Əli Novruzovun kanalı
1.32K subscribers
1.21K photos
62 videos
6 files
1.06K links
Funksionalist məktəbin dekanı
Download Telegram
Balaca bir sorğu. Ədəbiyyat üzrə Nobel mükafatı laureatlarından həyatda olan yazıçıların siyahısı. Sayın görək neçəsindən nəsə oxumusuz? Esse, məqalə, müsahibə, şeir və Bob Dylan sayılmır.

Hang Kang
Jon Fosse
Annie Ernaux
Abdulrazak Gurnah
Peter Handke
Olga Tokarczuk
Kazuo Ishiguro
Bob Dylan
Svetlana Alexievich
Patrick Modiano
Mo Yan
Herta Müller
J. M. G. Le Clézio
Orhan Pamuk
Elfriede Jelinek
J. M. Coetzee
Gao Xingjian
Wole Soyinka
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Köhnə bir türk filmindən bu videonu göndərdi dostlar. Burada gülüş hədəfinə çevirdikləri sözlərin xeyli hissəsini (toplumsal, dinsel, ilginç, duyumsal, kurumsal, görev, kutlu) indi özləri ciddi-ciddi istifadə edirlər. Rəsmən fəlakətdir.

Ey ətraku əqrəbayi-Qafqazu Əcəm, nəzər ediniz mülki-Bizansa, ibrət götürünüz.
Dostlar, bizim kanalın müzakirə qrupu, söhbət otağı yoxdur. Paylaşımların altında şərh yazmağınız üçün texniki qrup var. Ora üzv olub nəsə yazanda sizin yazdığınızı heç kim görmür. Bezmişəm qrupa üzv olanları qrupdan çıxarmaqdan. Hələ qrupdan kimisə çıxaranda, avtomatik ban olur, qayıdıb bir də ban siyahısından çıxarıram. Adminə əziyyət verirsiz. Bundan sonra qrupa bilərəkdən və ya bilməyərəkdən üzv olan hər kəs dərhal ban olunacaq. Əbədi müddətə. Privatda yazarsız, kefim yaxşı olsa, sizi ban siyahısından çıxararam.
Sonra da deyirlər ki, tənasüx (reinkarnasiya) söhbəti boş-boş şeylərdir. Bəs bu nə idi mən oxudum? Varqas Lyosa, Qarsia Markez və Karmen Balsels roman sənəti haqqında söhbət edirlər.
1918-ci ilin ingilis hərbi xəritəsindən bir hissə. Sərhədləri və ərazi üzərində real nəzarəti göstərən qeydlər 1919-cu ildə xəritəyə əllə əlavə edilib. Zəngəzur Azərbaycana aid kimi göstərilir, amma əraziyə real nəzarət yerli erməni milli şurasının əlindədir. Qeydlərin müəllifi Naxçıvanı nə Azərbaycana, nə də Ermənistana aid etmir, burada isə əraziyə nəzarət yerli müsəlman üsyançıların əlindədir. Xəritənin orijinalı Viskonsin Universitetinin kolleksiyasında saxlanılır.
İllərdir bu əhvalat İnternetdə rastıma çıxır. Camaat da postoyannı layk, ürək atır, yaşasın Azərbaycan, ay Allah öldüm kimi şərhlər yazır. Amma diqqətlə baxanda bütün əhvalat nədir—bir azərbaycanlı gedir böyük şəhərə, orada Robert de Niro adlı bir nəfərlə tanış olur, o da kimdir, kinolarda gördüyümüz aktyor, sonra həmin azərbaycanlı həmin aktyorla yeyib-içir, sonra səhər açılanda gedirlər xaş yeməyə, bir dəfə də yeyib içirlər. Sonra həmin azərbaycanlı qayıdır öz kəndinə, kəndin cayıllarına danışır ki, şəhərdə filankəslə tanış oldum, babat yeyib-içdik.

Dönə-dönə üzr istəyirəm, amma bu əhvalatdan da, onu özündə ehtiva edib strukturlaşdıran narrativdən də, camaatın bu əhvalatı bəyənib ağzının suyunu axıtmağından da batman-batman natamamlıq kompleksi yağır.
Bu gün aprelin 24-ü POTUSH-un 14 yaşı tamam olur. Happy Birthday, Madam President of the United SHtates!
Son vaxtlar köhnə tanışlar dəhşət nejnı marojna olub, əsas da 15-20 il tanıdıqlarım, yaşı 40-a yaxınlaşan, ya 40-ı keçən, təxminən mənim pokoleniyam. Hamısı ilə də uzun illərdir davamlı ünsiyyətimiz var, elə deyil ki, yaxşı tanımırıq bir-birimizi. Bəlkə də mənim təəssüratım yalnış ola bilər, amma Novruzdan sonra altı-yeddisi məndən küsüb. Özü də boş-boş şeylərin üstündə.

Biri, məsələn, yaşayışından uzun-uzadı nəsə danışırdı, qayıtdım ki, bəsdir, sən canın, divana uzanmamısan. Xətrinə dəydi, küsdü məndən. Bir başqası nəsə deyirdi, mən də əslində onunla razı idim, təsdiq edirdim dediklərini, amma qayıtdı ki, mən ciddi mənada deyirəm, sən mənim sözlərimi zarafata çevirirsən. Zarafata çevirmirdim, amma bu da belə getdi. Yəni hamısı belə.

Bilmirəm, gərək bundan sonra bu yoldaşlarla danışanda Həzrəti İsa kimi suyun üstündə yeriyim? Nəsə uzun mesaj yazırlar, cavab kimi eləcə sadəcə okey-mokey yazmaq olmur, dərhal qayıdırlar ki, məni fırladırsan, məni yola verdin. Bircə dənə yüngül ürəkli zarafatdan nəm çəkirlər. Şişirtmə olmasın, hamısı başlayıb özlərini ministr balası kimi aparmağa. Uzun illər mənim tanıdığım və məni tanıyan adamlardır ha özü də.

Bunu da hələ küsməyə imkan tapmamış köhnə tanışlar üçün yazıb bura qoyuram, bəlkə kimsə gördü. Bundan sonra mənim vaxtım da yoxdur ki, zədələnmiş köhnə münasibətlərə təzədən investisiya qoyub bərpa edim, nə bilim, oturub danışaq, anlaşaq və sair və ilaxır. Yenə ortada bir ciddi konflikt olsa, cəhd edərsən, amma boş-boş şeylərin üstündə nəm çəkib küsüşürsüz. Küsəcəksizsə, köhnə bakılılar demiş, qapılar bağlanır, növbəti stansiya Neftçilər, vızqırşteyn şlaqbaum.
Bakı metrosu öz Telegram kanalında 1 giqabaytlıq video paylaşıb ki, camaat smartfonundan izləyib maariflənsin, əsas da mobil İnternet (data) işlədənlər. Bunlar hələ yerin altında tunel tikir ha. Allah axırımızı xeyrə calasın, amin inşallah.
Feysdən istifadə edən yoldaşlar, lütfən bir baxın görün Həmid ağa Herisçi bu məsələyə necə yozum verib? Adminə xəbər verərsiz.
Stalinin geyim tərzinin yaranma tarixçəsi. 1917-ci ilin iyul-avqust aylarında bolşevik rəhbərlərinin yarısını (Trotski kimi) tutublar, yarısı da gizlənir (Lenin kimi). Ona görə VI qurultayı Stalin aparmalıdır. Amma Stalinin adam içinə çıxacaq paltarı yoxdur. Gələcək həyat yoldaşının ailəsi ona kostyum alır, gələcək qaynanası onu frenç stilinə salır ki, qalstuk taxmağa ehtiyac qalmasın.

Rusiya əyalətlərində yaşayan inqilabçı gənclər farmazonluq kimi, guya burjua geyim tərzinə etiraz əlaməti olaraq kirli bluzka və çirkli botinka geyirdilər. Trotski kimi entel inqilabçıların gündəliklərində əyalət gənclərinin bu stilinə xeyli ironik münasibət var. Stalin də gəncliyində qara rəngli kirli bluzkada gəzirdi, üstündən qırmızı qalstuk bağlayırdı. Əksər növcavanlar yaşa dolur, farmazonluqdan əl çəkir. Stalin də həmçinin. Ancaq başına elə işlər gəlir ki, geyim və geyim tərzi haqqında düşünməyə vaxtı qalmır. Əyninə gələni geyinir. Fevral inqilabı xəbərini alanda da Açinsk adlı qarlı-şaxtalı qəsəbədə sürgündə idi.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Əli Novruzovun kanalı
Stalinin «Marksizm və milli məsələ» əsərinin 1947-ci il azərbaycanca nəşri. Bu kitabı bu yaxınlarda feysdə ikinci əl kitablar satan bir səhifə 15 manata satdı (edit: şəkil həmin feys səhifəsindən). Elana da caps lock ilə yazmışdılar ki, STALİNİN YAŞADIĞI DÖVRDƏ ÇIXMIŞ KİTABI!
Marksizm və milli məsələ mövzusunda məqalələr toplusu. 1930-cu ilin nəşri. Milli kitabxananın arxiv fondundan. İndi isə diqqət, sual. Sonradan bu kitabda redaktorun adı oxunmayacaq şəkildə şiddətlə qaralanıb. Sizcə niyə? İpucu verim, o dövrdə yayğın praktika idi.
Əli Novruzovun kanalı
Marksizm və milli məsələ mövzusunda məqalələr toplusu. 1930-cu ilin nəşri. Milli kitabxananın arxiv fondundan. İndi isə diqqət, sual. Sonradan bu kitabda redaktorun adı oxunmayacaq şəkildə şiddətlə qaralanıb. Sizcə niyə? İpucu verim, o dövrdə yayğın praktika…
Yuxarıdakı sualın cavabı: 1930-cu illərin «təmizləmələrində» həbs, edam və ya sürgün olunan insanların yazdığı əsərlər qadağan edilirdi və kitabxana fondlarından çıxarılırdı. Amma onların redaktor olduğu nəşrlərin kitabxana fondlarında qalması üçün adlarını adətən oxunmaz şəkildə qaralayırdılar. Hətta müəyyən bir period olmuşdu ki, kitabları buraxanda redaktorun adını qeyd etmirdilər. Müəllif və ya redaktordan biri «təmizləməyə» tuş gəlsə, digərinə problem yaranmasın.