Əli Novruzovun kanalı
1.32K subscribers
1.15K photos
60 videos
4 files
999 links
Funksionalist məktəbin dekanı
Download Telegram
Bu da sizin admin kapitan körpüsündə.

Admin olmaq çətindir. 👊🇦🇿🔥
Ha fikirləşirdim ki, bizim bu Əhmədlidəki şəkərburanı necə təsnif etmək olar, ağlıma bir şey gəlmirdi. Bayaq bir dostum biz tərəfə gəlmişdi, baxan kimi dedi audio-landmark.
Keçən gün bu instalyasiyaya canlı baxdım. Eşq olsun. Möhtəşəm işdir. Orxan bəyə, Firudin bəyə və Bəyimxanım xanıma böyük təşəkkür. Çox ciddi iş ortaya qoyublar. Bu videoda da mətbəxi açıb izah edirlər, bir növü. Müasir incəsənəti anlamaq üçün yaxşı giriş videosu da ola bilər.

https://www.instagram.com/_orkhan_huseynov/reel/DHgpPVMN8QK/
Məğribdən Məşriqə Vətənimizin bütün dostlarına təpər, bütün düşmənlərinə göz dağı olan hörmətli siyasi analitikimiz indi də turetski seriala baxıb siyasi və geosiyasi analizlər verir. Allah zəkasını açıq etsin!
Əziz dostlar, Ramazan bayramınız mübarək!
Dünən hələ oruclu olan, Ramazan bayramını bu gün qeyd edən dostların bayramı mübarək!
Ədəbiyyat sahəsində ən böyük qeyri-bərabərlik məncə tərcümə sahəsindədir. Yazıçılıqla müqayisədə tərcüməçilik daha az prestijli iş sayılır, ona görə bu sahəyə sanki qadınlar daha çox gedir. Elə təkcə öz oxuduğum kitablardan görürəm ki, tərcüməçilər arasında qadınların sayı kişilərdən dəfələrlə çoxdur. Hətta ehtimal edirəm ki, Rusiyada vəziyyət bu baxımdan bizdən daha pisdir.
Azərbaycan kulturası öz müstəqilliyini daha da bərqərar etdikcə, rus-sovet mədəni imperializminin təsirindən qurtulduqca, yeni mədəniyyət xadimlərimiz də sərbəst fikir insanlarına çevrilib köhnə buxovlardan azad şəkildə yazıb-yaratdıqca, bax belə nəfis mənzərələr ortaya çıxacaq. Yoxsa Şəhla xanım, Allah göstərməsin, köhnə ekoldan olsaydı, belə misilsiz cəsarətdə bulunmazdı, çünki ehtiyat edərdi ki, yaşı 30+ olan oxucunun ağlına dərhal гигант мысли, отец русской демократии и особа, приближенная к императору ibarələri gələcək. Emomali Rahmonun sözləri ilə bitirsək, bərayi hər yek xalq ba ar və namus istiqlaliyyət mühüm əst.
5 aprel saat 19:00
Muzey mərkəzində

Giriş sərbəstdir 🎶
Yenə bu çeqekaşniklər bildi-bilmədi guplayır. Şəkil Sürixdə çəkilib, Şaffhauzenə dəxli yoxdur. Təzminat da dörd milyard yox, dörd milyon dollar olub. Haradan bilirəm? Açdım vikipediyadan Aerial incidents in Switzerland in World War II məqaləsini oxudum. Bunlar vikipediyadan da doğru-düzgün istifadə edə bilmirlər, amma camaatı maarifləndirirlər.

Edit: Paylaşımda səhvləri düzəltdilər.
Keçən gün bir tanışla söhbət edirdim, Avropa ilə Amerikanın fərqini izah etmək üçün gözəl bir nümunə tapdım, sırf təsadüfən.

Deməli, Almaniyada yarım aylıq proqramda idim. Hansı tədbirə, hansı idarəyə gedirdik, görürdüm ki, fasiləyə filana ancaq qəhvə verirlər. Bizim də koordinatorumuz Liza adlı bir alman qızı idi. Ona deyirdim ki, Liza, çay yoxdur yenə! Böyük bir qrup idik, çayı ancaq mən içirdim. Amma Liza haradansa yerin deşiyindən də olsa, çay tapıb çıxardırdı. Hətta gedəcəyimiz yerlərə əvvəlcədən xəbər verməyə başladı, onlar da bizim üçün qəhvə ilə yanaşı çay da qoyurdular.

Sonra Amerikada bir aylıq proqrama getdim, Almaniyadan sonra. Yenə hər yerdə ancaq qəhvə. Qrupumuz balaca idi, koordinatorlarla bir yerdə səkkiz nəfər. Bir-iki dəfə çay məsələsini qaldırdım. Elə ən əvvəldəcə mədəni şəkildə başa saldılar ki, bura Amerikadır, biz qəhvə içirik, sənə də qəhvə veririk, şükür elə, götür iç, içmirsənsə, cəhənnəmə iç, özün bilərsən. Sənə görə bir də çay təşkil eləyəsi deyilik. Bax, o bir ayda mənə qəhvə içməyi zorla öyrətdilər.
Mart ayında oxuduğum kitablar:

1️⃣ Cəlil Cavanşir, Azğın (2019)—Cəlil Cavanşir müasir ədəbiyyatımızın ən bəxtsiz yazıçısıdır.

2️⃣ Виктор Гюго, Собор Парижской Богоматери (1831)—Bu roman məni necə əsəbiləşdirdisə, ən azı yeddi post paylaşmışam (1, 2, 3, 4, 5, 6, 7)

3️⃣ Yusif Vəzir Çəmənzəminli, Qızlar bulağı (1934)—İllər sonra bu romanı təkrar oxudum və bu dəfəsində möhkəm təəccübləndim. Görəsən ölkədə necə bir vəziyyət olmalı idi ki, ağlı başında, oturuşmuş bir yazıçı belə roman yazsın.

4️⃣ Вильям Хайнесен, Черный котел (1949)

5️⃣ Вильям Хайнесен, Пропащие музыканты (1950)—Xaynesen Danimarka dilində yazsa da, Farer adalarının klassiki hesab olunur. Farerlərdən heç nə oxumamışdım, hər iki romanı bəyəndim. Farer adaları Şotlandiyanın yuxarısında okeanın ortasında balaca ölkədir.
Forwarded from Məxzənül-əflam
Latviyalı rejissor Gints Zilbalodis-in Qızıl Qlobus və Oskar mükafatlarına layiq görülmüş Flow (2024) animasiya filmi post-apokaliptik dünyada heyvanların sağ qalmaq uğrunda mübarizəsindən bəhs edir.

Bir az insan eqoizmindən, bir az da Hollivud filmləri sayəsində biz bir qayda olaraq post-apokaliptik dünyada insanların mübarizə aparacağını və qalib gələcəyini gözləyirik. Zilbalodis ənənəvi narrativləri tərsinə çevirir. İnsanlar deyəsən çoxdan məhv olub. Hətta zombiləri də qalmayıb. Dünyada ancaq vəhşi təbiət, bir də insanlardan geriyə lüzumsuz artefaktlar qalıb—qayıqları saymasaq.

Ödənişsiz və açıq kodlu Blender proqramında beş il ərzində çəkilmiş bu film hekayəni sözsüz və vizual nəql etməklə insana həm də meditativ təsir göstərir. Təkcə uşaqlar üçün deyil. Hətta bəlkə ilk növbədə böyüklər üçündür.

@maksaflam
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu videonu qollandiyalardan bir tanışımız göndərdi. Ölümünün 750 illiyi münasibətilə filosof, ilahiyyatçı və xristian övliyası Akvinalı Fomanın kəllə sümüyü Antverpen universitetində sərgilənmək üçün gətirilir. Bu yevropaların çox tühaf mərasimləri var imiş.