Hər gün ərəbcə
301 subscribers
3 files
36 links
Ərəb dili öyrənək!

Kanalımızda hər gün yeni ərəb sözləri, mənaları və kiçik testlər paylaşılır.
Sadə, maraqlı və yadda qalan şəkildə ərəb dili öyrən!


✉️ Digər kanal; @qurani_kerimm
✉️ Digər kanal; @sehabelerinheyati
✉️ Digər kanal; @quranqiraeti
Download Telegram
Dərs 3

Aşağıdakı cümlələrin hansında ikilik üçün işarə əvəzliyi işlədilib?
Anonymous Quiz
3%
🔵ذَلِكَ رَجُلٌ
83%
🔵ذَانِكَ وَلَدَانِ
14%
🔵أُو۟لَـئِكَ رِجَالٌ
7👍43
Dərs 3

Aşağıdakı cümlələrin hansında cəm üçün işarə əvəzliyi işlədilib?
Anonymous Quiz
96%
🔵هَؤُلاءِ أَبْنَاءٌ
0%
🔵هَذَا طَالِبٌ
4%
🔵ذَانِكَ بَيْتَانِ
9👍42
Dərs 3

Aşağıdakı cümlələrin hansında tək və yaxınlıq üçün işarə əvəzliyi işlədilib?
Anonymous Quiz
3%
🔵ذَلِكَ رَجُلٌ
98%
🔵هَذَا بَيْتٌ
0%
🔵هَذَانِ كِتَابَانِ
65👍4
لَوْنٌ أَلْوَانٌ
❤️Rəng / Rənglər
​مَاءٌ مِيَاهٌ
❤️Su / Sular
​صَوْتٌ أَصْوَاتٌ
❤️Səs / Səslər
​نُورٌ أَنْوَارٌ
❤️Nur, işıq / Nurlar
​ظِلٌّ ظِلَالٌ
❤️Kölgə / Kölgələr
​حَجَرٌ أَحْجَارٌ/حِجَارَةٌ
❤️Daş / Daşlar
​دُعَاءٌ أَدْعِيَةٌ
❤️Dua / Dualar
​صَلَاةٌ صَلَوَاتٌ
❤️Namaz / Namazlar
​ذَنْبٌ ذُنُوبٌ
❤️Günah / Günahlar
​حَسَنَةٌ حَسَنَاتٌ
❤️Yaxşılıq, savab / Yaxşılıqlar

💬 t.me/arabcasoz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍1062
آيَةٌ آيَاتٌ
🟠Ayə / Ayələr
​إِمَامٌ أَئِمَّةٌ
⚪️İmam / İmamlar
​شَرِيكٌ شُرَكَاءُ
🟠Şərik / Şəriklər
​طَعَامٌ أَطْعِمَةٌ
⚪️Yemək / Yeməklər
​شَرَابٌ أَشْرِبَةٌ
🟠İçki / İçkilər
​لَيْلٌ لَيَالٍ
⚪️Gecə / Gecələr
​نَهَارٌ أَنْهُرٌ
🟠Gündüz / Gündüzlər
​قَاضٍ قُضَاةٌ
⚪️Qazı, hakim / Qazılar
​سَفِينَةٌ سُفُنٌ
🟠Gəmi / Gəmilər
​بَلَدٌ بِلَادٌ
⚪️Ölkə, diyar / Ölkələr

✔️ t.me/arabcasoz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
8👍63
مِصْبَاحٌ مَصَابِيحُ
🌌Çıraq, lampa / Çıraqlar
​تَاجِرٌ تُجَّارٌ
Tacir / Tacirlər
​وَلِيٌّ أَوْلِيَاءُ
🌌Vəli, dost, himayədar / Vəlilər
​عَدُوٌّ أَعْدَاءُ
Düşmən / Düşmənlər
​شَهِيدٌ شُهَدَاءُ
🌌Şəhid / Şəhidlər
​بَابٌ بِيبَانٌ (həmçinin أَبْوَابٌ)
Qapı / Qapılar
​صَحَابِيٌّ صَحَابَةٌ
🌌Səhabə / Səhabələr
​حِزْبٌ أَحْزَابٌ
Partiya, dəstə / Dəstələr
​مَثَلٌ أَمْثَالٌ
🌌Məsəl, nümünə / Məsəllər
​نَهْرٌ أَنْهَارٌ
Çay (axan su) / Çaylar

🔔 t.me/arabcasoz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍743
Dərs 5 ✍️

İşarə əvəzlikləri ilə ismin uyğunlaşması
(مُطَابَقَةُ أَسْمَاءِ الإِشَارَةِ لِلِاسْمِ)


📎 Qaydalar:

İşarə əvəzliyi (اسم الإشارة) işarə edilən isimlə
📎 cinsdə (kişi/qadın) və
📎 ədəddə (tək/ikilik/çoxluq) uyğun olmalıdır.

Bu, cümlədə düzgün ifadə üçün əsas qaydadır.


📎 Cinsdə uyğunlaşma (التطابق في الجنس)

Əgər işarə edilən söz kişi cinsindədirsə, kişi cinsində olan işarə əvəzliyi işlədilir.
Əgər qadın cinsindədirsə, qadın cinsində olan işlədilir.

🔵Kişi: هَذَا كِتَابٌ Bu kitabdır.
📎Qadın: هَذِهِ سَيَّارَةٌ Bu maşındır.
🔵Kişi: ذَلِكَ بَيْتٌ O evdir.
📎Qadın: تِلْكَ مَدْرَسَةٌ O məktəbdir.

📎 Ədəddə uyğunlaşma (التطابق في العدد)

İşarə əvəzliyi tək, ikilik və ya cəm olmasına görə isminə uyğun seçilir.

🔵Tək kişi: هَذَا وَلَدٌ Bu oğlandır.
📎 Tək qadın: هَذِهِ بِنْتٌ Bu qızdır.
🔵İki kişi: هَذَانِ طَالِبَانِ Bu iki tələbədir.
📎 İki qadın: هَاتَانِ بِنْتَانِ Bu iki qızdır.
🔵 Çox kişi: هَؤُلَاءِ رِجَالٌ Bunlar kişilərdir.
📎 Çox qadın: هَؤُلَاءِ نِسَاءٌ Bunlar qadınlardır.

📎 İşarə əvəzliyindən sonra gələn isim

İşarə əvəzliyindən sonra gələn isim adətən təyin olunur (yəni müəyyənlik bildirir).
Əgər “هذا” və s. ilə birlikdə gəlirsə, çox vaxt mübtəda-xəbər cümləsi əmələ gətirir:

📎 هذا كتابٌ — Bu kitabdır.
📎 تلكَ سَيَّارَةٌ — O maşındır.

Əgər ismin əvvəlində müəyyənlik (ال) varsa, o zaman “işarə əvəzliyi” ilə birlikdə müəyyən ismi göstərir:

📎 هذا الكِتَابُ جَدِيدٌ.

📎 t.me/arabcasoz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
65👍4
🤍Dərslərlə bağlı çətinliyi, sualı olanlar əlaqə saxlaya bilər.

Kişilər üçün: @erebdiliadmin

Qadınlar üçün: @erebdiliadminka
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
63👍2
مَلْعَبٌ مَلَاعِبُ
🌱Stadion, oyun meydançası / Stadionlar
​قَمِيصٌ قُمْصَانٌ
🌱Köynək / Köynəklər
​مِلْعَقَةٌ مَلَاعِقُ
🌱Qaşıq / Qaşıqlar
​سِكِّينٌ سَكَاكِينُ
🌱Bıçaq / Bıçaqlar
​شَوْكَةٌ شَوْكَاتٌ
🌱Çəngəl / Çəngəllər
​شَيْخٌ شُيُوخٌ
🌱Şeyx, ağsaqqal / Şeyxlər
​عُمْرٌ أَعْم فَارٌ
🌱Ömür / Ömürlər
​عَاقِلٌ عُقَلَاءُ
🌱Ağıllı / Ağıllılar
​جَاهِلٌ جُهَلَاءُ/جَاهِلُونَ
🌱Cahil / Cahillər
​طِفْلٌ أَطْفَالٌ
🌱Uşaq (körpə) / Uşaqlar

↪️ t.me/arabcasoz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
62👍1
📝 Dərs 6

Kişi və Qadın cinsi (المذكر والمؤنث)

Ərəb dilində bütün isimlər ya kişi cinsində (مُذَكَّر), ya da qadın cinsində (مُؤَنَّث) olur.
Bu fərq fel, sifət, işarə əvəzliyi və xəbər formasına təsir edir.

🟢 Kişi cinsi (المذكر)

Kişi və ya kişi cinsində olan varlıqları bildirən sözlərdir.
Əgər bir sözdə qadın cinsi əlaməti (məsələn “ـة”) yoxdursa, adətən kişi cinsində sayılır.

💡 Misallar:

🟢رَجُلٌ — kişi
🟢وَلَدٌ — oğlan
🟢كِتَابٌ — kitab

🔴Qadın cinsi (المؤنث)

Qadın və ya qadın cinsində olan varlıqları bildirən sözlərdir. Ərəb dilində qadın cinsinin müəyyən əlamətləri var.


🖍 Qadın cinsinin əlamətləri (علامات التأنيث)

1️⃣Sonu “تاء مربوطة” (ـة / ة) ilə bitən sözlər.

Ən çox yayılmış qadın cinsi əlaməti nişanıdır.

💡Misallar:

⏺️طَالِبَةٌ — tələbə (qız)
⏺️مُدَرِّسَةٌ — müəllimə
⏺️مَدْرَسَةٌ — məktəb

2️⃣Qadın adları və mənaca qadın olan sözlər.

Bu sözlərdə “ـة” olmasa da, qadın mənası daşıdığı üçün müənnəs sayılır.

💡 Misallar:

⏺️بِنْتٌ — qız
⏺️أُمٌّ — ana
⏺️أُخْتٌ — bacı
⏺️حَامِلٌ — hamilə qadın

3️⃣Dişi heyvan adları
Heyvan adlarında da dişi və erkək formalar fərqlənir.

💡 Misallar:

⏺️نَاقَةٌ — dişi dəvə
⏺️بَقَرَةٌ — dişi inək
⏺️دَجَاجَةٌ — toyuq
⏺️قِطَّةٌ — pişik (dişi)

4️⃣Mənaca qadın olan, lakin “ـة”siz qadın sözləri.

Bəzi sözlərdə heç bir qadın cinsi əlaməti olmamasına baxmayaraq ərəblərdən belə eşidildiyi üçün qadın cinsində sayılır.

💡 Misallar:

⏺️شَمْسٌ — günəş
⏺️أَرْضٌ — yer
⏺️نَارٌ — od

5️⃣İnsan bədənində iki ədəd olan orqanlar (المثنى الطبيعي)

Ərəblər belə orqanları qadın cinsində qəbul edirlər.
Çünki bunlar “cüt” olduqları üçün “müənnəs məcazı” sayılır.

💡 Misallar:

⏺️عَيْنٌ — göz
⏺️أُذُنٌ — qulaq
⏺️يَدٌ — əl
⏺️رِجْلٌ — ayaq

6️⃣Qadınların mətbəxdə işlədiyi bəzi əşyalar

Ərəblər bu əşyaların çoxunu müənnəs (qadın cinsi) sayırlar, çünki çoxu “ـة” ilə bitir.

💡 Misallar:

⏺️قِدْرٌ — qazan
⏺️صَحْنٌ — boşqab
⏺️فُرْنٌ — soba
⏺️كُوبٌ — stəkan

🖍Cümləyə cinsin təsiri

Ərəb dilində fel, sifət, işarə əvəzliyi və xəbər ismin cinsinə uyğun gəlməlidir.

Ərəb dilində işarə əvəzliyi ismin cinsinə uyğun olur.
Yəni kişi cinsində olan isimlə kişi işarə əvəzliyi, qadın cinsində olan ismlə qadın işarə əvəzliyi işlədilir.

💡 Misallar:

🔵هَذَا طَالِبٌ — Bu tələbədir (oğlan).
⏺️هَذِهِ طَالِبَةٌ — Bu tələbədir (qız).
🔵ذَلِكَ رَجُلٌ — O kişidir.
⏺️تِلْكَ اِمْرَأَةٌ — O qadındır.

✍️ Tapşırıq

Aşağıdakı sözləri kişi və qadın cinsinə görə ayır:

كِتَابٌ – بِنْتٌ – قِدْرٌ – سَيَّارَةٌ – يَدٌ – رَجُلٌ – طَالِبَةٌ – عَيْنٌ – مِغْرَفَةٌ – قَلَمٌ – مَدْرَسَةٌ

📕 Nəticə:

Bu dərsdə ərəb dilində kişi və qadın cinsinin əsas qaydalarını, qadın cinsinin tanınma əlamətlərini, eləcə də ərəblərin qadın cinsində saydığı bəzi xüsusi sözləri (mətbəx əşyaları və cüt orqanlar) öyrəndik.

📲 t.me/arabcasoz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
94👍4
دِينَارٌ دَنَانِيرُ
🔴Dinar / Dinarlar
​دِرْهَمٌ دَرَاهِمُ
🔴Dirhəm / Dirhəmlər
​ثَوْبٌ ثِيَابٌ/أَثْوَابٌ
🔴Paltar / Paltarlar
​مَطَرٌ أَمْطَارٌ
🔴Yağış / Yağışlar
​رِيحٌ رِيَاحٌ
🔴Külək / Küləklər
​جِسْمٌ أَجْسَامٌ
🔴Bədən, cisim / Bədənlər
​لَحْمٌ لُحُومٌ
🔴Ət / Ətlər
​عَظْمٌ عِظَامٌ
🔴Sümük / Sümüklər
​جِلْدٌ جُلُودٌ
🔴Dəri / Dərilər
​شَعْرٌ شُعُورٌ
🔴Saç, tük / Saçlar

💌 t.me/arabcasoz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
103👍3
رِسَالَةٌ رَسَائِلُ
Məktub / Məktublar
​نَافِذَةٌ نَوَافِذُ
Pəncərə / Pəncərələr
​جِدَارٌ جُدْرَانٌ
Divar / Divarlar
​حَيَوَانٌ حَيَوَانَاتٌ
Heyvan / Heyvanlar
​طَائِرٌ طُيورٌ
Quş / Quşlar
​سَمَكَةٌ أَسْمَاكٌ
Balıq / Balıqlar
​خُبْزٌ أَخْبَازٌ
Çörək / Çörəklər
​حِصَانٌ حُصُن
At / Atlar
​إِنْسَانٌ نَاسٌ / أُنَاسٌ
İnsan / İnsanlar
​مَطَارٌ مَطَارَاتٌ
Hava limanı / Hava limanları
65👍4
حَقْلٌ حُقُولٌ
😀Tarla, sahə / Tarlalar
​نَخْلَةٌ نَخِيلٌ
😀Xurma ağacı / Xurma ağacları
​نَبَاتٌ نَبَاتَاتٌ
😀Bitki / Bitkilər
​حَدِيقَةٌ حَدَائِقُ
😀Bağça / Bağçalar
​قَلْعَةٌ قِلَاعٌ
😀Qala / Qalalar
​سِلَاحٌ أَسْلِحَةٌ
😀Silah / Silahlar
​جِسْرٌ جُسُورٌ
😀Körpü / Körpülər
​صِفَةٌ صِفَاتٌ
😀Sifət, xüsusiyyət / Sifətlər
​اسْمٌ أَسْمَاءٌ
😀Ad, isim / Adlar
​فِعْلٌ أَفْعَالٌ
😀Fel, hərəkət / Fellər

😀 t.me/arabcasoz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
85👍4
Dərs 7🤩

Feillər (الأفعال)
Madi – Mudari – Əmr
(الفعل الماضي – الفعل المضارع – فعل الأمر)


🤩Feil nədir?

Feil (الفعل) — müəyyən bir zamanı bildirən və hərəkət mənası daşıyan sözdür.
Yəni feil bir işin, hərəkətin və ya halın keçmişdə, indi və ya gələcəkdə baş verdiyini bildirir.

🤩 Ərəb dilində feil üç əsas növdür:

🔢Keçmiş feil (الفعل الماضي)
🔢 İndiki və gələcək feil (الفعل المضارع)
🔠 Əmr feili (فعل الأمر)


🔢 Keçmiş feil – (الفعل الماضي)

🔵Mənası: keçmişdə baş vermiş işi bildirir.
🔵 Əlaməti: adətən “ـَ” (fəthə) ilə bitir.

↖️ Məsələn:

كَتَبَ yazdı
دَخَلَ daxil oldu
جَلَسَ oturdu
خَرَجَ çıxdı
نَصَرَ kömək etdi

🔢 İndiki və gələcək feil – (الفعل المضارع)

🔵 Mənası: hal-hazırda və ya gələcəkdə olan işi bildirir.
🔵Əlaməti: adətən “يَـ / تَـ / أَـ / نَـ” hərflərindən biri ilə başlayır.

↖️Məsələn:

يَكْتُبُ yazır
يَدْخُلُ daxil olur
يَجْلِسُ oturur
يَخْرُجُ çıxır
يَنْصُرُ kömək edir

🔠Əmr feili – (فعل الأمر)

🔵Mənası: bir işi əmr, istək və ya tələb şəklində bildirir.
🔵Əlaməti: cümlədə “hal və ya gələcəkdə” bir işin edilməsini tələb edir.

↖️Məsələn:

اُكْتُبْ yaz!
اُدْخُلْ daxil ol!
اِجْلِسْ otur!
اُخْرُجْ çıx!
اُنْصُرْ kömək et!

Ümumi misal: ⤵️

Keçmiş كَتَبَ yazdı
İndiki يَكْتُبُ yazır
Əmr اُكْتُبْ yaz!


📌Nümunələr:

🔵 يَكْتُبُ الطَّالِبُ الدَّرْسَ -
Tələbə dərsi yazır.
🔵 كَتَبَ الطَّالِبُ الدَّرْسَ -
Tələbə dərsi yazdı.
🔵 اُكْتُبِ الدَّرْسَ -
Dərsi yaz!

🤩 t.me/arabcasoz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
85👍3
1️⃣Yaz اُكْتُبْ – Yazır يَكْتُبُ – Yazdı كَتَبَ

2️⃣ Oxu اِقْرَأْ – Oxuyur يَقْرَأُ – Oxudu قَرَأَ

3️⃣ Get اِذْهَبْ – Gedir يَذْهَبُ – Getdi ذَهَبَ

4️⃣Otur اِجْلِسْ – Oturur يَجْلِسُ – Oturdu جَلَسَ

5️⃣Dur قُمْ – Durur يَقُومُ – Durdu قَامَ

6️⃣ Ye كُلْ – Yeyir يَأْكُلُ – Yedi أَكَلَ

7️⃣ İç اِشْرَبْ – İçir يَشْرَبُ – İçdi شَرِبَ

8️⃣ Aç اِفْتَحْ – Açar يَفْتَحُ – Açdı فَتَحَ

9️⃣ Kömək et اُنْصُرْ – Kömək edir يَنْصُرُ – Kömək etdi نَصَرَ

1️⃣0️⃣ Eşit اِسْمَعْ – Eşidir يَسْمَعُ – Eşitdi سَمِعَ

☁️ t.me/arabcasoz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
95👍3
Dərs 4️⃣

Aşağıdakı cümlələrdən hansı doğrudur
Anonymous Quiz
12%
▫️هَذَا بِنْتٌ
83%
▫️هَذِهِ بِنْتٌ
4%
▫️هَؤُلاءِ بِنْتٌ
7👍74
Dərs 4️⃣

Hansı cümlədə qadın cinsində olan işarə əvəzliyi işlənib
Anonymous Quiz
2%
▫️ذَلِكَ بَابٌ
2%
▫️هَذَا كَلْبٌ
96%
▫️تِلْكَ مَدْرَسَةٌ
75👍5
6👍54
1️⃣1️⃣ Gir اُدْخُلْ – Girir يَدْخُلُ – Girdi دَخَلَ

1️⃣2️⃣ Çıx اُخْرُجْ – Çıxır يَخْرُجُ – Çıxdı خَرَجَ

1️⃣3️⃣ Yu اِغْسِلْ – Yuyur يَغْسِلُ – Yudu غَسَلَ

1️⃣4️⃣ Bax اُنْظُرْ – Baxır يَنْظُرُ – Baxdı نَظَرَ

1️⃣5️⃣ Vur اِضْرِبْ – Vurur يَضْرِبُ – Vurdu ضَرَبَ

1️⃣1️⃣ Min اِرْكَبْ – Minir يَرْكَبُ – Mindi رَكِبَ

1️⃣7️⃣ Oyna اِلْعَبْ – Oynayır يَلْعَبُ – Oynadı لَعِبَ

1️⃣8️⃣ Soruş اِسْأَلْ – Soruşur يَسْأَلُ – Soruşdu سَأَلَ

1️⃣9️⃣ Bil اِعْلَمْ – Bilir يَعْلَمُ – Bildi عَلِمَ

2️⃣0️⃣​ Qayıt اِرْجِعْ – Qayıdır يَرْجِعُ – Qayıtdı رَجَعَ

✉️ t.me/arabcasoz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
85👍3