Əli Novruzovun kanalı
Şair demiş, every country is home to one man, and xarici qara qüvvələr to another. 🤣🤣🤣
Necə də maraqlı. İllərdir Qarabağda yağ-bal yedizdirmədikləri terrorist qalmadı. Axırıncı dəfə Parisin meri Laçının qapısına kimi gəldi, Arayiklə birgə onlayn mətbuat konfransı keçirdi (Gəncəni bombalayan müharibə cinayətkarı ilə), parlamentlərində qondarma qurumu tanımaq üçün qətnamələrə iki rulon tualet kağızı israf etdilər. İndi Bakıya bir-iki səfər, bir konfrans, bir seminar, bir bəyanat, artıq rəsmi səviyyədə Azərbaycanı Fransanın daxili işlərinə qarışmaqda ittiham edirlər (!!!), elə bu Dağmanəñ iki dəfə deyinib, səfiri şeypur sədaları altında geri çağırdılar (sonra sakitcə qaytardılar), belə məlum oldu ki, Le Figaro Report-dan, Radio France AzTV-dən bir o qədər də fərqli deyilmiş. Bu, necə olur? İndi quod licet Iovi, non licet bovi deyirsiz?
Ey hörmətli admin, Filippin Mərkəzi Bankının uçot dərəcəsini dəyişməz saxlamağı haqqında xəbəri neynirik axı? 🙈🙉🙊 Nə Filippindən alacağımız var, nə satacağımız var, mən heç bilmirəm Filippinin milli valyutasının adı nədir.
Telegram
Papirus
🇵🇭⚡️Filippin - Mərkəzi Bankı, uçot dərəcəsi = 6.5% (gözlənilən 6.5% / əvvəlki 6.5%)
Necə də naiv yanaşma. 1600-lərin əvvəllərində Azərbaycan xristian Avropa mədəniyyətinin tərkib hissəsi deyildi ki, burada avrupayi universitet açmaq imkanı olsun, amma bizim camaat onu açmayıb əvəzində hamam tiksin. Həmin illərdə bizdə də Şah Abbas, məsələn, Gəncədə mədrəsə təşkil edir ki, yalan olmasın, imperiya səviyyəsində təhsil ocağı olub. (Axır-axıra ən məşhur məzunlarından ən azı birini hamınız tanıyırsız, eyni vaxtda həm Azərbaycan, həm İran millətçiliyinin əsasını qoyan adam.) Mədrəsə də müsəlman cəmiyyətində universitet funksiyasını yerinə yetirən institut olub, bilməyən varsa. Hələ eyni dövrdə Amerikada açılan universitetlər də xristian mədrəsələri olub, bir dəfə qeyd etmişəm. Hələ bizim bu mədrəsələrin nəzdində zəngin kitabxanalar da var idi ki, iki Rusiya-Qacar müharibəsində ruslar bütün o kitabları yağmalayıb apardılar və Peterburq kitabxanalarında Şərq əlyazmaları fondlarının özəyini onlar təşkil etdi.
Ümumiyyətlə, «pre-modern» Azərbaycan cəmiyyəti haqqında savadsız cəmiyyət idi iddiasına necə inanmaq olar axı? Bəs o məscidləri, sarayları, hamamları, istehkamları tikən memar və mühəndislər, suvarma kanallarını çəkənlər, üləmalar, şəriət məhkəməsinin hakimləri, saraydakı vergi və inzibati məmurlar, katiblər, salnaməçilər, təzkirəçilər, mədrəsələrin müəllimləri, həkimlər, təbiblər və sair harada yetişirdi? Savadsız cəmiyyət pəncərə şüşələrini Venesiyadan gətizdirib Şəki xan sarayını tikə bilərdimi? Ya da Lahıcda tüfəng və tapanca istehsal edə bilərdimi? Xəzər dənizində naviqasiya ilə məşğul ola bilərdimi? O başqa məsələ ki, niyə Harvard mədrəsəsi inkişaf edib dünyanın adlı-sanlı universitetlərindən oldu, amma Gəncə mədrəsəsinin heç xarabalıqları da qalmayıb. Onun üçün gərək oturub bir azcana post-colonial studies ilə maraqlanasız ki, nəmənə şey deyirlər. Yox axı, bizimki ancaq pafos, ancaq qara-qışqırıq, ancaq vay-şüvən.

RİFAH
Тартуский университет, старейший в Эстонии был основан шведским королём Густавом II в 1632 году. А у нас в те годы основывали лишь дворцы, мечети да хамамы.
Нам многому следует поучиться у эстонцев. Оставим в сторону более крупные народы. В мире насчитывается…
Нам многому следует поучиться у эстонцев. Оставим в сторону более крупные народы. В мире насчитывается…
Əli Novruzovun kanalı
Necə də naiv yanaşma. 1600-lərin əvvəllərində Azərbaycan xristian Avropa mədəniyyətinin tərkib hissəsi deyildi ki, burada avrupayi universitet açmaq imkanı olsun, amma bizim camaat onu açmayıb əvəzində hamam tiksin. Həmin illərdə bizdə də Şah Abbas, məsələn…
Yenə XVIII, XIX və ya XX əsrdən müqayisə aparsaydı, adamı yandırmazdı, deyərdim düz deyirsən. Amma XVI-XVII əsrlərdə xristian dünyası və müsəlman dünyası az qala bütün sahələr üzrə bərabər inkişaf səviyyəsində olub axı. Onlar universitet açıblar, biz mədrəsə açmışıq, onlar top töküblərsə, biz də top tökmüşük. Bir dənə çap maşını onlarda var idi, bizdə olmadı, bir dənə də XVII əsrin axırına onlarda buxar maşınının ilk prototipləri yarandı, bizdə yaranmadı. Elə o iki maşının da zibilinə keçdik, deyəsən.
Sürən gün İnternetdə bir yaxşı şərh gördüm. Bir nəfər yazmışdı ki, Azərbaycan və Yeni Kaledoniya xalqları bundan sonra əbədiyyətə qədər qardaş xalqlar oldular. İndi qalır bir dənə xəritədə biri-birilərinin ölkələrinin yerlərini tapmağı öyrənmək.
Məktəbdə mənə düz öyrədiblərsə, Yeni Kaledoniya Avstraliya qitəsinin bayır tərəfində mərcan riflərindən sonrakı arxipelaqdır.
Telegram
Papirus
🇫🇷🇳🇨❗️Fransa kəşfiyyatı Türkiyənin Yeni Kaledoniyada müstəmləkəçilik əleyhinə etirazlara dəstək verdiyini iddia edir.
Rəisinin gözlənilməz qəzada vaxtsız ölümü İranın daxili siyasəti üçün daha ciddi təhdiddir, nəinki ölkənin beynəlxalq vəziyyətinə.
İran ekspertləri son illərdə xüsusi vurğulayır ki, Xameneyinin yerinə—Ali Rəhbər vəzifəsinə potensial namizədlər demək olar ki, tükənmək üzrədir. İranın dövlət quruluşuna görə bu vəzifəyə həm müstəsna dini səriştəsi, həm də eyni miqyasda siyasi səriştəsi olan şəxs seçilməlidir. Bu vəzifəyə uyğun gələ biləcək olan şəxslərin əksəriyyəti isə ya vəfat edib, ya da siyasətdən kənarlaşdırılıb. Hətta buna görə İran üçün «vəliəhdsiz» ölkə də deyirlər.
Tam detallı izah edə bilməyəcəm, necə deyərlər, I’m not well-briefed on the matter, amma səhv etmirəmsə, Ali Rəhbər vəzifəsinə favorit namizədlərdən biri Rəisi sayılırdı. Həm də namizədlərin qısa siyahısını hazırlayan qeyri-rəsmi troykanın üzvü idi. Digər favorit namizəd Xameneyinin oğlu Müctəba sayılır, amma deyilənlərə görə, ata Xameneyi özü bu ideyaya qarşıdır. Yenə deyilənlərə görə, Xameneyinin öz şəxsi tərcihi Rəisi imiş.
İndi Rəisi də olmayandan sonra başqa kim qalır? Şahrudi və Rəfsəncani öldü, Həsən Xomeyni və Həsən Ruhani siyasi «etibarsızdır», Müctəba Xameneyiyə qarşı hələ də güclü müxalifət var. Sadiq Laricani? Yoxsa bəlkə şərti Əraki və ya Ərafi kimi siyasi iddiasız bir şəxs?

Mədəniyyət xəbərləri. 1933-cü ildə Azərbaycan istehsalı olan «26 Bakı Komissarı» səssiz filmi Nyu-Yorkun Acme kinoteatrında nümayiş olunur. 1949-cu ildə ABŞ-da uşaq kitabları bazarına ağdamlı Əlinin həyat hekayəsi haqda kitab daxil olur. Nyu York Tayms yazır ki, bu kitab cəhalət, mövhumat, acgözlük əleyhinə yazılmış nəfis bir əsərdir. 1960-cı ildə Nyu-York Filarmonik orkestri öz konsert proqramına Fikrət Əmirovun «Azərbaycan» simfonik suitasını daxil edib. Nyu-yorklular martın 3-dən 6-na kimi Stokovskinin dirijorluğu altında əsəri dinləyə bilər.
1887-ci ildə «sadəcə 25 funt» indiki pulla təxminən 2750 funt sterlinq edir. Vallah, billah, heç də pis qonorar deyil. 😁
Telegram
📚 Dartanyanlar: son dəqiqə
Hər il 22 may tarixini "Beynəlxalq Sherlock Holmes" günü olaraq bütün dedektiv sevərlər qeyd edirlər. 🕵♂️ #ədəbiyyattarixindəbugün
.
▫️ Tarixi : 20 yaşlarının sonlarında olan və gənclik illəri qayğıları ilə vuruşan gənc Edinburqlu yazar, ilk Sherlock Holmes…
.
▫️ Tarixi : 20 yaşlarının sonlarında olan və gənclik illəri qayğıları ilə vuruşan gənc Edinburqlu yazar, ilk Sherlock Holmes…
Mənə maraqlıdır, bu qaydanı necə tətbiq edəcəklər? Məsələn, mən Gürcüstana vizasız gedə bilirəm. Səhv etmirəmsə, bir il Gürcüstanda qala bilərəm. Gürcüstanda qaldığım müddətdə də qeydiyyat tələbi yoxdur. İndi pasport kontrola gəldi çıxdı bir turist, haradan biləcəklər sərhəd bəkçiləri ki, bu turist Gürcüstanda nə qədər qalmağı planlaşdırır? Mən, məsələn, heç özüm də bilmirdim nə qədər qalacam, ancaq bezəndən sonra geri qayıdırdım (quru sərhədləri açıq olanda 🤣).
Telegram
Çəpəki
Gürcüstanın qəbul etdiyi yeni qərar Azərbaycandan ora səyahət edənlərin xərcini, sığorta şirkətlərinin isə gəlirini artıracaq.
İyunun 1-dən Gürcüstan ərazisinə xarici vətəndaşların girişi yalnız səfər sığortası ilə mümkün olacaq. Sığortanın olmamasına görə…
İyunun 1-dən Gürcüstan ərazisinə xarici vətəndaşların girişi yalnız səfər sığortası ilə mümkün olacaq. Sığortanın olmamasına görə…
Heydər Hüseynova qarşı kampaniya Nyu York Taymsda. Hiss olunur ki, məlumatı sovet rəsmi mətbuatından götürürlər, təfərrüatlarına vara bilmirlər. Yoxsa dərhal bilərdilər ki, «bolşeviklərin yazarı M. D. Bagirov» elə Azərbaycanın rəhbəri Mir Cəfər Bağırovun özüdür.
Deyilənə görə, bu hadisələrdən sonra Babur kələk işlədir, üstündə Şah İsmayılın adı olan yeni pulları dövriyyəyə buraxmaq əvəzinə cəmi dörd-beş dənə pul kəsdirib Şah İsmayıla göndərir. Şahın adına xütbə də cəmi bircə dəfə oxunur. Ondan sonra sünni səmərqəndlilərlə Baburu müşayiət edən şiə qızılbaşlar arasında dava düşür, Babur yenə nəsə özünü kənara çəkir. Qızılbaşlar Şah İsmayıla məktub yazıb Baburun qudurduğunu deyirlər. Şah da çəkir qoşunu Xorasana ki, Babura yaxşı bir qulaqburması versin. Bu dəm xəbər yetişir ki, bəs özbəklər Baburun dalından dəyib Səmərqənddən qovublar. Sonra da Babur üz tutacaq Hindistana, bəxtini bir daha sınamağa. Amma babat sınadı ha.
P. S.: Bu il Şah İsmayılın vəfatından düz 500 il ötür (23 may, 1524).
P. S.: Bu il Şah İsmayılın vəfatından düz 500 il ötür (23 may, 1524).