Əli Novruzovun kanalı
1.32K subscribers
1.15K photos
60 videos
4 files
999 links
Funksionalist məktəbin dekanı
Download Telegram
Bu gün getmişdik Suraxanı gəmi-muzeyinə. Azərbaycanda əsl müasir muzey konseptli üç muzeydən biridir. Bilet də 5 manat. Amma tək-tük adam var idi. Görəsən camaat niyə getmir bu muzeyə? Əli avtomatlı rus soldatları qabağını kəsib? Çox qəribə.
Əli bəy Hüseynzadənin çəkdiyi rəsm. Orijinal. Oğlunun portretini çəkib. 1923-cü il. Türkiyə Cümhuriyyəti qurulan il. Yaratda sərgidədir. Giriş sərbəstdir. Gedib baxın.

Sərginin şah əsəri, təbii ki, mənə görə, Firudin Allahverdi və Bəyimxanım Vəliyevanın iştirakı ilə Orxan Hüseynovun «Bayatı-mürğ» instalyasiyasıdır. Hələ Vahidin qəzəlini eşidəndə lap əridim.
YouTube-da bir video var. Kamran bəy 2024 seçkilərindən təxminən bir neçə gün əvvəl deyir ki, Harris prezident olacaq, Konqresin iki palatasından birini də demokratlar götürəcək. Sonra başlayır Senat və Nümayəndələr palatasında respublikaçı və demokrat deputatların sayını dəqiq deməyə və dairələri bir-bir analiz etməyə. Məsələn, filan palatada 219 demokrat olacaq, filan filan dairələrdən filankəslər seçiləcək. Sonra gəldi seçkilər və oldu Trifecta. Yəni nəinki Tramp qalib gəldi, həm də respublikaçılar Konqresin hər iki palatasını götürdü. Belə görürəm ki, keçmişdən dərs çıxarmaq istəmir bu cavan oğlan, hələ də «azca olsa da ümidimiz qalır» deyir.
Ay Altay müəllim, bir gün səbr eləmək lazım idi, bircə gün dözmək lazım idi, cəmi-cümlətanı bircə gün! 😁
Bu da sizin admin kapitan körpüsündə.

Admin olmaq çətindir. 👊🇦🇿🔥
Ha fikirləşirdim ki, bizim bu Əhmədlidəki şəkərburanı necə təsnif etmək olar, ağlıma bir şey gəlmirdi. Bayaq bir dostum biz tərəfə gəlmişdi, baxan kimi dedi audio-landmark.
Keçən gün bu instalyasiyaya canlı baxdım. Eşq olsun. Möhtəşəm işdir. Orxan bəyə, Firudin bəyə və Bəyimxanım xanıma böyük təşəkkür. Çox ciddi iş ortaya qoyublar. Bu videoda da mətbəxi açıb izah edirlər, bir növü. Müasir incəsənəti anlamaq üçün yaxşı giriş videosu da ola bilər.

https://www.instagram.com/_orkhan_huseynov/reel/DHgpPVMN8QK/
Məğribdən Məşriqə Vətənimizin bütün dostlarına təpər, bütün düşmənlərinə göz dağı olan hörmətli siyasi analitikimiz indi də turetski seriala baxıb siyasi və geosiyasi analizlər verir. Allah zəkasını açıq etsin!
Əziz dostlar, Ramazan bayramınız mübarək!
Dünən hələ oruclu olan, Ramazan bayramını bu gün qeyd edən dostların bayramı mübarək!
Ədəbiyyat sahəsində ən böyük qeyri-bərabərlik məncə tərcümə sahəsindədir. Yazıçılıqla müqayisədə tərcüməçilik daha az prestijli iş sayılır, ona görə bu sahəyə sanki qadınlar daha çox gedir. Elə təkcə öz oxuduğum kitablardan görürəm ki, tərcüməçilər arasında qadınların sayı kişilərdən dəfələrlə çoxdur. Hətta ehtimal edirəm ki, Rusiyada vəziyyət bu baxımdan bizdən daha pisdir.
Azərbaycan kulturası öz müstəqilliyini daha da bərqərar etdikcə, rus-sovet mədəni imperializminin təsirindən qurtulduqca, yeni mədəniyyət xadimlərimiz də sərbəst fikir insanlarına çevrilib köhnə buxovlardan azad şəkildə yazıb-yaratdıqca, bax belə nəfis mənzərələr ortaya çıxacaq. Yoxsa Şəhla xanım, Allah göstərməsin, köhnə ekoldan olsaydı, belə misilsiz cəsarətdə bulunmazdı, çünki ehtiyat edərdi ki, yaşı 30+ olan oxucunun ağlına dərhal гигант мысли, отец русской демократии и особа, приближенная к императору ibarələri gələcək. Emomali Rahmonun sözləri ilə bitirsək, bərayi hər yek xalq ba ar və namus istiqlaliyyət mühüm əst.