ANDROİD Azərbaycan 🇦🇿
438 subscribers
85 photos
1 video
22 files
9 links
Android APK Azərbaycan
Download Telegram
Microsoft rəhbərliyi yeni Windows 11 əməliyyat sisteminin quraşdırılması üçün sistem tələblərinin nəyə görə belə yüksək olduqlarına aydınlıq gətiriblər. Şirkət hansı səbəblə Windows 11-i köhnə kompüterlərə quraşdırmaq istəmədiyini söyləyib. Buna baxmayaraq o, qeyd edib ki, yeni əməliyyat sistemini dəstəkləyəcək CPU-ların siyahsına yenidən nəzər yetirəcək. Microsoft-un sözlərinə əsasən Windows 11-in yaradılması zamanı əsas tələblərdən biri də istifadəçilərin təhlükəsizlikləri olub. Buna görə də Windows 11 vasitəsilə çalışacaq cihaz virtualizasiya (VBS) əsasında olan şifrələməni, Windows Hello funksiyasını və təhlükəsiz yüklənmə rejimini dəstəkləməlidir.
Amazon şirkəti təkcə anbarlarındakı işçilərin deyil həmçinin öz əməkdaşların və hətta çatdırılma prosesini reallaşdıran partnyorların idarəsində də alqoritmlərdən istifadə edir. Bu barədə Bloomberg saytı xəbər verib. Şirkətin strategiyası ilə yaxından tanış olan mənbələrin verdikləri məlumata əsasən Amazon-un CEO-su Jeff Bezos alqoritmlərin insanlardan daha tez və dəqiq qərar verdiklərinə inanır. Bu isə öz növbəsində xərcləri azaldır və rəqabətdə üstünlüklər verir. Amazon 2015-ci ildə Amazon Flex proqramını işə salmışdı. Bu proqram çərçivəsində şirkət avtomobil sahiblərinə çatdırılma xidmətinə görə hər saat üçün 25$ ödəyir. Lakin sürücülər sözügedən proqram üçün qeydiyyatdan keçdikdən sonra onların aktivliklərini xüsusi alqoritmlər izləyirlər.
Android 12 versiyasına yenilənəcək Xiaomi'lər.
_______________________
Bu fikirlə razısan 🤔
Bir qrup istifadəçilər, satış rekordmeni Note 8 üçün belə bir acı sonluq gözləmədiyini və şirkətin Note 8 populyarlığından istifadə edərək standartların altında bir modeli yeniləmək planını marketinq anlayışına ciddi zərbə olduğunu düşünürlər.
-------------------------------------------
Yeniləmə almayacaq Redmi və Mi'lər.
-Mi9, SE, Lite, T, Pro | Mi Note 10, Note 10 Pro | Redmi K20, K20 Pro, Premium | Redmi Note 8, 8T, 8 Pro | Redmi 9, 9A, 9AT, 9i, 9C, 9 Prime.

Bəs siz, hansı model üçün gözləyirsiniz ?
Microsoft şirkəti Windows 11 əməliyyat sisteminin kompüterlərə quraşdırılması barədə məlumatlar verməyə davam edir. Məlum olub ki, yeni əməliyyat sistemini təkcə Windows 10 deyil həmçinin daha əvvəlki Windows versiyalarının istifadəçiləri də əldə edə biləcəklər. Lakin daha əvvəlki Windows versiyalarının istifadəçiləri bu proses zamanı bir sıra çətinliklər ilə qarşılaşacaqlar. Windows 10 vasitəsilə çalışan və Windows 11-in sistem tələblərinə uyğun olan kompüterlər yeni əməliyyat sistemini sistem ayarları vasitəsilə sadə şəkildə əldə edə biləcəklər. Bu proses əməliyyat sistemi yenilənməsinin quraşdırılması kimi sadə olacaq. Lakin Windows 7 vasitəsilə çalışan kompüterlərə sahib istifadəçilər Windows 11-i əldə etmək istədikləri halda daha qəliz prosesdən keçməli olacaqlar.
Yeni Apple patenti şirkətin öz smartfonlarında Touch ID texnologiyasına qayıdacağına işarə edir. Apple barmaq izi skanı texnologiyasının Face ID ilə müqayisədə daha aşağı effektivliyə sahib olduğunu dəfələrlə qeyd etsə də, Touch ID texnologiyası yaxın gələcəkdə iPhone modellərinə geri dönüş edə bilər. Apple 2 il bundan öncə bu məsələ ilə bağlı patent əldə etmişdi. İndi isə həmin patentə aid olan yenilənmiş foto təqdim olunub. Təqdim olunmuş fotoda eyni cihaz əks olunub və həmin cihazda barmaq izi skanı texnologiyası kənar hissəyə inteqrasiya edilib. Daha əvvəl sözügedən fotoda planşetə bənzər cihaz əks olunmuşdu. Yenilənmiş fotoda isə cihaz smatfona bənzəyir.
İstifadəyə verilməsindən 9 il sonra Google şirkəti Android Jelly Bean əməliyyat sisteminin dəstəyini rəsmi şəkildə dayandıracağını elan edib. Analitiklərin məlumatlarına əsasən minlərlə Android istifadəçisi hələ də sözügedən əməliyyat sistemindən istifadə edir. Avqust ayının sonundan etibarən Android 4.1 və Android 4.2 əməliyyat sistemlərinin istifadəçiləri artıq Google servislərinin yenilənmələrini əldə etməyəcəklər. Android-in bu versiyaları hələ yanvar ayının sonunda dəstəklənməyən əməliyyat sistemləri siyahısına daxil edilmişdilər. Lakin Google köhnə Android versiyaları üçün kritik təhlükəsizlik yenilənmələrini təqdim etməyə davam edirdi.
Çinli tədqiqatçılar tərəfindən yaradılmış yeni növ plastik material 1 həftə ərzində açıq havada və Günəş şüaları altında parçalana bilir. Alimlərin fikirlərinə əsasən bu, emal edilməsi daha sadə olacaq elektronik məhsulların yaradılması yolunda ilk addımdır. Qeyd etmək lazımdır ki, sözügedən yeni növ plastik material çinli tədqiqatçı Liang Luo-nun bir layihəsi çərçivəsində təsadüfən ortaya çıxıb. Belə ki, tədqiqatçı kimyəvi növ sensorun təkmilləşdirilməsi üzərində çalışırdı. O, yeni polimer örtüyün yaradılması üzərində işlər aparırdı və həmin örtük pH səviyyəsindən asılı olaraq rəngini dəyişə bilirdi. Təcrübə çərçivəsində Liang Luo aşkar edib ki, materialın tünd qırmızı rəngi itib və materialın özü bir neçə gün ərzində Günəş şüaları altında qalması səbəbilə parçalanıb. Plastik materialların emal məsələsində aparılan araşdırmaların ümumi məqsədi də elə məhz material daxilində bu əlaqələrin parçalanmasıdır.
Avstraliyada süni zəka və robotlar tərəfindən idarə olunan ferma yaradılır. Layihənin dəyəri 20 milyon dollar təşkil edir. Tamamilə avtomatlaşdırılmış ferma adi işçiləri süni zəka və robotlar ilə əvəz edəcək. Gələcəkdə isə fermerlər ümumiyyətlə əkin sahələrində çalışmalı olmayacaqlar. “Hands-free Farm” adlı bu layihə Avstraliyada yerləşən Çarlz Stört adına Universitetin tədqiqatçıları ilə Food Agility adlı kooperativ tədqiqat mərkəzi tərəfindən yaradılır. Layihə yekununda 1900 hektar əraziyə sahib ferma robototexnika və snüi zəka texnologiyalarının kənd təsərrüfatı sahəsindəki imkanlarını sərgiləyəcək.
Google şirkətinin fərdi mobil prosessoru barəsində yeni məlumatlar verilib. Qeyd etmək lazımdır ki, şirkətin fərdi prosessorunun Google Pixel 6 smartfon modelinə quraşdırılacağı güman edilir. Daha öncədən ortaya çıxmış məlumatda qeyd edilmişdi ki, Google fərdi prosessorunu Samsung ilə birlikdə hazırlayır və o, Whitechapel kod adına sahibdir. Verilmiş yeni məlumata əsasən sözügedən mobil prosessor 5 nanometrlik texnoloji proses əsasında hazırlanır və o, 8 nüvə əldə edəcək: 2 ədəd Cortex-A78 nüvəsi, 2 ədəd Cortex-A76 nüvəsi və 4 ədəd Cortex-A55 nüvəsi. Yeni prosessorda qrafik özəlliklərdən ARM Mali-G78 qrafik çipi cavabdeh olacaq.
A12 sevərlərə A21s performansında yeni cihaz

Samsung'un, Exynos 850 versiyalı yeni Galaxy A12 smartfonu barədə məlumatlar gəlməkdədir. Bu yeni variant, 8nm proses üzərində qurulmuş 8 nüvəli Samsung'un büdcəli Exynos 850 prosessoru ilə təchiz ediləcəkdir.

Samsung, Galaxy A12-lərin Bluetooth sertifikatından keçməsi barədə əvvəlcədən xəbərlər olmasına baxmayaraq, bu cihazın sadəcə A12 adlandırıla biləcəyini bildirdi. Bu yerdə SM-A127F-nin həqiqətən adlandırılacağı ilə bağlı iki ziddiyyətli mənbə var. Səkkiz nüvəli çipsetdən (4x2.0 GHz Cortex A55 + 4x2.0 GHz Cortex A55) bir yana, bütün digər xüsusiyyətlərin eyni qalacağı bildirilir. Galaxy A12 (nəzərdən keçirmək üçün) 6,5 düymlük sonsuz-V HD ekrana, 5000 mAs batareyaya və 15W sürətli şarj dəstəyinə malikdir. Arxasında əsas 48MP + 5MP + 2MP + 2MP təşkil edən dörd kameradan ibarət lens kombinasiyası quraşdırılıb. Yaddaşa gəldikdə 32GB, 64GB və 128GB, 3GB və ya 4GB RAM ilə təchiz olunub.
OnClick 1.15 Unlock.apk
5 MB
📍OnClick

-Follower Assistans bənzəri

- Bir çox özəlliyə sahib instagram hesabı artırmaq üçün program

- Avto like

- Avto coment və.s

- Premium versiya

- P.s : İnstagramda günlük limitləri keçsəz spam ola bilərsiz
Retouch_v4.4.16.apk
15.3 MB
📍ReTouch

Şəkillərinizdən artıq hissələri silmək üçün.
Twitter-də öz abunəçilərinin suallarına cavab verən zaman SpaceX və Tesla şirkətlərinin CEO-su Elon Musk Mars planetində ilk insan koloniyasının yaradılacağı təqribi zamanı qeyd edib. Bu məqsədin reallaşdırılması yolunda o, raket mühərriklərinin istehsalat tempini yüksəltməyi planlaşdırır. Həmin mühərriklər Mars planetinə yollanmaq üçün nəzərdə tutulmuş kosmik gəmilərdə istifadə olunacaqlar. “İldə təqribi olaraq 800-1000 ədəd raket mühərriki. Bu cür sayda raket mühərriki Marsda avtonom şəhərin inşa edilməsində yardımçı olacaq kosmik donanmanın 10 ilə yaradılmasına kifayət edəcək. Marsda şəhərin inşasına isə 20 il vaxt lazım olacaq. Çox güman ki, 2050-ci ilə kimi çatdıracağıq” - deyə Musk qeyd edib.
Instagram-a yeni təhlükəsizlik funksiyası inteqrasiya olunmağa hazırlaşır. Yeni funksiya istifadəçilərə öz hesablarının oğurlanmasından qorumağa və hesabları oğurlamış hackerlərdən onları geri qaytarmağa yardımçı olacaq. Yaxın zamanda Instagram-a inteqrasiya ediləcək yeni təhlükəsizlik funksiyası Security Checkup adlanır. Onun əsas məqsədi isə hər hansı istifadəçi hesabında şübhəli aktivlik təyin edildikdə bu barədə istifadəçiyə xəbər verməkdir. Bu cür bildirişlər istifadəçilərə bəzi addımları atmaq təklifini verəcəklər. Həmin addımlar vasitəsilə istifadəçilər oğurlanmış hesablarını geri qaytara və hesablarının təhlükəsizliklərini yaxşılaşdıra biləcəklər.
Yaponiyalı mühəndislər fiber optik naqillər vasitəsilə məlumatların saniyədə 319 Tbit (terabit) sürətlə ötürülməsinə nail ola biliblər. Bu yeni dünya rekordu 3000 km uzunluğa sahib fiber optik sistem üzərində əldə olunub. Beləliklə əldə edilmiş yeni dünya rekordu əvvəlkindən 2 dəfə böyükdür. Belə ki, hələ keçən il mühəndislər məlumatların saniyədə 178 Tbit sürətlə ötürülməsinə nail olmuşdular. Bununla belə NASA agentlyii məlumatları saniyədə 400 Gbit sürətlə ötürür. Məlumdur ki, Yaponiyanın, Yeni Zelandiyanın və ABŞ-ın bəzi regionlarında ev internetinin maksimal sürəti saniyədə 10 Gbit təşkil edir. Yaponiyalı mühəndislər mövcud olan fiber optik infrastrukturun təkmilləşdirilməsi və siqnalların ötürülməsi üzrə yeni texnologiyanın istifadəsi hesabına bu cür yeni dünya rekorduna imza atıblar.
LED Edge.apk
8.4 MB
📍Led Edge

Zəng zamanı ekranın kənarında işıqlar əlavə etmək üçün program
📍Dropshipping nədir?

Ənənəvi e-ticarət ilə dropshipping biznesi arasında əsas fərq odur ki, dropshipping sahibi anbar və göndəriş məsələləri ilə məşğul olmur. Bunun əvəzində müştəri məhsulu aldıqda onlayn mağaza rəhbəri (yəni siz) sifarişi tədarükçüyə yönləndirəcək, onlar isə məhsulu birbaşa müştəriyə göndərəcəklər

📍Müsbət cəhətləri
Adi onlayn mağazadan fərqli olaraq dropshipping biznesi çox aşağı investisiya tələb edir. Məhsul almaq və ya anbar məsələləri ilə məşğul olmağa ehtiyac olmur. Məhsul göndərişi ilə də tədarükçü tərəf məşğul olur. Müxtəlif tədarükçü və istehsalçı şirkətlərin çeşid-çeşid məhsullarını sata bilərsiniz.

📍 Mənfi Cəhətləri
Məhsulun keyfiyyətinə və anbarda olub-olmamasına nəzarət etmək çətindir.
Məhsulun keyfiyyəti və göndərişi məsələlərində birbaşa əlaqə olmadığına görə müştəri məmnuniyyətini qazanmaq bir az çətin ola bilər. Müştəri dəstəyi xidmətini təmin etmək çətin olur.Topdan deyil, pərakəndə alış olduğuna görə qazanc daha az olur lakin istədiyiniz qiymətə sata biləcəyinizə görə daha çox da qazanc əldə bilərsiniz.

📍Necə başlaya bilərik?
Bir sıra e-ticarət portalları var ki, heç bir texniki bilik tələb etmədən dropshipping mağazası yaratmağa imkan verir. Aşağı quraşdırma xərcləri, bir neçə ödəniş keçidi daxil etmək və online mağazanı istəyə uyğun dizayn etmək imkanlarına görə mən WooCommerce-dən istifadə etməyi məsləhət görərdim. WooCommerce e-ticarət mağazası yaratmaq üçün bir nömrəli plugindir. WordPress-də istifadə olunan əsas plugin-lərdən biri olduğuna görə əsas dropshipperlər ondan çox istifadə edir.