ANDROİD Azərbaycan 🇦🇿
629 subscribers
85 photos
1 video
22 files
9 links
Android APK Azərbaycan
Download Telegram
Digital Chat Station ləqəbli məşhur çinli insayderin sözlərinə əsasən Redmi brendi öz gələcək smartfonları üçün olacaq şarj cihazlarının güclərini artırmaq niyyətindədir. İnsayder bu məsələdə hətta konkret göstəricini də qeyd edib. Belə ki, onun verdiyi məlumata əsasən yaxın zamanda Redmi brendinin hətta orta qiymət göstəricisinə sahib smartfonları da 100 vatt gücündə şarj dəstəyini əldə edəcəklər. Hal hazırda Redmi brendinin maksimal yüksək şarj texnologiyası 67 vatt təşkil edir. Məsəələn Redmi Note 10 Pro modeli bu cür şarj özəlliyinə sahibdir.
Farmville yoxsa HayDay (Yenilik)🤔

VPN bağlantısı ilə oynanıla bilən sınaq versiyası EXCLUSİVE mobil oyunlar.

Biri web dünyasının ən çox oynanılanı, digəri isə eyni kateqoriyada mobil platformların. Gecikməyə səbəb kimi, hazırda Filippinlər, Singapur və Tailand kimi ölkələrdə tətbiqlər üzərində bir sıra istifadəçi rəyləri əsasında düzəlişlər gedir, boşluqlar ola bilər. Mövcud vəziyyət aylardır davam edir, global çıxış üçün bizi izləyin..

Farmville 3 (VPN girişi üçün)
https://play.google.com/store/apps/details?id=com.zynga.farmville3

HayDay Pop (VPN girişi üçün)
https://play.google.com/store/apps/details?id=com.supercell.haydaypop
What’s Next for Windows adlı xüsusi tədbir çərçivəsində Microsoft şirkəti Windows 11 əməliyyat sistemini təqdim edib. Təbii ki, bu, sürpriz bir hadisə olmadı. Belə ki, yeni əməliyyat sistemi barəsində məlumatlar hələ bir neçə həftə bundan öncə ortaya çıxmağa başlamışdılar. Beləliklə Windows 11 yeni redizayn və yeni funksiyalar əldə edib. Windows 11 istifadəçiləri yenilənmiş istifadəçi interfeysi ilə qarşılayır. Beləliklə tətbiqlər ikonu və Start menyusu Taskbar-ın mərkəz hissəsində yerləşir. Windows 10-da olan kərpic formalı dizaynlar artıq keçmişdə qalıb. Start menyusunda isə seçilmiş tətbiqlərin ikonları və sistem tərəfindən məsləhət görülən elementlər yerləşirlər. Sistem tərəfindən məsləhət görülən elementlər dedikdə isə istifadəçiyə müəyyən anda faydalı ola biləcək tətbiqlər ilə fayllardan söhbət gedir.
Planetin orta temperaturunun yüksəlməsini 2 dərəcə sərhədində saxlamaq mümkün olmayacaq. Yaxın 10 il ərzində iqlim dəyişiklikləri Yer kürəsindəki həyatı fundamental şəkildə dəyişəcək. Əgər insanlar parnik qazlarının atmosferə ifrazını idarə edə bilsələr də bu baş verəcək. Heyvan növlərinin məhv olmaları, epidemiyalar, ekosistemin çökməsi, okean səviyyəsinin yüksəlməsi səbəbilə sahilboyu şəhərlərin sular altında qalmaları və s. kimi hadisələrin sayı artacaq. Bu günlərdə doğulmuş uşaqların artıq 30 yaşları tamam olanda bu cür hadisələrin baş verməsi açıq aydın bir fakt kimi qəbul ediləcək. Bunlar ayrı-ayrı mütəxəssislərin proqnozları deyil. Bunlar iqlim dəyişikliyi üzrə hökumətlərarası mütəxəssislər qrupuna (IPCC) aid proqnozlardır. IPCC-nın hesabatına əsasən insanların indiki vaxtda etdikləri seçimlər insan sivilizasiyasının 21-ci əsrdə inkişaf etməsini və ya sağ qalmaq uğrunda mübarizə aparmasını təyin edəcəklər.
Windows 11-də reallaşdırılmış əsas yeniliklərdən biri də odur ki, yeni əməliyyat sistemində Android tətbiqləri işə salmaq mümkün olacaq. Bu cür yenilik bir çox istifadəçi tərəfindən müsbət qarşılandı. Lakin Microsoft-un bunu necə reallaşdıracağı məlum deyildi. İndi isə məlum olub ki, Windows 11-də heç də bütün Android tətbiqləri işə salmaq mümkün olmayacaq. Android tətbiqlərin Windows 11-də işə salınması üçün Intel Bridge adlı texnologiyadan istifadə olunur. Qeyd etmək lazımdır ki, sözügedən texnologiya təkcə Intel prosessorlu kompüter və noutbuklarda deyil, həmçinin AMD və ARM çiplərinə sahib cihazlarda da çalışacaq. Android tətbiqlərin yeni əməliyyat sistemində işə salınması üçün bir sıra tələblər mövcuddur.
Elon Musk öz Twitter hesabında yeni iti barəsində məlumat verib. İlk baxışdan adi hesab edilən bu tweet kriptovalyuta bazarında ardıcıl hadisələrin baş verməsinə səbəb olub. Belə ki, Musk-ın yeni tweet-i mövcud olan kriptovalyutanın qiymətini qaldırıb və tamamilə yeni kriptovalyutanın yaranmasına səbəb olub. Öz yeni tweet-də Musk, şiba-inu cinsinə aid olan itinə uyğun adı seçdiyini qeyd edib. Belə ki, Musk öz itinin adını Floki qoymağa qərar verib. Sözügedən tweet sayəsində Shiba Inu adlı kriptovalyutanın dəyəri 26% yüksəlib. 9 dəqiqədən sonra isə Uniswap adlı kriptovalyuta birjasında Elon Musk-ın itinin adı şərəfinə Floki adlı yeni token yaradılıb.
LockMyPix - 84$ dəyərində pulsuz tətbiq👏

Gizli şəkillər, videolar, sizə aid bütün xatirələr, AES/CTR kimi üst səviyyə hərbi standartlarla əhatəli bu təhlükəsizlik mediafayl tətbiqi ilə qorunur.
Yoxlamaq üçün, elə indi yüklə.

Premium (full versiya) buradan📥
https://moddroid.com/download/lockmypix-pro-63955/1

Daha maraqlı tətbiqlər üçün, bizi izləməyə davam edirsiniz🤳
Çin Milli Kosmik Agentliyi (CNSA) Zhurong adlı aparatın Mars səthinə necə eniş etməsi barədə videonu təqdim edib. Təqdim edilmiş videonun əsas özəlliyi ondan ibarətdir ki, onda Mars aparatının işə düşməsi nəticəsində qeydə alınmış səsləri eşitmək olar. Verilmiş məlumata əsasən Tianwen-1 adlı eniş modulu artıq 338 gündür ki, Mars planetinin orbitində yerləşir. Zhurong aparatı isə 42 gündür ki, fəaliyyətə başlayıb. Bu müddət ərzində aparat 236 metr məsafə qətt edə bilib. Mühəndislər qeyd ediblər ki, həm eniş modulu həm də aparat yaxşı vəziyyətdədirlər.
Microsoft rəhbərliyi yeni Windows 11 əməliyyat sisteminin quraşdırılması üçün sistem tələblərinin nəyə görə belə yüksək olduqlarına aydınlıq gətiriblər. Şirkət hansı səbəblə Windows 11-i köhnə kompüterlərə quraşdırmaq istəmədiyini söyləyib. Buna baxmayaraq o, qeyd edib ki, yeni əməliyyat sistemini dəstəkləyəcək CPU-ların siyahsına yenidən nəzər yetirəcək. Microsoft-un sözlərinə əsasən Windows 11-in yaradılması zamanı əsas tələblərdən biri də istifadəçilərin təhlükəsizlikləri olub. Buna görə də Windows 11 vasitəsilə çalışacaq cihaz virtualizasiya (VBS) əsasında olan şifrələməni, Windows Hello funksiyasını və təhlükəsiz yüklənmə rejimini dəstəkləməlidir.
Amazon şirkəti təkcə anbarlarındakı işçilərin deyil həmçinin öz əməkdaşların və hətta çatdırılma prosesini reallaşdıran partnyorların idarəsində də alqoritmlərdən istifadə edir. Bu barədə Bloomberg saytı xəbər verib. Şirkətin strategiyası ilə yaxından tanış olan mənbələrin verdikləri məlumata əsasən Amazon-un CEO-su Jeff Bezos alqoritmlərin insanlardan daha tez və dəqiq qərar verdiklərinə inanır. Bu isə öz növbəsində xərcləri azaldır və rəqabətdə üstünlüklər verir. Amazon 2015-ci ildə Amazon Flex proqramını işə salmışdı. Bu proqram çərçivəsində şirkət avtomobil sahiblərinə çatdırılma xidmətinə görə hər saat üçün 25$ ödəyir. Lakin sürücülər sözügedən proqram üçün qeydiyyatdan keçdikdən sonra onların aktivliklərini xüsusi alqoritmlər izləyirlər.
Android 12 versiyasına yenilənəcək Xiaomi'lər.
_______________________
Bu fikirlə razısan 🤔
Bir qrup istifadəçilər, satış rekordmeni Note 8 üçün belə bir acı sonluq gözləmədiyini və şirkətin Note 8 populyarlığından istifadə edərək standartların altında bir modeli yeniləmək planını marketinq anlayışına ciddi zərbə olduğunu düşünürlər.
-------------------------------------------
Yeniləmə almayacaq Redmi və Mi'lər.
-Mi9, SE, Lite, T, Pro | Mi Note 10, Note 10 Pro | Redmi K20, K20 Pro, Premium | Redmi Note 8, 8T, 8 Pro | Redmi 9, 9A, 9AT, 9i, 9C, 9 Prime.

Bəs siz, hansı model üçün gözləyirsiniz ?
Microsoft şirkəti Windows 11 əməliyyat sisteminin kompüterlərə quraşdırılması barədə məlumatlar verməyə davam edir. Məlum olub ki, yeni əməliyyat sistemini təkcə Windows 10 deyil həmçinin daha əvvəlki Windows versiyalarının istifadəçiləri də əldə edə biləcəklər. Lakin daha əvvəlki Windows versiyalarının istifadəçiləri bu proses zamanı bir sıra çətinliklər ilə qarşılaşacaqlar. Windows 10 vasitəsilə çalışan və Windows 11-in sistem tələblərinə uyğun olan kompüterlər yeni əməliyyat sistemini sistem ayarları vasitəsilə sadə şəkildə əldə edə biləcəklər. Bu proses əməliyyat sistemi yenilənməsinin quraşdırılması kimi sadə olacaq. Lakin Windows 7 vasitəsilə çalışan kompüterlərə sahib istifadəçilər Windows 11-i əldə etmək istədikləri halda daha qəliz prosesdən keçməli olacaqlar.
Yeni Apple patenti şirkətin öz smartfonlarında Touch ID texnologiyasına qayıdacağına işarə edir. Apple barmaq izi skanı texnologiyasının Face ID ilə müqayisədə daha aşağı effektivliyə sahib olduğunu dəfələrlə qeyd etsə də, Touch ID texnologiyası yaxın gələcəkdə iPhone modellərinə geri dönüş edə bilər. Apple 2 il bundan öncə bu məsələ ilə bağlı patent əldə etmişdi. İndi isə həmin patentə aid olan yenilənmiş foto təqdim olunub. Təqdim olunmuş fotoda eyni cihaz əks olunub və həmin cihazda barmaq izi skanı texnologiyası kənar hissəyə inteqrasiya edilib. Daha əvvəl sözügedən fotoda planşetə bənzər cihaz əks olunmuşdu. Yenilənmiş fotoda isə cihaz smatfona bənzəyir.
İstifadəyə verilməsindən 9 il sonra Google şirkəti Android Jelly Bean əməliyyat sisteminin dəstəyini rəsmi şəkildə dayandıracağını elan edib. Analitiklərin məlumatlarına əsasən minlərlə Android istifadəçisi hələ də sözügedən əməliyyat sistemindən istifadə edir. Avqust ayının sonundan etibarən Android 4.1 və Android 4.2 əməliyyat sistemlərinin istifadəçiləri artıq Google servislərinin yenilənmələrini əldə etməyəcəklər. Android-in bu versiyaları hələ yanvar ayının sonunda dəstəklənməyən əməliyyat sistemləri siyahısına daxil edilmişdilər. Lakin Google köhnə Android versiyaları üçün kritik təhlükəsizlik yenilənmələrini təqdim etməyə davam edirdi.
Çinli tədqiqatçılar tərəfindən yaradılmış yeni növ plastik material 1 həftə ərzində açıq havada və Günəş şüaları altında parçalana bilir. Alimlərin fikirlərinə əsasən bu, emal edilməsi daha sadə olacaq elektronik məhsulların yaradılması yolunda ilk addımdır. Qeyd etmək lazımdır ki, sözügedən yeni növ plastik material çinli tədqiqatçı Liang Luo-nun bir layihəsi çərçivəsində təsadüfən ortaya çıxıb. Belə ki, tədqiqatçı kimyəvi növ sensorun təkmilləşdirilməsi üzərində çalışırdı. O, yeni polimer örtüyün yaradılması üzərində işlər aparırdı və həmin örtük pH səviyyəsindən asılı olaraq rəngini dəyişə bilirdi. Təcrübə çərçivəsində Liang Luo aşkar edib ki, materialın tünd qırmızı rəngi itib və materialın özü bir neçə gün ərzində Günəş şüaları altında qalması səbəbilə parçalanıb. Plastik materialların emal məsələsində aparılan araşdırmaların ümumi məqsədi də elə məhz material daxilində bu əlaqələrin parçalanmasıdır.
Avstraliyada süni zəka və robotlar tərəfindən idarə olunan ferma yaradılır. Layihənin dəyəri 20 milyon dollar təşkil edir. Tamamilə avtomatlaşdırılmış ferma adi işçiləri süni zəka və robotlar ilə əvəz edəcək. Gələcəkdə isə fermerlər ümumiyyətlə əkin sahələrində çalışmalı olmayacaqlar. “Hands-free Farm” adlı bu layihə Avstraliyada yerləşən Çarlz Stört adına Universitetin tədqiqatçıları ilə Food Agility adlı kooperativ tədqiqat mərkəzi tərəfindən yaradılır. Layihə yekununda 1900 hektar əraziyə sahib ferma robototexnika və snüi zəka texnologiyalarının kənd təsərrüfatı sahəsindəki imkanlarını sərgiləyəcək.
Google şirkətinin fərdi mobil prosessoru barəsində yeni məlumatlar verilib. Qeyd etmək lazımdır ki, şirkətin fərdi prosessorunun Google Pixel 6 smartfon modelinə quraşdırılacağı güman edilir. Daha öncədən ortaya çıxmış məlumatda qeyd edilmişdi ki, Google fərdi prosessorunu Samsung ilə birlikdə hazırlayır və o, Whitechapel kod adına sahibdir. Verilmiş yeni məlumata əsasən sözügedən mobil prosessor 5 nanometrlik texnoloji proses əsasında hazırlanır və o, 8 nüvə əldə edəcək: 2 ədəd Cortex-A78 nüvəsi, 2 ədəd Cortex-A76 nüvəsi və 4 ədəd Cortex-A55 nüvəsi. Yeni prosessorda qrafik özəlliklərdən ARM Mali-G78 qrafik çipi cavabdeh olacaq.
A12 sevərlərə A21s performansında yeni cihaz

Samsung'un, Exynos 850 versiyalı yeni Galaxy A12 smartfonu barədə məlumatlar gəlməkdədir. Bu yeni variant, 8nm proses üzərində qurulmuş 8 nüvəli Samsung'un büdcəli Exynos 850 prosessoru ilə təchiz ediləcəkdir.

Samsung, Galaxy A12-lərin Bluetooth sertifikatından keçməsi barədə əvvəlcədən xəbərlər olmasına baxmayaraq, bu cihazın sadəcə A12 adlandırıla biləcəyini bildirdi. Bu yerdə SM-A127F-nin həqiqətən adlandırılacağı ilə bağlı iki ziddiyyətli mənbə var. Səkkiz nüvəli çipsetdən (4x2.0 GHz Cortex A55 + 4x2.0 GHz Cortex A55) bir yana, bütün digər xüsusiyyətlərin eyni qalacağı bildirilir. Galaxy A12 (nəzərdən keçirmək üçün) 6,5 düymlük sonsuz-V HD ekrana, 5000 mAs batareyaya və 15W sürətli şarj dəstəyinə malikdir. Arxasında əsas 48MP + 5MP + 2MP + 2MP təşkil edən dörd kameradan ibarət lens kombinasiyası quraşdırılıb. Yaddaşa gəldikdə 32GB, 64GB və 128GB, 3GB və ya 4GB RAM ilə təchiz olunub.
OnClick 1.15 Unlock.apk
5 MB
📍OnClick

-Follower Assistans bənzəri

- Bir çox özəlliyə sahib instagram hesabı artırmaq üçün program

- Avto like

- Avto coment və.s

- Premium versiya

- P.s : İnstagramda günlük limitləri keçsəz spam ola bilərsiz