Mingəçevir demişkən, bir dəfə getmişik Mingəçevirə. Dedilər ki, gəlin sizi dənizə aparaq. Təəccübləndim. Dedim ki, mən bilirəm, sizin möhtəşəm bir çayınız var, uzunluğu Dunay, eni də Missisipi boyda, amma dənizi bilmirdim. Dedilər ki, var, dənizimiz də var, gedək baxaq. Nəsə, gətirdilər bizi o məlum su anbarının yanına. Baxdım, baxdım, fikirləşdim ki, eh, can Xəzər, hələ biz səni bəyənmirik, deyirik gölsən, dəniz deyilsən, ay nə bilim, okeana birbaşa çıxışın yoxdur. Suitin də var, yenə bəyənmirik.
Əli Novruzovun kanalı
Mingəçevir demişkən, bir dəfə getmişik Mingəçevirə. Dedilər ki, gəlin sizi dənizə aparaq. Təəccübləndim. Dedim ki, mən bilirəm, sizin möhtəşəm bir çayınız var, uzunluğu Dunay, eni də Missisipi boyda, amma dənizi bilmirdim. Dedilər ki, var, dənizimiz də var…
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Əli Novruzovun kanalı
Bir dəfə məktəbdə nəsə milli bayram tədbiri var idi. Bizim məktəb xoru da bir vətənpərvər mahnı oxumalı idi. Rəhmətlik Əfsər Cavanşirov haradansa bir köhnə mahnı tapıb gətirdi, sözləri kiril qrafikasında köhnə sarı makina vərəqində əllə yazılmışdı.
Bizim məktəb xorunda bir Bizans türkü sinif yoldaşımız var idi, sovet dağılanda atası Türkiyə hökumətinin diplomatı, yoxsa ticarət rəsmisi kimi Azərbaycana gəlmişdi, o da Azərbaycan məktəbinə getmişdi. Bizim nəfis və lətif Qafqaz və Əcəm türkcəsini bizdən yaxşı bilirdi, hətta arada o biri Bizans türkü məktəb yoldaşımız ilə bizim türkcədə danışdıqlarını da görürdük. Həm də çox tərbiyəli, nəzakətli uşaq olduğuna görə Əfsər müəllimin lyubimçiklərindən idi.
Əfsər müəllim kiril qrafikasında əllə yazılmış bu mətni verdi həmin uşağa, tapşırdı ki, latın qrafikasına köçürsün. O da səliqəli xətlə köçürüb gətirdi Əfsər müəllimə və mətndə bir yeri göstərib bizim türkcədə dedi ki, Əfsər müəllim, burada «bizim qızıl ordumuz» yazılmışdı, mən onu dəyişdim, elədim «bizim şanlı ordumuz», baxın görün belə yaxşıdır?

Bir dəfə məktəbdə nəsə milli bayram tədbiri var idi. Bizim məktəb xoru da bir vətənpərvər mahnı oxumalı idi. Rəhmətlik Əfsər Cavanşirov haradansa bir köhnə mahnı tapıb gətirdi, sözləri kiril qrafikasında köhnə sarı makina vərəqində əllə yazılmışdı. Bizim…
Bir dəfə də səsyazma studiyasındayıq, məktəb xorunun kassetini buraxacaqlar. Mən alt səsi (alto) qrupundayam, amma səsim dəyişməyə başlayıb, bir mahnıda da çətin yer var, oranı heç cür oxuya bilmirəm. Tədbirdə filanda yola vermək olur, amma burada Mübariz Tağıyev oturub kabinədə, səsgücləndiricidən qışqırdı ki, Əfsər, filan yerdən xaric səs gəlir. Bildim məni deyir.
Bir neçə dəfə həmin yeri bizə təkrar oxutdurdular. Əfsər müəllim qışqırır ki, mən xaric səs eşitmirəm, Mübariz müəllim isə qışqırır ki, mən eşidirəm. Az qalmışdı dalaşsınlar. Bir dəfə də bizə həmin yeri oxutdurdular. Əfsər müəllim bir-bir uşaqları pusub diqqətlə qulaq asır ki, xaric səsi tutsun. Mənə çathaçatda ağzımı yalandan açıb bağladım, həmin yeri oxumadım. Birdən Mübariz müəllim kabinədən qışqırdı ki, vsyo, Əfsər, düzəldi. Sonra səsyazmaya davam elədik, problemsiz bitdi söhbət, şükür.
Hekayədən çıxan dərs: uşaqlarla, növcavanlarla işləmək çətindir.

Kamran Cəfərov yenə bayram günü camaatın qanını qaraldıb. Birincisi, onu deyək ki, ifrat trampomaniya kimi ifrat trampofobiya da təhlükəlidir, insanın gözlərini, qulaqlarını, ağlını möhürləyir, prosesləri obyektiv görə bilmirsən. İkincisi, gəlin Kamran bəyin bu emosional paylaşımında bir məqama aydınlıq gətirək.
Tramp administrasiyası və məhkəmələr arasında qarşıdurmanın əslində aydın bir məntiqi var. Baxın, Tramp hər gün onlarla skandal sərəncam imzalayır, sonra liberallar o sərəncamları məhkəməyə aparıb təxirə saldırır, amma səhərisi Tramp yenə onlarla skandal sərəncam verir. Məqsəd budur ki, bütün bu işlər toplansın, kritik vəziyyətə çatsın, müxtəlif instansiyaları keçsin və sonda gəlsin Ali Məhkəməyə. Bəs niyə?
Buna görə ki, ABŞ konstitusiya hüququnda mühafizəkarların tərəfdar çıxdığı unitary executive theory—vahid (bölünməz) icraedici hakimiyyət nəzəriyyəsi var. Bu doktrinanın qısa məğzi budur ki, prezident icraedici hakimiyyət üzərində yeganə səlahiyyət sahibdir. Əgər Konqres və ya məhkəmələr icraedici hakimiyyəti tənzimləyən qaydalar müəyyən edərsə, bu, hakimiyyətlərin bölünməsi prinsipinə ziddir, icraedici hakimiyyətin effektivliyinə xələl gətirir.
Tramp administrasiyasında toplanmış mühafizəkarlar istəyir ki, yuxarıda haqqında danışılan məhkəmə işləri Ali Məhkəməyə gəlsin və Ali Məhkəmə vahid (bölünməz) icraedici hakimiyyət nəzəriyyəsini rəsmi olaraq sanksiyalaşdırsın. Məhkəmədə hesab hal-hazırda 6:3 mühafizəkarların xeyrinədir. Hətta Roberts liberalların tərəfinə keçsə də, 5:4 ilə bu doktrinanı rəsmi olaraq sanksiyalaşdırmaq ehtimalı yenə böyükdür.

Telegram
Papirus
✍️ Kamran Cəfərov
ABŞ avtoritarizmə doğru sürətlə addımlayır: Tramp-sistem qarşıdurması davam edir.
Trampın addımları ancaq qıraqdan xaotik görsənə bilər, əslində isəelə deyil, onun strategiya və taktikası peşəkarcasına hazırlanmış plandır və Trampın elədiklərinə…

Ay Tofiq müəllim, xarici qara qüvvələrin hədəfi birmənalı olaraq Azərbaycandır, onların düşmənçiliyi ancaq bizim Vətənimizlədir, bunu uşaqdan böyüyə hamımız yaxşı bilirik axı. Türkiyəni hədəfə alan mərkəzlər isə tamam başqalarıdır, onların adı dış mihraklardır.
Telegram
Caucasian Live
🇦🇿🗣️ "Ekrem İmamoğlunun həbsi xarici qara qüvvələrin qəsdinə qarşı Erdoğanın qabaqlayıcı zərbəsidir. İnsanların küçələrə çıxıb, etiraz etməsi də həmin qüvvələrin işidir".
- Azərbaycanın sabiq XIN rəhbəri Tofiq Zülfüqarov | @CaucasianLive
- Azərbaycanın sabiq XIN rəhbəri Tofiq Zülfüqarov | @CaucasianLive
Əli Novruzovun kanalı
Ay Tofiq müəllim, xarici qara qüvvələrin hədəfi birmənalı olaraq Azərbaycandır, onların düşmənçiliyi ancaq bizim Vətənimizlədir, bunu uşaqdan böyüyə hamımız yaxşı bilirik axı. Türkiyəni hədəfə alan mərkəzlər isə tamam başqalarıdır, onların adı dış mihraklardır.
Bu arada, o kanaldakı orijinal paylaşımın altında şərhlərdə əvvəlcə Tofiq müəllimə ağızlarından çıxanı dedilər, sonra biri-birilərini söydülər, sonra da biri-birilərini uşaq qatili çıxartdılar. Bizim kanalın çatında barış atmosferini qoruduğunuz üçün hər birinizə təşəkkür edirəm.
Məleykə xanımın çağırışına cavab olaraq mən də Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanından keçdim. Bir qədər IELTS/TOEFL-a oxşatmaq istəyiblər, amma o qədər də alınmayıb, bunun da obyektiv səbəbləri var, başa düşürəm. Nə Azərbaycan dili ingilis dili deyil, nə də Azərbaycan ABŞ və ya Britaniya deyil. Amma test xoşuma gəldi, kifayət qədər yaxşı hazırlanıb. Hətta mənim özümə çətin gələn yerlər oldu.
Bir də writing bölməsində texniki xəta baş verdi, birinci mətni (e-mail) yazıb sonra ikinci mətnə (esse) keçdim, amma bölməni yekunlaşdıranda sistem göstərdi ki, guya birinci mətni yazmamışam, boş buraxmışam. Geri qayıdıb düzəltmək və yenidən yazmaq da olmadı. Necəsə olub, yazdığım mətn yaddaşa düşməyib, silinib. Hər bir halda, DİM-ə ayrıca məktub yazıb texniki problemi izah etdim, qoy xəbərləri olsun, imtahanda belə hallar baş verə bilər.
Tak şto, cavablar çıxanda məlum olacaq ki, vaymeee, Əli müəllim e-mail yaza bilmir.

Gərək şir ürəyi yemiş bir kimsə gedib sayın Erdoğana desin ki, sən bəyəm Putinsən? Sənin Nabiullina kimi kadrların var? Bəs onda bu son elədiyin nədir? Bunun fəsadlarını kim sonra aradan qaldıracaq?
Bizim camaatda bir axmaq xasiyyət yaranıb, ictimai yerdə açırlar telefonu, maksimum səsdə, dayanmadan TikTok, Instagram kimi yerlərdə axmaq, səfeh videolara baxırlar. Bəzi tanışlarda da bu vərdiş var, məsələn, gəlib oturur kafedə, restoranda masa arxasında, dərhal çıxarır telefonu, başlayır telefonundan inək, öküz, qoyun, keçi, it, pişik səsləri çıxmağa. Belə yerdə tanışlara irad bildirib söhbəti bağlaya bilirsən, amma ictimai nəqliyyat tam fəlakətdir.
Son iki-üç gündə ictimai nəqliyyatdan bir az çox istifadə etməli olmuşam, dözmək mümkün deyil. Cavan qızlar, gəlinlər, yaşlı qadınlar, qoca kişilər, üst-başı tökülən kəsbkarlar, cool geyinmiş və kirli sakallı cavan oğlanlar. Hətta serial və kinoya maksimum səsdə baxanlar var, səsi də maksimuma qoyur ki, avtobus və metronun səsi mane olmasın. Bu, pandemiyadır.
Dostlar, indi bizim bütün milləti aydınlatmaq kimi bir vəzifə borcumuz yoxdur, hamımız privat şəxslərik, həm də bu işlərlə dövləti-aliyyəmizin saxladığı təhsil və mədəniyyət müəssisələri məşğul olmalıdır. Biz amma dost-tanışımızda bu axmaq vərdişi görəndə mütləq irad bildirməliyik. Mən şəxsən yaşından və statusundan asılı olmayaraq tanış-bilişə irad tuturam, bəzən hətta acılayıram, sizdən də eyni performansı gözləyirəm. Vaksin gəzdirin üstünüzdə.

Bir məşhur Şərq pritçası var, müəllim öz tələbəsini yoxlamaq üçün döşəyinin altına kağız qoyur, tələbə də fikrə dalır və deyir ki, ustad, elə bil ya yer bir təbəqə yuxarı qalxıb, ya da göy bir təbəqə aşağı enib.
Çəmənzəminlinin «Qızlar bulağı» romanını təzədən oxudum, bilmirəm mən dəyişmişəm, yoxsa dövran dəyişib, amma bu roman necə bir sayko roman imiş, dəhşət təəccübləndim. Görəsən 1934-cü ildə Azərbaycanda ictimai və mədəni mühit necə bir vəziyyətdə olmalı idi ki, Çəmənzəminli kimi ağlı başında olan bir oturuşmuş yazıçı belə sayko roman yazmağa girişsin.
Üslubu nəzərə almasaq, bu roman Çəmənzəminlinin yaradıcılığına heç cür uyğun gəlmir, həm hekayələri, həm də digər iki romanı ilə tutuşduranda əlahiddə qalır.
Ədəbiyyatşünaslığımız bu romanı və onun fərdi və ictimai kontekstini obyektiv araşdırıb bəzi məsələlərə aydınlıq gətirməlidir. Milli-romantik pafos, qaniçən Stalin, haray-haray mən türkəm ritorikasına müraciət etmədən. Ona da ümidim yoxdur. Görək nə vaxtsa yaxın-uzaq gələcəkdə hansısa xarici qollandiyalarda Azərbaycan ədəbiyyatını araşdıran bir filoloq-ədəbiyyatşünas peyda olacaqmı.

Ən yüksək çinli ABŞ rəsmilərinin Signal qrupundakı bəzi mesajları oxudum (mediaya sızıb). Demək, dünyanın sahibləri də biz, sıradan ölümlü insanlar kimi WhatsApp, Telegram, Signal qruplarında yüksək geopolitika və beynəlxalq siyasət söhbətləri edirmiş, 👊 və 🔥 kimi smayliklər atırmışlar. Təsəlli olsun bizə.
Nüfuzlu Dublin ədəbiyyat mükafatının qısa siyahısı elan edildi. Dünya üzrə 83 kitabxana tərəfindən təqdim olunmuş 71 kitab arasından seçilib. Deyilənə görə, mükafatın beş münsifinin hər biri bu kitabların hamısını oxuyaraq qısa siyahı üçün altı kitab seçib. İki yazıçı ABŞ-dandır, biri kanadalıdır, biri argentinalı, biri irland, biri də holland.
Rəssamlar İttifaqının Vəcihə Səmədova sərgi salonunda (Sahil bağı) azərbaycanlı qadın rəssamların Her Art in Action adlı sərgisi var. Aprelin 6-na qədər davam edəcək.