Əli Novruzovun kanalı
1.32K subscribers
1.15K photos
60 videos
4 files
999 links
Funksionalist məktəbin dekanı
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bir dəfə bir allahsız (Allah ona hidayət eləsin) yazmışdı ki, Əli Novruzovun klaviaturasında bir knopka var, onu basanda dalbadal dörd dənə vay yazılır. Babat layk yığdı allahsız.
Əli Novruzovun kanalı
Bir dəfə bir allahsız (Allah ona hidayət eləsin) yazmışdı ki, Əli Novruzovun klaviaturasında bir knopka var, onu basanda dalbadal dörd dənə vay yazılır. Babat layk yığdı allahsız.
Bir dəfə də bu allahsız (Allah ona hidayət eləsin) yazmışdı ki, Əli Novruzov az qala hər şeyə social construct deyir, ancaq söhbət icmaya gələndə dirəşir ki, yox, icma social construct deyil. Niyə? Çünki onda bütün etik sistemi dağılacaq. Amma bu söhbətdə layk tutuzdura bilmədi allahsız. Ona görə ki, qəliz söhbətdir, Enskomu oxumaq lazımdır, sosial mediada veyllənən hər akkauntun girəcəyi kol deyil ki, layk da atsınlar.
Manoylo, Pustovaya, Moskvina 👊
Həmid Herisçinin Yazıçılar Birliyinə üzv olması xəbərindən sonra qəfil ağlıma belə bir ideya gəlmişdi—onun portretini yazmaq. Həmid Herisçi öz həyat və yaradıcılığının bütöv bir dövrünə yekun vurmuşdu. Haydeqqerin məşhur terminini profanlaşdırsaq, budəfəki die Kehre onun əvvəlki şıltaqlıqlarından deyildi. Bu hadisəni təfəkkürdən keçirmək lazım idi. Bu yazı həm də mənim Həmid Herisçi ilə münasibətlərimi özüm üçün aydınlaşdırmaq cəhdi olmalı idi.

Ancaq obyektiv və subyektiv səbəblərdən belə qərara gəldim ki, bu mətnin var olmağı üçün heç bir rasional və irrasional əsaslandırma artıq mövcud deyil. Bu proje yarımçıq qalmalıdır. Bütün qaralamaları kompyuterimdən sildim. Ağlama variantı hazır olan bu fraqmenti isə bloqumda sizinçün paylaşıram.
İlahi pərvərdigara! Minval necə çuşka sayt imiş. Rusquyazıçnı çuşkalar. Daha doğrusu, çurkalar. Nyu York Taymsın Opinion və Editorial şöbəsi jurnalist redaksiyasından ayrıdır. Editorial Board deyilən qurum qəzetin sahibləri və steykholderlərinin siyasi mövqeyini ifadə edir. Amerikada az qala hər mövzuda tərəf tuturlar. HƏR SEÇKİDƏ, üstəlik Nyu-York ştatındakı bütün seçkilərdə öz namizədlərini endorse edirlər. Bundan öncəki prezident seçkilərində Uorren və Klobuşarı dəstəkləmişdilər, onlar sıradan çıxandan sonra Baydeni dəstəklədilər. Ondan da əvvəlki seçkidə Klintonu dəstəkləmişdilər. Bu seçkidə də Harrisi dəstəkləyəcəkləri birinci gündən aydın idi. Minval da yazır ki, Nyu York Tayms jurnalistikanın əsas prinsipini, tərəfsizlik, qərəzsizlik prinsipini pozub. Vay vay vay vay. Bizdə bir deyim var ha, bir nəfər bağırır, başqa bir nəfərin bir yeri yarılır. Bax, o məsələ.
Əli Novruzovun kanalı
İlahi pərvərdigara! Minval necə çuşka sayt imiş. Rusquyazıçnı çuşkalar. Daha doğrusu, çurkalar. Nyu York Taymsın Opinion və Editorial şöbəsi jurnalist redaksiyasından ayrıdır. Editorial Board deyilən qurum qəzetin sahibləri və steykholderlərinin siyasi mövqeyini…
Amerikan mediasında problem əslində başqadır. Məsələn, mən Amerikada yaşamıram deyə, bütün məlumatı mediadan öyrənməli oluram. Köhnə analitiklərin dediyi kimi, amerikan cəmiyyətinin nəbzini tutmaq üçün medianı oxumaq artıq kifayət eləmir, hətta çaşdırıcıdır. Medianı oxuyanda görmək olmur ki, amerikan cəmiyyəti seçkilər barədə nə düşünür. Çünki bütün liberal, ana axın media total şəkildə Harrisin təbliğatını aparır. Bu iddianı havadan atmıram. İki dəfə ATƏT-in seçki missiyasında olmuşam, Azərbaycanda və Tacikistanda, onların medianı analiz metodologiyasını yaxşı bilirəm. Arada bir gözəyarı ölçürəm, vəziyyət çox pisdir. Əminəm ki, ATƏT metodologiyası ilə işləyən bir komanda oturub DÜRÜST ölçsə, 2005 və ya 2013 Azərbaycan seçkiləri öncəsinə bənzər mənzərə alınacaq. Hətta bəzən buna görə istəyirəm ki, Trampın seçilməsi ilə bağlı proqnozumu discard edim. Çünki banal şəkildə, məlumatsızam. Proqnozum köhnəlmiş məlumatlara əsaslanır. Bu gün gördüklərim ancaq seçki təbliğatıdır. Seçicilərin sorğuları da qərəzlidir, bunu həm fillər, həm eşşəklər özləri etiraf edir, onlara da inanmaq olmaz.

Əgər Azərbaycan mediası amerikan siyasətini və mediasını tənqid etmək istəyirsə, bunlardan yazmalıdır, ancaq təəssüf ki, Azərbaycanda media qalmayıb. İstisnasız hamısı propaqanda alətidir. Fikir vermişəm ki, Amerikada, Rusiyada, Ukraynada, ümumiyyətlə dünyada baş verən hadisələr haqqında daha operativ xəbər tuturam, nəinki Azərbaycanda baş verən hadisələr haqqında. Mən indi söz azadlığı, müstəqil media, tərəfsiz jurnalistika kimi məsələləri qoyuram kənara, bunlar Rusiyada da yoxdur, Çində də, İranda da. Ölkənin reallığını da bilirəm deyə, bizim mətbuatdan belə bir tələbim yoxdur. Gözlənti demirəm ha, heç tələbim də yoxdur. Üstəlik, Puşkin demiş, не дорого ценю я громкие права… Amma Azərbaycan mediası hətta özünün ən elementar funksiyasını itirib—adicə xəbər də verə bilmir. Halbuki, beş dənə xəbər saytına, Telegram kanallarına baxıram, amma ölkənin gündəmini həmişə kimsə mənə şifahi şəkildə deyir, ondan öyrənirəm.
Əli Novruzovun kanalı
İlahi pərvərdigara! Minval necə çuşka sayt imiş. Rusquyazıçnı çuşkalar. Daha doğrusu, çurkalar. Nyu York Taymsın Opinion və Editorial şöbəsi jurnalist redaksiyasından ayrıdır. Editorial Board deyilən qurum qəzetin sahibləri və steykholderlərinin siyasi mövqeyini…
Bunu bir neçə dəfə publik, xeyli də privatda demişəm. 44 günlük müharibə zamanı bütün dünyada ən obyektiv, ən düzgün, ən doğru kontekstli reportajları Nyu York Tayms verirdi. Moksva müxbiri Anton Troyanovski və İstanbul müxbiri Şarlotta Qol gəlmişdilər regiona, master klass göstərirdilər. Troyanovski getmişdi Zəngəzura, hətta Heydər Əliyevin ata-baba kəndinin xarabalıqlarını tapıb reportaj hazırlamışdı, deyirdi ki, görün münaqişə haradan başlayır—Ermənistandan azərbaycanlıların qovulmasından. Şarlotta Qol isə Bərdənin şəhər mərkəzinə kasset bombası atılmasından az qala canlı yayımda reportaj vermişdi. Onların həqiqətpərəstliyinin yanında sizin sevimli Fulyanız vallah yalan idi. Fəqət amma və lakin, açırdın qəzetin op-ed bölməsini, görürdün yazıblar ki, ay Rusiya, bu Azərbaycan sənin *******, zəncirini çək, nə istəyir bizim sevimli, əziz, usi-pusi xristian ermənilərimizdən?! Niyə belə edirdilər? Çünki Editorial Board qəzetin sahibləri və steykholderlərinin siyasi mövqeyini ifadə edir, jurnalistika ilə məşğul deyil, siyasətlə məşğuldur. Çurkalar bilsin.
Admin paylaşımında hərf səhvi buraxmışdı. Editləyib düzəltdi, amma hərfyeyən bədxahların sözünün altında da qalmadı. Yaxşı yumor hissi olan adminin kanalını izləmək başqadu.
Əli Novruzovun kanalı
Bunu bir neçə dəfə publik, xeyli də privatda demişəm. 44 günlük müharibə zamanı bütün dünyada ən obyektiv, ən düzgün, ən doğru kontekstli reportajları Nyu York Tayms verirdi. Moksva müxbiri Anton Troyanovski və İstanbul müxbiri Şarlotta Qol gəlmişdilər regiona…
Sietl Taymsın redaksiyasında görüşdə idik. Yuxarı ranqlı redaktorlardan biri ilə görüşürdük. Bir nəfər də aqliyski centlmenə oxşayan yaşlı kişi oturub arxada, bloknotda qeydlər aparır. Redaktorla qəzet və qəzetçilik haqqında xeyli söhbət elədik. Dayday da karandaşlayır. Axırda kimsə soruşdu ki, bəs editorial board ilə münasibətlər necədir? Redaktor əli ilə arxada oturan kişini göstərib dedi ki, budeyna, gəlib oturublar, amma neyləyə bilərik, qəzetin sahibi bunlardır, istədiklərini yazırlar, amma qələt edərlər mənim redaksiyamın işinə qarışarlar, gözlərini çıxardarıq. İndi mən redaktorun sözlərini bizim dildəki ifadələrə təbdil elədim, amma mənasını 99% səhih saxlamışam.
Sualım növcavanlaradır. Gen Z nəslinə.

O bir olan Allah şahiddir ki, çox ciddi şəkildə sizin Telegram kanallarınıza maraq göstərməyə çalışıram. Hətta dəfələrlə olub ki, izləməyə almışam, bir-iki gün məşəqqətlə sizə dözmüşəm, amma axırda izləmədən çıxarmalı olmuşam. Yox, insana, hayata, yaşama dair lirik-sentimental-psevdofəlsəfi paylaşımlara bir söz demirəm, cavansız, həssassız, kövrəksiz, bütün bunlar normaldır. Amma niyə dayanmadan kanallarınıza musiqi faylları yükləyirsiz? Bəzən 5, 10 dənəsi dalbadal. İndi bizim vaxtımızda texnika primitiv idi, məcbur kompyuterdə və ya telefonda mp3 fayllar saxlayırdıq. Bəs sizə nə olub? YouTube var, Spotify var, Yandex Music var. İzah edə bilərsiz? İrad və ya tənqid deyil. Cavab istəyən sualdır.
Növcavanlarla söhbət edəndə əvvəlki nəsillərin entelleri haqqında çoxlu şikayətlər eşidirəm. Əsas da, özünü xamlamağa imkan verməyən növcavanlardan. Çox şeyi əslində düz deyirlər. Bizim pokoleniyaların (70-lər, 80-lar) oxumuş, savadlı, intelligent kəsimində ciddiyyəti şübhə doğurmayan naqis xüsusiyyətlər çoxdur.

Mən bunu özümçün belə izah edirəm ki, onlara (yəni bizə) Sovet imperiyasının az qala sərhədsiz imkanları təklif olunurdu, onlar da (yəni bizimkilər) bu imkanlardan yararlanmağa hazırlaşırdı / hazırlanırdı, amma birdən-birə imperiya çökdü, onun yerində yaranmış milli dövlətlər bu insanlara həmin fantastik imkanların heç milyonda birini təklif edə bilmədi.

Bir entel azərbaycanlıya Vilnüsdən Vladivostoka qədər geniş bir məkanın intellektual imkanları təklif olunurdu, birdən-birə kakoy-ta Xalq Cəbhəsi sənə dedi ki, yox, biz sizi Qazaxdan Pirallahıya, Yalamadan Astaraya kimi olan bir yerə həbs etmək istəyirik. Təbii ki, Qazax-Pirallahı, Yalama-Astara marşrutunda sənə təklif olunan imkanlar başqadır, nəinki Vilnüs-Vladivostok reysində.

Bu da bizim köhnə nəsildə frustrasiya yaratdı, onların ürəkləri istədikləri kimi özlərini reallaşdırmağına imkan vermədi (ya da onlar belə düşünür ki, özlərini reallaşdıra bilmədilər). İndi də öz acıqlarını və frustrasiyalarını müstəqillik illərində anadan olmuş növcavanlardan çıxırlar.

Həm öz müşahidələrimdəm, həm növcavanlarla söhbətlərimdən bizim entellerin belə bir təsnifatını aparmışam. Yenilənmələrə və təshihlərə açıq siyahıdır. Bir də elmi təsnifat adına iddiası yoxdur. Hərfyeyənlik etməyin lütfən.

⬇️ Təsnifat növbəti postda ⬇️
Əli Novruzovun kanalı
Növcavanlarla söhbət edəndə əvvəlki nəsillərin entelleri haqqında çoxlu şikayətlər eşidirəm. Əsas da, özünü xamlamağa imkan verməyən növcavanlardan. Çox şeyi əslində düz deyirlər. Bizim pokoleniyaların (70-lər, 80-lar) oxumuş, savadlı, intelligent kəsimində…
Bu da bizim entellərin təsnifatı.

1️⃣ Birinci qrupa yalançı romalılar deyirəm. Bunlar öz ətrafına ancaq çuşka-muşka toplayır, yəni viziqotları; onların kültürsüzlüyünü hər vəchlə təşviq edir. Viziqotlar çığır-bağır salıb performans göstərdikcə, bizim bu yalançı romalı da əynində toqası, mərkəzdə dayanır və susur. Danışanda orakul kimi qırıq-qırıq hikmətli sözlər ifraz edir. Məqsəd də budur ki, kənardan baxan insanlar həmin bu yalançı romalının necə savadlı, intellektual bir şəxs olduğunu görsün. Əslində, bu yalançı romalı özü də çox yaxşı anlayır ki, kitab yüklü eşşəkdir, ya da maksimum kataloqçu və eruditdir. Roma imperiyası qalsaydı, bunu təyinatla göndərmişdilər hansısa rayona, viziqotların məktəbində müəllimliyə. İmperiya dağıldığı üçün bu da həmin viziqotları gətirib, onların əhatəsində Forumun xarabalığında sağa-sola gəzişir.

2️⃣ İkinci qrupa nedosokratlar deyirəm. Bunların arasında həqiqi savada və intellektə sahib olanlar çoxdur, ancaq cəmiyyətdən öz həqiqi dəyərlərini almadıqlarını düşünürlər, hansı ki, böyük ehtimalla düzdür, çünki Azərbaycan cəmiyyəti anti-intellektual cəmiyyətdir. Ona görə bu nedosokrat öz ətrafına balaca bir auditoriya toplayır, əsasən xamlanası növcavanlardan, bir nəfər də özü kimi başqa bir nedosokratı naparnik götürür, başlayırlar bu növcavanların qarşısında sokratik dialoqun imitasiyasına. Azdramanın həsəd aparacağı teatral pafosda söhbətə ingilis şairi Con Donnun şeirlərindən girib Kunderanın romanlarından çıxırlar. Proses zamanı fərqinə varmırlar ki, sən demə, növcavanlar bunlara qulaq asmır, telefonda qurdalanır. Bu qrupdakılar həqiqi bedbaxtlardır, heyif.

3️⃣ Üçüncü qrup vulqar kratetlərdir. Bunlar icazəsiz və dəvətsiz bütün qapıları açır, bütün kruqlara soxulur, hamıya unsolicited məsləhətlər verir, növcavanları acılayır, onların həyatı düz başa düşmədiyini sübut etməyə çalışır, gördüyü hər yaxşı şeyə zəhər qusur, insanların ovqatını korlayır, heç kimi əylənməyə, dincəlməyə qoymur, bir sözlə, gəldikləri hər məclisə p** qoyurlar. Bakıda bir rəhmətlik var idi, onun əlindən heç bir mədəni və kino tədbirinə getmək olmurdu. Hər yerə (içkili) gəlib camaatı acılayırdı, söyürdü, az qalırdı dava salsın, hansı ki, çox istedadlı və intelligent insan idi. Axırda da içkidən və ürəkdən o dünyaya köçdü, cavan yaşında. Mənə görə, bu adamların əslində psixoloji yardıma ehtiyacları var, amma cəmiyyət olaraq onları öz problemləri ilə təkbaşına buraxmışıq.

4️⃣ Dördüncü qrupa kinayə ilə yeni aristokratiya deyirəm. Bunlar da adətən həqiqi savada və intellektə sahib olurlar, amma problemləri budur ki, çirkincəsinə və iyrənc şəkildə snobdurlar. Bunların kruqlarına itlərin və çuşkaların girişi qadağandır. Bir-birinə bənzəyən 3-4 adamlıq balaca kruqları olur, illərlə ancaq bu kruqda oturub dururlar. Reallıqdan o qədər qopmuş olurlar ki, söhbətləri də kənardan fantasmaqorik təsir bağışlayır. Məsələn, oturub saatlarla hansısa -ski soyadlı, 70-ci illərdə Parisdə sifilisdən ölmüş Şərqi Avropa intellektualının psevdo-fəlsəfi, freydist və ya lakançı sərsəmləmələrini müzakirə edərlər. Bolt və ya Yango olmasa taksi tuta bilməzlər. Çörəyin qiymətini bilmirlər. Bir sözlə, чудак чудаком, amma özlərindən soruşsan, cəmiyyətin ən normal adamları bunlardır.

5️⃣ Sonra var Tereza atalar, beşinci, ən zəhlətökən qrup. Ən ülvi niyyətlərlə, əsl səmariyyəlilər kimi, təmənnasız şəkildə harada yıxılan görürlərsə, dərhal qaçırlar onların əlindən tutub ayağa qaldırmağa. Bunlar da vulqar kratetlər kimi unsolicited məsləhətlər verməyə hənəkdir, amma və ancaq xoş niyyətlərlə. Pulları varsa, Hatəm Tai olurlar; pulları yoxdursa, hər söhbətdə 4096 işarəlik öyrədici şərhləri və 10 dənə linkləri hazır olur. Kiməsə bədxahlıq etmək yuxularına girməz, amma kənardan görmürlər ki, öz əməlləri ilə insanları necə boğaza yığırlar. Növcavanlara imkan vermirlər ki, öz həyatlarını yaşasınlar. Onları az qala tualetə necə getmək haqda təlimatlarla da təchiz etməyə çalışırlar. Növcavanlara məsləhətim budur ki, onları uzaqdan görəndə küçəni dəyişsinlər.
Əli Novruzovun kanalı
Növcavanlarla söhbət edəndə əvvəlki nəsillərin entelleri haqqında çoxlu şikayətlər eşidirəm. Əsas da, özünü xamlamağa imkan verməyən növcavanlardan. Çox şeyi əslində düz deyirlər. Bizim pokoleniyaların (70-lər, 80-lar) oxumuş, savadlı, intelligent kəsimində…
Yazının əvvəli burada

6️⃣ Bir də var altıncı, axırıncı qrup. Mən bunlara şərti olaraq ingilislər və ya anqlofillər deyirəm. Oturduqları kruqun söhbətlərinə uyğunlaşırlar, diqqəti öz üstünə cəmləməzlər, həmsöhbətlərinin dediklərinə nəzakət xətrinə də olsa, həqiqi maraq göstərərlər. Özün soruşmasan, qəliz metafizik-fəlsəfi mövzulara dalmazlar, bunlarla bəzən (amma həmişə yox) futboldan da danışmaq olur. İlk baxışdan hər şey normal görünür, amma problem budur ki, özün cəhd etməsən, bunlardan heç nə öyrənə bilməzsən. 10 il bir kruqda oturarsan, cahil gəlib cahil gedərsən. Çünki həqiqi ingilislər kimi bunlar da dövlət təhsilinin çatışmazlıqlarını, ictimai və ailə tərbiyəsinin əyər-əskiyini düzəltməyi öz vəzifə borcu hesab etmirlər. Həmsöhbətində çatışmazlıq görəndə heç vaxt birbaşa deməzlər, dolayı eyhamlarla onu düzəltməyi təklif edərlər. İndi bizim növcavan bicdirsə, bu eyhamları tutub özünə çəki-düzən verəcək, yox əgər gicdirsə, yekəxana-yekəxana qırıldamağa davam edəcək, bizim ingilis də nəzakətlə qulaq asıb başını tərpədəcək.
Nobel həftəsində indi bunu necə başa düşək? Neujeli? Mənim də proqnozumdur, yeri gəlmişkən. İndiyə qədər Nobellə bağlı verdiyim bütün publik proqnozlar yanıb. İki dəfə düz tapmışam (Tokarçuk və Fosse), amma onları da privat demişəm, ancaq şahidlərim var, hard evidence yoxumdur ki, sübut edim. Bu dəfə Uelbek deyirəm.

Fingers crossed.🤞
Əli Novruzovun kanalı
Nobel həftəsində indi bunu necə başa düşək? Neujeli? Mənim də proqnozumdur, yeri gəlmişkən. İndiyə qədər Nobellə bağlı verdiyim bütün publik proqnozlar yanıb. İki dəfə düz tapmışam (Tokarçuk və Fosse), amma onları da privat demişəm, ancaq şahidlərim var, hard…
Amma Ani Erno 22-də Nobel alıb axı. İki il sonra təzədən fransıza verərlərmi? Böyük ehtimalla, Çin, Koreya və ya başqa Asiya ölkəsindən qadın yazar da ola bilər. Uelbek isə bu il almasa, bir də heç vaxt Nobel almaq şansı olmayacaq, karyerasını bitirdiyi üçün. Ona görə də yenə Uelbek deyirəm. Ən layiqli namizədlərdən birincisi Uelbekdir. Konyukturaya qarşı çıxsalar.
Bizim kanalın paxıllığını çəkənlər var ))

Birinci dəfədir ki, kiminsə öz sıxılmağını və yaza bilməməyini başqasının daha çox yazmağı ilə izah etdiyini görürəm. Hayret. Hələ epitet də yapışdırır. Toğrul, əgər yaşamaq və yazmaq çətindirsə, psixoterapevtə get. Ayıb bir şey deyil.
Dünən entellər haqqında post-modernist ironiya ilə bir təsnifat apardıq. Bu gün isə bir az ciddi olaq. Perspektivdə Azərbaycanda intelligensiyanın üç tipi görünür—bu ideyanı Baqajımdakı rationale irəli sürüb, amma bu üçlü bölgü ilə mən də ikiəlli razıyam, aşağıda yazdığım isə daha çox mənim bu ideyaya öz interpretasiyamdır. Baqajımdakı rationale razılaşmaya bilər.

1️⃣ Birinci qrup, türki intelligensiya köhnə liberal intelligensiyanı əvəz edəcək. Marksistlər və anarxistlər də bu qrupdan olacaq. Qaçılmaz, labüd xatayizatsiya prosesi ona doğru gedir ki, bizim cəmiyyətin Qərb dəyərlərinə və bütün avrupayi ideologiyalara çıxışı artıq Türkiyə vasitəsilə baş tutacaq. Rəhmətlik Hikmət Hacızadə kimi rusdilli liberal və ya Məmməd Süleymanov kimi rusdilli marksist, nə də köhnə Erkin Qədirli və köhnə Emin Milli kimi birbaşa anqlo-sakson bulağından su içən liberalları daha bu ölkədə görməyəcəyik. Avrupayi fikrin daşıyıcıları hamısı, hətta rusdillilər və C2 ingilis dili bilənlər cumacaq Türkiyə bulağına. Bu qrupun Azərbaycan reallığı ilə bağlılığı isə çox şərti bir anlayışdır. Onlar Türkiyə reallığı ilə daha çox bağlı olacaq, nəinki Azərbaycan reallığı ilə. Bir sözlə, bu qrupa yerli istehsaldan daha çox import deyə bilərik. Mahiyyətcə onların komprador intelligensiyaya çevrilməyi saniyə məsələsidir. Bu qrupun bir naqis xüsusiyyəti bu olacaq ki, ölkənin gerçəkliyi ilə orqanik bağları olmadığı üçün dərinə baş vura bilməyəcəklər, suyun dayaz yerində üzəcəklər (teoriyanı nə qədər gözəl bilsələr də). Bəziləri hətta şüarlar və tezislər səviyyəsində dünyaya yozum verəcək.

2️⃣ İkinci qrup, irani intelligensiya, mənə görə ən yerli, ən milli intelligensiya onlar olacaq. Əgər bizdə nə vaxtsa həqiqi intellektual yetişsə, bu qrupun içərisində yetişəcək. Onlar həm Şərqi, həm Qərbi çox yaxşı bilən, amma ikisinin arasında qalan, heç birinin xeyrinə seçim edə bilməyən (və ya seçim etmək istəməyən, ya da seçim etməkdən qorxan) adamlar olacaq. Bəziləri namaz qılıb oruc tutacaq, amma əksəriyyəti operada antraktda bir bokal konyaçoka yox deyə bilməyəcək. Post-kolonial söhbətlər bunların kurasiyasında olacaq, amma heç vaxt axıra qədər gedə bilməyəcəklər—yuxarıda dediyim seçim və konyaçok məsələsinə görə. Dövlət və intelligensiya münasibətlərində ən maraqlı dinamika bu qrupla münasibətlərdə görünür. Əgər Azərbaycan dövləti Türkiyədəki kimi sünni-sekulyar modelə keçsə, bu insanlar daha çox müxalif kimliyini saxlayacaq (hərçənd bu qrupdan böyük adları kooptasiya edə biləcəklər), çünki bu qrup, hətta konyaçoka yox deyə bilməyənlər də, son nəhayətdə şiəlik və səfəviliklə mənəvi bağlarını qıra bilməyəcək. Yox, Azərbaycan dövləti indiki neytralno-karatelnı xarakterini saxlasa, konyukturadan asılı olaraq, bu qrupla münasibətlər də buludlu / aydın səma kimi bir-birini əvəz edəcək.

3️⃣ Üçüncü qrup, rusi intelligensiya, sayca ən azsaylı dəstə sovet intelligensiya mirasından tamam qopmuş, onu inkar etmiş, ona diametral əks mövqedə dayanan (əsasən) rusdilli yeni intelligensiyadan ibarət olacaq. Bu qrup marginallaşacaq, de-vesternizasiya və de-modernizasiya olacaq; mistik-metafizik, okkult-hermetik, hətta (ehtimal edirəm) bəlkə sələfi teologiyasına da baş vuracaq. Rəhmətlik Rüstəm İbrahimbəyov, nə də Rəhman Bədəlov tipində rusdilli intelligentlər daha görməyəcəyik, bu qrupdakı insanlar daha çox anti-estetik və anti-mədəni xətt izləyəcək, austere, asketik, puritan bir dünyagörüşünə sahib olacaq (həyat tərzini isə deyə bilmərəm). Onlar modernizmi inkar edəcək, modernizmə və post-modernizmə düşmən münasibət sərgiləyəcək. Çox rahatlıqla, dünyanı Vatikan idarə edir, ya da karantin qərarı qurbağaların sinedrionunda verilib deyə biləcəklər. Bakının yeni anderqraundu da məhz bu yeni rusi intelligensiya olacaq.
Əli Novruzovun kanalı
Dünən entellər haqqında post-modernist ironiya ilə bir təsnifat apardıq. Bu gün isə bir az ciddi olaq. Perspektivdə Azərbaycanda intelligensiyanın üç tipi görünür—bu ideyanı Baqajımdakı rationale irəli sürüb, amma bu üçlü bölgü ilə mən də ikiəlli razıyam,…
Kimsə sual verə bilər ki, bəs millətçilik necə? Millətçilik siyasi təsir gücünə görə dünyada ən güclü ideologiya olsa da, intellektual və fəlsəfi baxımdan ən yoxsul ideologiyadır. Həmçinin, metodologiyasızlıqdan əziyyət çəkirlər. Etiraf edək ki, qədim etrusk mətnlərini türk dilində oxuyan, ya da xristian qıpçaqların dili əsasında Qafqaz alban dilinin izahlı lüğətini hazırlayan adamları intelligensiyaya aid etmək bir az çətin məsələdir. Manaqua, Manaqua, mən dəniz qurduyam deyən Elçibəyə də maksimum rayon ziyalısı deyə bilərik, с натяжкой. Fəqət amma və lakin millətçilik xəttində də intelligensiyaya aid olunacaq çox ciddi insanlar az deyil və gələcəkdə də olacaqlar. Sadəcə, mənim gördüyümə əsasən, bu insanların inşa etmək istədiyi yeni millətçilik daha çox İranla, şiəliklə və səfəviliklə oppozisiyada olacaq, amma həm də XIX-XX əsrlərin materialist, allahsız millətçiliyindən fərqli olaraq, İslamla müəyyən bağlar saxlamağa çalışacaq. Buna görə də, həmin insanlar bir qayda olaraq sünnidirlər (sünni olacaqlar), Səfəvi mirasını tamam inkar edəcəklər, nə qədər də öz mənbələrini axtarsalar, axırda gəlib yenə Türkiyə bulağının başına çıxacaqlar. Millətçi xətdən gələn intelligensiyanı türki intelligensiyaya aid etməliyik. Burada qeyri-adi heç nə yoxdur, çünki millətçilik də Qərb dəyərləri üzərində inşa olunmuş avrupayi ideologiyadır, bizim müsəlman cəmiyyətlərinə modernizasiya dövründə Qərbdən idxal edilib.
Əli Novruzovun kanalı
Kimsə sual verə bilər ki, bəs millətçilik necə? Millətçilik siyasi təsir gücünə görə dünyada ən güclü ideologiya olsa da, intellektual və fəlsəfi baxımdan ən yoxsul ideologiyadır. Həmçinin, metodologiyasızlıqdan əziyyət çəkirlər. Etiraf edək ki, qədim etrusk…
Yeni millətçilik haqqında bir neçə qeyd də deyim. Bizdə olan hazırkı sekulyar millətçilik konsepsiyası, hansı ki, Şah İsmayılı və Səfəviləri, deməli, dolayı yolla şiəliyi də özündə ehtiva edir, Azərbaycanla İran arasında kəskin ayrılma xətti qoymağa tam imkan vermir. Buna görə də yeni millətçilər artıq yeni millətçilik konsepti üzərində düşünürlər. İndiki Azərbaycan ərazisində əhəmiyyətli bir sünni mövcudluğu olub, daha sonra Səfəvilər və Rusiya İmperiyası vaxtı həmin sünni mövcudluq zəifləyib və arxa plana keçib. Yeni millətçilər həmin sünni irs üzərindən alternativ Azərbaycan millətçiliyi yaratmaq istəyirlər. Bu, həm İranla ayrılma xəttini daha da aydın çəkəcək, həm ölkədə sovetlərdən sonra baş verən dini dirçəlişin tələblərinə cavab verəcək, həm də bizi Türkiyə və digər türk dövlətləri ilə daha da yaxınlaşdıracaq. Bizdə qızılbaşlıq, səfəvilik, deməli, dolayı yolla şiəlik üzərindən milli kimlik qurmaq istəyənlər də var, amma qəribədir ki, onların əksəriyyəti eyni zamanda İrana neqativ münasibət sərgiləyir və inşa etmək istədikləri bu yeni millətçiliyi İrana qarşı qoymaq istəyirlər. Halbuki İran da öz kimliyində Səfəvilər irsinə çox böyük və əhəmiyyətli yer ayırır. Şərti olaraq qızılbaş millətçiləri deyəcəyimiz şəxslər bu problemi həll edə biləcəklərmi? Hər bir halda, sünni kimlik üzərindən yeni millətçilik inşa etmək istəyənlərin şansı daha çoxdur. Qızılbaşlar isə son nəhayətdə qoşulacaq yuxarıda göstərdiyimiz üç qrupdan ikincisinə, şərti olaraq irani intelligensiya dediyimiz qrupa.