdu (qadın üçün feil)
البِنْتُ → qız (fail)

➡️Feil + Fail + Məf’ul bih (cəm)
🪁نَصَرَ المُؤْمِنُونَ الضُّعَفَاءَ
Möminlər zəiflərə kömək etdilər.

نَصَرَ → kömək etdi (feil)
المُؤْمِنُونَ → möminlər (fail)
الضُّعَفَاءَ → zəiflər (məf’ul bih)

〰️〰️〰️〰️〰️〰️

📒Qrammatik qaydalar:

1. Feil adətən cümlənin əvvəlində gəlir.
2. Fail həmişə mərfu olur (yəni sondakı hərəkəsi “ـُ” dammadır).
3. Məf’ul bih həmişə mənsub olur (yəni sondakı hərəkəsi “ـَ” fəthədir).
4. Feil failin cinsinə və ədədlərinə uyğun olur (kişi/qadın, tək/çox).

💡Misallar:

ذَهَبَ الوَلَدُ - oğlan getdi
أَكَلَتِ البِنْتُ التُّفَّاحَةَ - qız alma yedi
جَلَسَ الطُّلَّابُ فِي الفَصْلِ - tələbələr sinifdə oturdu
قَرَأَ المُدَرِّسُ الكِتَابَ - müəllim kitabı oxudu

📎 t.me/arabcasoz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
10👍64
الحِوارُ_بَيْنَ_أَحْمَدَ_وَخَالِد_20251128_180802_٠٠٠٠.pdf
1.5 MB
Kanalda paylaşılan Pdf-də dialoqlar və tapşırıqlar var. Tapşırıqlar mövzuların daha yaxşı mənimsənilməsi üçün nəzərdə tutulub. Tapşırıqları işləyəndən sonra aşağıdakı hesablara təhvil verə bilərsiniz.🔽

➡️Kişilər: @erebdiliadmin
➡️Qadınlar: @erebdiliadminka
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
9👍54
🌟Fellər (madi-mudari-əmr)

🌟 Aç اِفْتَحْ – Açır يَفْتَحُ – Açdı فَتَحَ
🌟 Bağla أَغْلِقْ – Bağlayır يُغْلِقُ – Bağladı أَغْلَقَ
🌟​ Al خُذْ – Alır يَأْخُذُ – Aldı أَخَذَ
🌟 Ver أَعْطِ – Verir يُعْطِي – Verdi أَعْطَى
🌟 Gül اِضْحَكْ – Gülür يَضْحَكُ – Güldü ضَحِكَ
🌟 Ağla اِبْكِ – Ağlayır يَبْكِي – Ağladı بَكَى
🌟 Bişir اِطْبَخْ – Bişirir يَطْبَخُ – Bişirdi طَبَخَ
🌟 İşlə اِعْمَلْ – İşləyir يَعْمَلُ – İşlədi عَمِلَ
🌟 Öyrən تَعَلَّمْ – Öyrənir يَتَعَلَّمُ – Öyrəndi تَعَلَّمَ
🌟 Danış تَكَلَّمْ – Danışır يَتَكَلَّمُ – Danışdı تَكَلَّمَ

🌟 t.me/arabcasoz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍753
❤️Fellər (madi-mudari-əmr)

❤️ Qalx اِنْهَضْ – Qalxır يَنْهَضُ – Qalxdı نَهَضَ
❤️ Yat نَمْ – Yatır يَنَامُ – Yatdı نَامَ
❤️ Unut اِنْسَ – Unudur يَنْسَى – Unutdu نَسِيَ
❤️ Xatırla تَذَكَّرْ – Xatırlayır يَتَذَكَّرُ – Xatırladı تَذَكَّرَ
❤️ Dayan قِفْ – Dayanır يَقِفُ – Dayandı وَقَفَ
❤️ Uç طِرْ – Uçur يَطِيرُ – Uçdu طَارَ
❤️ Gətir أَحْضِرْ – Gətirir يُحْضِرُ – Gətirdi أَحْضَرَ
❤️ Düş اُسْقُطْ – Düşür يَسْقُطُ – Düşdü سَقَطَ
❤️ İnan صَدِّقْ – İnanır يُصَدِّقُ – İnandı صَدَّقَ
❤️ Bilmirəm لَا تَعْلَمْ – Bilmir لَا يَعْلَمُ – Bilmədi لَمْ يَعْلَمْ

❤️ t.me/arabcasoz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
6👍43
Tapşırıqlar_20251130_074837_٠٠٠٠.pdf
1.5 MB
▶️Paylaşılan Pdf-də 1-9 dərslərin tapşırıqları var. Tapşırıqlar mövzuların daha yaxşı mənimsənilməsi üçün nəzərdə tutulub. Tapşırıqları işləyəndən sonra aşağıdakı hesablara təhvil verə bilərsiniz.🔽

▶️Kişilər: @erebdiliadmin
▶️Qadınlar: @erebdiliadminka
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
74👍3
🍃 Fellər (madi-mudari-əmr)

➡️Seç اِخْتَرْ – Seçir يَخْتَارُ – Seçdi اِخْتَارَ
➡️İstə اُطْلُبْ – İstəyir يَطْلُبُ – İstədi طَلَبَ
➡️Əlaqə qur! اِتَّصِلْ – əlaqə qurur يَتَّصِلُ – əlaqə qurdu اِتَّصَلَ
➡️​Bəyən أَحْبِبْ – Bəyənir يُحِبُّ – Bəyəndi أَحَبَّ
➡️Qazan اِرْبَحْ – Qazanır يَرْبَحُ – Qazandı رَبِحَ
➡️İtir! اِخْسَرْ – İtirir يَخْسَرُ – İtirdi خَسِرَ
➡️Bitir أَنْهِ – Bitirir يُنْهِي – Bitirdi أَنْهَى
➡️Başla اِبْدَأْ – Başlayır يَبْدَأُ – Başladı بَدَأَ
➡️Ödə اِدْفَعْ – Ödəyir يَدْفَعُ – Ödədi دَفَعَ
➡️Sus اُسْكُتْ – Susur يَسْكُتُ – Susdu سَكَتَ

💕 t.me/arabcasoz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
74👍3
👍744
Dərs 6️⃣

Aşağıdakı sözlərdən hansı kişi cinsindədir
Anonymous Quiz
49%
⏺️قَمَرٌ
40%
⏺️نَارٌ
10%
⏺️مَدْرَسَةٌ
👍844
💛Fellər (madi-mudari-əmr)

Geyin! اِلْبَسْ – Geyinir يَلْبَسُ – Geyindi لَبِسَ
Çıxart! اِخْلَعْ – Çıxardır يَخْلَعُ – Çıxartdı خَلَعَ
Dəyiş! غَيِّرْ – Dəyişir يُغَيِّرُ – Dəyişdi غَيَّرَ
Yaşa! عِشْ – Yaşayır يَعِيشُ – Yaşadı عَاشَ
Öl! مُتْ – Ölür يَمُوتُ – Öldü مَاتَ
Uğur qazan! اِنْجَحْ – Uğur qazanır يَنْجَحُ – Uğur qazandı نَجَحَ
Uduz! اِخْفَقْ – Uduzur يُخْفِقُ – Uduzdu أَخْفَقَ
Göstər! أَرِ – Göstərir يُرِي – Göstərdi أَرَى
Yarat! اِخْلُقْ – Yaradır يَخْلُقُ – Yaratdı خَلَقَ
Daşı! اِحْمِلْ – Daşıyır يَحْمِلُ – Daşıdı حَمَلَ

💚 t.me/arabcasoz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
83👍3