Hər gün ərəbcə
301 subscribers
3 files
36 links
Ərəb dili öyrənək!

Kanalımızda hər gün yeni ərəb sözləri, mənaları və kiçik testlər paylaşılır.
Sadə, maraqlı və yadda qalan şəkildə ərəb dili öyrən!


✉️ Digər kanal; @qurani_kerimm
✉️ Digər kanal; @sehabelerinheyati
✉️ Digər kanal; @quranqiraeti
Download Telegram
قَلْبٌ قُلُوبٌ
Qəlb / Qəlblər
​عَالِمٌ عُلَمَاءُ
Alim / Alimlər
​رَسُولٌ رُسُلٌ
Rəsul / Rəsullar
​شَيْءٌ أَشْيَاءُ
Şey / Əşyalar
​مَلِكٌ مُلُوكٌ
Padşah / Padşahlar
​حَدِيثٌ أَحَادِيثُ
Hədis / Hədislər
​سُؤَالٌ أَسْئِلَةٌ
Sual / Suallar
​جَوَابٌ أَجْوِبَةٌ
Cavab / Cavablar
​نَجْمٌ نُجُومٌ
Ulduz / Ulduzlar
​دَرْسٌ دُرُوسٌ
Dərs / Dərslər
7👍62
“Oğurluq sözü ərəbcə necə deyilir?”
Anonymous Quiz
7%
السيارة
78%
السرقة
3%
المدرس
12%
الحصن
👍1042
( عالم) sözünün cəmi hanıdır
Anonymous Quiz
12%
عليم
79%
علماء
1%
حكيم
9%
معلمون
10👍32
Kanalı paylaşmağı unutmayın
7👍5👏21
📝 Dərs 1

Ərəb dilində sözün növləri (أقسام الكلام)

Ərəb dilində sözün 3 növü vardır⤵️

🟢اِسْم (isim)
Məsələn: Ev (بيت), kişi (رجل) və s.

🟢فِعْل (fel)
Məsələn: getdi (ذَهَبَ), yazdı (كَتَبَ) və s.

🟢حَرْف (hərf)
Məsələn: في (içində), على (üzərində)



📝Qısa izah

📎İsim (اسم): ad bildirir - insan, əşya, yer, zaman, və s.
Məsələn: كتابٌ (kitab), مدرسةٌ (məktəb).

📎Feil (فعل): hərəkət və ya iş bildirir.
Məs: جلسَ (oturdu), قرأَ (oxudu).

📎Hərf (حرف): tək başına mənası yoxdur, cümlədə başqa sözlərlə birlikdə mənanı tamamlayır.
Məs: في البيتِ (evdə) — “في” burada “-də” mənası verir.

Misal cümlələr⤵️

1. هذا كتابٌ — Bu kitabdır (isim)

2. قرأَ الولدُ — Uşaq oxudu. (feil)

3. الكتابُ في البيتِ — Kitab evdədir. (hərf)



💡Tapşırıq:

📌Aşağıdakı sözləri üç qrupa böl! (isim, feil, hərf)

ذهبَ – بابٌ – على – مدرسةٌ – جلسَ – إلى – قلمٌ

t.me/arabcasoz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
145👍4
بِنْتٌ بَنَاتٌ
▫️Qız / Qızlar
​نَبِيٌّ أَنْبِيَاءُ
▫️Nəbi, peyğəmbər / Peyğəmbərlər
​مَدِينَةٌ مُدُنٌ
▫️Şəhər / Şəhərlər
​صَدِيقٌ أَصْدِقَاءُ
▫️Dost / Dostlar
​طَبِيبٌ أَطِبَّاءُ
▫️Həkim / Həkimlər
​قَمَرٌ
▫️Ay
شَهْرٌ أَشْهُرٌ/شُهُورٌ
▫️Ay / Aylar (təqvim)
​مِفْتَاحٌ مَفَاتِيحُ
▫️Açar / Açarlar
​كُرْسِيٌّ كَرَاسِيُّ
▫️Kürsü, stul / Stullar
​بَابٌ أَبْوَابٌ
▫️Qapı / Qapılar

⚪️ t.me/arabcasoz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
85👍4
📚 Dərs 2

Müəyyənlik və qeyri-müəyyənlik (المعرفة والنكرة)↩️

🪶 Qeyri-müəyyən isim (نَكِرَة)

Qeyri-müəyyən (tanınmayan, xüsusi olmayan) bir şeyi bildirir.
Ərəb dilində bu cür sözlərin sonunda تنوين (ً ٍ ٌ) olur.

💡Misallar:

🔵كتابٌ - kitab

🔵رجلٌ — kişi

🔵بيتٌ — ev

〰️〰️〰️〰️〰️〰️〰️〰️

🪶 Müəyyən isim (مَعْرِفَة)

Müəyyən (tanınan, konkret) bir şeyi bildirir.
Ərəb dilində belə sözlərin əvvəlində الـ (əl) artırılır. Artıq tanıdığımız, bəlli bir şeyi göstərir.


💡Misallar:

🔵الكتابُ — həmin kitab

🔵الرجلُ — həmin kişi

🔵البيتُ — həmin ev

Tapşırıq:

Aşağıdakı sözlərin hansının müəyyən, hansının qeyri-müəyyən olduğunu müəyyən et:

1. بيتٌ
2. الرجلُ
3. كتابٌ
4. المدرسةُ
5. القلمُ

📲 t.me/arabcasoz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
96👍5
Dərs 1

Aşağıdakı sözlərdən hansı isimdir?
Anonymous Quiz
5%
ذَهَبَ
92%
مَدْرَسَةٌ
4%
عَلَى
10👍73
Dərs 1

Aşağıdakı sözlərdən hansı feildir?
Anonymous Quiz
6%
مَكْتَبٌ
13%
خُرُوجٌ
81%
خَرَجَ
11👍73
Dərs 1

Aşağıdakı sözlərdən hansı hərfdir?
Anonymous Quiz
22%
مَنْ
63%
مِنْ
15%
قَلَمٌ
9👍54
عِلْمٌ عُلُومٌ
🟠Elm / Elmlər
​عَمَلٌ أَعْمَالٌ
⚫️Əməl / Əməllər
​رَأْسٌ رُؤُوسٌ
🟠Baş / Başlar
​وَجْهٌ وُجُوهٌ
⚫️Üz, sima / Üzlər
​لِسَانٌ أَلْسِنَةٌ
🟠Dil / Dillər (orqan)
​يَدٌ أَيْدٍ
⚫️Əl / Əllər
​رِجْلٌ أَرْجُلٌ
🟠Ayaq / Ayaqlar
​نَفْسٌ أَنْفُسٌ/نُفُوسٌ
⚫️Nəfs, can / Nəfslər, canlar
​سَبَبٌ أَسْبَابٌ
🟠Səbəb / Səbəblər
​خَبَرٌ أَخْبَارٌ
⚫️Xəbər / Xəbərlər

🔔 t.me/arabcasoz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
8👍85
جُنْدِيٌّ جُنُودٌ
🔵Əsgər / Əsgərlər
​مَلَكٌ مَلَائِكَةٌ
🟠Mələk / Mələklər
​جَنَّةٌ جَنَّاتٌ
🔵Cənnət / Cənnətlər
​نَارٌ نِيرَانٌ
🟠Od, atəş / Odlar
​شَيْطَانٌ شَيَاطِينُ
🔵Şeytan / Şeytanlar
​حِصْنٌ حُصُونٌ
🟠Qala / Qalalar
​سَيْفٌ سُيُوفٌ
🔵Qılınc / Qılınclar
​نَجْمٌ نُجُومٌ
🟠Ulduz / Ulduzlar
​قَصْرٌ قُصُورٌ
🔵Saray / Saraylar
​أَمِيرٌ أُمَرَاءُ
🟠Əmir / Əmirlər

📲 t.me/arabcasoz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
126👍5
Dərs 2

Aşağıdakı sözlərdən hansı müəyyənlikdədir?
Anonymous Quiz
6%
📌 مَدْرَسَةٌ
5%
📌 كَلْبٌ
89%
📌 الْبَيْتِ
8👍82
Dərs 2

Aşağıdakı sözlərdən hansı qeyri-müəyyəndir?
Anonymous Quiz
6%
📌المَكْتَبُ
94%
📌بَابٌ
0%
📌البَيْتُ
11👍63
Dərs 3 ✍️

Kişi cinsində olan işarə əvəzlikləri
(أسماء الإشارة للمذكر)


1️⃣ Tək şəxs üçün (المفرد المذكر)

🔣 هَذَا
Bu yaxında olan kişi cinsində bir şey və ya şəxs üçün istifadə olunur. Mənası bu'dur.

🔣ذَاكَ
Bu bir qədər uzaqda olan üçün istifadə olunur. Orta uzaqlıq bildirir. Mənası - o'dur.

🔣ذَلِكَ
Bu uzaqda olan kişi cinsində bir şey üçün istifadə olunur. Mənası o'dur.

😀 Misallar:

هذا كتابٌ — Bu kitabdır.
ذاك بيتٌ — O evdir.
ذلك جبلٌ — O (uzaqdakı) dağdır.


2️⃣ İkilik üçün (المثنّى المذكر)

🔣هذانِ
Bu yaxında olan iki kişi və ya əşya üçün istifadə olunur. Mənası “bu ikisi" deməkdir.

🔣ذانِكَ
Bu uzaqda olan iki kişi və ya əşya üçün istifadə olunur. Mənası “o ikisi" deməkdir.


😀 Misallar:

هذانِ وَلَدَانِ — Bu iki oğlandır.
ذانِكَ رَجُلَانِ — O iki kişidir.

(Orta məsafə forması bu halda ayrıca işlədilmir.)


3️⃣ Cəm (çoxluq) üçün (الجمع المذكر)

🔣هؤلاءِ
Bu yaxında olan bir neçə kişi və ya kişi cinsində çoxluq üçün istifadə olunur. Mənası “bunlar" deməkdir.

🔣أولئكَ
Bu uzaqda olan bir neçə kişi və ya kişi cinsində çoxluq üçün istifadə olunur. Mənası “onlar" deməkdir.

😀 Misallar:

هؤلاءِ طُلّابٌ — Bunlar tələbələrdir.
أولئكَ رِجَالٌ — Onlar kişilərdir.



✔️ Tapşırıq

Aşağıdakı cümlələrdəki işarə əvəzliklərini tap və onların mənasını yaz:

1. هذا رجلٌ
2. هذانِ كاتبانِ
3. هؤلاءِ مسلمونَ
4. ذلك كتابٌ
5. أولئكَ طلابٌ

⭐️ t.me/arabcasoz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
10👍52
جَامِعَةٌ جَامِعَاتٌ
🟢Universitet / Universitetlər
​مُسْلِمٌ مُسْلِمُونَ
🟠Müsəlman (kişi) / Müsəlmanlar (kişi)
​مُسْلِمَةٌ مُسْلِمَاتٌ
🟢Müsəlman (qadın) / Müsəlmanlar (qadın)
​كَافِرٌ كَافِرُونَ/كُفَّارٌ
🟠Kafir / Kafirlər
​مُؤْمِنٌ مُؤْمِنُونَ
🟢Mömin (kişi) / Möminlər (kişi)
​عَبْدٌ عِبَادٌ
🟠Qul / Qullar
​سَاعَةٌ سَاعَاتٌ
🟢Saat / Saatlar
​شَارِعٌ شَوَارِعُ
🟠Küçə / Küçələr
​سُوقٌ أَسْوَاقٌ
🟢Bazar / Bazarlar
​غَنِيٌّ أَغْنِيَاءُ
🟠Zəngin, varlı / Zənginlər

📩 t.me/arabcasoz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
8👍53
➡️ Dərs 4

Qadın cinsində olan işarə əvəzlikləri
(أسماء الإشارة للمؤنث)

1️⃣ Tək şəxs üçün (المفرد المؤنث)

🔃 هَذِهِ
Bu yaxında olan qadın cinsində bir şey və ya şəxs üçün istifadə olunur.
Mənası: bu (qadın cinsində).

🔃 تِلكَ
Bu uzaqda olan qadın cinsində bir şey və ya şəxs üçün istifadə olunur.
Mənası: o (qadın cinsində).

🔃 تِيكَ
Bu da “تلكَ” sözünün digər formasıdır, daha çox ərəblərin danışıq dilində işlənir.
Mənası: o (qadın cinsində, uzaqda olan).

🖊️ Misallar:

هَذِهِ بِنْتٌ — Bu qızdır.
تِلكَ سَيَّارَةٌ — O (uzaqdakı) maşındır.
تِيكَ امْرَأَةٌ — O qadındır.


2️⃣ İkilik üçün (المثنّى المؤنث)

🔃 هَاتَانِ
Bu yaxında olan iki qadın və ya dişi əşya üçün istifadə olunur.
Mənası: bu iki (qadın cinsində).

🔃 تَانِكَ
Bu uzaqda olan iki qadın və ya dişi əşya üçün istifadə olunur.
Mənası: o iki (qadın cinsində).

🖊️ Misallar:

هَاتَانِ بِنْتَانِ — Bu iki qızdır.
تَانِكَ امْرَأَتَانِ — O iki qadındır.


3️⃣ Cəm (çoxluq) üçün (الجمع المؤنث)

🔃 هَؤُلَاءِ
Bu yaxında olan bir neçə qadın və ya qadın cinsində çoxluq üçün istifadə olunur.
Mənası: bunlar (qadın cinsində).

🔃 أُولَئِكَ
Bu uzaqda olan bir neçə qadın və ya qadın cinsində çoxluq üçün istifadə olunur.
Mənası: onlar (qadın cinsində).

🖊️ Misallar:

هَؤُلَاءِ نِسَاءٌ — Bunlar qadınlardır.
أُولَئِكَ مُؤْمِنَاتٌ — Onlar mömin qadınlardır.

〰️〰️〰️〰️〰️〰️〰️

Tapşırıq

Aşağıdakı cümlələrdəki işarə əvəzliklərini tap və onların mənasını yaz:

1. هَذِهِ بِنْتٌ
2. تِلكَ سَيَّارَةٌ
3. هَاتَانِ مُعَلِّمَتَانِ
4. أُولَئِكَ مُسْلِمَاتٌ
5. هَؤُلَاءِ نِسَاءٌ

✉️ t.me/arabcasoz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
5👍54
فَقِيرٌ فُقَرَاءُ
🟡Kasıb / Kasıblar
​مَطْعَمٌ مَطَاعِمُ
🟡Restoran / Restoranlar
​فُنْدُقٌ فَنَادِقُ
🟡Otel / Otellər
​حَقِيبَةٌ حَقَائِبُ
🟡Çanta / Çantalar
​وَرَقَةٌ أَوْرَاقٌ
🟡Vərəq, yarpaq / Vərəqlər, yarpaqlar
​زَهْرَةٌ أَزْهَارٌ/زُهُورٌ
🟡Çiçək / Çiçəklər
​صُورَةٌ صُوَرٌ
🟡Şəkil / Şəkillər
​جَزِيرَةٌ جُزُرٌ
🟡Ada / Adalar
​قَرْيَةٌ قُرًى
🟡Kənd / Kəndlər
​مُسْتَشْفَى مُسْتَشْفَيَاتٌ
🟡Xəstəxana / Xəstəxanalar

🔔 t.me/arabcasoz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
53👍3
Dərs 3

Aşağıdakı cümlələrin hansında ikilik üçün işarə əvəzliyi işlədilib?
Anonymous Quiz
3%
🔵ذَلِكَ رَجُلٌ
83%
🔵ذَانِكَ وَلَدَانِ
14%
🔵أُو۟لَـئِكَ رِجَالٌ
7👍43
Dərs 3

Aşağıdakı cümlələrin hansında cəm üçün işarə əvəzliyi işlədilib?
Anonymous Quiz
96%
🔵هَؤُلاءِ أَبْنَاءٌ
0%
🔵هَذَا طَالِبٌ
4%
🔵ذَانِكَ بَيْتَانِ
9👍42
Dərs 3

Aşağıdakı cümlələrin hansında tək və yaxınlıq üçün işarə əvəzliyi işlədilib?
Anonymous Quiz
3%
🔵ذَلِكَ رَجُلٌ
98%
🔵هَذَا بَيْتٌ
0%
🔵هَذَانِ كِتَابَانِ
65👍4