Əli Novruzovun kanalı
1.32K subscribers
1.15K photos
60 videos
4 files
999 links
Funksionalist məktəbin dekanı
Download Telegram
Nüfuzlu Dublin ədəbiyyat mükafatının qısa siyahısı elan edildi. Dünya üzrə 83 kitabxana tərəfindən təqdim olunmuş 71 kitab arasından seçilib. Deyilənə görə, mükafatın beş münsifinin hər biri bu kitabların hamısını oxuyaraq qısa siyahı üçün altı kitab seçib. İki yazıçı ABŞ-dandır, biri kanadalıdır, biri argentinalı, biri irland, biri də holland.
Rəssamlar İttifaqının Vəcihə Səmədova sərgi salonunda (Sahil bağı) azərbaycanlı qadın rəssamların Her Art in Action adlı sərgisi var. Aprelin 6-na qədər davam edəcək.
Bu fotonu kimsə rəngləyib, orijinalı ağ-qara olmalı idi. Qoşa qala qapısı XX əsrin əvvəli.
Əli Novruzovun kanalı
Bu fotonu kimsə rəngləyib, orijinalı ağ-qara olmalı idi. Qoşa qala qapısı XX əsrin əvvəli.
İndiki Qoşa qala qapısı olan yerdə (Gənclər meydanı) şəhərin bayır divarlarında Şah Abbas darvazası (1883). Fondakı kilsədən eyni ərazi olduğunu görə bilərsiz. Avropa şəhərlərində qala divarlarını söküb yerində bulvarlar (geniş küçələr) salanda Bakıda da oxşar proses gedirdi. Bir fərqlə—Bakıda qala divarları iki qat olduğu üçün bayır divarları söküb yerində bulvar saldılar, içəri divarlar qaldı. Buna görə də Paris, Brüssel və ya Vyanadan fərqli olaraq bizim şəhərin qala divarları hələ də yerindədir. Bulvarın bir hissəsi Bakıda dəniz kənarına tuş gəldiyi üçün Azərbaycan dilində sözün mənası dəyişdi, dənizkənarı park oldu. Nəticədə bu gün Sumqayıtda və Astarada da dəniz kənarında bulvar salıblar.
Əli Novruzovun kanalı
İndiki Qoşa qala qapısı olan yerdə (Gənclər meydanı) şəhərin bayır divarlarında Şah Abbas darvazası (1883). Fondakı kilsədən eyni ərazi olduğunu görə bilərsiz. Avropa şəhərlərində qala divarlarını söküb yerində bulvarlar (geniş küçələr) salanda Bakıda da oxşar…
Bu da Qoşa qala qapılarının indiki halı. Könül istərdi ki, asfaltın yerinə daş döşəsinlər. Булыжник. Bir də Konstitusiya məhkəməsi ilə Həmkarlar ittifaqının binasını sökmək lazımdır, memarlıq ansamblını korlayır, ikisi də biabırçılıqdır. Amma problem budur ki, o biri üzdə Aşumovun evi var, ya o da sökülməlidir, hansı ki, müstəsna mədəni-tarixi abidədir, olmaz, ya da o binanı saxlayıb meydana baxan tərəfinə əlavələr edərək yeni fasad quraşdırılmalıdır, qarşısında da kiçik skver. Onu da bizim yerli memarlara tapşırmaq olmaz, Babək prospektindəki şadlıq evləri estetikasında bir qusuntu düzəldəcəklər. Almaniyadan Şpeerin memarlıq bürosu bəlkə?

Mərkəzi parkdakı biabırçılıq yadıma düşür. Təzəpir məscidinə tərəf böyük bir park düzəldiblər, elə bil Tac Mahalın qarşısındakı park kimi. Memarın ağlına gəlməyib ki, məscidin əsas fasadı yox, kənarı Mərkəzi parka baxır. Məscidə çatanda da görürsən ki, parkın içində deyil, hasarlanıb, maşın yolunun o tərəfindədir. Bu debillər görəsən hansı ekollarda yetişir.
Bir də bu biabırçılıq var. Bu binanın tikintisinə kim, necə, niyə icazə verib, heyrət edirsən. Şəhərin ən gözəl meydanlarından birini də bax beləcə korladılar, it kökünə saldılar. Sonra camaat soruşur ki, niyə Praqa elə, Berlin elə, bəs Bakı belə? Bu zehniyyətlə başqa necə şəhər istəyirsiz?
Belə bir xəbər gördüm. Bir Türkiyə vətəndaşı əziz qardaşımız Azərbaycanda iş və müvəqqəti yaşayış icazəsi ala bilmirmiş, ona görə də gedib İrəvana və oradan video çəkərək qədim Azərbaycan torpaqlarından azərbaycanlılara salam göndərib, hətta yerazlara salam da deyib. Bundan sonra məlum olub ki, qardaşımızın iş və yaşayış icazəsi problemləri var və dəyərli xalqımızın nümayəndələri kütləvi şəkildə dövləti-aliyyəmizə müraciət edir ki, bu problemlər həll olunsun. Hətta Yeni Müsavat media qrupunun rəhbəri hörmətli Rauf bəy də bu müraciətə qoşulub.

İndi belə kreativ metodla ilk dəfə rastlaşırıq, ona görə də güzəştə getmək yaxşı olardı. Amma özümə borc bilirəm ki, xəbərdarlıq edim. Zəif damarımızı, Axilles dabanımızı tutublar. Dost da açıq-aydın gördü, düşmən də. Sabah kim bizdən nəsə istəsə, amma ala bilməsə, gedəcək İrəvana, oradan video çəkib salam göndərəcək və bu üsulla bizi emosional şantaj edəcək. Əgər türk qardaşımızın problemləri həll olunacaqsa, lütfən həm dövləti-aliyyəmiz, həm də dəyərli xalqımız səviyyəsində qətiyyətlə bildirilməlidir ki, bu hal sui generis-dir. Birinci və axırıncı dəfədir.
Alatavadakı hadisənin videosunu gördüm. Lap tutaq ki, yuxarıdan əmr gəlib. O ev sökülməlidir. A deyir B-yə, B deyir C-yə, C də deyir ekskavatorçuya. Ekskavator sözü yoxdur Sarvanımın öz dilində, amma Sarvan görür ki, evin içində adamlar var, dağıntıların altında qalıb ölə bilərlər. Ehtimal çox yüksəkdir. Amma ekskavatorun təknəsi ilə başlayır evi dağıtmağa. Yadınıza gəlirsə, keçən il də yenə Yasamal rayonunda oxşar hadisə olmuşdu. Açıq danışaq, burada hamımız özümüzük, bizim sıravi insanlarda da çox ciddi əxlaq problemi var. Ayda 500 manat maaş ver, əlinə də avtomat, de ki, sənin işin saat 9-dan 6-ya Makdonaldsın qabağında dayanıb Torqovayadan Fontanlara keçənləri güllələməkdir. Gülləbaran edərlər.
Bu gün getmişdik Suraxanı gəmi-muzeyinə. Azərbaycanda əsl müasir muzey konseptli üç muzeydən biridir. Bilet də 5 manat. Amma tək-tük adam var idi. Görəsən camaat niyə getmir bu muzeyə? Əli avtomatlı rus soldatları qabağını kəsib? Çox qəribə.
Əli bəy Hüseynzadənin çəkdiyi rəsm. Orijinal. Oğlunun portretini çəkib. 1923-cü il. Türkiyə Cümhuriyyəti qurulan il. Yaratda sərgidədir. Giriş sərbəstdir. Gedib baxın.

Sərginin şah əsəri, təbii ki, mənə görə, Firudin Allahverdi və Bəyimxanım Vəliyevanın iştirakı ilə Orxan Hüseynovun «Bayatı-mürğ» instalyasiyasıdır. Hələ Vahidin qəzəlini eşidəndə lap əridim.
YouTube-da bir video var. Kamran bəy 2024 seçkilərindən təxminən bir neçə gün əvvəl deyir ki, Harris prezident olacaq, Konqresin iki palatasından birini də demokratlar götürəcək. Sonra başlayır Senat və Nümayəndələr palatasında respublikaçı və demokrat deputatların sayını dəqiq deməyə və dairələri bir-bir analiz etməyə. Məsələn, filan palatada 219 demokrat olacaq, filan filan dairələrdən filankəslər seçiləcək. Sonra gəldi seçkilər və oldu Trifecta. Yəni nəinki Tramp qalib gəldi, həm də respublikaçılar Konqresin hər iki palatasını götürdü. Belə görürəm ki, keçmişdən dərs çıxarmaq istəmir bu cavan oğlan, hələ də «azca olsa da ümidimiz qalır» deyir.
Ay Altay müəllim, bir gün səbr eləmək lazım idi, bircə gün dözmək lazım idi, cəmi-cümlətanı bircə gün! 😁
Bu da sizin admin kapitan körpüsündə.

Admin olmaq çətindir. 👊🇦🇿🔥
Ha fikirləşirdim ki, bizim bu Əhmədlidəki şəkərburanı necə təsnif etmək olar, ağlıma bir şey gəlmirdi. Bayaq bir dostum biz tərəfə gəlmişdi, baxan kimi dedi audio-landmark.
Keçən gün bu instalyasiyaya canlı baxdım. Eşq olsun. Möhtəşəm işdir. Orxan bəyə, Firudin bəyə və Bəyimxanım xanıma böyük təşəkkür. Çox ciddi iş ortaya qoyublar. Bu videoda da mətbəxi açıb izah edirlər, bir növü. Müasir incəsənəti anlamaq üçün yaxşı giriş videosu da ola bilər.

https://www.instagram.com/_orkhan_huseynov/reel/DHgpPVMN8QK/